MAHMUD ƏHMƏDİ NECATDAN İSLAMİ PUL VAHİDİ TƏKLİFİ

Nə Demişdi?Nə Baş Verdi?

Denge TV, 3 iyul 2008



Adnan Oktar: … Yəni dövlətlər çox zəngindir. Böyük neft gəliri var. Böyük bir mədəniyyət həmləsi ola bilər. Müsəlman ölkələrinin hamısının müdhiş gəlirə sahib olmasına baxmayaraq xalq yoxsuldur. Bütün İslam ölkələrində belədir, xalq kasıbdır və həyat səviyyəsiaşağıdır. Yəni, əksəriyyəti belədir. Halbuki bunun üçün heç bir səbəb yoxdur. Amma Türk-İslam Birliyi təşəkkül tapsa, ağıllı başlı bir Türk-İslam Birliyi Məclisi yaradılsa, bu problem və dərdlər kökündən ortadan qalxar. Və İslam əxlaqının dünyaya hakimiyyəti an məsələsi olar və ildırım kimi meydana gələr. Ona görə də birlik məsələsinin üzərində çox dayanmaq lazımdır. Bütün Türk dövlətləri -ki, demək olar hamısı Müsəlmandır- bütün Müsəlman dövlətlərini tək bir çətir altında toplayıb belə bir Türk-İslam "Nato"su kimi, TÜRK-İSLAM ORTAQ BAZARI KİMİ BÖYÜK BİR İNFRASTRUKTURA DAXİL EDİB hamısının milli dövlət quruluşlarını ayrı-ayrılıqda saxlamaq lazımdır, yəni dövlətlərin dəyişməsinə ehtiyac yoxdur. Sistem içərisində ağılı, səmimiyyəti, eşqi və şövqü əsas tutmaq lazımdır. Rəsmi üslubu ortadan qaldırmaq çox vacibdir. Yəni rəsmiyyət, ruhu əzir. Rəsmiyyətdən uzaq durmaq lazımdır. Eşq bir, səmimiyyət iki. Son dərəcə eşq və səmimiyyət içərisində bu işlər həll olunmalıdır.

 



Vakit qəzeti, 9 iyul 2008

Əhmədi Necatdan İslami pul vahidi təklifi

İranın dövlət başçısı Mahmud Əhmədi Necat İslami pul vahidi meydana gətirməyin İslam ölkələrinin inkişafı və irəliləməsi üçün müsbət zəmin hazırlayacağını, bu istiqamətdə ciddi işlər görülməsinin lazım olduğunu söylədi. Malayziyanın paytaxtı Kuala-Lumpurda dünən reallaşan D8 yığıncağının  əvvəlində Malayziyanın sabiq baş naziri Mahatir Muhəmmədlə görüşən Əhmədi Necat İslam ölkələri arasında əlaqələrin gücləndirilməsinin lazım olduğunu, İslam ölkələri arasında əhəmiyyətli əməkdaşlıq potensiallarının olduğunu ifadə etdi.

 

2010-11-26 12:29:53

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top