Bir ayə bir açıqlama: "Əraf" surəsi, 31

...Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Əraf surəsi, 31)

 
Lazımsız, məqsədsiz və boş yerə mal, zaman və buna bənzər şeyləri sərf etməyə və bədxərcliyə “israf” deyilir. İsraf Allah’ın Quranda haram etdiyi çirkin davranışdır.
 
Lakin Quran əxlaqından uzaq yaşayan bir çox insan hədsiz pul xərcləyib sonra bununla öyünməyi prestij mənbəyi hesab edir. Bu insanların davranışı Quranda belə bildirilir:
 

O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!” O, heç kəsin onu görmədiyinimi zənn edir? (Bələd surəsi, 6-7)

 
Bu ayədə bildirildiyi kimi, qəflət içində olan insanların etinasız yanaşdığı bir həqiqət var. Uca Rəbbimiz dünya həyatında insana öz bədənindən nəfəs aldığı havaya, yediyi yeməkdən istifadə etdiyi texnoloji alətlərə qədər sonsuz nemətlər nəsib etmişdir. Göydə və yerdə olanları, görünən və görünməyən nemət və ruzilərini onun istifadəsinə vermişdir. İnsan isə bu nemətləri Allah rizası üçün ölçülü şəkildə istifadə etməli və israfdan çəkinməlidir.

Allah israf edənləri sevməz

 
Allah Quranda israfı qullarına haram etmiş və israf edənləri sevmədiyini bildirmişdir:
 
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Əraf surəsi, 31)
 
Ayədə israf edənlər “şeytanın qardaşı” adlandırılır:
 
…Sağa-sola səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! (İsra surəsi, 26-27)
 
Şeytanı özlərinə ən böyük düşmən hesab edən möminlər bu ayəyə əsasən, israf etməməyə xüsusi diqqət etməlidirlər.
 
Möminlər əllərindəki hər şeyin onlara Allah tərəfindən verilmiş nemət olduğunu, heç birinin əsl sahibləri olmadıqlarını unutmazlar. Fədakarlıq etmək lazım gəldikdə də əllərindəki hər şeyi Quranda əmr edilən şəkildə xərcləyər, ancaq lazımsız yerə bircə qəpik də israf etməzlər. Çünki Allah Quranda möminlərə ehtiyacı olanlara mallarından vermələrini, ancaq sağa-sola səpələməməyi əmr etmişdir. (İsra surəsi, 26-27)

Qurana görə nələr israfdır?

 
İsraf dedikdə insanın ağlına əvvəlcə mal, mülk və ya pul israfı gəlir. Halbuki, israf təkcə mal ilə olmur. Allah’ın verdiyi hər nemətin Allah rizasını güdmədən boş yerə sərf edilməsi israfdır. Allah insanların onlara verilən nemətləri necə dəyərləndirdikləri ilə bağlı axirətdə sorğu-sual ediləcəklərini “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (Təkasur surəsi, 8)” ayəsilə xəbər verilmişdir.

Zaman israfı

 
Zaman Allah’ın insanlara verdiyi çox böyük nemətdir. İnsanların hədəfi dünya həyatında onlara verilən möhlət ərzində Allah’ı ən çox razı edən əməllər etmək və axirətdəki sonsuz cənnət nemətlərinə qovuşmaqdır. Bunun üçün Allah rizasının ən çoxunu nəzərə alıb dəyərləndirilməli  mühüm nemətlərdən biri zamandır. Əgər insan vaxtını Allah rizası üçün işlər görmək əvəzinə ağlını və qəlbini Allah’ı anmaqdan uzaq tutub boş işlərlə keçirirsə, bu böyük neməti israf etmiş olur. Buna görə, zaman kimi nemət israf edilməməli, hər saniyəsi Allah rizasına uyğun düşüncə və davranışlarla dəyərləndirilməlidir.

