Bir ayə bir açıqlama: “Bəqərə” surəsi, 165

İnsanların içərisində Allah`dan qeyrilərini (Allah`a) şərik qoşub, onları Allah`ı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allah`a məhəbbəti daha qüvvətlidir... (Bəqərə surəsi, 165)

Rəbbimiz bu ayədə möminlər və iman gətirməyənlər arasındakı sevgi anlayışının fərqini bildirir. Ayədə bildirildiyi kimi, insanların bir qismi (Allah`ı tənzih edirik) Allah`a şərik qoşur və digər varlıqları Allah`ı sevən kimi sevirlər. Quran əxlaqından uzaq yaşayan insanlar sevgini əsl mənbəyi olan  uca Allah`ı sevmək əvəzinə birbaşa Onun təcəllisi olan varlıqlara (Allah`ı tənzih edirik) sevgi bəsləyirlər. Halbuki, bu, uca Allah`ın əsla bağışlamayacağını xəbər verdiyi (Nisa surəsi, 48) və Quranda Allah`a şərik qoşmaq kimi bildirilən yanlış sevgi anlayışıdır.

Kamil imana malik möminlərin qəlbindəki sevginin əsl mənbəyi isə uca Allah`a olan dərin sevgiləridir. Möminlər heç bir insanın, maddənin və ya canlının, əslində, özünə aid gücü və ya gözəlliyi olmadığını bilirlər. Bütün bunları xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan Allah`dır. Heç bir canlı öz gözəlliyini özü dizayn edib meydana gətirməyib. Bir insanın üzünün gözəlliyini, yaxud bir heyvanın sevimliliyini müəyyən ömürlə yaradan və əcəli çatdıqda hamısını məhv edən Allah`dır. Hər gözəllik ancaq Allah`ın hökmü altındadır. Məhz buna görə, mömin bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allah`ın yaratdığını bilərək sevir. Ona görə, əsl sevgini bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allah`a bəsləyir.

Möminlərin uca Allah`a olan sevgiləri dünyada heç bir varlığa bəsləmədikləri qədər coşqun, sevinc bəxş edən və ürəkləri həyəcanla dolduran güclü duyğudur.  Çünki möminlər uca Allah`ın bəxş etdiyi nemətləri, Onun hər şeyə qadir olduğunu və bütün kainatın yeganə hakimi olduğunu, hər şeyi ən gözəl və ən xeyirli şəkildə yaratdığını bilirlər. Bu düşüncə tərzi və Allah ilə mənəvi bağlılıqları onların Allah`a olan sevgisini gücləndirir. Bu güclü sevgi Rəbbimizin rizası üçün səmimi cəhdə çevrilir və nəticədə, möminləri Allah`ın yaratdıqlarını da sevən, onlara şəfqət və mərhəmət bəsləyən, onları qorumaq, xeyir vermək istəyən ən gözəl əxlaqlı və xeyirli insanlara çevirir.

2013-08-15 15:06:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top