Hörmətli Adnan Oktarın 2 iyun 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 2 iyun 2015

 

(Dünən Siirt Şirvanda seçkiqabağı çıxış üçün gələn HDP-li heyət məsciddəki Türk bayrağının endirilməsini istəyincə kəndlilər HDP-li heyəti kürəklə qovdu. Baş verən mübahisə zamanı iki nəfər yaralanıb. Kənd mühafizəçilərinin lideri muxtar Zeydin Özcan qazi olduğunu, kəndlərində on adamın şəhid düşdüyünü dedi. “Bayraq ensə başqa cür olar. Bizi çətin vəziyyətdə buraxmayın. Bu bayraq mənim qanımdır. 25 ildir kənd qorucusuyam. Bu bayraq burada hər zaman dalğalanacaq”- dedi.)

Halal olsun. İgid adammış. Yaraşan tərzdə danışmış. Yeddi cəddinə rəhmət olsun, maşaAllah. Adamların döyülməsini, söyülməsini də, təbii ki, istəmirik, amma danışıq mükəmməl olmuş. Bir də Cəmil Bayık sanki normal bir adammış kimi. Sən professional qatilsən, mafiyasan sən. Qəzetlərə müsahibə filan verirsən. Səni kim sayar. Xeyr, məsələn HDP-li biri olsa bir işə qarışmamış, insan dinləyər. Amma sən, iki əlin qandadır sənin. Sənin nəyinə qulaq asacağıq biz? Solçuların da bir qisminin ağzının suyu axır “Cəmil bəy gəldi” -deyir. Necə adamsan sən? Sən bir qatillə qarşı-qarşıyasan. Bu əsgəri, polisi vuran və yüzlərlə əsgəri vuran biridir. Namərdcəsinə kürəyindən vuran biridir. Ona “Cəmil bəy” deyir. Bu normalda cinayət olmalıdır. Terror şəbəkəsinin başçısı ilə sən müsahibə aparırsan, qatilə, bilməm nə bəy deyə onları yayımlayırsan.

 

(Qahirədəki yerli məhkəmə Misirin hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mursi haqqında verilən edam cəzası ilə əlaqədar açıqlamanı təxirə saldı. Son dəqiqə məlumatına görə yekun qərar 16 iyunda açıqlanacaq.)

Ətrafın sakitləşməsini gözləyirlər. Müsəlmanlar reaksiyasızdır onsuz da. Kimsənin vecinə belə deyil. Onlar plov yeyib üstündən kompot içerler. İndi müvəqqəti bir reaksiya ola bilər. Reaksiyanın sakitləşməsini gözləyirlər. Unudarlar, adamı da götürüb asarlar bax görəcəksiniz. Heç kimin vecinə belə olmaz. Halbuki bax adama dedim o mübarəkə, Mursiyə. Ordu ilə razılaş dedim. Birlikdə bu vətəni qurtaraq. Türkiyədən xəbər getdi. “Vur, vur, əl çəkmə, dirən. Əl çəksən batar, dirənsən qazanarsan. “Al nəticə budur. Adam ortada qaldı. Qardaşım, fanatik İslama imkan verməzlər, Allah qoymaz. Fanatiklik zülm sistemidir çünki. Zalımlıqdır. Dəhşət sistemidir. Allah dəhşət sisteminə imkan verərmi? Osmanlı etdi, yıxdı Allah. Liviyada etdilər, yıxdı. İraq etdi, yıxdı. Pakistanda etmək istədilər, yıxdı Allah. Heç bir yerdə imkan vermir Allah. Suriya etmək istədi, yıxdı Allah. Belə bir şey olmaz. İslam gözəllikdir, sevgidir, nəzakətdir, namusdur, dürüstlükdür, keyfiyyətdir, sənətdir, estetikadır. Hər şeyin ən mükəmməlidir. Müsəlman demək dünyanın ən keyfiyyətli adamı deməkdir. Dünyanın ən keyfiyyətli adamına bərabərdir müsəlman. Ən keyfiyyətli həyat şəklinə bərabərdir islamiyyət. İnsan ağlının qavraya biləcəyi ən ağıllı, ən gözəl həyat şəkli nədir desən islamiyyətdir. Elmi baxımdan da budur.

 

(Bitlisin Tatvan mahalında on səkkiz yaşından kiçik bir qızı PKK-ya aparmaq istəyən iki adam tutuldu.)

