İsveçrədə darvinist təlaş

 

2010-cu ilin 25-27 may tarixlərində İsveçrənin Lozan, Sürix və Cenevrə şəhərlərində cənab Adnan Oktarı təmsil edən Dr. Oktar Babuna və Dr. Cihat Gündoğdunun iştirakı ilə “Təkamül Yalanı və Yaradılış Gerçəyi” konfransı keçirildi. İsveçrə mediasında böyük səs-küyə səbəb olan bu konfranslar darvinistləri təşvişə saldı. Bu, darvinizmin bir daha geri dönüşü olmadan tarixdən silinməyə başladığının ən böyük dəlillərindəndir.

 

May ayının son həftəsi İsveçrənin müxtəlif şəhərlərində keçirilən “Təkamül Yalanı və Yaradılış Gerçəyi” konfransına ölkənin bütün mediası geniş yer verdi. İsveçrə Dövlət Televiziyası da daxil olmaqla bir çox televiziya kanalı bu konfranslara qatıldı. Xəbərlərdə Harun Yəhya təxəllüsü ilə tanınan cənab Adnan Oktarın təkamül nəzəriyyəsinin necə böyük yalan olduğunu sübut edən əsərlərinə geniş yer verildi.

 

Əslində bu, İsveçrə üçün ilk deyildi

 

İsveçrə ilk dəfə  2007-ci ildə Harun Yəhyanın “Yaradılış Atlası” adlı əsərinin ölkənin qabaqcıl siyasətçilərinə və akademiklərinə göndərilməsi ilə eyni həyəcanı yaşamışdı. Həmin vaxtlarda İsveçrə mediasında yayımlanan xəbərlər darvinistlərin çarəsizliyini açıq-aşkar büruzə verən ifadələrlə dolu idi. Yaradılış Atlasının bütün dünyada yaratdığı təsiri gözlər önünə sərən bu xəbərlər, bu gün də olduğu kimi, darvinizmin çox güclü zərbə aldığını və bir daha geri dönməyəcəyini göstərirdi.

 

Yaradılışı sübut edən 300 milyon fosil (qalıq) qarşısında dərin sükuta qərq olan, bir zülalın belə təsadüfən yaranmasının mümkün olmadığını etiraf etməyə məcbur olan və heç bir ara keçid forması göstərə bilməyən darvinistlərin təşvişi bircə həqiqəti göstərir: darvinizm artıq məğlub olub və darvinistlər də bunu qəbul etməyə məcburdur.

Çünki

 

Sübut edilən təkamül saxtakarlıqları və təhriflər gənc zehinlərə həkk edilmiş, kainatın və insanın təsadüfən yaranmasının mümkün olmadığı gözlər önünə sərilmişdir. Artıq darvinizmin geri dönüşü yoxdur. Bundan sonra görülən hər hansı tədbir və ya qadağa, Allahın izni ilə təkamülə şübhə ilə baxan insanlara təsir etməyəcəkdir.

 

Tarixin ən böyük elmi saxtakarlığını dəstəkləyən insanlar utancından susmuş, müdafiə güclərini və şövqlərini itirmişlər. Saxta nəzəriyyəyə bütün ömürlərini həsr etmənin peşmançılığı ilə yaşayan və son bir cəhd ilə itirdikləri etibarlarını bərpa etmək istəyənlər isə demokratiya, fikir və etiqad azadlığı kimi əsas insan hüquqlarına əhəmiyyət verməyəcək həddə gəlib çıxıblar. Yaşadıqları təlaşın şiddətindən bu nəzəriyyəni araşdırmağı, tənqid etməyi, hətta şübhə ilə baxmağı belə qadağan etməyə çalışmışlar. İllərlə elmi müdafiə etdiklərini bildirən darvinistlər həqiqi simalarını göstərməyə başlamış və ateizm inancına görə təkamül nəzəriyyəsinə kor-koranə bağlı olduqlarını göstərərək doqmatik düşüncənin timsalı olmuşlar.

