Cənab Adnan Oktarın 19 may 2015-ci il tarixli Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 19 may 2015 Xoş Söhbətlər

Hədisə görə məscidlərdə Mehdidən, Dəccaldan bəhs edilməməsi Mehdinin və Dəccalın çıxdığının əlamətidir

Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə çəkindirən bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Fatir surəsi, 42)

Allahdan xəbərdar edən, yol göstərən istəyir insanlar. And da içirlər, “Əgər gələrsə çox yaxşı olacağıq, mükəmməl olacağıq”. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı”. Bir vaxt Mehdi gözləyirdilər bütün dünya səviyyəsində İslam aləmində sünni olsun, şiə olsun, vəhhabi olsun hər kəs gözləyirdi, bilirsiniz 1980-ci illərə qədər, hətta 82-83-lərə qədər. Sonra birdən az qala hamısı, yəni çox az bir qismi istisna olmaqla Mehdiyyətə ciddi şəkildə qarşı çıxdılar. Nə gördülər, nəyi fərq etdilər, kimi gördülər, bu çox əsrarəngizdir. Bu səfər dəccaldan da bəhs etməməyə başladılar. Yəni heç bir şəkildə məscidlərdə dəccallardan bəhs edilmir. Məhz o Mehdi (ə.s) və dəccalın çıxdığının əlamətidir. “Çıxmadan əvvəl bəhs edəcəklər” -deyir Peyğəmbərimiz (s.ə.v); amma Mehdi (ə.s) və dəccal çıxdığı vaxt artıq bəhs etməyəcəklər deyir, dünya səviyyəsində.

İnsanlar hər dövrdə bir Mehdi gözləmiş, amma gəldiyi vaxt bu onların ancaq nifrətini artırmışdır

Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Fatir surəsi, 42) Demək ki, bu bir qanundur, sünnədir. Bütün dünya tarixi boyunca bu belə olmuşdur. Həm bir mehdi gözləyirmişlər; amma gəldiyində də onların ancaq nifrətini artırmışdır. Azğınlaşmışlar, tərsləşmişlər, qarşı çıxmışlar, amma hər dövrdə belə olmuşdur. Bu imtahanın bir gərəyidir. Çünki gələr-gəlməz qəbul etsələr, o gələn mehdi imtahan olmamış olar, savabı az olar. Dirənəcəklər, qəbul etməyəcəklər, onu küfrlə, dəlalətlə ittiham edəcəklər ki, onun imtahanı güclü, uğurlu olsun. Çünki mühüm olan onun orada müvəffəqiyyət qazanması, yəni imanı istiqamətdən Allah qatında dərəcəsinin, əcrinin artması əhəmiyyətlidir. Yoxsa nə olacaq? Onsuz da hakim edən Allahdır. O şəxsin gəlməsinə ehtiyac yoxdur ki. Məsələn cəhənnəmdə onlardan soruşulur “Sizə bir elçi, qorxudan kəs gəlmədi mi?” Deyirlər. “Bəli gəldi, amma biz müqavimət göstərdik, qəbul etmədik” deyirlər.

Gələn peyğəmbərlər və mehdilər həmişə halalları çoxaltmışlar, haramları azaltmışlar

Mülk surəsi, 9-da “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik” -deyirlər. Hər dövrdə belə olmuşdur. Hz İbrahimdə, İsada, Musada, İshaqda, Nuhda hamısında. “... Siz də ancaq böyük bir azğınlıq içindəsiniz” -demişlər həmişə. Bax azğınlıq. “Sənin dinlə əlaqən yoxdur” -deyirlər. “Sən adətlərimizdən kənar, yaşadığımız dindən kənar yeni izahlar gətirirsən. Sən azğınsan” -deyirlər. Bu səbəbdən Cübbəli də deyir: “Onu tanımayıb dəccala tabe olmaq da var Mehdi (ə.s) gəldiyində” -deyir. “Mehdi (ə.s)-ı tanımayıb dəccala tabe olmaq da var” -deyir. İndi bir ənənəçi Ortodoks, özündən daha ənənəçi Ortodoks bir adamı niyə qəbul etməsin? Daha çox sevər, çox bəyənər. “Nə qədər təqvalı imiş” deyər. Daha fanatikdirsə özündən, daha qatıdırsa daha çox bəyənər. Amma dini rahatladırsa, zəncirləri qırırsa, bax onda səsi ucadan çıxır. “Sən bu çətinlikləri niyə qaldırırsan?” -deyir. “Haramları çoxalt”, “halalları azalt” –deyir. Halbuki gələn peyğəmbərlər və mehdiler həmişə halalları çoxaltmışlar, haramları azaltmışlar. Amma müşriklər də həmişə haramları çoxaltmışlar, halalları azaltmışlar. Halbuki dində halal çoxdur, haqq dinlərdə.