Bunlar çox simvolik şeylərdir. Çox böyük əməliyyatlar aparılmalıdır. Adamlar ətrafda hakimiyyəti ələ almışlar. Küncdə, bucaqda simvolik belə, filan adamı yaxaladıq, filan qaçırdı, belə olmaz. Lazım olsa on minlərlə adam həbs olunmalıdır. Bu bəladan xilas olmaq lazımdır. Kökündən qazınmalıdır. İran elə etdi. Kökündən qazıdı.

 

(HDP-nin İlahiyyatçı və Kürdoloq millət vəkili namizədi prof. Dr. Kadri Yıldırım Dəyanət İşləri Nazirliyinin kürdcə Quranına fikir bildirdi. “Təkdə olanlar cəmdə, cəmdə olanlar təkdə götürülüb. Kişi cinsli ifadələr qadın, qadın cinsli ifadələr kişi cinsli tərcümə edilib. Məna səhvləri çoxdur. Məsələ müqəddəs kitabımız Qurani-Kərim olduqda bu cür səhvləri bağışlamaq olmaz” -dedi.)

Hoca da alimmiş, həqiqətən. Ola bilər. Tələm-tələsik etmişlər. Tərcüməni səhv etmiş ola bilərlər. Hoca yardım etsin. Fərzdir. Söyləsin, düzəliş etsin. İkinci nəşrdə o səhvi etməzlər. Lazım olsa kitablar yığılar.

Türkiyəni böldürməyəcəyik. Hər nə bahasına olursa olsun. Əsla icazə verməyəcəyik. Hadisələrin ucu bucağı olmaz. Fikirləşə bilməyəcəkləri şeylər olar. Qanunla hüquqla icazə vermərik. Bunu bilsinlər. Kimsəyə elə bir axmaqlıq etdirməyəcəyik. Bundan əl çəksinlər, amma başqa nə istəyirlərsə edə bilərlər. Amma buna icazə verməyəcəyik. İttihad-ı İslam yolunu bağlayan bir hadisədə mən dəliyə dönərəm. Heç xoşlanmıram elə şeylərdən. Nə edəcəklər? Əl çəkəcəklər. Amma dostluqdan bəhs et, ictimai ədalətdən bəhs et, bahalılıqdan bəhs et. Hamısından bəhs et. Danış, haqlısan. Bir şey demirik. Amma bu mövzuda icazə vermirik. Qanunla hüquqla başlarını əzərik.

 

(İraqın Baş naziri Heydər Abadi 2014-cü ildə Mosulu ələ keçirən İŞİD-in 2300 zirehli maşını ələ keçirdiyini bildirdi. ABŞ Müdafiə Nazirliyi Pentaqon İraq Ordusuna yeni min ədəd zirehli maşın satmaq üçün bazarlıq edir)

Allah ağıl fikir versin. Bax Orta şərqin əlacsızlığı, yazıqlığı. Analarının gözləri qarşısında təcavüz edirlər, qızlarının namusunu kirlədirlər. Gəncləri rəzil rüsvay edirlər. Başlarını kəsirlər. Ağzını burnunu qırırlar. Qulaqlarını kəsirlər. Sonra deyir ki, bunlara nə oldu belə? Dəli etdin adamları. Axmağa çevirdin. Adamların ağlı getdi. Bu qədər işgəncə olarmı? Amerika çox-çox səhv bir siyasət izləyir, çox. Bu zülmün altında qalar. Sən xristian, katolik, əsas olaraq da protestant əxlaq içindəsən. Aç İncili bax, həmişə sevgidən bəhs edir. Sən qan, barıt, atəş və ölümdən bəhs edirsən. Sevgiylə yaxınlaşsana, mərhəmətlə yaxınlaşsana, şəfqətlə yaxınlaşsana.

 

Sonsuz elm sahibi Allahdır

Allah Quranda, De: “Ey Rəbbim, elmimi artır” -deyir. Allah elmimizi artırsın. Biz cahilik. Alim olan Allahdır. Ya Alim-u Ya Allah.

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi, 32)

MaşaAllah. Allah nə öyrətdisə odur. Qədərdə nə yaradırsa odur.

