Hörmətli Adnan Oktarın 20 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 20 may 2015

(Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Muşda biri jandarma onbaşı olmaqla 2 adamın PKK tərəfindən qaçırıldığını açıqladı)

Deyirlər ki, “müddət davam edir, yaxşı irəliləyişlər var, hər kəsin gözü aydın iş bitdi, silahlar betonlarla basdırılmaq üzrə” və s. Adamlar davamlı ərazi hakimiyyətini gücləndirirlər. İnanmaq çətindi. Hökumət bunu bir neçə gündə bitirər istəsə. Çox qəribə bir vəziyyət yaranıb. Hökumətin bu mövzudakı siyasəti sağlam siyasət deyil. Yəni Türk Millətini mənəvi cəhətdən çox təhqir edən, çox narahat edən səhv bir rəftardır. Qanunla, hüquqla, neçə gün davam edər bu it sürüsünü təmizləmək? Altı yüz min nəfərlik əsgərimiz var. Nəhayət, bunlar ən çox on min adam  soyğunçu dəstəsidir. Nə var bunları dağdan endirmək bu qədərmi çətindir? Millətə bu qədər sıxıntı meydana gətirən bir vəziyyət varsa nəyi gözləyirlər mən anlaya bilmədim.

Bir dəfə deyirəm, seçki təxirə salınsın. Bu seçkilərdə HDP son dərəcə avantajlıdır. Çünki PKK dəstəyi var arxalarında. Bu səbəbdən belə seçim olmaz. Yəni hansı partiyanın arxasında PKK dəstəyi olarsa o partiya qalib gələr. Çünki silah var adamın əlində. O xalqın əlində isə silah yoxdur. Qorxu var, dəhşət var, şiddət var, təhdid var. Belə bir vəziyyətdə necə seçki olar? Millətin zəmanətçisi əsgər, polis qaçırılır. Adamın müraciət edə biləcəyi bir yer yoxdur. Polis polis bölməsindən çıxa bilmir, əsgər kazarmadan çıxa bilmir. Bu necə işdir mən anlaya bilmədim.

(“Nokta” Jurnalının xəbərinə görə Daxili İşlər Nazirliyi son dörd ayda cənub-şərqdə şəhər mərkəzlərində cümhuriyyət tarixinin ən əhatəli yığıncağını etdi. Satın alınan hərbi silah-sursatın maddi qarşılığı tam 625 milyon lirədir. Tender sənədlərində vasitə və sursat təslim vaxtının seçkinin dərhal əvvəl və sonrasına görə nizamlanmış olması “hazırlığın mənasını nümayiş etdirir” şərhləri edildi.)

Elə bir şey olsa belə bir vəziyyət olar mı? Ard-arda əsgər, polis qaçırırlar, müəllim qaçırırlar, məktəb yandırırlar, emalatxana yandırırlar, oranı, buranı bombalayırlar, nə əlaqəsi var. Mühafizə orqanları ilə əlaqəsi yoxdur bu işlərin. İcrayla əlaqəsi var. Mənim bildiyim beş min illik tariximizdə yoxdur. Mən belə bir fəlakət görmədim. Osmanlıya kim qarşı çıxmışsa Osmanlı pərişan etmişdir. Səlcuqlularda da kim qarşı çıxmışsa pərişan etmişdir. Yəni hər zaman belə olmuşdur.

(Bu gün AK Partiya Mardin seçki bürosuna səs bombalı hücum reallaşdırıldı. Səs bombasını atıb qaçdığı irəli sürülən bir adam nəzarətə götürüldü. Hadisə ilə əlaqədar olaraq bir adam də axtarılır.)

Belə hadisələr ard-arda davam edər mənim qənaətim. Hadisənin gedişindən aydın olur. Artıq polis hazırlıq görməlidir, xüsusi təyinatlılar hazırlıq görməlidir, bunları dağdan, daşdan hinlərindən çıxarmalısınız. Əsgər, polis təhlükəsizliyi təmin etməlidir. Millətə böyük bir rahatlıq, hüzur gələcək. Sonra seçki apararsan. Belə təhdid, şiddət mühitində seçki olmaz.

