Bir ayə bir açıqlama: “Maidə” surəsi, 50

"Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allah’dan daha yaxşı hökm verə bilən kimdir?!" (Maidə surəsi, 50)
Ayədə tək hökm verənin Allah olduğu xəbər verilir. İman edənlər üçün tək yol göstərici Allah’ın elçiləri və Allah’ın sözü olan Qurandır. Quranda inananların; "O, hər şeyin Rəbbi olduğu halda, mən Allah’dan başqa bir Rəbmi istərəm?" (Ənam Surəsi, 164) dedikləri bildirilir.

İman edənlər hər zaman Allah’ın əmrlərinə görə hərəkət edir, Quranda qadağan edilmiş hər cür düşüncə və hərəkətdən uzaq dururlar. Hər hansı bir işi edən zaman, ya da bir qərar verən zaman o mövzu haqqında Allah’ın nə əmr etdiyini düşünür, dərhal Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə müraciət edirlər. Öz ehtiras və istəklərinə, içində yaşadıqları cəmiyyətin batil ənənələrinə ya da atalarının adətlərinə görə deyil, yalnız Allah’ın buyruqlarına görə hərəkət edirlər.

Allah’ı tək hökm verən olaraq qəbul etməyən, Allah’ın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərindən kənar hökmlər qoyan insanlar doğru yoldan azmış insanlardır. (Allah’ı tənzih edirik) Bu insanlar cəmiyyətdə geniş şəkildə qəbul edilən batil qaydaları (Allah’ı tənzih edirik) Allah’ın hökmlərindən üstün tuturlar. Hətta vicdanları qəbul etsə də, qürurlarından və romantik hisslərindən ötrü ən gözəl və ən doğru olan hökmü qəbul etmirlər. Bəzi insanların bu yanlış dünyagörüşləri, Allah’ın dinini qəbul etmələrinə və iman etmələrinə daim mane olmuşdur. Halbuki, Quran əxlaqına uyğun gəlməyən hər düşüncə və hər hərəkət səhvdir. Quranda qeyd edildiyi kimi, insanlar axirətdə Allah’ın hökmlərindən sorğuya çəkiləcəklər.

İman edən insan üçün bütün insanların hansı inanca sahib olduqları, ya da dinlərini necə yaşadıqları əhəmiyyətli deyil. Əhəmiyyətli olan, Allah’ın Quranda insanlara bildirdikləri və Peyğəmbərimizin (s.ə.v) buyurduqlarıdır. Quran endirildiyi dövrdə, Allah insanların bir çoxunun batil inanclarını aradan qaldırmışdır. İnsanların o dövrdə söylədikləri sözlər, atdıqları böhtanlar və  pis rəftarları Peyğəmbərimizin (s.ə.v) din əxlaqını yaşamasına mane olmamışdır. Müasir dövrdə də iman edənlər, Allah’a, Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə möhkəm bağlanmalı, Allah’ın Quranda bildirdiklərindən kənara çıxmamalıdırlar.

 

2013-06-26 19:21:25

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top