Hörmətli Adnan Oktarın 22 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 tv, 22 may 2015-ci il

 

(Yalçın Akdoğan Selahettin Demirtaşa xitab olaraq: "Haydı, baxaq PKK silahı atsın nə qədər səs yığacaqsan. Ətin nə, budun nə onda görəcəyik" dedi.)

Lap əvvəldən söyləyirəm HDP-ə PKK dəstəyi bir qalxsın HDP sıfır vergül sıfırlı belə çətin səs toplaya. Silinər gedər.

 

(Respublika başçısı Ərdoğan, müstəqil Kürdüstanın İraqın daxili problemi olduğunu ifadə edərək, "İraq öz daxilində əgər belə əyaləti bu şəkildə bölünmə ilə nəticələndirirsə bu onun daxili problemidir, bu bizi maraqlandırmaz" dedi.)

Doğrudur. Bizim Türkiyə olaraq narahat olacağımız bir şey yoxdur. Xüsusilə, Bərzani öz yoldaşlarıyla filan bir quruluşa gedirsə gedər. Biz Türkiyə içində elə bir şey istəmirik. Əvvəldən söyləyirəm.

 

(Ərdoğan dünənki şərhində, HDP-in seçkiyə partiya olaraq girməsinin Öcalanın qərarı olduğuna inanmadığını söylədi.)

Amma Tayyib hocam fərasətli cavandır. Bunu necə bilməz? İndi Abdullah Öcalan təlimatından başqa ağcaqanad belə uçmur. Nə əlaqəsi var, yox dağ qarşıymış, yox Kandil qarşıymış. Kandil Ada zidd düşürmüş. Belə bir şey mümkün deyil. Tək mərkəzdən nə deyilirsə onu tətbiq edirlər. O qayıq döyüşünün də yenə qaynağı tək mərkəzdir. Daha əvvəl onu söylədik, qəbul etmişdilər. Yaxşı polis, pis polis oynayırlar dedim. Mən bunu izah etdikdən sonra ağılları yatmışdı. İndi yenə izah etdiyimi unutmuşlar. Yaxşı polis, pis polis oynanırsa bu yenə adadan gələn təlimatdır. HDP-in də adanın xaricində edə biləcəyi çox şey olmaz. Təhdid altında olan bir partiyadır. Kiçik şeylər edər, amma ümumi olaraq adanın təsirində olduğu çox aşkar görünür. O mənim qənaətimdir. Mənim gördüyüm budur. Yəni ada bir şey deyəcək də partiya əksinəmi söyləyəcək? İndiyə qədər bu görünmədi. Hətta deyir ki, "prezident idarəetmə sistemi olsun". Dərhal; həm Tayyib hocam, həm də HDP eyni şeyi söyləyir. Amma baxdılar ki, aydın olacaq, HDP bu səfər sözü dəyişdirdi. Halbuki HDP-in başda gələnləri təkidlə president idarəetmə sistemini müdafiə etdilər. Sonra dedik ki, siz əməkdaşlıq halındasınız. HDP ilə - Ak partiya əməkdaşlıq halındasınız, bu səfər bir-birlərinə əksmiş kimi göstərməyə başladılar. Bir çox istiqamətdə özlərini ayrıymış kimi, fikirləri ayrı, düşüncələri ayrı. Halbuki xeyli ittifaq var. Keçmişdən bu belə gəlmiş belə gedir. Amma o ona qarşıymış, o da ona qarşıymış kimi görününcə bu inandırıcı olur. İnsanlar o zaman rahatlayırlar. Keçici bir rahatlıq yaşayırlar. Məsələn, silah buraxacağıq deyirlər, inanırlar. Yaxud da aralarında ziddiyyət var deyilir, inanırlar. Halbuki ziddiyyət yoxdur, belə bir şey yoxdur. Daim ittifaq var. Başçılıq sistemini HDP dəstəkləyir və ciddi şəkildə də partiya adanın təsiri altındadır. Öcalanın başqa bir xüsusiyyəti yoxdur. Bir hissə hadisədir. Bir tamdır. Öcalanın dediyindən başqa bir hərəkət biz görə bilmirik.

