Təkamül nəzəriyyəsinin məktəb basqınlarındakı rolu

Son illərdə Avropa və ABŞ-da reallaşan silahlı məktəb basqınlarında çox sayda şagird qətl edildi. Media çox vaxt bu qırğınları depressiyalı və ya sosyopat davranışlı (antisosial şəxsiyyət pozuqluğu) olan kəslərin əsəri olaraq əks etdirdi. Ancaq diqqətli araşdırıldığında bu qırğınların ardında tam fərqli faktor da gözə dəyir: Həyatın, güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado əyalətində Kolumbiya liseyi son sinif şagirdləri olan Erik Haris və Dilan Kleboldun 20 aprel 1999-cu ildə birlikdə reallaşdırdıqları silahlı məktəb qətliamında 13 insanı qətl etmiş və ardından intihar etmişlər. Bir qəzet verdiyi xəbərdə “Kolumbiya liseyinə hücum edərək 13 yoldaşını qətl edən təcavüzkarlar Erik Haris və Dilan Kleboldun Darvinin “təbii seleksiya” nəzəriyyəsindən təsirləndiyi ortaya çıxdı” [1] cümləsi ilə bu qırğının səbəbini açıqlamışdır.

Erik Haris, basqın əsnasında, tətbiq etdiyi şiddətin mənşəyini müəyyən edən köynək geymişdir. Köynəyin üzərində “təbii seleksiya” yazılmışdır. Qətliamçılar video qeydlərində təkamül nəzəriyyəsindəki təbii seleksiya və zəiflərin ayırd edilməsi fikrindən təsirləndiklərini söyləmişlər. Qırğında 13 yaşındakı qızı Raçeli itirən, oğlu Kraiqi çətin qurtaran Darel Skot bu mövzunu belə izah etmişdir:

 

“Qırğının arxa planına baxılmaması çox təəccüblüdür. Qatil Haris şagirdlərə atəş açarkən üzərində “təbii seleksiya” yazılı köynək geyinmişdi. Zəifləri öldürərək təbii seleksiyaya kömək etməyi planladıqlarını etiraf etdikləri video qeydləri ortaya çıxdı. Özlərini təbii seleksiyanın nəticəsi olaraq, sinif yoldaşlarından üstün görürdülər.” [2]

Haris insanları və bitkiləri peyvənd etmənin təbiətin istənməyən otları ayırd etmə müddətinə müdaxilə olduğunu söyləyəcək qədər Darvinistdir. Hətta təhlükəli yeməklərin üzərində də xəbərdarlıq olmamasını istəmiş, “təbii seleksiyan seyrinə buraxaq, bütün kök, çirkin, üzrlü, şikəst, axmaqlar ölər və beləcə bəlkə insanlıq özləri ilə qürur duya bilərlər” [3] demişdir.

Kolumbiyada öldürülən altı uşağın ailəsinin vəkilliyini edən Beri Arinqton, Erik Harisin Darvinə nə dərəcə bağlı olduğunu belə izah etmişdir:

 

“Erik Harisin bütün gündəliklərini oxudum, bütün səs kasetlərini dinlədim, video kasetlərini izlədim. Anladım ki, Haris, şüurlu olaraq davranışlarının təkamüllə əlaqədar öyrəndiklərinin məntiqli nəticəsi olaraq görürdü. Darvinizm, onun etdiklərinin intellektual səbəbinə xidmət etdi. Harisin Darvinə tapınan biri olduğuna və özünü onun prinsiplərini tətbiq edən biri olaraq gördüyünə dair ən kiçik bir şübhə ola bilməz.” [4]

 

Psixiatriya mütəxəssisi Dr. Kubilay Boğoçlu, “Psixiatriya və həyat” adlı internet saytında, Kolumbiya liseyində yaşanan qırğının detallarına və təcavüzkarların psixoloji analizlərinə yer vermişdir. Boğoçlu saytda qətliamçıların ilk qurbanının xüsusi olaraq seçilmiş olduğunu vurğulamışdır. Qətliamçıların ilk qurbanı qız şagird Rachel Scott idi. Rachelin atası rahiblik etmişdi və Rachel xristian mədəniyyəti içində tərbiyə almışdı. Məsələn, məktəbdə etdiyi bir nümayişin adı, Watch the Lamb (Quzuları qorumaq) idi. Klebold, bu proyekti, proyektin hazırlanmasında Raçelə şəxsən kömək etdiyi üçün bilirdi. Yəni ilk qurban din adamının qızı idi və zəiflərin qorunmalı olduğunun izah edildiyi nümayiş təşkil etmişdi. [5]