(Ak Partiya Mardin Millət vəkili namizədi Orhan Miroğlu, “Biz hər yerdə rahat şəkildə gəzə bilmirik. Kızıltəpədə broşura paylaya bilmək üçün əlli qoruyucu ilə getməliyəm” dedi. Xüsusilə Ərəb seçicilərə təzyiq edildiyini, kəndlərə getdiyində əlinə ölüm siyahılarının verildiyini, bu səbəblə vətəndaşın başqa partiya üzvlərinin yanına yaxınlaşmağa belə qorxduqlarını söylədi.)

Bax bu şərtlər altında seçkiyə gedir Ak Partiya. Bir də MHP-lilərə hirslənirlər. “Niyə rahatlıqla gəzə bilmirlər?" deyir. Sən özün gəzə bilmirsən. Sənin qəbahətindir. Təslim etmisən PKK-ya. Sən istəməsən də bu olub. Sən, əlbəttə, PKK gəl yerləş demədin. Amma bəsirətsiz və fərasətsiz siyasətlər bunu meydana gətirdi. O mənada söyləyirik.

PKK tərəfindən xalqa göndərilən təhdid məktubu var HPG-nin. Deyir:

 Biz bir xüsusda məna verə bilmirik. Ak partiya bu qədər çirklənmişkən necə olur ki, yanında yer alırsınız. Niyə anlamırsınız, sizi satın alacaq pullar axıdılır. Əgər bu eşitdiklərimiz doğrudursa o pulları burnunuzdan gətirməyi çox yaxşı bildiyimizi, siz də bilməlisiniz, əgər sizin ailələrdən tək bir səs AKP-yə və ya başqa bir partiyaya getsin o zaman hesabımızın da böyük olacağını siz bilməlisiniz” deyir.

 Bu cür bir rəzalət varkən seçkiyə gedilməsi “alın Cənub-Şərqi Anadolu sizin olsun” demək kimidir. Bu stil, stil deyil, üslub da üslub deyil, bu böyük bir fəlakətdir. Milləti də seçkilərdən sonra əməliyyat ediləcək və s. deyə ovutmağın da bir əhəmiyyəti yoxdur. Cənub-şərqi Anadolunu boydan-boya HDP-yə verdikdən sonra, əməliyyat etsən nə olar, etməsən nə olar. Əvvəl seçki ədalətli bir seçki olmalıdır. İndi ədalətli bir seçki imkanı yoxdur. Xalq qorxudulub, təhdid edilib. “Gəlin seçkiyə gedək” deyir. Necə seçki olur bu? İndi bir evin içinə girsə mafiya, əlində silahlarla, “Hamınız filan partiyaya səs verəcəksiniz” desə, nə etsin adam? Ya ölüm, ya səs. Xalq indi cənub-şərqi Anadoluda mənəvi təzyiq içindədir.

Prezident idarə sistemi Federasiyanı gətirəcək

Bu gün Devlet Bahçeli xalqdan soruşdu: "Respublika başçısına səs verərkən prezident idarəçiliyini təsdiq etmək üçünmü verdiniz?” deyə. Xalq “xeyr” deyə qışqırır. Tayyib hocam da, “Mənə yüzdə 52 səs verdilər. O zaman prezident idarəçiliyini istəyirlər” deyir. Elə bir şey yoxdur. Biz səni sevdiyimiz, saydığımız üçün, şəfqət duyduğumuz üçün, çox əməyin keçdiyi üçün, sənə hörmət üçün səs verdik. Və cümhuriyyət başçısı etdik. Sən prezident ol deyə etmədik. Yalnız haqqındır, çox əmək verdin, çox əməyin keçdiyi üçün, son vəzifən olaraq; bəlkə, prezident olaraq vəzifə etmək istəyirsən, biz də sənə kompliment olaraq bunu etdik. Nəzakətlə etdik. Sən prezident ol da, Türkiyəni federasiyalara ayır deyə etmədik. Prezident idarə sistemi federasiya gətirəcək. Biz belə bir bəlanın içinə girərikmi?

