Bir ayə bir açıqlama: “Muminun” surəsi, 96

Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. (Muminun surəsi, 96)

 
Allah bu ayə ilə möminlərə qarşılarına çıxan hər pisliyə ən gözəl şəkildə cavab verməyi buyurur. Bu üstün əxlaqi xüsusiyyət İslam əxlaqında sülh, tolerantlıq və təvazökarlığın əhəmiyyətinə və möminlərin yüksək əxlaqına diqqət çəkir.
 
Pis davranışa qarşı şəfqətli, mərhəmətli, gözəl davranmaq Qurana əsasən, üstün əxlaq göstəricisidir və möminlərin mərhəmət hisslərini ifadə edir. İman gətirənlər qarşılarındakı insanların davranışlarına görə əxlaq anlayışlarını dəyişdirməzlər. Qarşı tərəf ələ sala bilər, çirkin sözlər deyə bilər, qəzəbələnər, pislik edər və ya ədavət aparar. Ancaq möminin nəcibliyi, təvazökarlığı, mərhəməti və mülayimliyi əsla dəyişməz. Deyilən pis sözə eynilə qarşılıq verməz. Ələ salana ələ salmaqla, qəzəbə qəzəblə cavab verməz. Qəzəblənən insana qarşı sakit və təmkinli olar. Səbir edər və tolerant davranar. Acıdilli insanla onu əməlindən utandıran, gözəl əxlaqa təhrik edən tolerantlıq və mərhəmət anlayışı ilə davranar.
 
Qarşı tərəfin pis davranışı insanın pis əxlaq göstərməsinə əsas vermir. Hər insan əməllərinə görə Allah qarşısında tək məsuliyyət daşıyır. Allah ayənin ardında pis əxlaqlı insanları və davranışlarını Özünün yaxşı bildiyini xəbər verir.
Quran əxlaqında Allah rizasına ən uyğun davranış ən gözəl davranışdır. Allah pisliyi yaxşılıqla dəf etməyin, yaxşılığa isə yaxşılıqla qarşılıq verməyin gözəl əxlaqi xüsusiyyət olduğunu bildirir. Ona görə, bütün müsəlmanlar Quran əxlaqına zidd olan hər cür kobud, qəzəbli, davakar üslubdan tamamilə uzaq durmalı, əksinə, sonsuz rəhmət sahibi Allahın Quranda bildirdiyi mülayim, tolerant, təmkinli və ağıllı üslubu mənimsəməlidirlər.
2013-08-04 21:45:32

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top