Halbuki, Haris və Klebold özlərini zəifləri yox etməli olan güclü və üstün canlılar olaraq görürdülər. Necə ki, Haris zəifləri ortadan qaldırmaq yoluyla təbii seleksiya müddətini izah etdiyi videoda “sinif yoldaşlarından daha yüksək səviyyəyə təkamülləşdiklərini” açıqca söyləmişlərdi. [6]

Haris darvinist yanaşmasını internetdə nəşr etdiyi videosunda belə dilə gətirirdi:

 

“Yaxında gəlirəm. Hər kəs üçün gəlirəm. Dişlərimə qədər silahlanacağam, hər şeyi, hər kəsi öldürəcəyəm. Qaydaları mən qoyacağam (qanun mənimdir). Bu qaydaları bəyənməsən ölərsən! Əgər səndən xoşum gəlməsə və ya məndən istədiyin şeydən xoşum gəlməsə səni öldürərəm. Mənim sizlərlə olan problemləri həll etmə yolum budur; öldürmək!” [7]

 

Təkamül nəzəriyyəsinin “həyatın guya bir döyüş sahəsi, fiziki güc istifadə edərək üstünlük əldə etmənin də sözdə təbiət qanunu olduğu” kimi təcavüzkarlığı və əxlaqi degenerasiyanı qızışdıran məntiqlərinin, xüsusilə, son dövrdə məktəblərdə ortaya çıxan qeyri-əxlaqi meylləri və şiddət ehtiva edən hərəkətləri də vurğuladığı bir həqiqətdir.

Qətliamçılar, özlərini həyat döyüşündəki ordunun nəfəri olaraq görməkdədirlər.

Sahib olduqları yanlış dünyagörüşünə görə təbiətə bir qarşıdurma hakimdirsə; özlərinin zəif gördükləri insanları öldürmələri bir aslanın ceyranı öldürməsi qədər təbiidir. Bir aslanın ceyranı öldürməsinə təəccüblənməyib ondan hesab soruşulmursa, onlardan da hesab soruşulmamalıdır. Çünki onlar da Darvinin təlimindəki aslanlar kimi təbiətdəki təbii seleksiyanın gərəyini etməkdədirlər. Necə ki, 2007-ci ildə Pensilvaniyada məktəbdə qırğına hazırlanarkən tutulan bir şagirdin də “Natural Selection's Army - Təbii Seleksiya Ordusu” adlı internet saytını tez-tez ziyarət etdiyinin ortaya çıxması, bu pozğun yanaşmanın hücumlarda əhəmiyyətli faktor olduğunu ortaya qoymuşdur. [8]

Bundan başqa bu saytın ziyarətçiləri “qatillər üçün virtual məktəb” deyə adlandırılan bənzər bir çox söhbət otaqlarına da qatılırdı. Bu saytlar polis tərəfindən fərq edilincə dərhal bağlanıldı. Ancaq bu gün hələ bir çox gənc ani və həddindən artıq vəhşiliyi Darvinin dövrüylə əlaqələndirən kompüter oyunu oynamağa davam edir. Rəqib tərəflərin bir-birlərini yox etməyə çalışdıqları bu məşhur kompüter oyunun adı “Təbii Seleksiya”. Qəhrəmanların Haris və Klebold olduğu bu oyunda Kolumbiya qırğınının orijinal görünüşlərindən istifadə edilir. [9]

Mətbuata verilən məlumatlara görə təbii seleksiya Ordusu (Natural Selection's Army) saytını tez-tez ziyarət edənlərdən biri də 18 yaşındakı Finlandiyalı şagird Pekka-Eric Auvinen olmuşdur. Auvinen, 7 noyabr 2007-ci ildə Tuusula şəhərindəki Jokela liseyinə silahlı basqında 6 şagird və 2 məktəb işçisini öldürmüş və sonra intihar etmişdi.

