AXIR ZAMANDA GÖZƏL ƏXLAQIN YAYILMASI ÜÇÜN GÖSTƏRİLƏN HƏR BİR SƏY ÇOX QİYMƏTLİDİR

Axırzaman, Peyğəmbər Əfəndimizin (s.ə.v) hədislərində qiyamətə yaxın bir vaxtda yaşanacağını bildirdiyi və müəyyən hadisələrin ar-arda meydana gələcəyini xəbər verdiyi bəlli bir zamandır. Peyğəmbərimizin (s.ə.v) bu zaman müddətində reallaşacağını bildirdiyi hadisələr yaşadığımız əsrdə təsdiqlənmiş, sözükeçən əlamətlər bir-birinin ardınca zühur etmişdir.


Hədislərdən aydın olduğu kimi, axırzaman iki ayrı dövrdən ibarətdir. Birinci dövrdə dünyada tez-tez müharibələrin, qarşıdurmaların, fəlakətlərin, əxlaq böhranı və yoxsulluğun baş alıb gedəcəyi, ikinci dövrdə isə Hz. Mehdinin (ə.s) inkarçı sistemlərə qarşı fikirlə apardığı böyük mübarizə vəsiləsiylə yer üzünün fitnədən xilas olacağı və Hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi ilə birlikdə bütün dünyada sülh, təhlükəsizlik, sabitlik və qardaşlığın hakim olacağı xəbər verilmişdir.


Keçdiyimiz əsr bütün dünyada müharibələrin və qarşıdurmaların fasiləsiz olaraq yaşandığı bir əsr oldu. Hətta 20-ci əsrdə döyüş və ya qarşıdurma görməmiş, terror hadisələri yaşamamış heç bir ölkə yoxdur. Bu vəziyyət hal-hazırda da davam edir. Bu da hələ axırzamanın birinci dövründə yaşadığımızı göstərir.


İnşaallah yaxın bir dövrdə bütün döyüşlər, anlaşılmazlıqlar sona çatacaq, "Qızıl dövr" olaraq adlanan yeni dövr başlayacaq və yer üzünün hər bir nöqtəsinə sevgi, barış və qardaşlıq hakim olacaq. Bu müqəddəs çağda yaşayan insanlar Allahın onlara böyük lütfü vəsiləsiylə Hz. Mehdini (ə.s) və yenidən yer üzünə dönəcək olan Hz. İsanı (ə.s) gözləriylə görəcək, yoxsulluğun yerini zənginliyin, qıtlığın yerini bolluğun, zülmün yerini isə sevginin və ədalətin aldığına şahidlik edəcəklər.


Möminlərin üzərinə düşən ağır məsuliyyət


Axırzamanın çətin dövründən gözəl əxlaqın yer üzünə hakim olduğu müqəddəs dövrə keçiddə Allahdan qorxan səmimi möminlərə çox böyük bir vəzifə düşür. Necəki bütün məsuliyyəti yalnız Hz. Mehdiyə (ə.s) və Hz. İsaya (ə.s) buraxmaq, gözəl əxlaqın insanlara təbliğ edilməsi bütün Müsəlmanlara fərz olduğu halda, "necə də olsa Hz. Mehdi (ə.s) və Hz. İsa (ə.s) bu vəzifəni haqqıyla yerinə yetirəcək" deyərək bu əhəmiyyətli vəzifədən uzaqlaşmaq çox səhv davranış olacaq. Bu mübarək zamanda yaşayan bütün inananlar inkarçı düşüncələrə qarşı birləşib, fikri mübarizəyə dəstək verməklə şəxsən məsuldurlar. Fitnə və döyüşlərin, xaosun, əxlaqsızlığın tarixdə heç görülməmiş dərəcədə bütün dünyanı əhatə etdiyi bu dövrdə sülh, sakitlik və qardaşlıq dolu günlərə çatmaq və Allahın bəyəndiyi gözəl əxlaqı yer üzünə hakim etmək üçün əlindən gələn bütün səyi göstərmək bütün möminlərə fərzdir.


İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir." (Ali- İmran surəsi, 104)


ayəsiylə Allah inananlara təbliğ məsuliyyətlərini bildirmişdir. Hər bir mömin, sahib olduğu imkanlar nisbətində haqqı insanlara təbliğ etməli, Allahın bəyəndiyi gözəl əxlaqın yer üzünə hakim olması üçün əzmli və qərarlı bir məsuliyyətlə çalışmalıdır. Heç şübhə yoxdur ki, bu dövrdə Allah yolunda edilən hər bir əməl axirətdəki qarşılığı baxımından da çox qiymətli olacaq.


Unudulmamalıdır ki, yaxın bir zamanda Quran əxlaqı insanlar arasında yayılıb hakim olacaq, bütün dünya dinclik, barış və təhlükəsizliyə qovuşacaq. Döyüş və qarşıdurmalar, əxlaqsızlıqlar, təzyiqlər, zülmlər, yoxsulluqlar, ədalətsizliklər sona çatacaq, silahlar ortadan qalxacaq, hər cür çətinliyin yerini bərəkət, bolluq, zənginlik, gözəllik, barış və dinclik alacaq. Bütün möminlər gözəl əxlaqın yer üzünə hakim olduğu zəfər günündə, çətinlik dövrü boyunca canlarıyla və mallarıyla mübarizə vermiş Müsəlmanların xoşbəxtliyinə ortaq ola bilmək üçün bu gün əllərindən gələni etməli, bu tarixi məsuliyyətin ağırlığını var gücüylə yüklənməli və Allah yolunda bütün səylərini ortaya qoymalıdır.
 


2010-10-04 16:08:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top