SURİYA İLƏ YARANAN MÜNAQİŞƏLƏRİN QARDAŞLIQ VƏ SÜLH YOLU İLƏ HƏLL EDİLMƏSİ VACİBDİR

 

Suriya və qonşu ölkələr arasındakı problemlər necə həll edilməlidir?

Darvinist-kommunist fikir sisteminin ərəb xalqı üzərindəki dağıdıcı təsirləri nədən ibarət olmuşdur?

Adnan Oktarın bu mövzu ilə bağlı fikirləri nədən ibarətdir?

Dəccalın İslama zərər vermək üçün istifadə etdiyi ən təsirli üsullardan biri "Müsəlmanı müsəlmana qırdırma" siyasətidir. Bəşəriyyət üçün əsl təhlükə olan darvinizm, materializm və kommunizm kimi qanlı ideologiyalar bəzi müsəlmanların dəccalın təsiri altına düşməsinə, din qardaşlarına düşmən olmasına və hətta onlarla vuruşmasına səbəb olur. Dəccal bu üsulla əvvəlcə Yaxın Şərqdən İslam əxlaqını tamamilə yox etmək, sonra isə öz kommunist sistemini qurub genişləndirmək istəyir. Son zamanlarda yaşanan böhranla bərabər Suriyanın Türkiyəyə qarşı dostluqdan kənar rəftarı və təyyarəmizin vurulması da dəccalın hiyləgər oynunun nəticəsidir.

 

Suriyaya eynilə cavab vermək dəccalın istədiyi nəticəyə gətirib çıxarar

 

Bəziləri təyyarəmizin vurulmasının Türkiyənin bölgədəki nüfuzunu sarsıtdığını iddia edir və böyük dövlət kimi belə vəziyyətlərdə mütləq cavab verməyin vacib olduğunu önə sürürlər. Türkiyənin barışıq yolu ilə məsələni həll etmə səyini isə passiv qalmaq kimi xarakterizə edirlər. Əlbəttə ki, bu düşüncələr dəccalın qanaxıtma və müsəlmanları bir-birinə qırdırma planının bir hissəsidir və tamamilə yanlışdır.

 

Əvvəla, Suriyaya hücum edilsə, bu, hamı üçün böyük zərərə çevrilər. Çünki Suriya kommunist blokda yer tutan bir ölkədir və hər hansı bir hücum olsa, Çin və Rusiya Suriya ilə müttəfiq olacaq. Bu isə çox təhlükəli nəticələrə gətirib çıxarar.

 

Bununla bərabər, Suriyaya mislləmə cavab verilməsilə ölkəmizdəki separatçı terror təşkilatı PKK təhlükəsi fərqli bir şəkil alacaq. Bildiyimiz kimi, Suriya terror təşkilatının qurduğu Böyük Kürdüstan xəyalının bir hissəsidir. Türkiyə müharibəyə başlasa, separatçı terror təşkilatı PKK-nın illər öncə qurduğu, lakin reallaşdıra bilmədiyi kommunist dövlət xəyalı reallaşmağa doğru addımlayacaq. Suriyanın Türkiyəyə yaxın bölgələri, Şimali İraqda olduğu kimi, PKK-nın rahat şəkildə istifadə edəcəyi ərazilərə çevriləcək. Separatçı təşkilatın Suriyadakı qətliamı dəstəkləməsi və Türkiyə sərhədində düşərgələr qurması da bunun dəlillərindəndir.

 

Bundan əlavə, belə bir mislləmə iqtisadi cəhətdən böyük fəsadlara yol açacaq. Müharibə şəraitinin yaranması ilə birgə sənaye müəssisələri dağıdılacaq, inflyasiyanın qarşısının alınması mümkünsüz olacaq və xalq daha da yoxsullaşacaq. Bu vəziyyət Türkiyənin iqtisadiyyatına da böyük zərbə vuracaq.  Türkiyənin sülh tərəfdarı, mötədil və problemləri müzakirə yolu ilə həll etməyə çalışmasına tənqidi yanaşan və mislləmə qarşılıq verilməsinin vacibliyini iddia edən bəzi şəxslərin fikirlərinin ölkəyə vuracağı zərbə açıq-aşkar görünür.

 

Bu şəxslərə cavab olaraq Suriyada məsələnin həlli yolunda görüləcək tədbirləri belə sıralaya bilərik:

 

Suriyadakı hökumət dərhal vəzifədən geri çəkilməli, onun əvəzinə koalisiya hökuməti qurulmalıdır:

 

Hal-hazırda Suriya siyasi baxımdan kommunist blokda yer tutur. Çin və Rusiya tərəfdarı olduğundan NATO-nun də diqqətlə izlədiyi ölkədir, çünki NATO kommunizmi (haqlı olaraq) böyük təhlükə kimi görür. NATO Suriyadakı rejimdən narahat olur və bu rejimi zərərsizləşdirmək istəyir. Bu səbəbdən, Türkiyəni də bu plana daxil etmək üçün səy göstərir.

