Bir ayə bir açıqlama: “Ali-İmran” surəsi, 92

Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. (Ali-İmran surəsi, 92)

Bu ayədə çox mühüm həqiqət bildirilmişdir. İnsanlara həqiqi mənada xeyir qazandıran ən əsas əxlaqi xüsusiyyətlərdən biri fədakarlıqdır. Əsl fədakarlıq insanın dəyər verdiyi şeyləri heç düşünmədən, könüldən Allah rizası üçün sərf etməsidir.

Sonsuz güc sahibi uca Rəbbimiz üçün lazım gəldikdə hər cür çətinlik və sıxıntını özünə rəva bilməsi, bu yolda şövq, əzm və iradə ilə əlindən gələni etməsidir.  Öz mənafeyi ilə Allah rizası arasında seçim etməli olduqda öz mənfəətindən əl çəkib Allah üçün hər cür maddi-mənəvi fədakarlıq etməsidir.

Ancaq insanın nəfsi eqoistlik, xudbinlik kimi müxtəlif mənfi əxlaqi xüsusiyyətlərə meyilli yaradılmışdır. Nəfsini tərbiyə etmədikdə bu eqoist hisslər insanın bütün əxlaqına hakim ola bilər. Belə bir insan isə, əsasən, hər kəsdən çox özünü düşünür. Özü üçün daima hər şeyin ən yaxşısını, ən gözəlini, ən mükəmməlini istəyir. Özünə qarşı hər kəsin anlayışlı və fədakar olmasını gözləyir. Hər hansı çətinliklə qarşılaşdıqda ətrafındakı insanların onun üçün hər cür sıxıntı və riskə girməsini və öz mənfəətlərindən əl çəkməli olsalar da, ona dəstək olmasını gözləyir. Daxilən daima öz istək və mənfəətini qorumaq, öz rahatlığını təmin etmək istəyir. Əks təqdirdə isə mənafeyini qorumaq və özünə zərər gəlməsinin qarşısını almaq üçün dəyər verdiyi bir çox şeyi qurban verə bilər. Nəfsin bu zəif cəhətlərindən xilas olmaq isə ancaq imanı qavramaq və Quran əxlaqı ilə yaşamaqla mümkün olar. Quranda bildirilən həqiqətləri və Allah´ın əmr etdiyi üstün əxlaq anlayışını qavrayan insan həyatının hər anında fədakar davranar.

 

2013-08-11 21:27:26

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top