 

Yalnızca Allahın varlığını və birliyini sübut etdiyi üçün “Təkamül Yalanı və Yaradılış Gerçəyi” konfransı və Yaradılış Atlası kitabının təhlükəli hesab edilməsi isə, bu konfrans və kitabdakı mesajın doğru olduğunu təsdiq edir. Bir Quran ayəsində Uca Rəbbimiz belə buyurur:

 

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi / 18)

 

Darvindən bəri bütün darvinist alimlər insanları aldatmağa davam edir. Onları "Elm adamı tamamilə doğru söyləyir, elm adamının söylədiyi haqqında mübahisə edilməz" yalanına inandırıb, bütün həyatlarını bu yalana əsasən istiqamətləndiriblər. Elə böyük bir oyun oynanılıb ki, elmi həqiqətlər insanlardan gizlədilərək yalan və saxta bilgilərdən istifadə edilmiş, əldə edilən məlumatlar təhrif edilərək təkamül yalanına uyğunlaşdırılmışdır. Əgər məlumatlar təkamül yalanına uyğun gəlmirsə, ya gizlədilmiş, ya da yox edilmişdir. İnsanlar illərlə darvinist alimlərin əldə etdikləri məlumatların doğru olduğuna inanaraq açıq aşkar aldadılmışlar.

 

Cənab Adnan Oktarın İsveçrənin Lozan şəhərində keçirilən konfransla bağlı fikirləri

Cənab Adnan Oktarın 25 May Güneydoğu Olay TV, 26 May TV Kayseri və Samsun Aks TV-dəki reportajlarından

 

 

Cənab Adnan Oktarın İsveçrədəki darvinist təlaş haqqındakı fikirləri

 

Adnan Oktar: Demokrat olsunlar. Fikir azadlığına və həqiqətlərə açıq olsunlar. Həqiqəti qəbul etməyi bacarsınlar. Bizim edəcəyimiz şeylərin hələ çox az qismini gördülər. Daha yeni başlayırıq. Hələ yeni istirahət edirik. Biz hələ üç yaşındakı uşaq kimiyik. Hələ dayan. İldırım kimi gedəcəyik, Allahın izni ilə. Bundan sonra yalan da yox, oyun da yox. Dünyanı aldatmalarına icazə vermərik. Doğru danışacaqlar, elmlə danışacaqlar. Elm gördükdə yoxa çıxırlar. Yəni üzərlərinə yod damcıladılmış kimi, dərhal dümdüz olurlar. Biz kommunistlərə demokratiyanı öyrədəcəyik. Fikir azadlığını, mülayim olmağı, sülhsevərliyi, elmlə danışmağı, elmə hörməti öyrədəcəyik inşaAllah.

 

Oktar Babuna: inşaAllah. Xüsusilə də sizin bildirdiyiniz kimi, maddənin həqiqəti izah ediləndə tam olurdu inşaAllah. Ona heç bir şəkildə etiraz edə bilmirlər. Darvinizm və materializmi darmadağın etdi. İsveçrədəki konfransda siz də video bağlantı ilə izah etmişdiniz. İslam əxlaqının hakimiyyətini izah etdiniz. Hz. Mehdinin (əs) zühurunu, Hz. İsanın (əs) gəldiyini və Peyğəmbərimizin (səv) tarixləri verdiyini də söyləmişdiniz, Qiyamətə işarə etmişdiniz inşaAllah.

 

Adnan Oktar: Baxın deyirəm ki; "İslam əxlaqı bu əsrdə hakim olacaq." Boşu boşuna mən bunu söyləyərəmmi? Lazımi qədər düşünən insanam. Xurafatdan nifrət edən insanam. Öz adım kimi əminəm inşaAllah. Bir bildiyim var ki, deyirəm. "Hz. İsa (əs) gələcək" deyirəm, "gəldi" deyirəm. Bir bildiyim var ki, deyirəm. "Hz. Mehdi (əs) çıxacaq və çıxdı" deyirəm. Mən sübut edə bilməyəcəyim bir şeyi heç vaxt söyləmərəm inşaAllah. Yəni yalan çıxacaq bir sözü demərəm. Bunların hamısını görəcəklər. Bax, Bədiüzzamanın ən yaxın tələbələri bu gün iclas etdilər. Bir şeylər olur. Sabah da Bədiüzzaman sərgisi başlayır inşaAllah. Bunlar hamısı, bəzisi örtülü, bəzisi açıq mənəvi inkişaflardır inşaAllah.