 

NATO kommunist rejimlərin dağıdılması məsələsində haqlıdır, lakin istifadə etdiyi üsul yanlışdır. Türkiyə, əlbəttə ki, Suriyanın demokratikləşməsi yolunda NATO-ya lazımi dəstəyi verəcək. Ancaq Türkiyənin Suriya ilə müharibəyə başlamasına səbəb olan münasibət göstərməsi düzgün deyil. Əvvəla, Suriya torpaqları Osmanlı torpaqlarıdır və Suriya xalqı da qardaşlarımızdır. Türkiyə müsəlman qanının axıdılmasını istəmir və belə bir şeyin icrasına əsla yol verməz.

 

Hazırkı hökumətin diktatorluq rejimində olduğu və Suriyada demokratiyanın olmadığı məlumdur. Bu səbəbdən, Suriyadakı kommunist hökumətin vəzifəsindən dərhal istefa verməsi vacibdir. Ardınca Suriyada dərhal demokratik seçkilər başladılmalı və xalqın azad şəkildə seçkilərdə iştirak etməsi təmin edilməlidir. Bir koalisiya hökumətinin qurulması ilə birlikdə ölkədəki müxtəlif fikirlərin də məclisdə yer alması təmin edilməli və Suriya gerçək demokratiyaya qovuşmalıdır.

 

Suriyaya hərbi və iqtisadi embarqo qoyulması təsirli olacaq:

 

Qonşu dövlətlərlə yaşadığımız hər hansı bir problemə misli ilə qarşılıq vermək və müharibəyə başlamaq heç vaxt çıxış yolu ola bilməz. Bunun əvəzinə ağıllı çıxış  yolları tapmaq, qardaşlıq və sevgi ilə nəticə əldə etmək üçün çalışmaq lazımdır. Öncə Suriya dövlətinə və xalqına bəla gətirən kommunist şəbəkə zərərsizləşdirilməlidir. Bunun üçün Suriyanın quru və dənizdən silahlı mühasirəyə alınması və Suriyaya iqtisadi embarqo qoyulması kifayətdir. Bununla da, Suriyadakı zülmün əsl səbəbi olan kommunist şəbəkənin ehtiyatları tükənəcək və zərərsizləşdirilməsi təmin ediləcək. Həmçinin Suriyanı müharibə şəraitinə sürükləyən şəxslərin nəzarət altına alınıb, lazım gələrsə həbs olunub, mühakimə olunmaları da çıxış yoludur. Lakin problemin dərhal və tərəflərə əziyyət vermədən həll edilməsi vacibdir.

 

Türkiyə Mehdiyyətin kölgəsində yaşayan bir ölkədir və qonşu ölkələrlə problem yaşadıqda hər zaman məsələyə yanaşma tərzi qan tökmədən, sevgi və qardaşlıqla həll etmək olmuşdur. Bundan sonra da, Allahın iznilə, belə olacaq.

 

Rusiyanın Suriyaya verdiyi dəstəyin dinc yolla qarşısı alınmalıdır:

 

Təyyarənin vurulmasında və Suriyada axan müsəlman qanına görə Rusiya da məsuliyyət daşıyır. Suriya ilə eyni blokda olan Rusiyanın bu məsələyə baxışı olduqca açıqdır.

 

Bu səbəbdən, baş nazir Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi problemə çox doğru yanaşmadır. Son vaxtlar Putinin Suriyaya olan dəstəyini qismən azaltması ümidverici irəliləyişdir. Bildiyimiz kimi, Rusiya ilə Türkiyənin tarix boyu çox yaxın əlaqələri olmuşdur. Ancaq bu əlaqələrin müxtəlif səbəblərdən zəifləməsi və Rusların hərbi maraqlarından dolayı Suriyadakı kommunist rejimə və tərəfdarlarına dəstək verməsi Türkiyə-Rusiya əlaqələrini zədələyə bilər. Bu da, Rusiyanın bütün dünya qarşısında hörmətdən  düşməsinə səbəb ola bilər.

 

Rusiya dərhal Suriyaya verdiyi dəstəkdən tamamilə imtina etməlidir, əks halda Rusiya oradakı müsəlman qırğınını, qəddarlığı və amansızlığı dəstəkləmiş olacaq.

