Hörmətli Adnan Oktarın 26 may 2015-ci il tarixli söhbətindən əhəmiyyətli başlıqlar

A9 TV, 26 may 2015

(Bu gün Hakkari Yüksekova Havalimanı xidmətə açıldı. Havalimanının adı Səlahaddin Eyyubi qoyuldu. İstanbul-Hakkari arasında quru yolu 27 saat çəkirdi. İndi isə, təyyarə ilə 2 saat olacaq inşaAllah. Havalimanı inşaatı 2010-cu ildə bitəcəkdi ancaq terror hücumları ucbatından bu tarixə qədər uzandı. İnşaat ərzində 8 şəhidimiz oldu. 96 təxribat, 11 minalı hücum edildi.)

Amma axırda həll oldu. Bu qədər hadisə çıxmasına nə gərək var mən anlaya bilmirəm. Həmişə rəhmətlik Türkeş ağılıma gəlir. “Anlaya bilmirəm” -deyirdi. “Terror, anarxiya bıçaq kimi kəsilməlidir” -deyirdi. Doğru söyləyirdi. Adamları o girdikləri dəlikdən çıxararsan, həbs edərsən olar bitər. Anlaya bilmirəm, bu bir möcüzədir. İnsan danışacaq bir şey də tapa bilmir. Adam bu qədər rüsvayçılığı edir, əlini, qolunu yelləyərək gəzir. Hər yer pislik doludur. Xüsusi təyinatlı, komando, qırmızı beretlilər, tozsoranla süpürürmüş kimi süpürəcək, burada da əsgər süpürəcək, bu qədər asandır.

Allah qorxusundan və Allah sevgisindən uzaq olduqda həyat kabus olur

Televiziyada evləndirmə proqramları var. Onlardan bir neçəsinə baxdım. Bir də paltar geyir gənc qızlar, onu tənqid edirlər. Dəhşətə qapıldım. İçim qaraldı. Bu necə bir dünyadır? Bu tərz insanlar necə olur? Çox qorxuncdur. Həqiqətən hələ də təsirindəyəm. Necə bir gənc qız belə ola bilir? Necə bir qadın belə ola bilir? Belə həyatmı olar? Sevgi yox, mərhəmət yox, şəfqət yox, dostluq yox, yoldaşlıq yox, nəzakət yox. Nəzakət, hörmət sıfır. Bəzi proqramlar üçün söyləyirəm. Elə bir adamla evlənəcəyinə get dağda qoyun otar. Dağda tək başına yaşayarsan, yenə o rüsvayçılığa girməzsən. Bir gənc qız necə belə danışar? Bu cür gərgin həyata necə dözürlər? Gecə-gündüz belə yaşanarmı?

Dindən, İslamdan, Allah qorxusundan, Allah sevgisindən uzaq olduqda həyat kabus olur. Tək söz Allahdan bəhs etmirlər, tək söz. Bir dəfə “Allah” da demirlər. Dilinmi qopar, bir “Allah” sözünü desən. Demirlər. Ağılalmaz bir narahatlıq və ağılalmaz bir gərginlik. Sevgi sıfır. Sevgi deyə bir şey yoxdur. Sevgi bitib. Hörmət də yoxdur. Hörmət də gedib.

“Hər kəs bir-birini alçaldır, lağ edir”.

Belə həyatmı olar? Demək ki, bu insanlar iyirmi dörd saat belə yaşayırlar. O kiçik qəlbinə bu qədər kini, nifrəti, hirsi necə sığdırırsan. Bu ağılla həyatdan necə zövq alırsan? Milli fəlakətdir bu. Bu çox böyük bir bəladır. Dövlət buna qarşı tədbir görsün. Hökumət tədbir görsün, belə həyat olmaz. Oradakı idarəçilər də səsini çıxartmır. “Sən necə bir insansan? Bu qədər sevgisizlik, mərhəmətsizlik olarmı? Sən necə danışırsan?” demir. Tərəfsizdirlər, elə baxırlar.

