Bir ayə bir açıqlama: "Bəqərə" surəsi, 32

Onlar: "Sən paksan, müqəddəssən!  Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hərşeyi) bilən Sən, hikmət sahibi Sənsən", - dedilər. (Bəqərə surəsi, 32)

Quranda Allah mələklərə yer üzündə bir xəlifə yaradacağını  və ona adların hamısını öyrədəcəyini bildirmişdir. Buna görə mələklər, Allah’ın ağlını, elmini, gücünü və böyüklüyünü tərifləyib ucaldaraq zikr edirlər. Mələklərin zikrində olduğu kimi, Allah sonsuz hikmət və elm sahibidir. İnsanın da Allah’ın ona öyrətdiyindən başqa  heç bir məlumatı yoxdur. Yəni hər hansı insanın elm sahibi olması özündən asılı deyil. Allah’ın onun qədərində elm lütf etməsinin nəticəsidir. Allah istədiyi insana bu neməti istədiyi qədər verir.

İnsan Allah’ın yoxdan var etdiyi  aciz bir varlıqdır. İnsanın sahib olduğu bütün imkanları Allah ona vermişdir. Allah’ın bizlərə öyrətdikləri sayəsində ətrafımızdakı hər şeyi qəbul edə bilir və buna uyğun olaraq həyatımızı davam etdirə bilirik.

Möminlər Allah’ın aciz qulu olduqlarının şüurundadırlar. Buna görə sahib olduqları ağıl, bilik və qabiliyyətləri özlərindən bilməzlər. Kainatdakı bütün elmlərin, mülkün və hökmün əsl sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu hər zaman bilir və hər işlərində Allah’a yönəlirlər. Rəbbimizə qarşı boyun əyir və təslimiyyətli davranırlar, tərifi yalnız onu yaradana yönəldir və dayanmadan Onu ucaldıb təsbeh edirlər.

2013-08-23 13:43:18

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top