 

“Nəzəriyyədən ilham aldım” başlıqlı qəzet xəbərində Auvinenin etdiyi qırğının ardında yatan səbəb belə izah edilmişdir:

 

“Finlandiyada 7 noyabr 2007-ci ildə məktəbə hücum edən 18 yaşındakı silahlı şagird Pekka Eric Auvinen, müəllimini düzlərinin üstünə çökməyə məcbur etdikdən sonra vuraraq öldürdü. Səkkiz yoldaşını da qətl edən Auvinenin də Darvinin təkamül nəzəriyyəsindən ilham alaraq qurulan “təbii seleksiya ordusu” adlı internet saytının müdavimlərindən olduğu ortaya çıxdı. Auvinen daha sonra Darvin nəzəriyyəsindən ilham alaraq qırğını reallaşdırdığını etiraf da etdi.” [10]

Pekka Eric Auvinen qırğından əvvəl internetdə özünə müdafiə hazırlamışdı. Auvinen bu müdafiəsində “özünü ‘“ictimai darvinist” hesab edir, təbii seleksiyanın artıq çalışmadığını və hətta əks istiqamətdə çalışdığını söyləyirdi. Axmaq, zəif, ağılsız insanların ağıllı, güclü, ağıllı insanlardan daha sürətli törədiyindən danışırdı. Əgər cəmiyyət ikinci tip insanların həyatda qalmasını təmin edə bilməzsə, gen hovuzunun pisə gedəcəyindən əmin idi. Bu problem haqqında nə edə biləcəyi ilə əlaqədar baş yorurdu. Sonunda həyatın yalnız mənasız təsadüflər və uzun təsadüfi mutasiyalardan ibarət olduğunu və bir şey etmənin çox mənası olmayacağını düşündü. Lakin sonda təbiətin mərhəmətsizliyini təqlid edərək təbii seçici olaraq öz payına düşəni edə biləcəyinə qərar verdi.” [11]

 

Auvinen, bu qərarı verməsinə əsas səbəbi isə belə açıqlayırdı:

 

“Yer üzündəki pisliklərə mərhəmət yoxdur. İnsan sevgisinə çox dəyər verilir. Güclünün həyatını davam etdirməsini və təbii seleksiyanı təkrar qüvvəyə qoymalıyıq.” [12]

 

18 yaşındakı Auvinen, basqından əvvəl müxtəlif saytlarda fərqli istifadəçi adlarıyla bir çox video yayımlamışdı. Bunlar pessimist və aqressiv mahnılar şiddət məzmunlu görüntülərdən ibarət idi. Belə qanlı qırğını reallaşdıran birinin şiddətə meylli olması, şübhəsiz, heç kimi təəccübləndirmir. Ancaq videolardan biri bu şiddətin arxa planına işıq tutması baxımından xüsusilə diqqət çəkici idi. Auvinen, saytlardan birində “hamınızı öldürəcəyəm 667 (I`m gonna Kill You All 667)” istifadəçi adıyla yüklədiyi “fəlsəfəm” başlıqlı videoda bu qırğını təbii seleksiyanın bir gərəyi olaraq reallaşdırdığını izah edirdi.

Təbii seleksiya, bir başqa deyişlə təbii seçmə, Çarlz Darvinin təkamül nəzəriyyəsinin təməlinə oturtduğu anlayışdır və guya həyatda qalma mübarizəsini davam etdirən heyvanlardan güclü olanların zəif olanları məhv etməsini ifadə etməkdədir. Heç bir elmi tapıntıya əsaslanmayan anlayış olan təbii seleksiya, gərək insanı hər hansı bir şüurdan məhrum təbiət hadisələrinin məhsulu olaraq təyin etdiyi, gərəksə şiddətə əsaslandığı üçün həm ateist fəlsəfələrin, həm də şiddət yanlısı ideologiya və hərəkətlərin imtina edilməz dayağı olmuşdur. II dünya müharibəsində milyonları ölümə göndərən diktatorlar, döyüşməyi təbii seleksiyanın gərəyi olaraq görmüşlər, təbliğatlarında darvinizmi əsas götürmüşlər.