(Prezident Ərdoğanın köhnə media müşaviri indi “Hürriyet” yazarı olan Akif Beki “camaatın cinayətə qarışan jurnalistləri cəzalandırılsın, çalışdıqları radio və TV-lər deyil” -dedi. Akif Beki əvvəlki gün də Ethem Sancakın Ərdoğanla əlaqədar sözlərini tənqid etmişdi. Bu səbəblə hökumətə yaxın jurnalistlər tərəfindən sərt ittihamlarla tənqid olunur.)

Bu çox səhv bir şeydir. Mən Tayyib hocanı gecə-gündüz ən çox tənqid edən insanam. Ən yaxşı da qoruyan mənəm. Telinə toxunanın qanunla, hüquqla nə hala gələcəyini təxmin edərsiniz. Elə bir şey etməyə icazə vermərik. Tənqid varsa o ölkə azad deməkdir. Tənqid yoxdursa bu məmləkətdə yaşanılmaz. Məmləkət getdi deməkdir. Tənqid edən çox olsun. Bu səhhət əlamətidir, gözəllik əlamətidir. Söyləsin. O bir canlılıq əlamətidir. Kimsə səsini çıxarmırsa ölümdür o, ölüm əlamətidir. Heç tərpənmirsə bitdi. Yəni müxalif jurnalistlər olsun, müxalif televiziyalar olsun, gur-gur danışsınlar. Akif Beki də tənqid etsin, danışsın. Akif yaxşı dəliqanlıdır, təmiz dəliqanlıdır. Yəni o danışmayacaq, bu danışmayacaq. Olar mı elə şey? Yəni insan sevdiyini tənqid edər. Dost tənqid edər. Dosdun tənqidi insanlara acı gələr. Amma dərman kimidir. Tənqid olmasa nə olar? Məhv olub gedərlər. Olar mı elə şey? Biz davamlı hökumətə yol göstərmiş oluruq. Bir kərə mən və yoldaşlarım hökumətə ideoloji zəmin hazırladıq. İdeologiyası olmadan hökumətin iqtidara gəlməsi mümkün deyil. Dünyanın heç bir yerində belə bir şey olmaz. İdeologiyası olmadan bir hökumət iqtidara gələ bilməz. Biz ideologiyasını təmin etdik. Ona ideoloji zəmin hazırladıq. Nə etdik? Darvinizmi elmi cəhətdən sildik, materializmi sildik. Sol öldü Türkiyədə, ondan sonra sağ iqtidar oldu. Yoxsa dipdiri bir sağ, dipdiri bir Darvinizmlə Ak Partiya addım belə ata bilməzdi.

(Prezident Ərdoğan Bosniya Herseqovinada ortaq mətbuat konfransında sualları cavabladı. Mursinin verilən edam qərarına toxunan Ərdoğan, “Sisini prezident qəbul etmədiyimi söylədim. Hal-hazırda yenə deyirəm. Mənim üçün Misirin prezidenti Mursidir. Birləşmiş Millətlərdə eyni masaya onunla oturmadım. otursam özümü inkar edərəm. Otursam demokrat olmaram” -dedi.)

İndi Misirin yarısı onun tərəfindədir. Yarısı da Mursinin tərəfində. Doğrusu budur. Yəni hər nə olursa olsun bir əlaqə olmalıdır ki, Misir qardaş ölkə halında Türkiyəyə yaxınlaşa bilsin. Sən Misirin yarısına qarşı çıxsan, Misirin hamısı da sənə qarşı çıxar. Belə olmaz. Misir indi Türkiyəyə düşməndir. Bir yolunu tapmaq lazımdır. Məsələn, Misirin prezidenti ilə görüşmək istəmirsənsə, Baş nazir ilə görüşərsən. Baş nazirlə həmsöhbət ol. Dövlət başçısı ilə olma, məclis sədriylə həmsöhbət ol. Amma “heç həmsöhbət olmuram” desən Misirin hamısını qarşına alarsan. Bu səhv siyasət olar. Biz, “get, qatillərlə həmsöhbət ol” demirik. Amma Baş nazirlə həmsöhbət ol. “Misiri Baş nazir təmsil edir. Mən onunla danışaram” deyərsən.

2017-04-14 21:45:51

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top