“Sizin dediklərinizin yalnız İslam dünyası üçün deyil, xristian dünyası üçün də eyni olduğuyla əlaqədar bir yazı oxudum. Xristian dünyasında da gənclərin arasında bu şəkildə həyat və ateizm olduqca çox olmasının səbəblərindən biri olaraq din adamlarının gənclərə artıq münasibət qura bilməməsini və dini içə qapalı bir həyat kimi göstərməsini söyləyirlər. Tam sizin ifadə etdiyiniz sözlərlə ifadə etmişlər”.

Din onsuz da onlar üçün ölüm kimidir. Mövhumatçıların göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, nalayiqlik var, məntiqsizlik var, xurafat var, boş-boş inanclar var. Məsələn, böyük elm adamıdır, “Ayda kraterlər necə əmələ gəldi” -deyirik, “Mələklə şeytan savaşdı və kraterlər bu savaş anında meydana gəldi” -deyir. Sən zarafatmı edirsən? Böyük adamsan. Allahdan qorx. Yetmiş yaşına gəlmisən. Hələ kraterlər meydana gəlir, meteorit düşür, görülür krater meydana gəlir. Meteorit dünyaya da düşür krater meydana gəlir. Burada yəni mələklə şeytanmı vuruşur?

“Katoliklər də, “Allaha birbaşa tövbə edə bilməzsiniz, o şəkildə dua edə bilməzsiniz, din adamlarına söyləyəcəksiniz, sizin üçün tövbə edəcəklər”” -deyirlər.

Daxmanın içinə girir. Oğlum izah et deyir. O da oradan izah edir. İnanılacaq kimi deyil. Çox qəribədir. Dünyanı nə hala gətirdilər. Din halbuki çox asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, fədakarlıq, igidlik, cavanlıq dinidir.

Comərdlik nə gözəldir. Məsələn sevdiyin bir insan var malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Sənə də təsir edir. Məsələn, fərz edək yemək yeyəcək, bir dənə toyuq yeyəcəklər. Çağır dörd adamı birlikdə yeyin. O toyuq sənə əsl o zaman faydalı olar. Xolesterolun da düşər, xeyli sağlam, gümrah olarsan. Tıxa basnan yeyərsənsə xəstə olarsan. Amma dörd adama yedirsən dördü də sağlam olar. Bir də xoşbəxt yeyərsiniz. Dostca. O bölüşməyin də zövqü var, dadı var. Hər cür zövq alınar.

Televiziyada bəzi proqramlardakı rəftar pozuqluqlarının təşviq edilməməsi lazımdır

Nə gərək var bu cür xaraktersiz olursan? Əfəndi, tərbiyəli, gözəl qız olsana. Qız dediyin utanar. Bir şey dediyində əli üzü qıpqırmızı olar. Nə qazanırsan ondan? Hamısı sinir dərmanı istifadə edirlər. Yazıq, günah deyilmi? Rahat, gözəl yaşa. Özünə niyə əziyyət edirsən. Özünə də əziyyət edirsən, ətrafına da əziyyət edirsən. Bunu təşviq edirlər. Oradakı adamlara baxıram. “Sevgi deyilən bir şey var, mərhəmət deyilən bir şey vardır. Uşaqlar sizdə bunu görə bilmirik” de. “Sevgi gözəl bir şeydir” de. Qardaşısan söylə, tərbiyə et. Səslərini belə çıxartmırlar.

“Həyatın gerçəkləri odur” deyə onlarda bir məntiq meydana gəlib.

Çox böyük səhv edirlər. Mən çox ürkdüm, çox narahat oldum, hələ düşünürəm, əcaib narahat oldum. Çox qorxunc bir şeydir.

“Dediyiniz kimi nə qədər belə davransalar o qədər çox tamaşaçı əldə edəcəklərini düşünürlər”.

Elə tamaşaçıya ehtiyac yoxdur. Kabusdur. Düzdü tamaşaçı olaraq məni seyr etdirdilər, amma mənə heç bir faydası olmadı ki. Mən onlardan çəkindim, narahat oldum, onlara hörmətim, sevgim qalmadı. Bunda bir faydamı oldu?

