Bir ayə bir açıqlama: “Huməzə” surəsi, 1

(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)

Ayədə arxada qeybət edib qaş-göz hərəkətləri ilə istehza edənlərə Allah xəbərdarlıq edir. Bu xəbərdarlıq qeybətin və istehzanın Allah dərgahında nə qədər böyük günah olduğunun açıq-aşkar dəlilidir.

Qeybət bir şəxsin arxasınca onun xoşuna gəlməyən sözlər demək kimi tərif edilir. Əsasən, bir şəxsin arxasınca danışanlar özlərini müdafiə üçün söylədiklərinin doğru olduğunu, yalan danışmadıqlarını, bunun qeybət olmadığını ifadə etsələr də, onların etdiyi, əslində, qeybətdir. Əgər bir şəxsin arxasınca deyilənlər doğru deyilsə (əks təqdirdə bu iftira olur) bu sözləri deyən insan yalan danışaraq bir günah da etmiş olur.

Paxıllıq və həsəddən qaynaqlanan qeybət kimi davranışları şeytan möminlərə məqbul göstərmək üçün dinin adından etdirməyə çalışır. Məsələn, səhvləri, qüsurları olan bir möminin arxasınca danışmağı onun yaxşılığı və ya dinin mənfəəti üçün edilməli hərəkət kimi göstərir. Halbuki, Allah Quranda möminləri bu əməldən qəti çəkindirmişdir.

Qeybət edən, yəni bir möminin arxasınca danışan şəxs onun haqqında pis zənnə qapılır. Əgər mömin diqqətli olmayıb qəflətə düşərsə, ayədə günah hesab edilən bir çox pis fikirlərə düşə bilər. Ona görə, mömin təkcə davranışlarında deyil, niyyətində, hiss və düşüncələrində də səmimi olmaq üçün səy göstərməlidir.

Mömin digər iman gətirmiş qardaş-bacıları haqqında həmişə yaxşı fikirdə olmalıdır. Bu da möminlərin bir-birləri haqqında həmişə müsbət düşünmələri deməkdir. Beləliklə, möminlərin birliyinə mane olan fəaliyyətlərə qarşı da çox güclü mənəvi sədd çəkilmiş olur.

Bu pis əxlaqi xüsusiyyətlər Qurana uyğun olmadığına görə, möminlər çox diqqətli olmalıdırlar. Səmimi niyyətlə qeybət və istehzadan əl çəkmək insanın axirət həyatı üçün ən doğru davranışdır. Səmimi iman gətirən bir insanın davranışları nümunəvi, qəlbi isə tər-təmiz olmalıdır. Möminin fikrindən keçirdikləri və hiss etdikləri Allah’ın hədlərini aşmamalıdır. Quranın və Peyğəmbərimizin (s.ə.v) sünnəsi ilə hiss və düşüncələrini tərbiyə edən insan, şübhəsiz ki, Allah’ın izni ilə, doğru yolu tapar.

 

2013-08-11 21:01:03

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top