 

Oktar Babuna: Siz konfransda bunları izah etdikdən sonra, salondakıların üz ifadələri dəyişmişdi. Qızıl əsri, Qızıl əsrin çox yaxın olduğunu izah etdiyinizdə əlhəmdülillah.

 

Adnan Oktar: maşaAllah. İndi biz niyə izah edirik? Deyirik ki; "bütü yıxdıq, bütü yerlə bir etdik." "Tamam" deyirlər, "bütü aşırtdınız, əvəzinə?" "Əvəzinə nur gətirdik" deyirik, "Quranı". O zaman "əlhəmdülillah" deyirlər. Təbii ki, bütü yıxdıqdan sonra haqqı söyləmək lazımdır. (Cənab Adnan Oktarın 29 May 2010-cu il tarixində Kocaeli TV-dəki canlı reportajından)

 

Dr. Oktar Babuna darvinistlərin İsveçrədəki təlaşını və cənab Adnan Oktara bəslənən hörməti qeyd edir.

 

Oktar Babuna: İsveçrənin ən böyük qəzetlərində üç-dörd həftə yeganə mövzu siz idiniz. Bütün İsveçrədə rezonans yaratdınız. Milyonlarla insan inşaAllah. Biz bu qəzetlərdən yalnızca ikisini gətirə bildik. Amma hər gün aldığımız qəzetlər bu şəkildə idi. İsveçrənin ən böyük qəzetləri davamlı olaraq sizdən bəhs edirdilər. Demək olar ki, məğlubiyyəti qəbul etmişdilər. Bütün konfranslarda əllərindən gələni etdilər. Bütün bu CERN-in işləyən ən yüksək səviyyəli alimlər sizin video bağlantı ilə qoşulduğunuz konfransda da iştirak etdilər. Bütün alimlər, darvinist professorlar var idi, heç bir etiraz olmadı. Siz qoşulduqdan sonra ətraflı izah etdiniz. Bütün salon etiraz etmədən qulaq asdı. Biz çıxdıqdan sonra hələ də saqqallı darvinist professorlar orada idi. Aralarında gərgin söhbət gedirdi, çıxıb gedə bilmirdilər maşaAllah. Məsələn, bir rahib də gəlmişdi xristianlardan. Sizi çox sevirlər.

 

Orada həm türklərdən, həm də digər müsəlmanlardan proqramlarınızı və kitablarınızı izləyən vacib insanlar vardı inşaAllah. Xüsusilə də orada yaşayan türklər hər gecə proqramlarınızı izlədiklərini söylədilər. Hal-hazırda, maşaAllah, Allah sizi vəsilə edir, əsərləriniz bütün dünyanı fəth etmişdir. Bu çox aydın görünür maşaAllah. Siz konfransa bağlandıqdan sonra, bir saatlıq video söhbətinizlə maşaAllah, Allah razı olsun, bütün salon tam təslim olmuşdu. Bir adam bir az tərpəndi sanki, bir şey demək istədi. Çox diqqət çəkici şəkildə orta yaşlı biri vardı, oturaraq dinləyirdi. Uzun müddət dinlədi sizi, başını yelləyərək. Ayağa qalxaraq bütün salona tərəf döndü, "dayandırın" deyə bir hərəkət etdi və başqa bir etiraz olmadı.

