Bir ayə bir açıqlama: "Ənkəbut" surəsi, 2

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)

Bu ayədə Allah "İman gətirdim", - deyən qullarını dünya həyatında sınayacağını bildirir. Allah insanlardan səmimi iman istəyir. Bu isə "Mən inandım", - deməklə əldə edilə bilməz. İnsanın dünyadakı vəzifəsi uca Allah’a və axirətə iman gətirmək, Quranda bildirilən gözəl əxlaqlı insan olmaq, Allah’ın hədlərini qorumaq və Onun rizasını qazanmağa çalışmaqdır. Bu səbəbdən, hər insan Allah’a və Onun dininə həqiqətən inandığını, şeytanın onu sapdırmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə, inkarçılara uymadığını, öz nəfsinin istəklərini Allah’ın rizasından üstün görmədiyini də isbat etməlidir. Bunu isə qarşılaşdığı hadisələrə verdiyi reaksiyalarla ortaya qoyar. Allah din əxlaqını yaşamağı qəbul edən insanın qarşısına səbir tələb olunan bəzi çətinliklər çıxarar, bunlara qarşı göstərdiyi rəftarlarla onu sınayar.

Mömin qarşısına çıxan hər hadisəyə imtahan gözü ilə baxmalı, Allah’a təvəkkül etməli və Onun razılığına uyğun olan rəftarı göstərməlidir. Allah Quranda möminləri qorxu, aclıq, mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağını bildirir. (Bəqərə surəsi, 155)

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allah’ın bir imtahanıdır.Allah verdiyi hər nemətlə insanın Özünə şükr edib-etməyəcəyini də sınayır. Nemətlərlə yanaşı, Allah insanın qarşısına həyatı boyu qərar verməli olduğu bir çox hadisə çıxarır. Əlbəttə, yaşadıqlarının bir imtahan olduğunudərk edən və Allah’ın razılığına uyğun olduğunu düşündüyü şəkildə qərar verən möminlər bu imtahanı qazanmağı və Allah’ın Quranda bildirdiyi kimi, cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilərlər.

Dünyadakı imtahan mühitində möminlər vicdanlarının səsini dinləyib, Allah’ın onları sınadığını unutmamalıdırlar. Səmimi qəlblə Allah’a yönələn bir insan qarşısına necə çətinlik çıxırsa çıxsın, mütləq bir asanlıqla qarşılaşar və Allah’ın iznilə doğrunu tapar. Bu imtahan dünyasının ən böyük sirlərindən biri odur ki, iman gətirənlər mütləq qazanarlar. Ən böyük qazanclardan biri isə iman gətirənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətə görə onların axirətdəki qarşılıqlarının və dərəcələrinin artırılmasıdır.

2013-08-04 22:05:43

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top