Və “təbii seleksiya”, Jokela liseyi qətliamında da qarşımıza çıxmışdır. Auvinen, “fəlsəfə”sini izah etdiyi videosunda təbii seleksiyanı tətbiq etmə çağırışı etmişdir. Üzərində “İnsanlıq əhəmiyyətli deyil” yazılı köynəklə poza verən Auvinen, darvinizmin insana verdiyi (daha doğrusu vermədiyi) dəyəri göstərirmiş şəklində eynilə bu ifadələrə yer verirdi:

 

“Mən yalnız təbii seleksiyaya inanan normal anarxistəm. İnsanlar təbii seleksiyanı təkrar tətbiq etməlidirlər. Heyvanlar bu şəkildə yaşayırlar, insanlar da niyə elə yaşamasın? Bizlər də nəhayətində sadəcə heyvanlarıq. Biz insanlar, yer üzündəki ən pis heyvanlarıq. Bizi doğuran dünyanı çirklətdik və korlanmış cəmiyyətlə ortaya çıxdıq. Bütün dünya pis vəziyyətdə və cəmiyyət çöküşün eşiyindədir. Buna görə (təbii seleksiya) olmalıdır. Nə qədər erkən olsa o qədər yaxşı olar... Qanun, yalnız güclü olanın fikridir... Buna görə həyatınızın idarəsini ələ almalı və anarxist olmalısınız. Nə istəyirsinizsə onu etməli, sizə nə edəcəyinizi söyləyənlərə fikir verməməlisiniz. Bu sizin həyatınızdır. Güclü olanlar həyatda qalarkən, zəif olanlar ölməlildirlər. Bu, güclü olanın həyatda qalmasıdır, təbii seleksiyadır. Heyvanlar davamlı olaraq ölürlər. Bir iti, başqa bir it öldüyü üçün ağlarkən görməzsiniz. İnsanlar da ölürlər. Reaksiya eyni şəkildə olmalıdır. Bu yalnız təbii bir şeydən ibarətdir, böyük və ya əhəmiyyətli bir şey deyil. Tanımadığınız biri üçün ağlamayın, bu kədərli vəziyyət deyil... Mənim fərdi düşüncəm budur: İNSAN İRQİNİN SOYQIRIMI REALLAŞDIRILMALIDIR”. [Böyük hərflər originaldır] [13]

 

Auvinen, fikirlərini izah etdiyi manifestində, bu qırğına girişməsində darvinist görüşlərinin təsirli rol oynadığını bu sözlərlə açıqca ifadə edirdi:

 

“Davam üçün döyüşməyə və ölməyə hazıram… Bir təbii seleksiya olaraq, uyğun hesab etmədiklərimi, insan irqinin və təbii seleksiyanın utanc vericilərini məhv edəcəyəm. Xeyr, həqiqət budur ki, mən yalnız bir heyvan, bir insan və bir müxalifəm… Artıq təbii seleksiya və güclü olanın həyatda qalması qanununu yenidən yoluna qoymağın vaxtı gəldi!” [14]

 

 

Tək tərəfli darvinist təhsilin təsirləri

Darvinist təhsil, insanlara həyatlarının bir məqsədi olmadığı yalanını təlqin edərək onları hər cür ümid və sevincdən məhrum, pessimist və cani şəxsiyyətli ruh xəstələrinə çevirməkdədir.

Bunun ən son nümunələrindən biri Norveçli Anders Behrinq Breivikdir. Breivik 22 iyul 2011-də Norveçdə yaşanmış olan cütlüyə terror hücumlarının səbəbkarı olduğunu etiraf etmişdir. Bu hücumlardan biri Oslodakı hökumət binasına edilmiş olan, səkkiz adamın ölümüylə nəticələnən bombalı hücumdur. Digəri isə, Utoya adasındakı, İşçi partiyasının gənclik düşərgəsinə edilən hücumdur. Bu hücum nəticəsində 69 adam həyatını itirmişdir.