 

Adnan Oktar: MaşaAllah. Deməli hz. Xızır (əs) da orada idi inşaAllah və yaxud onun tayfası inşaAllah. (Cənab Adnan Oktarın 29 May 2010-cu il tarixində Kocaeli TV-dəki canlı reportajından)

 

İsveçrədə darvinistlərin məruz qaldıqları təxribatdan sonra İsveçrə mediasında çıxan xəbər

Adnan Oktarın 27 May 2010-cu il tarixli Adıyaman Asu TV reportajından

 

 

Elm əvəzinə xuliqanlıq darvinistlərin yeganə üsuludur

Darvinistlər elmdən qorxurlar. Elmin irəli sürdüyü həqiqətlərin başa düşülməsindən, öyrənilməsindən, dünyaya yayılmasından dəhşətə gəlirlər. Bunun səbəbi budur ki, bütün elmi dəlillər təkamül nəzəriyyəsini darmadağın edir.

 

Elə buna görə də darvinistlər heç vaxt heç kimə elmlə cavab verə bilmirlər.

 

Elmi sübutlara verdikləri yeganə cavab isə mübahisə etmək və davakarlıqdır.

 

Elmi dəlillərin təqdim edildiyi təkamül aleyhinə olan konfranslara sübutlarla deyil, yalnızca afişalar və səs-küylə etiraz edirlər.

 

Elmi sübutların və həqiqi daşlaşmış qalıqların nümayiş edildiyi sərgiləri bağlatdırmağa cəhd edirlər.

 

Elmi sübutların əks olunduğu kitabları yandırmağa çalışırlar.

 

Məktəblərdə uşaqlara elmi dəlilləri oxutmaq istəyənləri məhkəməyə verirlər.

 

Yaradılışı müdafiə edənlərin dəlillərlə müzakirə istəklərini dəhşət və qorxu içində rədd edir, özləri isə heç vaxt bu istəklə müraciət etmirlər.

 

Darvinistlər elmi sübutlara elmlə deyil, zorbalıqla, təcavüzkarlıqla, davayla və səs-küylə cavab verirlər. Çünki əllərində elmi sübut yoxdur və bildikləri yeganə üsul budur.

 

Hər fürsətdə demokratiya, ədalət, fikir azadlığı kimi anlayışların arxasında gizlənən darvinistlər, iddialarının yalan olduğu sübut edilən kimi hiyləgər və təcavüzkar olur və tez-tez bəhs etdikləri hüquqları unudurlar. Özlərinin fikir azadlığını müdafiə edən, demokratik, aydın düşüncəli insanlar olduqlarını iddia edir, lakin yaradılış həqiqətini sübut edən dəlilləri görən kimi azğınlaşır və davakar olurlar.

 

Əslində, iddia məsələsində ən sabit fikirli, ən fanatik, ən hiyləgər və ən azğın insanlar darvinistlərdir. Çünki darvinizm elmlə əldə edilməyib. Əksinə, elmin yalanladığı saxta və azğın inancdır. Buna görə də bu ideologiya və batil inanc sistemi yalnızca fanatik üsullarla qorunur.

 

Darvinizm uzun illərdir darvinist diktatorluğun himayəsi altında bu zorbalığı insanlara diktə edir. Bu gün darvinizmin dünya səviyyəsində dövlət təşkilatlarına hakim olmasının yeganə səbəbi zorba və təcavüzkar siyasətidir.

 

Əgər bir darvinist elmi konfransa dəlillərlə deyil, afişa və səs-küylə gəlirsə, təkamül əleyhdarlarına hücum edərək onları susduracağını zənn edirsə, elmi bir konfransdan polis nəzarətində uzaqlaşdırılırsa, bu, darvinizmin əsl simasını görmək üçün kifayətdir. Darvinizmin məhvi darvinistlər arasında inanılmaz təlaş yaratmışdır. Bu Allahın qanunudur. Hər şeydən xəbərdar olan Rəbbimiz bir ayədə iman gətirənlərin hər zaman qalib gələcəyini bildirmişdir:

 

Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi / 21)
2011-11-26 12:54:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top