Buradakı məlumatlar həyatınızın çox əhəmiyyətli bir sirrini ehtiva etməkdədir. Maddi dünyaya baxışınızı kökündən dəyişdirəcək olan bu məlumatları çox diqqətli bir şəkildə oxumalısınız.
Burada izah edilənlər, fərqli bir fəlsəfi düşüncə deyil, elmi olaraq sübut edilmiş bir gerçəkdir.
Beyniniz sizin içindən heç bir zaman çıxa bilmədiyiniz bağlı bir otaqdır; çünki sizin əslini gördüyünüzü zənn etdiyiniz hər şey əslində beyninizin görmə, eşitmə və ya toxunma mərkəzlərində qəbul etdiyiniz hisslərdən ibarətdir.