Bilik israfı

 
Allah bəzi insanlara müəyyən sahələrdə bacarıq vermiş və onlara dərgahından bilik üstünlüyü bəxş etmişdir. Məsələn, Allah lütf olaraq bəzilərinə xarici dil öyrənmə imkanı vermiş, bəzilərini kompyuter və ya mühəndislik kimi texniki sahələrdə bilik sahibi etmiş, bəzilərinə isə geniş dünyagörüşü bəxş etmişdir. İnsanlar onlara verilən bu nemətlərdən və bunları Allah rizasına uyğun olaraq Onun varlığının və üstün gücünün insanlara təbliğdə sərf etməkdən məsuldurlar. Əks təqdirdə, sahib olduqları biliyi israf edərlər.

Sağlamlığın israfı

 
Sağlamlıq da Allah’ın insanlara bəxş etdiyi böyük nemətdir. İnsan Allah’ın dünya həyatında ona əmanət kimi verdiyi bədənə ən yaxşı şəkildə qulluq etməklə və Allah rizası üçün ömrünü keçirməklə məsuldur. Əlbəttə, sağlamlığı verən Allah’dır. Ancaq insan bu bədəni sağlam saxlamaq üçün təmiz və sağlamlığa faydalı yeməklər yeyərək səbəblərə sarılır, bu, onun feili duasıdır. Bədəninə lazımınca qulluq etməmək, səhhətinə zərər verən qida və içkilərdən istifadə etmək bir növ sağlamlığın israfıdır.

Yemək-içməyin israfı

 
Dünyadakı mövcud qida mənbələri hər insanın gündəlik ehtiyacını təmin edəcək səviyyədədir. Ancaq buna baxmayaraq, hələ də dünyada 800 milyondan çox insan aclıqdan əziyyət çəkir.
 
Bu gün dünyanın bəzi ölkələrində şəxsi mənfəət üçün və məhsulun qiymətini artırmaq məqsədilə tonlarla meyvə-tərəvəz atılıb israf edilir. Dünyada israf edilən bu məhsullara möhtac olan və aclıqdan əziyyət çəkən insanları isə heç nəzərə almırlar. Allah mövcud mənbələrdən ağılla, səmərəli şəkildə istifadə etməyi, yaxşı planlaşdırmağı və verilən nemətlərin qədrini bilməyi buyurmuşdur. Kafelərdə, evlərdə qablarla yemək, kilolarla çörək, meyvə-tərəvəz zibilə atılır. Halbuki, Allah hər cür böyük-kiçik israfı haram etmişdir. Ona görə, insanlar düşüncəsizliklə “bu xarab olub”, “bunlardan istifadə edə bilmərik” kimi sözlərlə əllərindəkini atmamalı, bütün nemətləri xarab olmadan dəyərləndirməyin yollarını axtarmalıdırlar. Ancaq bu şəkildə nemətin qədrini bilmək olar. Əks təqdirdə, böyük bərəkətsizlik və nemətlərə nankorluq etmiş olarlar.

Enerji mənbələrinin israfı

 
İnsanlar yer üzündəki su, elektrik, təbii qaz kimi enerji mənbələrindən istifadə edərkən də israfdan çəkinməlidirlər. Boş yerə axıdılan su, kimsənin olmadığı mühitdə yandırılan işıq və ya ehtiyacdan artıq istifadə edilən təbii qaz israfdır. Buna bağlı olaraq edilən hər artıq xərc Allah rizası üçün görüləcək faydalı işə ayrılacaq pulun azalması deməkdir. Buna görə, bu cür enerji mənbələrindən istifadə edərkən israfdan çəkinmək çox vacibdir.

İsrafın ölçüsü nədir?

 
Rəbbimiz israf etməmək üçün lazımi ölçünü Quranda belə bildirmişdir:
 

Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. (Furqan surəsi, 67)

 
İnananlar bu dünyada Allah’ın nemətlərindən yararlanıb zövq aldıqları kimi, onlara verilənləri Allah rizası üçün xərcləməkdən də böyük zövq alırlar.
 

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və səhabələrinin uca Allah dağ qədər qızıl versə, bunu Onun yolunda sərf etmək istədikləri bildirilir. (Buhârî, Fedâilü's-Sahâbe, 6, Temennî, 2, Zekât, 4, Müslim, Münâfîkîn, 52, Zekât, 31, Fedâilü's-Sahâbe, 221, 222; İbn Mâce, Mukaddime, 10, Zekât, 3)

 
2013-08-08 02:36:30

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top