Bir ayə bir açıqlama: “Muhəmməd” surəsi, 7

Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər. (Muhəmməd surəsi, 7)

İman gətirənlər həyatları boyu Quran əxlaqını insanlar arasında yaymaq və insanların Allaha iman gətirməsinə səbəb olmaq üçün ciddi səy göstərirlər. Onların bu cəhdlərinin əvəzində inkar edənlərdən bir qrup tarixən iman gətirənlərə qarşı çıxmış, onlara təzyiq və zorakılıqla mane olmağa çalışmışdır. Allah Quranda inkar edənlərə qarşı daima möminlərlə birlikdə olduğunu, onların işlərini asanlaşdıracağını, möminlərə yardımçı və dəstək olacağını bildirir. Allah yolunda səmimi cəhd göstərən möminlər bunları həyatlarının hər anında yaşayırlar. Allah hər işlərində asanlıqla nəticə yaradır, onlara uğur qazandırır. Ən çətin, mürəkkəb görünən hadisələrdə belə möminlərə böyük asanlıq bəxş edir. Hətta zəif imanlı insanların ümidsizliyə düşdüyü, heç bir çıxış yolunun qalmadığını düşündüyü hallarda belə, Allah möminlərə qatından yardım göndərmiş və möminlərə zəfər qazandırmışdır.

İnananların yeganə yardımçısı və dostu Allahdır. Möminlər hər cür çətinlikdə, şəraitdə Ondan yardım istəyir və Allah da onlara yardım edir.

Uca Rəbbimiz “...Möminlərə yardım etmək Bizim borcumuzdur. (Rum surəsi, 47)” ayəsi ilə bütün iman gətirən qullarına kömək edəcəyini bildirir. Ancaq Allahın yardımını qazanmaq üçün ən əsas şərtlərdən biri Onun bildirdiyi din əxlaqını təbliğ etmək, Onun hədlərini qorumaq və bunun üçün səy göstərməkdir.

Bu cür səmimi cəhdin əvəzində möminlər daima Allahın yardımına ümid bəsləyirlər. Allahın vəd etdiyi kimi, zəfər ancaq Ona inananların, Onun rizası üçün cəhd göstərənlərindir.

Şübhəsiz ki, dünyada möminləri tək və köməksiz qoymayan Allah axirət həyatında da onların yeganə Dostu və Köməkçisi olacağını vəd vermişdir:

Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik! (Ğafir surəsi, 51)
2013-07-26 01:10:35

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top