Bir ayə bir açıqlama: "Bəqərə" surəsi, 216

...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz. (Bəqərə surəsi, 216)

Allah bu ayədə bəzən insanın özü üçün çox xeyirli və gözəl olacağını düşündüyü hadisənin əslində dünyada və axirətdə hüsrana məruz qalmasına səbəb olacağını, ya da zərər çəkəcəyini düşünərək uzaqlaşmaq istədiyi hadisənin özü üçün çox xeyirli və hikmətli hadisələrə səbəb olacağını bildirmişdir. Bütün bunlar Allah Qatında gizlidir.

Xeyri də, şər kimi göstərən Allah’dır. Şər olaraq qiymətləndirilən hadisələr əslində hikməti bilinməyən, ilk anda mənfi görünən hadisələrdir. Məsələn, vacib görüşə  gecikdikdə bu hadisə şər kimi qiymətləndirə bilər. Halbuki, görüşə gecikmək xeyirli olduğu üçün Rəbbimiz o şəkildə yaratmışdır.

Hadisələrin nəticəsini təqdir edə bilən, zamandan və məkandan münəzzəh (uzaq) olan, zamanı, məkanı, hadisələri və insanları bir anda yaradan Allah’dır.

Allah sonsuz ağıl sahibidir və dünya həyatında meydana gələn hər hadisəni xüsusi plan və qədərlə, xeyir və hikmətlə yaratmışdır. İnsan ancaq hadisələrin görünən tərəfi ilə gözəl hadisəni mənfi, pis hadisəni isə müsbət görür. Həqiqəti görmək üçün iman edən insan Allah’ın sonsuz ağlına təslim olaraq, hər hadisəyə müsbət tərəfdən baxmalıdır.
 

2013-09-13 19:41:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top