 

Rusiya müsəlmanların dostu kimi tanınan bir ölkədir. Dövlət Başçısı Putin də müsəlmanlara qarşı sevgisi və yaxınlığı ilə tanınır. Bu səbəbdən, Putinlə yenidən görüşmək və onu Suriyanı dəstəkləməkdən imtina etməyə təşviq etmək lazımdır. Bu şəkildə Suriyadakı müsəlmanlara qarşı edilən zülm və Suriyanın regiondakı qonşu dövlətlərə qarşı şiddət dolu hücumları Allahın izni ilə sona çatacaq.

 

Bununla yanaşı, Rusiya Türkiyənin özü üçün mühüm bir ölkə olduğunu unutmadan hərəkət etməlidir. Prezident Putinin Türkiyənin lehinə siyasət yürütməsi, İslam Birliyini istədiyini bildirməsi və Rusiyanı da İslam Birliyinə daxil etməsi təxirəsalınmazdır. Bu şəkildə Rusiya güclü hərbi qoruma altında olacaq, rus milləti dinc və rahat yaşayacaq, hərbi xərclər həddindən artıq aşağı düşəcək, bu da rus vətəndaşlarının rifah içində yaşamasına vəsilə olacaq.

 

Yuxarıda bildirdiyimiz kimi, nə etmək lazım olduğu çox asandır: Rusiyanın da təşviqi ilə dərhal Suriyada qanuni seçkilər başladılmalı və ən çox səs yığan partiya hakimiyyətə gətirilərək koalisiya hökuməti qurulmalıdır. Türkiyə Cümhuriyyətinin başçılığı ilə Suriya və Türkiyə arasında dostluq bağı qurulmalıdır.

 

İndi qardaşlıq, dostlaşma vaxtıdır.

 

Bəşər Əsədin can təhlükəsizliyi təmin edilərək ölkəsindən çıxarılmalıdır:

 

Suriyadakı kommunist rejim dəccali quruluşdur və istər Bəşər Əsəd, istərsə də hökumət bu sistemin saxta iştirakçılarıdır. Eynilə İraqın köhnə Prezidenti Səddam Hüseyn dövründə olduğu kimi, xalqa qarşı törədilən qırğınlar kommunist-dərin dövlətin işidir. Dərin dövlət və onun saxta təmsilçisi olan hökumət istəməsə də Allah Cabbar ismi ilə bu dəccali sistemi məhv edəcək. Lakin Bəşər Əsəd və ailəsinin İraqın köhnə Dövlət Başçısı Səddam Hüseynin yaşadıqlarını yaşamamaları üçün dərhal istefa verməsi və Türkiyənin qoruması altında ölkəsindən gözəl şəkildə və can təhlükəsizliyi təmin edilərək çıxması vacibdir. Əsədin malı-mülkü əskiksiz olaraq özünə qaytarılmalı və ailəsi ilə birlikdə Türkiyədə rahat şəkildə yerləşdirilməsi təmin edilməlidir. Həm Suriya xalqının, həm də Bəşər Əsəd və ailəsinin rahatlığa qovuşmasının və güvən içində olmasının  yeganə yolu budur.

 

Suriya ilə müharibə aparmaq yox, birləşmək və İslam Birliyini istəmək lazımdır

 

Türkiyə ilə Suriyanın müharibəyə başlaması bu ölkələrə heç bir qazanc gətirməz. Müsəlmanın müsəlmanla vuruşması haramdır. Müharibədən geriyə qalanın yalnız itirilmiş canlar, dağılmış məscidlər və uçulub-tökülmüş yaşayış yerlərinin olacağı unudulmamalıdır. Yaşadığımız dövr Mehdiyyət əsridir. Hər iki ölkə üçün ən gözəl addım dost və qardaş olmaqdır. Əslində, bu dostluq və qardaşlığın əsası tarixən qoyulmuşdur. Suriya torpaqları Osmanlı İmperiyası dövründə türklərin hakimiyyətində olan və buradakı bacı-qardaşlarımızın sülh, güvən və rahat şəkildə yaşadıqları yerlərdir. Suriya dövləti, əslində, ingilislər tərəfindən masa arxasında xətkeşlə çəkilmiş qədim Osmanlı vilayətidir. Bu səbəbdən, bütün Suriya xalqı bizim bacı-qardaşlarımız və övladlarımızdır. Belə ki, dəccalın hiyləgərcəsinə qurduğu bu müharibə oynuna son vermək üçün bu tarixi əsaslara söykənmək lazımdır. İslam Birliyinin ilk addımı olaraq Türkiyə və Suriya birləşməli, Türkiyə oradakı qardaşları ilə qucaqlaşmalıdır. Bunun üçün Türkiyə və Suriya arasındakı sərhədlər açılmalı, viza və pasport ləğv olunmalı, hər kəsin iki ölkə arasında sərbəst şəkildə gəzmələri təmin edilməlidir.

