Bir ayə bir açıqlama: "Hucurat" surəsi, 12

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Ayədə möminin çəkinməsi lazım olan üç əhəmiyyətli rəftardan söz edilir; zənnə qapılmamaq, qeybət yəni dedi-qodu etməmək və təcəssüs etməmək, yəni gizli tərəfləri araşdırmamaq ... Bunlar eyni zamanda bir-birləriylə əlaqəli davranışlardır. Çünki qeybət edən, yəni bir mömini arxasından çəkişdirən adam, onsuz da onun haqqında bəzi pis zənlər bəsləyir deməkdir. Eyni şəkildə təcəssüs edən bir adam da müxtəlif zənlər üzərinə belə bir davranışı göstərir. Ayədə qadağan edilən bu mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə görülən pis əxlaq xüsusiyyətləridir və ortaq xüsusiyyətləri; möminləri incidən, möminlər arasındakı həmrəyliyi zədələyən, sevgi, şəfqət və mərhəməti azaldan davranışlar olmasıdır. Uca Allah Quranda möminləri bu davranışlardan qəti olaraq məhrum etmişdir.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə çox təbii qarşılanan bu vərdişlərin əslində nə qədər narahatlıq verən hərəkətlər olduğu ayədəki qeybətlə əlaqədar bənzətmədən də başa düşülə bilər. Sonsuz hikmət sahibi olan Allah, qeybəti qardaşının ətini yeməyə bənzətmiş və bunun nə qədər iyrənc olduğunu bildirmişdir.

Ayədə keçən qüsurlar içində diqqət yetirilməsi lazım olan bir başqa rəftar da zənn etməkdir. Zənn, ürəkdə meydana çıxan və açıqlanmadıqca  möminin tək özünün təsbit edib tədbir ala biləcəyi bir hadisədir. Bu səbəblə, möminlərin son dərəcə diqqətli olması lazım olan bir vəziyyətdir. Əgər mömin lazım olan tələbkarlığı göstərməyib, qəflətə düşsə, öz-özünə düşünərkən ayədə günah sayılan bir çox pis fikirdə ola bilər. Bu səbəbdən, möminin yalnız rəftarlarında deyil, niyyətində, duyğu və düşüncələrində də həmişə saleh olmağa diqqət göstərməsi lazımdır. Möminin digər iman edən qardaşları haqqındakı düşüncələri həmişə gözəl zənn içində olmalıdır. Bu da möminlərin bir-birləri haqqında hər zaman müsbət düşünmələri mənasını verər. Beləcə, iman edənlərin birliyinə maneə törədə bilər. Fəaliyyətlərə qarşı da çox güclü bir mənəvi mane törətmiş olar.

2014-03-12 19:10:39

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com