Bir ayə bir açıqlama: “Fəth” surəsi, 4

Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq göndərən Odur... (Fəth surəsi, 4)

Allah bu ayədə möminlərə mənəvi dəstəyindən xəbər verir. Rəbbimiz çətinlik anında səmimi möminlərin qəlblərinə arxayınlıq verir və bu mənəvi dəstəyi nəticəsində möminlərin üzərinə rahatlıq və qətiyyət gəlir.

Əslində, bu rahatlıq və arxayınlıq hissi möminlərin bütün həyatına hakimdir. Allah’a və axirətə iman gətirən insanlar Allah’ın hər şeyin yeganə hakimi olduğunu bildikləri üçün heç bir hadisəyə görə təşvişə düşmür, kədərlənmirlər. Sonsuz rəhmət sahibi olan Rəbbimizin hər şeyi onlar üçün ən xeyirli, axirətləri baxımından ən faydalı şəkildə yaratdığını bilir və Allah’a təvəkkül edib mənəvi cəhətdən rahat olurlar. Qarşılaşdıqları çətinliklər nə qədər böyük görünsə də, nəticədə, müvəqqəti olduğunu anlayırlar. Çünki dünyadakı həyatın sonsuz axirət həyatı ilə müqayisədə çox qısa olduğunu unutmurlar. Dünyadakı çətinlik insanın bütün həyatı boyu davam etsə də, ən çox 50-60 il çəkəcək. 50-60 il təvəkkül və gözəl əxlaqla keçirilən ömrün sonunda insanın əbədi cənnət həyatındakı mükafatının tayı-bərabəri yoxdur. Cənnətdə möminlər heç bir sıxıntı, kədər, yoxsulluq, bezginlik, çətinlik çəkməyəcək, əksinə, nəfslərinin arzu etdiyinə qovuşaraq orada əbədi qalacaqlar.

Bu həqiqəti dərk edən mömin hər hadisəyə sarsılmaz təvəkküllə yanaşar. Bundan irəli gələn rahatlıq və sevinc hissi də dünyadakı ən böyük nemətlərdən biridir. Unutmaq olmaz ki, bütün qəlblər və güc Allah’ın əlindədir. Allah istədiyi an istədiyi hadisəni istədiyi kimi yaradır. Rahatlıq və arxayınlıq axtaran insan Allah verməsə, heç cür buna nail ola bilməz. Din əxlaqı ilə yaşayan insan hər şeyin Allah’ın nəzarəti altında olduğunu bilərək rahat olur. Hər işində Allah’a üz tutan, hər işinin qarşılığını ancaq Allah’dan gözləyən insana Allah daima müxtəlif səbəblər vasitəsilə yardım edib dəstək olar.

2013-08-12 17:25:47

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top