Hörmətli Adnan Oktarın 26 may 2015-ci il tarixli Xoş Söhbətlər proqramından əhəmiyyətli başlıqlar

A9 TV, 26 may 2015 Xoş Söhbətlər

Bütün dərslərdə şagirdlərə əhatəli olaraq darvinizm izah edilərək Allah inkar edilir

Haşa, Allaha meydan oxuyan, Allahı inkar edən darvinizmin ibtidai məktəb, orta məktəb, lisey və universitetdə şagirdlərə yeddi-səkkiz ayrı dərsdə öyrədilməsi dünya səviyyəsində böyük bir fəlakətdir. Dünya tarixində belə bir fəlakət yoxdur. Bu cür Allaha meydan oxuyan bir sistem ilk dəfədir olur. Bütün dövlətlər öz əli ilə ibtidai məktəb, orta məktəb, lisey və universitet şagirdlərinə tarix, biologiya, fəlsəfə, sosiologiya dərsində hətta coğrafiya dərsində, demək olar ki, hər dərsdə Allahın olmadığı, insanların palçıqlı suda təsadüfən meydana gələn bir mikrobdan soxulcana çevrildiyi, soxulcanın da sonra balığa, qurbağaya çevrildiyi, sonra da onun meymuna çevrildiyi, ondan da insanların meydana gəldiyini söyləyir. Darvinizm: “Dinlər doğru söyləmir” -deyir. “Peyğəmbərlərin dedikləri də doğru deyil” -deyir. “Müqəddəs kitablar da yalandır” -deyir. “Mələklər də yalandır” -deyir. “Axirət də yalandır” -deyir. Səudiyyə Ərəbistanında, İranda, Mərakeş, Tunis, Əl-Cəzair, Misir bütün İslam ölkələrində, bütün xristian ölkələrdə hamısında, dünyanın hər yerində inkar edilir. Dünya tarixində ilk dəfədir belə Allaha meydan oxunur. Haşa. İlk dəfə belə böyük bir fəlakət var. Xristianlar Allahın oğlu olduğunu deyir. Allah deyir: “Bu sözlərinə görə haradasa göy parçalanacaq” -deyir. Burada birbaşa kainatı yaradan Allah inkar edilir. Yəni orada Allaha övlad ortaq qoşurlar. Amma darvinizmdə Allah kökdən inkar edilir. Xristianlarda şirk var. “Allah var” deyir qəbul edir. Buna baxmayaraq Allah “Bu sözlərinə görə göylər parçalanacaq” -deyir. İndi Allah tamamilə inkar edilir.

Dövlət, hökumət paleontoloji dəlilləri sərgi şəklində şagirdlərə göstərsin

Bu fəlakətin qarşısı alınmalıdır, paleontoloji dəlillər ortaya qoyulmalıdır. Dövlət, hökumət paleontoloji dəlilləri sərgi şəklində şagirdlərə göstərsin. Şagirdlər özləri qənaətlərini bildirsinlər. Zülalın molekul quruluşu göstərilsin, təsadüfən ola bilməyəcəyi elmi bir həqiqətdir. Bu izah edilməzsə, tək yanlı “Allah yoxdur” təbliğatı edildiyi halda Kürdcə Quran paylasanda bir şey olmaz. İstəsən 10 milyon imam natiq şagirdi yetişdir. Çünki sən biologiya dərsində şagirdlərə nə deyirsən? “Allah yoxdur” -deyirsən. Tarix dərsində “Allah yoxdur” -deyirsən. Fəlsəfə dərsində “Allah yoxdur” -deyirsən. Sosiologiya dərsində “Allah yoxdur” -deyirsən. Bu vəziyyətdə dünya tarixinin ən böyük fəlakəti yaşanır.

Məktəblərdə darvinizm əhatəli izah edilsin, amma yaradılış gerçəyinin də izah edilməsinə icazə verilsin

Darvinizm daha əhatəli izah edilsin, hərtərəfli izah edilsin, lakin cavabına haqq tanınsın. Yalnız canlı qalıqlarını (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa bir şey istədiyimiz yoxdur. Zülalın molekul quruluşunu sxem olaraq göstərək, elmi olaraq təsadüfən meydana gəlməsinin mümkün olmadığı deyilsin. Allahın çox acığına gedir bu və Allah dünyanı həlak edir. İslam aləmini həlak edir. Allah Türkiyəni mehdiyyət vəsiləsi ilə həlak etmir. Gözəl bir yaradılışla insanı yaradacaq, beş duyğu verəcək və ən mükəmməl şəkildə yaradacaq, sən də çıxıb: “Palçıqlı sulardan təsadüfən yarandın, mikrobdan meydana gəldin” -deyəcəksən. “Allah yoxdur” -deyəcəksən. Bu qədər meyvəni, bu qədər tərəvəzi, heyvanları, bitkiləri yaradan Allahı elm adına kökdən inkar edəcəksən. Bu çox böyük bir fəlakət gətirər. Ətraf həlak olar. Fəlakət hər yeri bürüyər Allah verməsin.

“Materialist düşüncəyə sahib olanların qədərə imanları da çox zəif olur. Cüzi iradə, küllü iradə kimi Qurana tamamilə zidd izahlar verirlər”.

Heç cür içindən çıxa bilmirlər. “Küllü iradə Allaha aiddir, cüzi iradə qula aiddir” -deyir. Bu səfər qula ilahlıq xüsusiyyəti verir. Yəni onu kiçik bir ilah halına gətirir, bütləşdirir. “Allah küllü qədərə hakimdir, insan öz qədərini özü istiqamətləndirər” -deyir. Yəni Allah ona qarışmır, haşa. Hər şeyi Allahın yaratdığını unudurlar. “Biz kiçik bir bütük, kiçik bir ilahıq” deməkdir. Bu da Allaha şərik qoşmaqdır. Belə olmaz. Bütün iradə və güc Allaha aiddir.