“Əslində siz keyfiyyət nazirliyi qurulsun demişdiniz. Bu cür mövzularda müdaxilə etsə”.

Təbii ki. Sənət və Keyfiyyət nazirliyi. Hər şeydə; danışıqda, üslubda, ədəbiyyatda, sənətdə keyfiyyət çox əhəmiyyətli bir mövzudur.

Hörmətli Kılıçdaroğlu şəxsi olaraq dindar və şəxsiyyətini inkişaf etdirən bir insandır

Qılıçdaroğlunun əxlaqı gözəldir, amma əl çəkmirlər ki. Bir çox bilmiş çıxıb ağıl verir. Partiyanı ən yaxşı şəkildə o, nizama salacaq. Yaxasını buraxmırlar.

CHP yığıncağında birliyə baxdım, həmişə bizim öz insanımız; bizim bildiyimiz klassik əmilər, babalar, nənələr. Yəni ayrı bir birlik deyil. Xeyli xoş insanlardır. Bu səbəbdən hamısı dindardır. Yəni böyük hissəsi namaz qılır. Namaz qılmasa belə vicdanlı, təmiz, dürüst insanlardır.

Hörmətli Qılıçdaroğlu şəxsi olaraq dindar və şəxsiyyətini inkişaf etdirən bir insandır. Mütləq atadan, əcdaddan dindar olması şərt deyil. Mənim ailəmdə də anam sonradan namaz qıldı. Dünyəvi ailədə yetişdik biz. Mənim oxuduğum lisey də dünyəvi idi. Bütün təhsil aldığım hər elə idi.

Davutoğlu da elə, Bahçeli də elə. Bu insanlar maşaAllah. Amma siyasət bu qədər yorucu olmamalıdır. Çox müdhiş bir qaçaqaçlıq var.

(Baş nazir Əhməd Davutoğlu, Yüksəkova Havalimanına Səlahəddin Eyyubi adını verməyə necə qərar verdiklərini izah etdi. “Bir az əvvəl hörmətli respublika başçısımızla müşavirə etdik. Birlik, birlik deyincə ağla kim gəlir? Yüksəkovaya elə bir ad verək ki, hər kəs bizim liderimiz desin. İnşaAllah bu mesajı vermək üçün və Qüds əbədi olaraq Kürdlərindir, Türklərindir, Ərəblərindir, Müsəlmanlarındır demək üçün aerodroma Səlahəddin Eyyubi adını verməyə qərar verdik”.)

Niyə? Yəhudilər də olsun orada, xristianlar da olsun. Zamanında yox idimi. Osmanlı zamanında da var idi. Həmişə kilsələr açıq idi, sinagoglar açıq idi, ibadətlərini edirdilər. Onlar da olsun. Xristianlar, müsəlmanlar, hər üç dinin mənsubları da olsun.

“Osmanlı İmperiyasının yalnız 60%-i müsəlman imiş”.

O vaxt yüzdə qırxı, çox böyük bir hissəsi müsəlman idi. Haradasa yarısı.

“Hz. Ömər də Qüdsə girdikdə ordakı bütün kilsələri tutmuş. Onsuz da orada xristianlar var. Hamısı ibadətlərini edir”.

Onsuz da Qüdsü Şərifi idarə edəcək olan İmam Mehdidir. Bu səbəbdən yox sənin, yox bunun kimi bir mövzu yoxdur. Mehdi (ə.s) İsrailin dövlət olaraq qəbul etdiyi bir adamdır. Yəni mən dedim, “Dövlət mi üstdə, Mehdi mi üstdə” -dedim. “Mehdi üstdə” -dedilər. “Onsuzda o dövlətin özüdür” dedilər. “Biz ona tabe olduqsa, dövlətə tabe olmuş oluruq” -dedilər. Bütün Qüdsü Şərifin idarəsi Mehdi (ə.s)-ə aid olduğuna görə bütün məsələ də kökündən həll olmuş olur. Xristianlar da, müsəlmanlar da hər kəs orada azad şəkildə ibadət edəcək deməkdir.

“Gerçək İsrail dövlətinin Mehdi tərəfindən qurulacağını söyləyən və gözləyən çox yəhudi var”.