Breivik hücumlarından əvvəl “Avropa Müstəqillik Bildirişi” adlı kitabda fikirlərini izah etmişdir. Kitabının 1518-ci səhifəsində isə, özünü elmi dünya görüşünün və müasir biologiyanın çempionu olaraq gördüyünü ifadə etmişdir. Ən “əhəmiyyət verdiyi” kitablar sıralamasında isə Çarlz Darvinin Növlərin Mənşəyi adlı kitabdır. [16] Breivikə görə, “qüsursuz Avropa” İctimai Darvinizm qaydalarını ehtiva etməlidir. [17]

 

Breivik, kitabının 1202-ci səhifəsində isə Prinston Universitetindən Darvinist Bioloq Li Silverin obyektin təkrar tətbiqinin müdafiəsinə tamamilə qatıldığını ifadə etməkdədir. Silverin dünya əhalisinin indikinin yarısından daha aza ya da 3.8 milyarda endirilməsi üçün “gələcəkdə radikal siyasətlərin tətbiq olunmasının zəruri olduğu” şəklindəki fikirlərinə də eynilə qatılmaqdadır. [18] Eyni səhifədə, Breivikin Darvinin “soyqırım və təbii seleksiya ... əl-ələ gedər” arqumentini nə qədər mənimsəmiş olduğu bu cümlələrdə dəqiq şəkildə görülməkdədir:

 

“ikinci və üçüncü dünya ölkələri” insan əhalisindəki artımı dayandıra bilməzlərsə, “təbiət, yaşanacaq qıtlıqla onların bu səhvlərini düzəldəcək” [19]

 

Arqumentinin davamında Breivi, Qərb ölkələrin bu təbii prosesdə, yəni yaşanan qıtlığa, müdaxilə etməmələri lazım olduğunu bu cümlələr ilə müdafiə etmişdir:

 

“Əgər əhalini idarə etmə qaydalarımıza uyğun gəlməmiş olan ölkələrdə qıtlıq baş göstərsə, onlara hər hansı şəkildə kömək göndərmək, ya da müvəffəqiyyətsiz liderlərinə dəstək olmaq şəklində dəstək olmamalıyıq.” [20]

 

“Həddindən artıq əhalinin birinci məsulu olan üçüncü dünya ölkələrinə edilən qida köməyi dərhal dayandırılmalıdır.” [21]

 

Breivikin şəxsən yazmış olduğu bu sözlərdən açıqca görülür ki, aldığı Darvinist təhsil səbəbiylə əxlaqi dəyərlərdən tamamilə uzaqlaşmış və bunun nəticəsi olaraq, onlarla insanın ölümünə səbəb olan terrorist hərəkətləri soyuqqanlılıqla həyata keçirmişdir.

Darvinist təhsilin səbəb olduğu əxlaqi çöküntü və vəhşiliyin bir başqa nümunəsi də həbs edilmədən əvvəl 17 uşağı öldürən və cəsədlərini yeyən Amerikalı seri qatil Jefrey Dahmerdir. Dahmer, ölümündən dərhal əvvəl Dateline NBC kanalında edilən son reportajında bu sözləri demişdir:

 

“Əgər bir insan, özünə qarşı məsul olduğu bir Yaradıcının var olduğunu düşünmürsə, o halda niyə uyğun sərhədlərdə tutacaq şəkildə davranışlarınızı islah etməyə çalışasınız? Mən də belə düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizlərin (təsadüfən) yalnız palçıqdan gəldiyimiz tezisinin həqiqət olduğuna inanmışam. Öldüyümüz zaman, hər şey bitər, artıq heç bir şey yoxdur.” [22]

 

Darvinin kütlələri zəhərlədiyi batil inanc, insanları seri qatil etməkdə, hətta onları insan əti yemək qədər psixopatlığa sürüməkdədir. İnsanlara, bir Yaradıcıya qarşı məsul olmadıqları təlqinini verməyə çalışan; onları məqsədsiz, məsuliyyətsiz, başıboş varlıqlar olduğuna inandıran; insanı bir heyvan olaraq görən və ölümü son olaraq göstərərək insanları axirət gerçəyindən uzaqlaşdırmağa çalışan bu saxta dinin gətirdiyi nəticə məhz budur.

Son iki yüz ildir dünyaya döyüşləri, qırğınları, zalımlığı, terroru, cinayətləri, kütlə qırğınlarını, degenerasiyanı və hər cür bəlanı gətirən ən böyük azğın güc darvinizmdir. Cəmiyyətlərdə bir vaxtlar inkişaf edən dinsizliyin, irqçiliyin, kütlə qırğınlarının səbəbi olan faşizmin, kommunizmin və dünya müharibələrinin ardında KEÇDİYİMİZ ƏSRİN ƏN BÖYÜK ALDATMACASI VƏ ƏN BÖYÜK BƏLASI OLAN DARVİNİZM VARDIR.

