Hörmətli Adnan Oktarın 1 iyun 2015-ci il tarixli Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 1 iyun 2015 Xoş Söhbətlər

 

Şaban ayının 14-dən 15-ə keçən gecə Bərat gecəsidir.

Allah Duxan surəsində Bərat gecəsinə diqqət çəkir.

(Duxan surəsi, 1), “Ha. Mim”. Bax bu bir şifrədir. “Ha” bir şifrə, “Mim” bir şifrə.

(Duxan surəsi, 2), “And olsun bu aydın Kitaba!”

(Duxan surəsi, 3), “Biz onu mübarək bir gecədə nazil etdik”. Bax o gecə. “Həqiqətən, Biz qorxuduruq”.

(Duxan surəsi, 4), “Hər bir hikmətli iş o gecədə ayırd edilir”. Təfsirlərdə bu gecənin Bərat gecəsi olduğu deyilir.

Bədiüzzaman bir Bərat gecəsindən az əvvəl Əsa-yı Musanın düzəlişi ilə məşğul ikən bir göyərçin pəncərəyə gəlmiş, baxmış Bədiüzzamana. Mən də dedim ki, deyir Bədiüzzaman, “Xəbərmi gətirdin dedim?” -deyir. “İçəriyə girdi” -deyir. “Sanki qabacadan dost olmuşuq kimi heç ürkmədi” -deyir. Asa-yı Musanın, (kitabın) üstünə çıxmış. Şirinliyə bax. Üç saat oturmuş. Bu çox qəribədir. Məsələn, bu möcüzədir, amma kəramət deyilir vəlilərdə olanlara. Aydındır ki, bildiyimiz göyərçin deyil bu. Xüsusi bir varlıqdır. Üç saat necə oturur üstündə? “Çörək, düyü verdim yemədi” -deyir. Quşda olacaq bir şey deyil bu. Quş, yəni heyvan olsaydı yeyərdi. Mələklər yeməz. “Ta axşama qədər qaldı sonra getdi” -deyir. “Təkrar gəldi, səhərə qədər yanımda qaldı” -deyir Bədiüzzaman. Bərat gecəsində. “Mən yatarkən başıma gəldi” -deyir. Bu çox qəribə bir hadisədir. “Sağollaşmaq mənasında başımı oxşadı” -deyir. “Sonra uçdu, getdi” -deyir. “İkinci gün mən təəssüf edərkən yenə gəldi” -deyir. “Bir gecə daha qaldı” -deyir. “Demək, bu mübarək quş, həm Əsa-yı Musa, həm Bəratımı təbrik etmək istədi” -deyir. Bu həm Bədiüzzamanın mübarəkliyinə bir işarədir, həm də qəribə bir hadisədir. Yəni adamlar deyir ki, möcüzə necə olur. Bax bu cür. Ağılın ixtiyarını alırmı? Almır. Amma düşünsən bu ağıl durduracaq bir hadisədir.

Bədiüzzamanın yanında yaşamaq çox gözəldir, Ustad çox şirin biriymiş. Onunla həbsdə qalmaq da çox gözəl olardı. Mən olsam hər həbsə girdiyində mən də girərdim. Xeyr, o, nə edirsə, məndə eynisini edərdim. Etdikləri cinayət deyil ki, onsuz da. İnsan ustadını həbsdə tək buraxmaz. Çünki cinayət deyil etdiyi. Risalə-i Nur oxuyur, mən də oxuyuram. Paylamaq deyirlərsə, paylayardım. Niyə cinayət olsun? Səhv var orada.

 

“Siz hz. İsa (ə.s)-ı yuxunuzda gördüyünüzdə çox ətraflı təsvir etmişdiniz. Saçlarının parlaqlığı, üzünün parlaqlığı şəklində”.