 

Milli Təhsil Nazirliyi yardımçı dərs olaraq darvinizmin etibarsızlığını izah etməlidir

Tayyib hocam xoşniyyətlidir, amma dəccal dünya səviyyəsində çox azğın və güclü olduğu üçün onun da gücü çatmır. Məsələn, köməkçi dərs kitabı kimi Milli Təhsil Nazirliyi olaraq əlli-altmış səhifəlik bir şey uşaqlara nəşr etdirib verə bilərlər. Bunu etsinlər. Bu fəlakətə qarşı Tayyib hocam bir igidlik etsin, bir yardımçı dərs kitabı, heç olmazsa bunu çıxartdırsın. Madam tədris planında bunu dəyişdirə bilmir, bu bəladan qurtulmaq olmur. Dünya səviyyəsində belə bir fəlakət var. Bütün İslam ölkələrində "Allah yox" deyilir. Demək olar bütün dərslərdə deyilir. Struktur dərsinin nə əlaqəsi var? Onda belə Allah yox deyə izah edirlər. "Elm bunu deyir. Bu isə inancdır" deyir. "İstəyirsinizsə buna inana bilərsiniz, amma həqiqətləri axtarırsınızsa" deyir, "elmi axtarırsınızsa, Allah yox" deyir. "Təsadüfən yaradıldınız", palçıqlı sulardan deyir. Uşaqlar da inanırlar. Ondan sonra PKK olur, kommunist təşkilatlar olur, o olur, bu olur. Bəla növbənöv axır. Bir bərəkətsizlik, fitnə bütün dünyanı bürüdü. Darvinizm nə deməkdir? Haşa, Allaha meydan oxunuyur. Allahı kökdən inkar edən bir sistemdir. Bu dəhşətli bir şeydir. "Din də təkamüllə meydana gəldi. Hər şey təkamüllə meydana gəldi" deyirlər.

Lakin dövlət fosilləri şagirdlərə göstərsin. Əgər çəkinirlərsə dəccaldan, belə bir şey edə bilərlər. Amma dəccal öz dininə dünya səviyyəsində əsla bir şey dedirtmir. "Dəccal dünyaya hakim olar" deyir Bədiüzzaman. "İndi də elə oldu" deyir. Bədiüzzaman öz zamanında dəccaliyyət yıxıldı demir. Nurçular orada səhv edirlər. "İndi də elə oldu. Dəccal dünyaya hakim oldu" deyir. Dəccal yıxıldı demir. "Amma biz küfrün belini qırdıq" deyir. Amma dəccaliyyət öldü demir. Amma nə dərəcədə bel qırmaqdır. Belini qırdın, amma oturduğu yerdə adam yenə hücuma davam edir. O priyom olaraq deyilmiş bir sözdür. Yoxsa dəccaliyyət intensiv şəkildə azğınlığını davam etdirir.

 

İŞİD-in indiki hakimiyyəti 167 min 738 km-i əhatə edir. Bir çox Avropa ölkəsindən daha böyükdür

İŞİD-i dayandıracaq güc İmam Mehdi (ə.s)-dır. İmam Mehdi (ə.s)-a tabe olacaqlar. İŞİD ləğv olacaq. Onun xaricində İŞİD-i dayandıra bilməzlər, söyləyim. Qədərlərində yoxdur. Hədislərdə son dərəcə açıqdır. Boş yerə çalışırlar. Amma İmam Mehdi (ə.s)-a tabe olduqdan sonra IŞİD aradan qaldırılar. Birbaşa Mehdi (ə.s)-a bağlanmış olacaq, sonra sülh. Qan qalxacaq, ağrı-acı, şiddət, terror aradan qalxacaq, güllə, silah, bomba artıq qalmayacaq. İmam Mehdi (ə.s)-ın zühuruyla hamısı qalxacaq.

İŞİD dünən İraq və Suriya arasındakı son qalan sərhəd qapısını da aldı, beləcə bütün sərhəd İŞİD-in oldu.