Darvinin başlatdığı bu quru bəlanın, cəmiyyətlər üzərindəki uğursuz təsiri günümüzə qədər davam etmişdir. Darvinizmin günümüzdəki ən güclü müdafiəçilərindən olan Riçard Davkinsin son kitabı da, insanları Allah inancından uzaq, pessimizmə və ümidsizliyə aparan təlqinlər ehtiva etməkdədir. Bunun ən əhəmiyyətli nümunələrindən biri, Amerikadakı Jes Kilqor adlı 22 yaşındakı şagirdin, professoru tərəfindən ona tövsiyə edilən Davkinsin kitabının təsiriylə intihar etməsi olmuşdur. [23]

 

Davkinsin, Darvinizmin qaranlıq ideologiyasına söykədiyi ürküdücü dünyagörüşünün təsiri bu örnəklə məhdud deyil. Davkins, Unweaving the Rainbow kitabının ön sözündə bu həqiqəti özü də etiraf etmişdir:

 

''İlk kitabımın oxucusu, kitabı oxuduqdan sonra, verdiyi soyuq mesajdan çox böhrana düşdüyünü və üç gecə boyunca yata bilmədiyini etiraf etdi. Bəziləri də mənə səhərlər oyanmağa necə dözə bildiyimi soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə giley dolu məktub göndərdi. Məktubunda, eyni kitabı oxuyan bir şagirdinin özünə göz yaşları içində gəldiyini və həyatın boş və məqsədsiz olduğu düşüncəsinin onu mənfi istiqamətdə təsir etdiyini yazırdı. Müəllim, digərlərinin də eyni “heçlik pessimizmi”ndən təsirlənməmələri üçün, şagirdinə kitabı başqalarına göstərməməsini tövsiyə edib.'' [24]

 

Bu qaranlıq bəla, yəni darvinizm; insanları ölümə, cinayətə, pessimizmə, heçlik duyğusuna, vəhşiliyə və dəhşətə sürüyən, insanlara təsadüfən var olmuş heyvandan başqa bir şey olmadığını təlqin edən azğın dindir. Bu dinin geridə qalmış bir neçə nümayəndəsi, insanları Allah inancından uzaqlaşdıra bilmək üçün var gücləriylə səy göstərməyə davam edirlər. Bu səbəblə darvinizmin zəifliklərinin məktəblərdə oxudulmasına canla-başla qarşı çıxmaqda, yaradılışı isbat edən fosilləri saxlamaqda, zülalın təsadüfən meydana gələ bilməyəcəyini, 350 milyondan çox fosilin darvinizmi yerlə bir etdiyini etiraf edə bilmirlər. Ancaq bütün bu tədbirlərə qarşı 21-ci əsrdə insanlar artıq yalanlara aldanmırlar. Darvinizmin bir saxtakarlıq olduğunun bütün dünyada ifşa edilməsinin ardından darvinizmə dəstək olmaq üçün göstərilən səylərin hamısı boşa çıxmışdır.

 

Nəticə:

Darvinizmin cəmiyyət üzərindəki bu dağıdıcı təsiri gündəmdə saxlanılaraq məktəblərdə tək yanlı darvinist təhsilə son verilməlidir

Jokela, Kolumbiya və Virciniya Texniki Universiteti qətliamlarında təcavüzkarların içində olduğu psixologiyanın və onları bu davranışlara itələyən fərdi səbəblərin üzərində dayanmaq əlbəttə lazımdır. Ancaq bütün bu hadisələrə başçılıq edən əsas ortaq faktor, məktəblərdə davam etdirilən darvinist təhsildir. Bilindiyi kimi, məktəblərdə şagirdlərə, həyatın yer üzündə özbaşına başladığı və insanın təbii seleksiya ilə ortaya çıxmış, inkişaf etmiş meymun növü olduğu guya elmi həqiqətlər olaraq öyrədilməkdədir. Jokela, Kolumbiya və Virciniya Texniki Universitetinin təcavüzkarları da məktəblərdə verilən bu darvinizm təhsili almış kəslərdir.