 

İslam Birliyi hər iki xalqın rahatlığa və hüzura qovuşacağı, sülh şəraitində  yaşayacaqları yeganə çıxış yoludur. Rəbbimiz mütləq İslam Birliyini hakim edəcək. Lakin mühüm olan daha çox acı çəkilmədən, vaxt itirmədən bu fərz olan vəzifənin reallaşması istiqamətində işlər görməkdir.

 

İlk olaraq Suriya ilə Türkiyənin birləşməsi İslam Birliyi yolunda atılan çox mübarək və Quran ruhuna uyğun bir addım olacaq. Bu, Avropadakı kommunistlərin, Amerikanın dərin dövlətinin, Yaxın Şərqdəki qana susamışların, bir sözlə dəccalın və tərəfdarlarının oynuna son verən böyük bir addımdır. Müsəlmanların bir araya gəlməsi "Ya Allah, Bismillah" deyib, şeytandan Allaha sığınıb birləşmələri Uca Allahın fərz etdiyi əməlin başlanğıcı kimi böyük sevinc qaynağı olacaq. Rəbbimiz bütün müsəlmanların qardaş və bir topluluq olmalarını əmr edən ayələrdə bu həqiqətə belə diqqət çəkir:

 

"Həqiqətən, bu, vahid bir din olaraq sizin (hamınızın) dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar."

(Ənbiya surəsi, 92-93)

 

"Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz."  

(Ali İmran surəsi, 103)

 

"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin."

(Hucurat surəsi, 10)

 

"Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir."

(Ənfal surəsi, 46)

 

"Kafirlər də bir-birinə dost-durlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər."

(Ənfal surəsi, 73)

 

Suriya ilə Türkiyə dərhal birləşməlidir

 

ADNAN OKTAR:

... Suriyanı yerlə-yeksan etmək ağıllı hərəkət olmaz. Bizə aid bir bölgə, bizə aid torpaqlar, bizə aid bir millət, bizə aid insanlar, gedib bombalayacağıqmı?! Öz qolumuzu kəsəcəyikmi?! Məcburuq? Orada bir dərin dövlət quruluşu var, bunların ayırd edib təmizləmək lazımdır. Ən gözəl addım Türkiyə ilə birləşməkdir. İslam Birliyidir. Bunu hz. Mehdi (ə.s.) edəcək. (26 İyun 2012 / A9 TV müsahibəsindən)

 

ƏRƏB KOMMUNİZMİ TƏHLÜKƏSİ

 

XX əsrin ikinci yarısından etibarən müsəlman-ərəb xalqlarının əksəriyyəti darvinist-kommunist rejimlər və təşkilatlar tərəfindən idarə olunmağa başlayıb. Bu dövrdə müxtəlif ölkələrdəki ərəb xalqları müharibələr, etnik qırğınlar, terrorist aksiyaları və ya dövlət təzyiqi altında yaşamaq məcburiyyətində qalmışlar. Bir-birinin ardınca baş verən kommunist qiyamlar hər zaman qeyri-sabitliklə və kasıblaşma ilə nəticələnmişdir. Səmimi müsəlman xalq böyük neft gəlirlərinə baxmayaraq, hər keçən gün daha da kasıblaşarkən, idarəedicilər və ətrafındakılar daha da varlanmışlar.

 

Ərəb kommunizmi digər kommunist rejimlər kimi hər cür zorakılığa əl ataraq gücü əlində saxlamış və saxta Ərəb milliyyətçiliyi maskasına bürünmüşdür. Ərazidə Osmanlı dövründə İslam əxlaqı vasitəsilə yaşanan sevgi, şəfqət və mərhəmət mühitini kommunizmin vəhşiliyi, barbarlığı və zorakılığı əvəz etmişdir.

 

XXI əsrdə Darvinizmin və darvinist diktatorluğun yıxılması ilə İslam dünyasında başlayan bu oyanış Allahın izni ilə Türk-İslam Birliyi ilə nəticələnəcək. Qədərdə Allahın təyin etdiyi vaxt gəldikdə İslam əxlaqı bütün dünyaya hakim olacaq və İslam aləmində Peyğəmbərimizin (s.ə.v) hədislərində yüz illərdir gözlənilən İslamiyyətin Qızıl Əsri başlayacaq.

 

"Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!"

