TÜRKİYƏ DÜNYA İDARƏÇİLİYİNDƏ DAHA ÇOX SÖZ SAHİBİ OLACAQ

Nə Demişdi?Nə Baş Verdi?

Kıprıs Ada TV, 1 avqust 2008

 

Adnan Oktar:  Türk millətinin taleyi gözəldir. Açıq deyirəm ki, hamının gözünün önündə olsun. Mən lap əvvəllər də nə dedimsə, oldu. Mən iddia edilən Ergenekon təşkilatını 10 il əvvəl söylədim, oldu. İslamın yüksələcəyini, İslamın güclənəcəyini, Türkiyənin Türk-İslam Birliyinə doğru gedəcəyini 10 il əvvəldən söylədik, bu da oldu və hal-hazırda davam edir və getdikcə də güclənir. Və indi yenə açıq şəkildə deyirəm, heç bir şəkildə nə qarışıqlıq olacaq, nə də çatışmazlıq və ya bir uğursuzluq olacaq, çox gözəl şəkildə Türkiyə inkişafa və güclənməyə davam edəcək. Çünki mənəvi quruluşu çox mükəmməldir, Osmanlıdan gələn gözəl bir əxlaq quruluşu vardır Türk millətində. Bizim millətimiz əziyyətlə yoğurulmuşdur. Ruhən çox keyfiyyətli, gözəl əxlaqlı insandır türk milləti; yəni qonaqpərvər, şəfqətli, mərhəmətli, insancıl. Hara getsəniz, bunu görərsiniz. Bütün dünyaya model olacaq bir ölkədir Türkiyə.  Məsələn, Almaniyaya getsəniz, siz bunu tapa bilməzsiniz. Bu dostluq anlayışını, sevgi anlayışını, bu istiliyi, insan sevgisini tapa bilməzsiniz. Ona görə Anadoluda olan bu gözəl əxlaqın dünya üçün  qaçılmaz bir model olduğu açıqdır. Bunu yaxın dövrdə bütün dünya görəcək. Yavaş-yavaş inkişaf edəcək. Bölgənin böyük qardaşı olaraq mənfəət arxasınca qaçmır Türkiyə, yəni bir mənfəəti olmayacaq, bundan dolayısıyla mənfəəti olacaq. Çünki zənginləşən bölgə səbəbi ilə Türkiyə də zənginləşəcək. Amma bu bir mənəvi xidmətdir təbii ki, bu maddi mənfəət üçün edilməz. Mənəvi xidmət məqsədi ilə ediləcəyindən inşaAllah bərəkəti də çox gözəl olacaq.

 

 

 


Star qəzeti, 19 oktyabr 2008

Türkiyə dünya idarəçiliyində daha çox söz sahibi olacaq

 

TÜRKİYƏnin BMT-nin Təhlükəsizlik Şurasına seçilməsini qiymətləndirən mütəxəssislər Türkiyənin Təhlükəsizlik Şurasına üzvlüyü ilə böyük bir prestij qazanması ilə yanaşı Kipr, Egey, Ermənistan, İraq və Qafqaz kimi mübahisəli mövzularda öz variantlarını bir-başa izah etmək imkanına qovuşacağını söylədi. Türkiyənin BMTTŞ müvəqqəti üzvlüyü ilə Ankara artıq kənardan münasibət bildirməyərək, birbaşa masada iştirak edən bir ölkə mövqeyinə keçdi.

 

2010-11-26 12:33:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top