 

Hər partiyaya bərabər məsafədəyəm, yanlış bildiyim cəhətlərini deyərəm

Mən BDP-nin Türkiyənin bölünməsi mövzusundakı izahlarını səhv hesab edirəm. O biri mövzulara qarışmıram, ona bir şey demirəm. Amma bu mövzudakı fikirimi vətəndaş olaraq bildirirəm. Yəni “bəyənirəm”mi deyim? Bəyənmirəm. CHP-nin də bu mövzuda yetərsiz görürəm, AK Partiyanı da yetərsiz görürəm. Bunların doğru olduğunu necə söyləyək? Amma hər partiyaya bərabər məsafədəyəm mən. Heç bir partiyanın nə qarşısındayam, nə də dəstəkləyirəm. Hamısına bərabər məsafədəyəm. Mən gedib: “Bu partiyanı dəstəkləyin” demədim heç kimə. “Bu partiyanı dəstəkləməyin” də demirəm. Amma xoşlanmadığım cəhətləri deyirəm. Bunlar bəzi cəhətlərdir, hamısı deyil. Qismən. Məsələn, bir şəxsin çox yaxşı 100 cəhəti ola bilər, amma 1 cəhəti səhvdir. Onu izah edirəm. Din baxımından, düşüncə baxımından səhv gördüyüm cəhətləri deyirəm. Yoxsa partiya olaraq məni maraqlandırmır, siyasi istiqamətləri məni maraqlandırmır. Hər kəs istədiyi partiyaya səs versin, o məni maraqlandırmaz. Hər kəsin ağlı var, fikri var, vicdanı var. Məndənmi öyrənəcək? Xeyr, o zaman onun səsinin qiyməti də yoxdur. Öz vicdanı qənaəti yoxdursa, özü qərar verə bilmirsə, mənim sözümlə edirsə mən neynirəm onun səsini? Özü düşünüb özü qərar verəcək. Buna görə hər partiyaya hər zaman bərabər məsafədə qaldım mən. Heç bir partiyanın da üstünə getmirəm, heç bir partiyanın qazanması üçün də tək tərəfli bir ifadəm olmur. Amma hər partiyanı tənqid edirəm. Yanlış gördüyüm cəhətlərini tənqid edirəm. Vətən, millət baxımından, vətənin bütövlüyü baxımından təhlükəli gördüyüm cəhətlərini tənqid edirəm.

Məsələn, Səlahattin Demirtaşın dindar cəhəti xoşuma gəlir bir vətəndaş olaraq. Mən bunu deyirəm. Amma partiya olaraq tərifləmirəm, partiya olaraq məni maraqlandırmır. Amma dindar cəhəti, şəxsiyyəti xoşuma gəlir. Kim dindar bir üslubda danışsa xoşuma gələr. Mən bunu deyərəm, təbii ki.

Xəyali bir partiya olsa, düşünün ki, PKK da arxasında olsa. Amma Türkiyəni bölməyi hədəfləyən bir partiya. Bu partiya ilə koalisiya edən xaindir, alçaqdır, namərddir. Başqa heç bir şey yoxdur. Şərəfsizdir, namussuzdur, Türk Millətinə qarşı alçaqlıq edir. Xəyali olaraq düşünürəm.

 

(PKK-nın Kandil quldur dəstəsinin başçısı Qarayılan, terror dəstəsinə “HDP tələb olunan səsi toplaya bilməzsə qarşıdurmalara hazır olun” təlimatı verdi. PKK kürd vətəndaşlara HDP-yə səs verilməsi istiqamətində təzyiq edir.)

Cümhuriyyət tarixində belə bir rəzalət görülmədi. Nə Osmanlı tarixində, nə də Türkiyə tarixində var. Çox qorxuncdur. Ağızlarının payını niyə vermirlər, mən başa düşmürəm. Amerikaya belə bir şey edilsə Amerika gedər əliylə qoymuş kimi tapar adamları, sürüyərək çıxardarlar. İran da onun kimi, dağı daşı cəhənnəmə çevirər, hamısını təslim alar.

 

(Kənd mühafizəlçiləri muxtar Zeydin Özcan və uşaqlarının HDP-yə səs vermələri üçün təhdid edilməsi haqqında)

Hər kəs bağırır cənub-şərqdə. Bar-bar bağırır: “Bizi qurtarın bu PKK-dan. Bizi təhdid edirlər, öldürürlər. Allahını sevən bizi qorusun” -deyirlər. Hay verən yoxdur. Sanki qayaya, boşluğa qışqırırlar. Vardır ya belə boş ərazidə bağırır. Boşluğa qışqırırlar sanki. Vətəndaş bağırır, qurtarın vətəndaşı. Əsgər hərbi hissəsində gözləyir, polis polis bölməsində gözləyir. Mən inana bilmirəm, yuxu görürəm yəqin. Çökün təpələrinə bunların, darmadağın edin hamısını. İran, tozunu tüstüsünü bir-birinə qatır bunların. Heyrət içində qalıram, sanki kabus görür.