Hədislərdə belə. Bütün bölgəyə bu gücün hakim olacağı, bu qara bayraqlıların, qara paltarlıların hakim olacağı deyilir. Bu qədərə qarşı müqavimət göstərmələri olmaz. Tək həll yolu da imam Mehdiyə bağlanmalarıdır.

Avropanın İŞİD-lə məşğul olması çox böyük səhv olar. Cinayətlə, adam öldürməklə olmaz. Tövsiyəm Mehdi (ə.s)-ı axtarsınlar. Qurtuluş oradadır. İsa Məsihi axtarsınlar, qurtuluş oradadır. Onun xaricində olmaz.

(Zaman" qəzeti yazarı Mümtazər Türkönə, "hərbi çevriliş" müzakirələri ilə bağlı, "Əsgərin ağlından hərbi çevriliş düşüncəsi keçməz; çünki yaxın və orta tarixdə keçmişin qaranlıq himayəçilik şərtlərinin yetkinləşmə ehtimalı yoxdur" dedi.)

Hərbi çevrilişin olması üçün bir şey yoxdur. Qanuni hökumət normal, səmimi olaraq xidmətinə davam edir. Çevrilişə təhrik edəcək bir vəziyyət yoxdur. 12 sentyabrda belə çevrilişi zorla etdilər. Ordu çox güclü müqavimət göstərdi. Türkiyə bir-birinə qarışdı, ordu heç bir şəkildə yanaşmadı. Amma, təbii, Adnan Menderesə çox böyük zülm etdilər. Çox böyük ayıb etdilər. Çox təcrübəsiz idi, Adnan Menderes, dövlət çevrilişi ilk dəfə olur, təxmin etmədi.

 

(İnternetdə "Türkiyədə  kürd istəmirik" şəklində bir imza kampaniyası başladıldı.)

Hansı əxlaqsız onu söyləyir? Bu çox böyük bir cinayətdir. Bunu edən, bu sözü söyləyən həbsə girər. Çox müdhiş nalayiq bir ifadədir. İrqçiliklə də təsvir ediləcək kimi deyil, çox çirkin, nalayiq, hörmətsiz, ağılsızca bir ifadədir. Bu fikirin, bu düşüncənin əgər tərəfdarı varsa mən onların insan olub-olmadığından şübhə edərəm. Müəyyən təxribatdır. Türkiyədə qanında kürd qanı olmayan yoxdur. Hər kəsin qanında kürdlük vardır, hər kəsin qanında türk qanı vardır, hər kəsin qanında laz qanı vardır, bura Türkiyədir.

 

(Prezidentimiz, Müdafiə sənayesinin əhəmiyyətinə diqqət çəkdi. "Bu gün müdafiə sənayesinə ehtiyacımızın 54 %-ni öz  imkanlarımızla qarşılaya bilərik. Məqsədimiz, 2023-cü ilə gəldiyimizdə Müdafiə sənayemizi xarici asılılıqdan tamamilə qurtarmaqdır" dedi.)

Gözəl, lakin düzəltdiyimiz silah bizə qalsın. Biz ətrafa silah filan verəcək mövqeyimiz yoxdur. Bizim güclü şəkildə silahlanmağa ehtiyacımız var və silah anbarlarımız da çox əsaslı olmalıdır. Yerin 200 metr altında filan. Çox əhatəli silah anbarlarımız olmalıdır. Məsələn, Allah əsirgəsin 10 illik bir döyüşə çatacaq qədər sursat olmalıdır. Xüsusilə, mərmi çox əhəmiyyətlidir. Hiroskop idarəli, yəni daha sadə texnologiyayla raket düzəldə bilərlər. Bu, çox baha başa gəlməz. Mühüm olan çox olmasıdır. Çox olması narahatedicidir. Çox qorxuducudur.

 

(Səudiyyə Ərəbistanı, Birləşmiş Millətlər İnsan Haqları Komissiyasının başçılığını boynuna götürmək istədiyini söylədi. Rəcm və edam cəzası tətbiq edən, 2015-ci ilin əvvəlindən 84 adamın asıldığı Səudiyyə Ərəbistanının İnsan Haqları Komissiyası başçılığını boynuna götürmək istəməsi diqqət çəkdi.)

