Bir ayə bir açıqlama: "Bəqərə" surəsi, 153

Ey iman gətirənlər! Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. (Bəqərə surəsi, 153)

Allah bu ayədə iman edənləri səbir etməyi və namaz qılaraq Ona yönəlməyi və dua etməyi bildirmişdir.

Namaz Allah’ın Quranda bütün müsəlmanlara fərz etdiyi ibadətlərdən biridir. Bu ibadət möminlərin yalnız Allah’a qul olduqlarının və ancaq Onun qarşısında səcdə etdiklərinin göstəricisidir. İman edən hər qul Allah’ın Quranda göstərdiyi vaxtlarda bu ibadətini yerinə yetirir. Ümumiyyətlə isə namaz möminlər üçün yalnız hərəkət olaraq edilən bir ibadət deyil. İnsanın Allah’a olan yaxınlığını və təslimiyyətini göstərən, onun Rəbbimizə yaxınlaşması üçün bir yoldur.

Möminlər namazlarında Rəbbimizi ucaldaraq özləri üçün tək köməkçinin Allah olduğunu ifadə edirlər. Namazlardan sonra Allah’a dua edərək Ondan kömək istəyirlər. Allah’ı zikr etmək möminlər tərəfindən edilən bu ibadət Rəblərinə yaxınlaşmaq üçün böyük bir fürsətdir. Namazlarında huşu içində Allah’a yönələn bir möminin imanda dərinliyi, səmimiyyəti, ixlası və Rəbbimizə olan yaxınlığı artır.Allah da namaz qılıb, Özünə dua edən qullarına rəhmətinin qapılarını açar. Onları hər cür pislikdən təmizləyib, təmizləyir.

Allah iman edən qullarının üzərində "Sabur" (çox səbirli) ismini təcəlli etdirir və onların ürəklərindəki dayanıqlılıq duyğusunu gücləndirir. Əlbəttə, Allah’a iman etmiş bir möminin göstərəcəyi səbir və sədaqət, uca Rəbbimizin məmnuniyyətini ümid edə biləcəyi çox gözəl bir rəftar olacaq. Quranda bildirilən həqiqi səbiri yaşaya bilənlər yalnız möminlərdir. Çünki Allah’a səmimi imanla bağlanıb təslim olan, Rəbbimizin ucalığını təqdir edə bilən, qədərə qarşı tam bir təvəkkül göstərə bilən və axirətin varlığına qəti imanla iman edənlər yalnız onlardır. Dualarında səbirli və qərarlı olan möminlər, Allah’ın rəhmətindən əsla ümid kəsməzlər və Allah’ın daim onlarla birlikdə olduğunu da bilərlər.

2013-08-29 21:03:15

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top