 

(Obama Myanmarın demokratiyaya keçməsində müvəffəqiyyətli olması üçün Arakanlı müsəlmanlara qarşı tətbiq etdiyi ayrı-seçkiliyə son verməli olduğunu dedi)

Yaxşıdır bu, müsəlmanları qoruyan üslubu gözəl, amma Obama da artıq gücünü itirdi. Çox rəngsiz bir şəxsiyyət göstərdi. Halbuki belə əhatəli Amerikan şəxsiyyəti göstərməsi lazımdır; hop oturub hop qaldıracaq. Və dindarlığı çox təşviq etməli idi. Dindarlığı təşviq etmədi. Amerika dindən uzaqlaşdıqca həm gücünü, həm gözəlliyini, həm də bərəkətini itirdi. Həyatı sönmüş adamlarla doludur Amerika. Köhnə Amerikalılar baxımlı idi, belə saçı başı düzgün, paltarları düzgün, xanımlar çox nəzakətli, çox keyfiyyətli, nümunəvi, şən, baxımlı, bəylər də elə baxımlı, həyat doluydular. İnsanların çox xoşuna gəlirdi halları. Heyrətlənmiş bir hala gəldilər. Belə hər cəhətdən estetikadan uzaqlaşma, həyatı sönmüş bir ruh; belə demək olarsa ciddi bir çökmə meydana gəldi. Bunun düzəldilməsi lazımdır. Köhnə Amerikanı istəyirik. Olmaz belə.

 

MİT və Özəl Hərəkatın Məsud Bərzanini qoruması yaxşı olar

Məsud Bərzanini sevirik. Onun bölgədə təsirli olması xoşumuza gəlir. Türk Dövlətinin onu dəstəkləməsini istəyirik. Dindar, mədəni bir insandır. PKK-nın əxlaqsızlığı harada, onun dindarlığı, təmizliyi, dürüstlüyü harada? Bərzanini Türk Özəl Hərəkatı da qorusa yaxşı olar. 10 nəfərlik, 20 nəfərlik xüsusi hərəkat kamanda yaraşar, çox yaxşı olar. MİT gizli qoruma edə bilər. MİT birdəfəlik hər yerə yerləşsin bölgədə, Bərzaninin bu mövzuda çox xoşbəxt olacağını düşünürəm, hər cür kəşfiyyat məlumatını təmin edə bilərlər. Amma ən yaxşısı qorumada özəl hərəkatdır. Ən az 20 nəfərlik bir özəl hərəkat qrupu onun ətrafında olsa 10-10 gecə-gündüz qoruyarlar, növbəli.

 

(“Biz də Məsud Bərzanini dəstəkləyirik, lakin Müstəqil Kürdüstanın qurulması sizi narahat etməz mi?” məktubuna cavab olaraq)

Niyə narahat etsin? Bölgədə kürd qardaşlarımızı yığıb orada bir qurum yaradıla bilər. Bu qəribə bir şey deyil. Onsuz da bankları var, hər şeyi var, bir dövlət kimidir. Narahat olacaq bir şey yoxdur. İftixar hissi duyuruq. PKK-ya qarşıyam mən. Orada kürd qardaşlarımız rahat olacaqsa iftixar hissi duyarıq.

Bərzani edə bilirsə İslam Birliyini istədiyini söyləsin, yəni bir təhlükə görmürsə bunu söyləsin. “Müasir, mövhumatdan uzaq, şiddətə qarşı olan, sülhü, qardaşlığı, sevgini istəyən, qadınların son dərəcə azad olduğu, yəhudiləri qoruyan, yəni İsrail düşmənliyi olmayan, hər kəsin bölgədə sülh içində yaşamasını istəyən, hər dövlətin müstəqil olmasını istəyən dövlətlər birliyi şəklində respublikalar şəklində, hər dövlətin özlüyündə müstəqil olduğu, amma İslam ədalətini, İslam sevgisini hər kəsin qurtum-qurtum içdiyi bir gözəlliyin hakim olmasını istəyirəm” deyə bilər.