Həqiqətən, bir az qəribə görünür. Gecə-gündüz adam asan bir yerin, zaman gələcək, mehdiyyətlə bu dərdlər bəlalar sona çatacaq, inşaAllah.

 

(Prezidentimiz Ərdoğan cənub-şərqin təhdid altında olduğunu söylədi.)

Şükürlər olsun. Şükürlər olsun. Neçə ildən bəri izah edirəm. Tayyib hocam yaxşıdır, bunu söyləməsi də yaxşıdır.

 

("Baxırsınız Batmanda bir ürkəklik var. Siirt də həmçinin elədir. Görüşdüyümüz zaman deyirlər ki, "həmişə təhdid altındayıq". Bu şəkildə bir yanaşma var. Özləriylə görüşdüyünüz zaman sülh deyirlər. Nə sülhü? Belə bir sülh ola bilərmi?")

Doğru, ortada böyük bir təhdid var. Bölgə PKK işğalı altındadır. Onların sülhə ağızları alışmış. Kürd olan qardaşlarımız, təbii ki, sülh istəyir. Millət olaraq da biz döyüş istəmirik, amma PKK-lılar də əlində silahla sülhdən bəhs edir. Amma Tayyib hocam artıq lazım olanı etsin. Mənim gördüyüm Tayyib hocam özüdə səmimidir. İndi burada da mənim qənaətim artıq təhlükəni dəqiq gördü. Bir şey etmək istəyir hər halda, amma ictimaiyyət dəstəyi istəyir. Mənim gördüyüm o da bu rüsvayçılığın fərqindədir. Yazıçılar susmasınlar. Təşviq etsinlər. PKK bəlasını qanunla, hüquqla cənub-şərqdən yox edək. Mütəmadi susurlar. Bir qismi də yaltaqlıq edir. Susacaq vaxt deyil. Hökuməti təşviq edək ki, onlar da lazım olanı etsinlər. Qanun hüquq nə deyirsə onu etsinlər. PKK-lıların hamısı həbs olunmalıdır. Ora rahatlamalıdır. Oradan qorxu qalxmalıdır. Orada qorxu ətrafı bürüyüb.

 

(Hörmətli Kılıçdaroğlu dünən CHP-in “Əsrin proyekti” adını verdiyi “İqtisadiyyat və inkişaf” proyektini izah etdi. Buna görə Anadolu, Orta Asiya və Balkanları birləşdirəcək yeni bir meqa şəhər qurulacaq. Bu meqa şəhər Türkiyənin 82-ci vilayəti olacaq və həm rəhbərliyi, həm də işləkliyi ilə yalnız ticarət mərkəzi olacaq. Meqa şəhərin rəhbərliyi xüsusi bir qanunla qorunacaq. Bürokratiyanın sıfıra endiyi xüsusi bir qanun. Qubernatoru olacaq. Qubernator təyin ediləcək, amma rəhbərliyi böyük ölçüdə vətəndaş cəmiyyət quruluşunda olacaq. Sərbəst ticarət yönətmə sənaye bölgəsi və texnopark məskəni olacaq.)

Tək bu sözlər bir az qəribə gəldi mənə. Ürküdücü də gəldi. Buradan PKK-ya bir model çıxacaq kimi görünür. Xalq öz-özünü idarə edir, başçı seçilir, başçısı filan özləri seçirlər. Bir öz rəhbərlik var. Federasiya kimidir. Yeni bir federasiyadır. Bu çox böyük bir təhlükədir. Cənab Kılıçdaroğlunun bunu gördüyünü ümid edirəm. Bunu hər halda bəzi marksist, kommunist yoldaşlar köməkləşib belə bir fikir ortaya atmışlar. Cənub-şərqə tay olaraq daha bir federativ bir bölgə var. Burada bir federasiya varsa, burada da bir federasiya olsun. Federasiyalar çox olsa “nə olar” a gətirəcəklər kimi görünür. Mən bu söhbəti heç sevmədim. Burada sanki biraz qəribəlik var. Seçki bəyannaməsində CHP-in unitar quruluşun qorunmasına dair heç bir vurğu yoxdur. İndi ardınca federasiyaya qarşı mülayim fikir izahı.