(Nəsr surəsi, 1-3)

 

Suriyadakı qırğınlar sosialist-kommunist ideologiyanın nəticələrindən biridir

Suriyanın hazırda yaşadığı qarışıqlığın yeganə səbəbi kommunizmin tərtəmiz müsəlman xalqı adından çıxış etməsidir. Hal-hazırda daxili qarşıdurmalar gecə-gündüz bəzi mətbuatlarda məzhəb savaşları kimi təqdim edilsə də, əslində, Suriyada kommunistlərlə müsəlmanların qarşıdurması vardır. Suriya Hafiz Əsəd dövründən bu yana marksist-kommunist zehniyyət tərəfindən idarə olunur. Suriya bu cəhətdən ərəb sosializminin ən öndə gedən nümayəndələrindəndir.

 

Bildiyimiz kimi, Sovet Birliyi ilə yaxın əlaqədə olan Hafiz Əsəd rəhbərliyi Ərəb Sosialist Baas Partiyasının müdafiə etdiyi kommunist ideologiyadan başqa bütün fikirlərin müdafiə olunmasını qadağan etmişdi. İslam uğrunda atılan hər addımın qarşısı alınmış, İslami liderlər həbs olunub şəhid edilmiş, müsəlmanlar böyük təzyiq, zülm və işgəncə görmüşdülər. Hafiz Əsəd və qardaşı Rüfət Əsəd 1982-ci ildə Suriyanın Hama və Homs şəhərlərində 40 min müsəlmanı qətl etmişdi. Hal-hazırda Hafiz Əsədin oğlu Bəşər Əsədin liderlik etdiyi Suriyada hər gün arasıkəsilməz qırğınların törədilməsi ölkədə hakim olan sosialist-kommunist ideologiyada hər hansı bir dəyişiklik olmadığını isbat edir.

 

Əsəd Suriyanı tərk etsin və Suriyada koalisiya hökuməti qurulsun

 

ADNAN OKTAR: 

SURİYA, HƏLƏB, ŞAM – HAMISI BİZİM KÖHNƏ VİLAYƏTLƏRİMİZDİR. NƏZAKƏTLƏ HƏLL ETMƏK LAZIMDIR. Türkiyədən bir heyət getsin Şama, danışsınlar. "Bu qədər hadisə baş verdi, bu qədər mürəkkəb məsələlər var, məlumdur ki, sənin iqtidarda qalmağın fitnəyə səbəb olacaq. Amma səni incitmək, şərəfini tapdalamaq kimi bir niyyətimiz yoxdur. Gəl, qürurunla, şərəfinlə Türkiyəyə gəl, sonra güvən içində yenə qayıda bilərsən ölkənə. İndi aləm bir-birinə qarışıb, gəl" deyərsiniz. Türkiyənin şahidliyi ilə koalisiya hökuməti qurular. Tərəflərə etidal çağırışı edilsin. İstədiyimiz İslam Birliyi deyilmi? İSLAM BİRLİYİNİN İLK ADDIMINI BİZ ATAQ. ƏKS HALDA BELƏ FƏLAKƏTLƏR OLACAQ. İNDİ TÜRKİYƏ İLƏ SURİYANI BİR-BİRİNƏ QARŞI  QOYMAQ İSTƏYİRLƏR. ONUN QALİBİ VƏ MƏĞLUB OLANI OLMAZ. HARAM OLAR VƏ ZÜLM OLAR, BAŞQA BİR ŞEY OLMAZ. Təəssüf. Hər iki tərəfdə də tarixi gözəlliklər var. Hər iki tərəfdə də qardaşlar var, möminlər var, müsəlmanlar var. MEHDİYYƏT RUHU İLƏ QARDAŞLARIMIZI BİRLƏŞDİRƏK.  (A9 TV, 23 İyun 2012)

Bir çox müsəlman ölkəsi XX əsrdə İslam əxlaqı ilə idarə olunmayıb. Rəhbərlikdə olanlar darvinist, kommunist və totalitardır. Hərbi komandalar kommunist təhsil alıblar. Yəni müsəlman olmalarına baxmayaraq, Sovet Birliyi və ya Şərq Bloku ölkələrindən heç bir fərqləri yoxdur. Ərazinin geri qalmasının səbəbi illərlə darvinist-materialist qrupların təlqin etməyə çalışdığı kimi, İslamiyyət deyil, bu kommunist zehniyyət ucbatından İslam əxlaqının yaşana bilməməsidir. Bu gün Ərəb dünyasında rəhbərliyi əlində saxlayan kadrlar və xalq bu darvinist- kommunist təhsilin təsirindən təzə-təzə xilas olur.

 

2012-10-15 13:36:13

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top