(Prezident Ərdoğanın “Prezident idarəetmə  üsulunu istəyirəm Türkiyə şahlanar, çünki güclü lider istəyirik. Bələdiyyə sədriykən mənə bağlı bir məclis var idi, çox asan qərar alırdım” sözünə cavab olaraq)

Amma unitar quruluşda qəlib kimi oturmuşdu. Bölünmə təhlükəsi yox idi. Sən bizə, Tayyib hocam, bölünmə məsələsinin mümkünsüz olduğunu söyləyəcəksən. Federasiya istəmədiyini, muxtariyyət istəmədiyini və bələdiyyələri muxtariyyət, federasiya sistemə yönəlmə mövzusunda xəbərdar edəcəyini, lazımlı tədbirlər görəcəyini söyləməlisən. Ən dəhşətlisi o, valilərin seçilməsidir. Bu mövzuda xəbər də gəldi. Valiləri bölgənin seçməsi çox təhlükəlidir. Belə bir şey olduğu halda bitdi. PKK, hansı valini seçəcəklərini adamlara zorla etdirər silahla. Oradakı qardaşlarımıza. Onsuz da nə istəyirsə etdirir. Bir xeyli rahatlayar. Əlindən silahı alacaqsan, adam necə silahla gəzər?

 

(“Kürdlər arasında savaşı və ayrılığı dəstəkləyirsinizmi” məktubuna cavab olaraq)

Mən PKK-ya qarşıyam. Kommunist, Allahsız, Kitabsız qatil ordusuna qarşıyam, bu qədər. Yəni dindar kürdlər mənim canımdır. Onlar sultandır, baş tacıdır, nurdur. Hörmətlə, sevgiylə, heyranlıqla onları qarşılayıram. İçimdə mükəmməl bir məhəbbət var kürdlərə qarşı, dindar alicənab insanlara qarşı. Amma PKK ilə bir mübarizə lazımdırsa təbii ki, mən də oradayam. Yerin dibinə batırana qədər mübarizə də edərəm qanunla, hüquqla. Bu kürdlər arası döyüş deyil ki. PKK ilə müsəlmanların mübarizəsidir. Allahsız, Kitabsızlarla, dinsiz, imansız, pislik donuz sürüsüylə müsəlmanların mübarizəsidir.

 

(“Allahın qadağan etdiyi hər şeyi gözəlmiş kimi göstərib necə vəz verirsiniz?” məktubuna cavab olaraq)

“Allahın qadağan etdiyi” elə bax orada səhv etmisən. Allah adına hökm vermisən. Bu şirkdir. “Diliniz yalana vərdiş etdiyi üçün” -deyir  Allah “bu halaldır, o haramdır deməyin” -deyir. “Nə cür söz deyirlər. Əllərində Kitablarımı var?” -deyir. Sən Allahın halal etdiyini qadağan etmisən. Allah qadağan etdi deyə ortaya çıxırsan, Quranda Allah qadağan etməyib. Allah Quranda halal buyurub, sən Qurandan kənar Allah adına qadağa qoymusan. Bu şirk olar, müşrik mövqeyinə düşərsən, Allah əsirgəsin. Onun üçün sənin səhv söylədiyin sözü Quranla mən düzəldirəm. Mənimlə danışacaqsansa Quranla danışmalısan. Qurana görə haram demir, Qurandan başqasına görə haram deyir. O zaman olmadı. Qurandan başqasına görə haram desən, sən yeni bir din ortaya çıxarmış olarsan. İslam dini olmaz o, şirk dini olar.

 

(İraq Hökumət sözçüsü, İŞİD Ramadi su anbarını ələ keçirdiyi üçün “Amerika Birləşmiş Ştatları su anbarınını dərhal vursun” deyirmiş.)

Ağılsızlığa bax. Öz ölkələri su altında qalacaq. Minlərlə insan sular altında boğulacaq, susuz qalacaqlar. Amerika Birləşmiş Ştatlarına deyir ki, “gəl bizim insanlarımızı öldür”. Bir də bunlar idarəçi olacaq, rəzalətə bax. Sevgiylə, gözəlliklə, dostluqla, ağılla, elmlə, mədəniyyətlə deyil də dəhşətlə, vəhşiliklə.

2017-04-14 21:39:07

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top