Gələn hər mehdiyə, əsas da sözü keçən insanlar olmaqla insanlar müqavimət göstərmişlər

Zənginlikdən təkəbbürlənənlər onsuz da əsas problem olur. Əlinə imkan keçir iqtidarın imkanları var, hökumətin imkanları var. Bir çox imkan var, malı var, mülkü var, inşaatları var. Deyirlər ki, bax, “onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq:” zəngin olmayan insanın onsuz da bir təsiri olmaz. Zəngin olanlar daha təkəbbürlü, azğın olur bir qismi və təbii ki, onların sözü də Allaha şərik qoşanlar üçün təsirli olur. “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. (Səba surəsi, 34) Yəni qəbul etmirik. Ona görə bunda təəccüblənməli bir şey yoxdur. Yəni hər Mehdiyə insanlar müqavimət göstərəcəklər. O, onun mehdi olduğunun əlaməti olar. Əgər asanlıqla irəliləyəcək olsa Mehdi (ə.s), ki, “40 illik mübarizəsi vardır” -deyir Peyğəmbərimiz (s.ə.v), 40 il niyə səy göstərsin? 40 gün belə çəkməz dərhal istənilən nəticəni alar. Amma elə olmur.

Mehdi (ə.s)-a Allahdan qorxanlar tabe olacaqlar

Sən yalnız ondan qorxanı xəbərdar edənsən. (Naziat surəsi, 45) Yəni Allahdan qorxanlar sənə tabe olarlar. Mehdi (ə.s)-a da Allahdan qorxanlar tabe olacaqlar. Əlbəttə, biz axtarışa davam edəcəyik, mən də axtarıram sizlər də axtarırsınız Mehdi (ə.s)-ı. Amma tapa bilməmək, hələ görə bilməmək fəaliyyətimizi, səyimizi heç bir şəkildə dəyişdirmir və dəyişdirməz də. Ölənə qədər davam edərik.

İslam dini asanlıq dinidir, çətinlik deyil

“Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik”. (Ta ha surəsi, 2-3)

Bax çətinlik olsun deyə deyil, asanlıq olsun deyə gəlir. İslam dini asanlıq dinidir, çətinlik deyil. Amma fanatiklər çox çətin hala gətirmiş, yaşana bilməyəcək hala gətirmişlər. Ona görə də xalqın böyük bir hissəsi İslamı yaşamır İslam aləmində.

“Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?” (Zuxruf surəsi, 5)

Bax onlar Qurandan uzaqlaşdırıb kənara buraxmağın arxasında olurlar.

“Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ”. (Ya sin surəsi, 11)

Bax Allahı görmədiyi halda içi titrəyərək Allaha tabe olan. Ancaq onu qorxuda bilərsən.

"Təmiz ağıl sahiblərindən başqası ibrət alarlar". (Bəqərə surəsi, 269) Berraksa ağılı, aydın olmayan kimi deyil.