“Bu yaxınlarda 2,3 milyard yaşında sülfür bakteriyası fosili tapılmışdı. Bu gün yaşayan nümunəsi ilə birə-bir eynidir”.

Hara getsək fosil çoxluğu var. Bebekdə gəzişirdim, bir baxdım qaya parçası, boydan-boya fosil dolu. Bağçada da var. Hər yerdə fosil var. Baş edəcəkləri kimi deyil. Hal-hazırda 600 milyon tapılan fosil var. Milyardlarla var, ama hal-hazırda tapılanlar bu qədərdir. Hamısı yaradılışı isbat edir.

“Xaricdəki məktəblərdə darvinizm öyrədilməyə davam etsə belə şagirdlər “inanmırıq, amma bunu yazmalı olduğumuz üçün yazırıq” -deyirlər”.

İki ildən bəri qəzetlər təkamüllə əlaqədar tək bir xəbər çıxara bilmir. Bu Darvinin ölüm xəbəridir. 2 ildən bəri ölüm səssizliyi var.

“2009-cu ildə “Ida” deyə bir quyruqlu meymun qalığı çıxardılar. “Bu dünyanın 8-ci möcüzəsi, -ara-keçid formasıdır” -dedilər. Siz “Soyu tükənmiş bir lemur qalığıdır” -dediniz. “Bu, ara-keçid forması deyilmiş, quyruqlu meymunmuş”. deyə bütün dünya mətbuatına tək-tək üzr istətdiniz.

Məşhur televiziya kanallarına cavabı verincə, adamlar açıq şəkildə üzr istədilər.

İbtidai məktəbdə tarix kitablarında əlləri baltalı adamlar, “Daş dövrü çağında bu cür icma cəmiyyəti” var idi deyə uşaqlara bunları öyrədirdilər. “Ov ovlayırdılar, bu səbəbdən bunlar vəhşi məxluqlar idi. Sonra bunlar təkamül keçirdi, insana çevirildi”. Bu izah edilir.

“Oradakı tipləri də xüsusilə insanmı heyvanmı tam aydın olmayacaq bir şəkildə çəkirlər”.

Təbii ki, tam məxluqat görünüşündədir. Bu hadisə ibtidai məktəbdə başlayır.

“Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq?... “ (Furqan surəsi, 44)

Bax, Allah əksəriyyəti deyir. Nə söz eşidir, nə də anlayır. Palçıqlı sudan insan olarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytunlar, portağal ağacları, pomidor, bibər; “Hamısı təsadüfən palçıqlı sulardan yarandı” -deyir. Mən daha əvvəl söyləmişdim. O zaman vedrənin içərisinə bütün kimyəvi maddələri dolduraq, istədiyiniz hər şeyi edək. Milyonlarla il gözləsinlər. O vedrələrdən nə zürafə çıxar, nə insan çıxar, nə pomidor, nə bibər, nə üzüm; heç bir şey çıxmaz. Vedrə sənə baxar, sən vedrəyə baxarsan. Heç bir şey olmaz. Hətta “Zülal tozlarını hazır gətirib vedrənin içərisinə qoyaq” -dedim. Hər növ zülal tozunu qoyaq. Yüz milyonlarla il gözləyək, oradan insan çıxmaz. Portağal, limon ağacları da çıxmaz. Heç bir şey çıxmaz. Vedrə eləcə qalar. O zülallar da onun içində eləcə qalar.

“Siz belə dedikdə onlar əslində “bəli” deyirlər, amma sonra dönüb yenə təkamülü müdafiə edirlər”.

Nə edirlər etsinlər, bizi qarşılarında görərlər. Anadolu xalqını aldada bildilərmi? Aldada bilmədilər. Bax bir ovucuq, amma bütün Anadoluya, Türkiyəyə bəs etdik.

“Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. ...” (Nəml surəsi, 14)

Yoxsa vicdani olaraq anlamadıqlarından deyil. Biz “Yaradılış Atlası”nı göndərdik, iş bitdi.

(Tanınmış bir professor və yoldaşı öz aralarında danışırlar: “Sən hələ bu Təkamül Nəzəriyyəsinə həqiqətən inanırsanmı?” -deyir, “İnanmıram” -deyir.)

Amma onun üçün nə qədər acı bir hadisədir. Yoldaşı təkamüllə əlaqədar kitab yazmış bir professordur. İnsan səmimi vicdanla yaxınlaşdıqda əlbəttə inanmaz. Təsadüf insan yaradarmı? Portağalları, limonları yaradarmı? Hər biri bir-birindən mükəmməl, hər şey bir-birindən mükəmməldir.

(Darvin də etiraflarında: “Tovuz quşunu görmək, gözü görmək məni nəzəriyyəmdən soyudur” -deyir.)

Tovuz quşuna baxır tablo kimi görünüşü var. Ağılalmaz dərəcədə bəzəkli və gözəl. İndi bu təkamüllə oldu desə bir məntiqi olmaz, çünki hər yeri bəzəklidir. Bəzəyin heyvana heç bir faydası və heç bir məqsədi yoxdur. Təkamüllə də əlaqə qura bilmir. Yalnız “Ağlım çaşacaq” -deyir. “Gözün quruluşunu düşündükcə də dəli oluram” -deyir. Ağlının çaşmağındansa, iman et.

Bir ayədə Allah: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, ...” (Ənfal surəsi, 29) -deyir.

Məhz xüsusi olaraq bu tip insanları da Allah yaradır, yoxsa aydın olmayacaq kimi deyil, xeyli açıqdır.

2017-07-24 12:05:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top