“Bu dövlət deyil” -deyirlər. “Dövlət ancaq Moşiyah (Mehdi) gəldikdə olacaq deyirlər. “Şəxsən özü dövlətdir” -deyirlər.

“İsraildən kənar gözləyirlər”.

Əlbəttə, Tövratda elə keçir. “Onu Romanın qapılarında axtarın” -deyir. O dövrün Roması İstanbul idi. Bura paytaxt Roma deyə bilinirdi. Bu səbəbdən İstanbulun qapılarında axtarın deyir. Artıq Topqapıdamı, Ədirnəqapıdamı və yaxud başqa bir yerdə mi Allah bilir.

“Ayrıca İranın konstitusiyasının ilk maddəsi də, bu konstitusiya Mehdi (ə.s) çıxana qədər etibarlıdır -deyir”.

Bəli. Konstitusiya “Bismilləhir-rahmənir-rahim” ilə başlayır. “Rəhman və Rəhm olan Allahın adı ilə”. Birinci maddədə deyilir: “Bu konstitusiya İmam Mehdi çıxana qədər etibarlıdır. İkinci maddə; “İmam Mehdi çıxdıqda bütün rəhbərlik ona aiddir” -deyir. Yəni İran da Mehdini dövlətin özü olaraq qəbul edir. Yəni Mehdi onsuz da dövlətdir deyir. Yəni biz, o nə deyərsə ona uyarıq deyirlər. O zaman yaxşı, nə gözləyirsən? İsrail də eynisini söyləyir, siz də eynisini söyləyirsiniz. O zaman axtarın. Tövratda “Axtarın onu tapacaqsınız” -deyir. İsa (ə.s) da deyir, “Onun əlində su qabı var” deyir. “O su qabı daşıyan adamı siz izləyin, doğru yolu tapmış olarsınız” deyir. “Onun getdiyi yerə gedin sizdə” -deyir. “Hara gedərsə, hansı evə gedərsə sizdə o evə gedin” -deyir. Daha nə desin? Su qabı, dolça bürcü.

(Yeni Şafak” yazıçısı Yusuf Aslan “Çox böyük səhvlər edilir. Gənclik gedir, media bərbad vəziyyətdədir. Dünyaya əxlaqsızlıq satırıq. Türkiyə olaraq mədəniyyətdə yoxuq. İctimai nizam pozulur. Dünyəviləşmə baş alıb gedir. Edilən səhvlərə diqqət etmək məcburiyyətindəyik. Əgər bir tədbir alınmayacaqsa biz istiqamətimizi itirmək üzrəyik. Mən ən çətin zamanlarında Ak Partiyanı müdafiə etdim, amma bir müsəlman olaraq indi bunu söyləmək məcburiyyətindəyəm” -dedi.)

Məsələn, bu da məntiqli, doğru bir tənqiddir. Sən necə belə danışarsan deyilməz. Doğru söyləyir. Keyfiyyət pozuldu, kamillik anlayışı yoxdur. Kobud bir quruluş getdikcə oturmağa başladı. Klas quruluş ortadan qaldırıldı. Nə sənətçilər, nə sənət ortada yoxdur. Yəni dedikləri doğrudur.

“Siz davamlı gənclərlə əlaqə qurula bilmədiyini ifadə edirsiniz, gəncliyə təhsil verilə bilmir”.

Belə ənənəçi Ortodoks İslam anlayışı ilə İslam izah edilməz. Hacı əmiləri televiziyaya çıxarırlar, adam 1930- 1940-cı illərin ağlı ilə öz xurafatlarını izah edir -dini mövzuları tənzih edirəm. Öz yaşıdı, öz ağlındakı adamlara izah edir. Gənclər də bunları heyrət və ibrətlə izləyirlər. Bir də özündən çox əmindir. Halbuki nə mədəniyyəti uyğun, nə də məlumatı uyğun. Məsələn İTÜ şagirdlərinlə gedib bir açıqlama et, danış get danış desən yapışıb yerində qalar.

2017-07-24 12:07:57

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top