Darvinizm məktəb tədris planılarında elmi həqiqət kimi izah edilir və Darvinizmlə birlikdə əks görüşün, yəni kainatın və insanların Allah tərəfindən, qiymətli məqsəd istiqamətində yaradılmış olduğu gerçəyinin elmi olaraq izah edilməsi qadağandır. Yəni darvinizm tək tərəfli olaraq, elmi həqiqət kimi önə sürülərək izah edilməkdədir. Halbuki, darvinizm başda 350 milyon fosilin canlıların dəyişmədiyini açıqca göstərməsiylə dəqiq olaraq çökən, əsassız nəzəriyyədir. Daha dərinə endiyimizdə isə, cansız varlıqlardan canlılığın çıxdığını iddia edən darvinizmin, öz iddiasının necə reallaşdığını belə açıqlamaqdan aciz qaldığı görülür. Bir çox nöqtədən çətinliyə düşən darvinistlərin, “Piltdovn adamı biabırçılığı” olaraq məşhur olmuş olan, insan kəllə fosilinə oranqutan çənəsi əlavə etmək kimi hiylələrlə saxta fosillər meydana gətirdikləri isə bilinən həqiqətdir.

Yuxarıda çox qısa toxunulan darvinizm açmazlarının sayı hər sahədə minləri aşmaqdadır və elmin irəliləməsiylə bu ədəd getdikcə artmaqdadır. Ancaq məktəblərdə kiçik yaşlardan etibarən görülən tək tərəfli təhsil səbəbiylə şagirdlər darvinizmin vəhşiliyə sürüyən təlimlərini doğru sanmaqdadırlar və bunun nəticələri qorxunc olmaqdadır. Xəbərlərdə əks olunan qətliam hadisələrinin yanında fərdi bir çox intihar hadisəsi və əxlaqi pozulmanın ardında da darvinizmi görmək mümkündür.

Bir an əvvəl, darvinizmin tək tərəfli təlqin edilməsinə son verib, tədris planında darvinizmə qarşı çıxan elmi gerçəklərə də yer verilməsidir.

Təhsil siyasətlərini təyin edənlər, darvinist təhsilin bu tərz nəticələr meydana gətirə biləcəyini bilməli, bu məsuliyyəti üzərlərində hiss etməlidirlər. Tədris planının bu istiqamətdə təşkil edilib, gənclərin darvinizmin elmi çöküşü və ideoloji arxa planı haqqında məlumatlanması təmin edilməlidir.

 

 

[1] Habertürk qəzeti, 09.11.2009

[2] http://www.amnation.com/vfr/archives/014745.html

[3] http://www.amnation.com/vfr/archives/014745.html

[4] http://www.amnation.com/vfr/archives/014745.html

[5] http://www.psikiyatrivehayat.com/columbinelisesikatliami.htm

[6] http://www.amnation.com/vfr/archives/014745.html

[7] http://www.psikiyatrivehayat.com/columbinelisesikatliami.htm

[8] Habertürk Gazetesi, 09.11.2009

[9] http://www.amnation.com/vfr/archives/014745.html

[10] Habertürk Gazetesi, 09.11.2009

[11] http://www.amnation.com/vfr/archives/014745.html

[12] http://www.amnation.com/vfr/archives/014745.html

[13] Pekka-EricAuvinen's Video 'My Philosophy'

[14] http://www.reuters.com/article/2007/11/07/us-finland-shooting-idUSHEL00597220071107

[15] Habertürk qəzeti, 09.11.2009

[16] http://www.darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614

[17] Anders Behring Breivik, Avrupa Bağımsızlık Bildirgesi, s.1386

[18] http://www.darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614

[19] Anders Behring Breivik, Avrupa Bağımsızlık Bildirgesi, s.1386

[20] Anders Behring Breivik, Avrupa Bağımsızlık Bildirgesi, s.1202

[21] Anders Behring Breivik, Avrupa Bağımsızlık Bildirgesi, s.1203

[22] Kelly J. Coghlan, Houston Chronicle Sunday-15 fevral 2009

[23] http://www.worldnetdaily.com/index.php?fa=PAGE.view&pageId=81459

[24] Richard Dawkins, UnweavingTheRainbow, HoughtonMifflinCompanyNewyork, 1998, s. İx

2018-07-09 00:48:20

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."