Öyüd və xatırlatma fayda vermirsə israr etməyə ehtiyac yoxdur

87-ci surənin 8-ci ayəsində, Səni ən asan olana müvəffəq edərik” -deyir Allah. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!” (Əla surəsi, 9) Fayda verməyəcəksə, adama izah edirsən adam daş kimi, başında da bir şey yoxdursa onda israr etməyə ehtiyac yoxdur. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər”. (Əla surəsi, 10) -deyir Allah. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar” (Əla surəsi, 11) -deyir Allah. Adam həmişə “Mən sürünürəm, pərişanam, mən məhv olmuşam, onsuz da çirkin bir adamam, yeməyə, içməyə heç nəyim yoxdur, kasıbam, hələ evlənə bilmədim ...”. Evlənsə də “Uşağım olmadı”. Uşağı olanda da “məktəbə göndərə bilmədim”. Məktəbə göndərdisə də “Yaxşı bir məktəbə göndərə bilmədim”. Yaxşı bir məktəbə göndərdisə “Uşaq müvəffəqiyyətli olmadı” -deyir. Uşaq müvəffəqiyyətli olsa da “kifayət qədər müvəffəqiyyətli ola bilmədi” -deyir. Yəni mütləq özünə bir şey tapır. Çox ağlayır onun üçün. Uşaq, məsələn, aşağı qiymət alır, anası, atası həmişə birlikdə ağlayırlar hamılıqla.

“... Müşriklərdən isə üz çevir” -deyir Allah. Bəladır müşriklər. Amma adamlar bilmir. “Rəbbindən sənə vəhy olunana tabe ol!” -deyir Allah. Qurana tabe ol. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Müşriklərdən isə üz çevir”. (Ənam surəsi, 106) -deyir Allah. Yəni müşriklərə tabe olma. Adam israrla müşriklərə tabe olur atalarımızın dinidir deyə.

 “Yunus peyğəmbərin qövmü inkar edir. Sonra xeyli çətinliyə düşür. Tövbə etdiyi zaman Allah tövbəsini qəbul edib, geri göndərib müvəffəqiyyətli edir”.

Əlbəttə, o çətinliyi görüncə geri qayıdır. Halbuki çətinlik ona onsuz da xüsusi yaradılır. Adamların müqavimət göstərməsi acığına gəlir. Halbuki adamların müqavimət göstərməsindən daha çox savab qazanacaq.

“Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən. Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən”. (Nəml surəsi, 80-81)

Bax “Bizim ayələrimizə” -deyir, “Hədislərə, xurafatlara” demir ayə.

Allah müsəlmanlardan müşriklərin hücumlarına əhəmiyyət verməməyi, çox soyuqqanlı bir ruh istəyir

“Sənə buyurulanı açıq-aşkar bəyan et”, yəni Quranı açıq-aşkar izah et, Quranın yetərliliyini izah et “və müşriklərdən üz çevir”. (Hicr surəsi, 94) Təhqir edə bilər, ağzını poza bilər, hücum edə bilər, “Onlara əhəmiyyət vermə” -deyir Allah. Niyə əhəmiyyət vermə deyir? Çünki onlara o gücü verən Allahdır. İstəsə müşrik deyə bir şey olmaz. Onların o danışıqlarını yaradan da Allahdır. İstəsə hamısının ağzını yumar, heç danışa bilməz. Ona görə Allah bax çox soyuqqanlı bir ruh istəyir müsəlmanlardan.

Müşrik də, münafiq də kafirlərin hamısı Allahın nəzarəti altındadır, tale çərçivəsindədirlər

Allah bir ayəsində, “Allah, kafirlərə möminlərin əleyhinə yol verməz” buyurur. Tale də bu mümkün deyil. Allah qorusun Allah, məsələn onlara belə bir imkan versəydi, olmaz elə bir şey, dünya həlak olar. Yəni bir münafiq belə dünyanı darmadağın edər. Amma onların hamısı çərçivə içindədir, hamısı nəzarət altındadır. Müşrik də, münafiq də, kafir də hamısı nəzarət altındadır. Yoxsa sırf kafirlər belə bütün müsəlmanları yox edə bilərlər. Bir neçə həftədə bir nəfər müsəlman buraxmazlar. Münafiqlərlə birləşərlər darmadağın edərlər müsəlmanları. Müşriklər də darmadağın edərlər müsəlmanları. Amma Allah hamısını bir çərçivəyə, bir qəlibin içinə salmışdır. Heç biri qədər qəlibindən kənara çıxa bilməz. Tale çərçivəsinin içində qalmışlar, millimetr kənara çıxa bilməzlər.

2017-04-14 21:48:33

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top