Bir ayə bir açıqlama: "Əla" surəsi, 16-17

Xeyr, siz dünya həyatını üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir. (Əla surəsi, 16-17)

Allah dünyanı cənnəti xatırladan bir çox gözəl nemətlə doldurmuşdur. Lakin bu gözəlliklərlə yanaşı, cəhənnəmə aid olan çatışmazlıq, çirkinlik və qüsurlar da yaratmışdır. Əlbəttə, dünya həyatının qüsurlu olması bu dünyada gözəl şeylər olmaması demək deyil.

Dünyada imtahan mühitinin hikmətinə görə cənnət və cəhənnəmə aid xüsusiyyətlər birlikdədir. Bu şəkildə möminlər həm cənnət, həm də cəhənnəm haqqında təsəvvür əldə edir, həm də dünyadakı qısa və müvəqqəti həyata aludə olmaq əvəzinə qüsursuz, əbədi həyat olan axirətə yönəlirlər. Allah’ın qulları üçün seçib bəyəndiyi həyat da məhz axirət həyatıdır. Axirət Quran ayələrində insanların həqiqi, əbədi yurdu kimi tərif edilir.

Ancaq ayədə də bildirildiyi kimi, bəzi insanlar dünya həyatını axirətdən üstün tuturlar. Bu insanlar dünyada mükəmməl həyat quracaqlarını zənn edirlər. Dünya həyatına xas qüsur və çatışmazlıqları isə adi, təbii xüsusiyyətlər kimi görürlər. Məsələn, xəstə olmaq çox insana təbii gəlir. Eyni şəkildə yorğunluq, əziyyət, sıxıntı kimi məfhumlar da normal qarşılanır. Halbuki, dünya həyatına aid bütün qüsurları Allah çox böyük hikmətlərlə yaratmışdır. İnsan bu hikmətlər üzərində dərindən düşünməli və bunlardan öyüd almalıdır.

 

2013-08-08 02:28:24

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top