Görünüşü Avrupalı idi. Geniş çiyinli, atletik idi, zəif filan bir cavan deyildi. Şabalıd rəngiylə platin arası saçları, sarı arasıydı saçları. Amma üzündə çox alicənab, şən, tanış bir ifadə vardı. Çox hörmətcil idi. Daha görər-görməz belə əllərini açaraq, müdhiş bir məhəbbətlə, gözündə bir parıltı, çox dostcasına. Mən onsuz da o candan rəftarına görə dərhal anladım. “Aaa! Canım mənim” dedim, ona bənzər. O qədər. Görsəm bu an, elə biri olsa tanıyaram. Fotoğraf kimi yadımda qaldı. Yanındakılar filan heç xatırlamıram. Amma onu çox yaxşı xatırlayıram. Məsələn, Bədiüzzaman da yadımda fotoşəkil kimi qaldı. Yaşlı halıyla. Boynunda o şərfi vardı. Başında yenə sarığı. Piri fani, ağ saçları, qaşları. “Ustadım səni yalnızmı buraxdılar?” dedim. “Bəli” dedi, “Məni tək buraxdılar” dedi. Mən çox hirsləndim. O uzun burunlu avtobuslar var ya, köhnə, dəmir-dümür avtobuslar, onlardandı belə. Rəngi ​​sarımtıl bir avtobus. 1960-cı illərdə filan vardı elə avtobuslar. Mən də dərhal sonra mindim. Avtobusun içində tapmağa çalışdım, içəriyə girdim. Sonra oyandım.

İsa Məsihi gördüyümdə çox izdihamlı idi, yəni ətrafında üç-beş adam var idi. Yəni onlarla birlikdə gəldi gülərək. Amma tanıyacağımdan əmin bir ifadəylə gəldilər. “Mən səni, tanıyıram. Sən də məni tanıyırsan” kimi bir ifadəydi. İnşaAllah, eynilə gördüyüm kimidir.

 

Bədiüzzamanla birlikdə yemək yemək çox xoşdur. MaşaAllah. Bədiüzzaman əriştə şorbasını çox sevir, canım mənim. Ulduz ərişdə. O qaynaya-qaynaya daha da genişlənirmiş. O çox xoşuna gəlirmiş. “Bərəkətləndi” -deyir. O, həqiqətən, quruykən çox kiçik olur amma, bişdiyi vaxt xeyli genişlənir. Şorbaya yumurta qırdırırmış bəzən. “Bir toyuğun vardı” -deyir. “Hər gün bir dənə yumurta yumurtlayırdı” -deyir. Bir toyuğun zülalından nə olacaq, çox az bir şey. Bir də torba qatığı olarmış. Amma gözəl bəslənmə şəkli. Yumurtadan hər cür vitamini bədənin ehtiyacı olan mineralı götürür. Qatıq da elə. Tələbələriylə oturub yeyirmişlər. Onlar da çox mehribandır. Sungur abi və b. əcaib sevirlər Bədiüzzamanı. Amma təbii gənc, təcrübəsiz adamdır. Bədiüzzaman bəzən belə o yüksək səs tonuyla xəbərdar edirmiş. Qaldığı evlər həmişə taxta evlər idi, köhnə türk evləri. Qapıda davamlı polis gözləyir. Çox qorxunc, çox ayıb etmişlər. O qədər onu üzmək, nə qədər ayıbdır. 80 yaşında insan nə edər? Bədiüzzaman tez-tez tələbələriylə çöldə də gəzirmiş açıq havada. Yanlarına çörək alırlar bir parça. Çox elə yeməkləri də yoxdur. Sırf çörək bəzən. Paylaşıb bunu yeyirlər. Belə bəslənmələri də yaxşı olmuş. Hamısı arıq imiş, bu daha çevik olmalarını təmin etmişdir. Bədiüzzamanın o qədər uzun ömürlü olmasını Allah onu vəsilə etmiş ola bilər. Çox çevikmiş, çox da qüvvətli. Köhnə əsgər təbii, maşaAllah.