Cənab Kılıçdaroğlunun şəxsiyyətini tənzih edirəm. Biz onu sevirik. Belədir, elədir deyə onunla da bağlı bir şeylər söyləyirlər, amma mən onu insan olaraq təqdir edirəm. Həqiqətən, alicənab bir insandır. Bu hörmətli Kılıçdaroğlunun fikri deyil. CHP içindəki marksistlərin fikridir. Bir də başqa növlərin fikri kimi görünür. İqtisadi olaraq avtonom olacaq deyir. Bir az qəribədir. Bürokratik quruluş çox rahat yıxılar. Elə bir problem yoxdur. Bürokratik maneələri qaldırmaq məclisin ən çox yarım saatını alar, bir saatını alar. Bu olmadı. Qubernator seçilməyəcək, təyin ediləcək. Amma bu başda təyin edilmə işi də aradan qalxar. Çünki bura hər yerdə müstəqildir. Qubernator mövzusunda bura asılı olmaz. Orada əhəmiyyətli gördükləri birini seçərlər. Bu da bir model olar. Mərkəzi sistemin xaricinə çıxmaq, avtonom strukturlara, federasiyaya qapı açmaq çox təhlükəlidir.

Unitar quruluş içində olsa gözəl olar. Bir də sənət üçün sənətçi lazımdır. Türkiyədə sənətçi yoxdur. Çox az sənətçi var. Amma CHP-in xüsusi bir səyi nəticəsində sənətçilər meydana gələcəksə, bu başqa məsələ. Amma indi ortada sənətçi yoxdur. İnsanların qibtə etməsi üçün, sənətçi üçün bir şəhərə ehtiyac yoxdur. Meqa şəhərə ehtiyac yoxdur. Bütün məsələ insana sərmayə qoymaqdadır. Əvvəl biz sənətçi yetişdirəcəyik desə olardı. Meqa şəhər sənətçini doğmaz. Beton yığınlarından sənətçi çıxmaz. Soyuq beton yığınlarında yalnız boş-boş gəzişərsən. Oradan heç bir şey çıxmaz. Sərgi ediləndə sərgiyə kimsə getməz. Onunlamı məşğul olacaq adam? Adam İstanbulda sərgiyə gedər. Çünki, evi buradadır. Orada evi olmayacaq. Sənaye təsisləri onlar bunlar var. Mənəviyyat olmadıqdan sonra o şəhər nəyə fayda? Ölü bir şəhər olar. Camaat qalxıb İstanbuldan o şəhəri görməyə getməz. Camaat niyə gedib orada pulunu xərcləsin?

Məsələn, Ekmeleddin hoca CHP namizədi olduğunda "Xalq istəsə, Öcalanın əfvini imzalayaram" demişdi. Bu izahların zarafatı yoxdur.

(Avropa Birliyinin Liviya sərhədlərinə döyüş gəmiləri göndərib immiqrantların gəmilərinin məhv qərarına reaksiyalar böyüyür. Köç sahəsində işləyən Oxford, Harvard və Preston kimi universitetlərdən 300 alim və mütəxəssis bir bəyannamə nəşr edərək Avropa Birliyinin bu qərarını qınadı.)

Rüsvaylıqdır o. Bu alçaqlığa bax! Gəmini oraya göndərəcəyin xərclə onlar onsuz da xilas olar. Onlara ev düzəldərsən. O gəmilər üçün milyonlarla dollar xərcləyəcəklər. Böyük sevgisizlik, mərhəmətsizlik dünyanı bürümüş vəziyyətdədir. Sevgini unutmuşlar. Hər şeyi silahla, dərhal "donanma göndərək" dərhal "havadan bombalayaq". Sevgiylə həll edək, razı salaraq həll edək, danışaraq həll edək yoxdur. Liviyada da onlara bir etibarlı bölgə yarada bilərlər. Adam dənizdə özünü qurtaracaq bir yer axtarır, sən də onu bombardmanla sərhədə gətirməyə çalışsan, bu, çox böyük vicdansızlıq olar, zülm olar.

2017-05-07 14:33:59
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top