Bir ayə bir açıqlama: "Mülk" surəsi, 2

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2) 

Allah kainatda var olan hər şeyi müəyyən məqsəd üçün yaratmış və bu ayədə insanın yaradılışındakı məqsədi açıqlamışdır. Dünya müvəqqəti imtahan yeridir. Həm bütün insanların, həm də dünyanın Allah Qatında təyin olunmuş olan sonu vardır. İnsanlar onlara verilən qısa ömrü Allah’ın təyin etdiyi və Quranda onlara göstərilən qaydalara görə yaşamağa çalışmalıdırlar. Burada etdiklərinin qarşılığını isə axirətdə görəcəklər.
 
Allah insanları sınamaq üçün həyatı yaratmış və onları dünyaya müvəqqəti yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınamaqda, iman edənlərlə inkarçıların müəyyən olunması, inananların pisliklərdən təmizlənməsi və Cənnət əxlaqına çatması üçün həyat vermişdir. Yəni dünya yalnız Allah’ın məmnuniyyətini qazana bilməyimiz üçün imtahan və öyrənmə yeridir. Dünyada olmağımızın məqsədi, hər şeyi yaradan Rəbbimizi lazımınca tanıyıb təqdir etməyimiz, Onun əmrlərini və qoymuş olduğu qadağaları qorumağımızdır. Bununla yanaşı, dünya həyatının keçici və saxta bər-bəzəkdən ibarət olduğunun fərqində olmağımız və həyatımızı axirəti hədəf alaraq yaşamağımızdır. Axirətin fərqinə varan insan, dünyada da ola biləcək ən gözəl və rahat həyatı yaşayacaq. İnsanın yaradılışına ən uyğun olan həyat tərzi Quranda bildirilmişdir və insan Quran əxlaqını yaşamaqla Allah’ın icazəsi ilə dünyanı Cənnət bənzəri məkan halına gətirmiş olacaq.
2013-08-04 21:38:36

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top