 

“Ya” “sin” Kim bilir, nə mənadadır? Məsələn, “Ha”, “Mim”. Kim bilir nə mənadadır. İnşaAllah, Allah dünyadaykən göstərər bizə hikmətini. Amma ciddi bir araşdırma aparılmamış indiyə qədər. Ağlabatan, əhatəli bir araşdırma edilməmiş. Əslində bir az da kompüterdən də istifadə etmək lazımdır. Kompüter köməyiylə həll ediləcək kimi yarada bilər Allah. Normal bir ağılla, normal bir beyinlə deyil də, ancaq bir kompüter dəstəyi ilə bu şifrələr oxunula bilər.

 

Ayə izahları

Casiyə surəsi, 2; “Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir”.

Bax qüdrətli və müdrik. Allahın qüdrətli olduğunu bilirik. Necə? Samanyolu Qalaktikası var. Dünya onun içində görünmür onsuz da. Toz qədər belə deyil. O tozun içində bir toz da insanlar olur. Dünyanın içində bir toz da insanlar olur. Ucsuz-bucaqsız kainatın içində bir tozdur bütün kainat. Kainatın hamısı. Getdikcə açılır və bizim kainatımız. Sonsuz boşluq içərisində bir toz. Kim bilir başqa harada nə kainatlar var?

 

Əhqaf surəsi, 3; “Biz göyləri”. Bax Allah dərhal göylərə diqqət çəkir. Göylərin düşünülməsi çox əhəmiyyətlidir. “Yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq”. Müəyyən bir vaxta qədər qalacaq sonra hamısını dağıdacağam deyir Allah. “Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər”. Xəbərdar edildikləri şeylərdən üz çevirirlər. Bu necə olur?

İnsan öz varlığını düşünsə dərhal Yaradanın varlığını görər

Quranı birbaşa bir inkar vardır. Adam kitabı oxuyur, məntiqsiz görür, haşa, inkar edir. Məsələ elə deyil. İlk öncə öz varlığını düşünmür. Öz varlığını düşünsə onsuz da dərhal bir yaradanın varlığını hiss edər. Ətrafı düşünmür, göyləri düşünmür, yalnız kefinə baxır. Bu Cənab-ı Allahı hirsləndirən bir şeydir. Yəni qəzzəbləndirər Allahı. İnsan belə olsa o da çox qəzəblənər. Hər cür neməti verəcəksən, imkanı verəcəksən birinə, süfrə hazır edəcəksən, yemək hazırlayacaqsan, adam təpikləyib çıxacaq. Yeyib, içib, əylənib, qışqıra-qışqıra çıxıb gedəcək. Bir daha sən onu çağırmazsan oraya. Və yaxud daha da qəribə bir qarşılıq verilə bilər.

 

Allah Yaratdıqları haqqında düşünməyimizi istəyir

Allah gözü düşünməyimizi istəyər haqlı olaraq. Məsələn, bax portağal, limon qoxusu var, çiyələk qoxusu var. Hər biri bir-birindən gözəl. Biri burnu olmadan qoxulayır. Biri beynimizin içində gözü olmadan görür. Mən bunu düşünmürəm desə bir adam zülm etmiş olar. Yəni Quranı inkar, bu tərzdə bir inkar olur. Bu qədər konkret dəlilləri, açıq dəlilləri görməmiş olur. Allah bu dəlilləri inkar edirsiniz deyir Quranda. İzah edilən odur.

 

Allah Özünün sevilməsini istəyir

Allah Özünün sevilməsini istəyir. Biz Allahı çox sevirik. O da bizləri sevsin inşaAllah. İnşaAllah sevdiyi bəndələr olarıq. İnşaAllah Allah hər yerimizi nurla sarsın. Bizləri nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pisliklərdən qorusun. Ürəyimizə güvən duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Mehdi (ə.s)-a məni də sizləri də tələbə etsin. İsa Məsih (ə.s)-a məni də sizləri də tələbə etsin. Nuruyla dünyanı əhatə etsin. “Hadi” adıyla təcəlli etsin Rəbbimiz, İnşaAllah. Dəccalı öldürsün. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin.

2017-04-14 21:41:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top