Mələklər təkamüllə yaradılmamışlar

Sonsuz güc sahibi olan Rəbbimiz dilədiyi an yoxdan yaratmağa qadirdir. Allah bir şeyin olmasını istədikdə ona yalnız “Ol” deyə əmr edir:
 

“Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: “Ol!” – deyirik, o da olur.” (Nəhl surəsi, 40)

 
Bütün əskikliklərdən və nöqsanlardan münəzzəh olan Rəbbimiz heç bir şeyə ehtiyacı olmayandır. Bunu dərk edən insan Allahın yaratmaq üçün hər hansı səbəb, vasitə və ya mərhələyə ehtiyacı olmadığını da anlayır. Kainatdakı hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına əsaslanması insanları çaşdırmamalıdır. Bütün səbəblərin yaradıcısı olan Allah bunlardan tamamilə münəzzəhdir.
 
Bu həqiqətləri qulaq ardına vuranlar isə Allah`ın sonsuz gücünü lazımınca dəyərləndirə bilməzlər. Darvinizmlə İslam dini arasında körpü yaratmaq cəhdi də məhz bundan qaynaqlanır. Allah`ın üstün yaratma gücünü, yaratma sənətindəki mükəmməlliyi təqdir edə bilmədikləri üçün “İslami təkamül” kimi əsassız fərziyyələr ortaya atırlar. Eyni zamanda Allah`ın fərqli yaratma gücünü də görməzlikdən gəlirlər. Allah insanlardan, heyvanlardan və bitkilərdən tamamilə fərqlənən canlılar da yaratmışdır. Məsələn, bu insanlar mələklərin və cinlərin necə yaradıldığını izah edə bilməzlər. Quranda mələklərin insanlardan fərqli yaradıldığı belə bildirilir:
 

“Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.” (Fatir surəsi, 1)

 
Ayədən aydın olur ki, mələklər görünüşlərinə görə insanlardan çox fərqlənirlər. Həmçinin, Allah ayədə “xəlq etdiklərindən istədiyini artırır” ifadəsi ilə də fərqli yaradılışların olduğunu xəbər verir.
 
Quranda həm mələklərin, həm də cinlərin insanlardan əvvəl yaradıldığı bildirilir. Allah hz. Adəmi (ə.s) yaratmazdan əvvəl xəlq etdiyi mələklərə və İblisə hz. Adəmə (ə.s) səcdə etməyi əmr etmişdir:
 

“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə...” (Bəqərə surəsi, 30)

 

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə...” (Bəqərə surəsi, 34)

 

“Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik...” (Əraf surəsi, 11)

 
Allah`ın canlıları təkamüllə yaratdığını düşünən insanlar mələklərin yaradılışını açıqlaya bilməzlər. Çünki bu insanlar Allah`ın mutasiya və ya təbii seçmə vasitəsi ilə bir canlıdan fərqli canlılar yaratdığını düşünürlər. (Allah`ı tənzih edirik)
 
Əvvəlcə, bu iddiaçıların nəzərinə çatdıraq ki, təbii seçmə və mutasiyanın yeni canlı növü əmələ gətirmədiyi, yəni təkmilləşdirmək gücünə malik olmadığı müasir elm tərəfindən dəlillərlə sübuta yetirilmişdir. Əlbəttə, Allah diləsəydi bütün canlıları təkamüllə yaradardı. Ancaq Quranda və peyğəmbərimizin (s.ə.v) hədislərində bu barədə hər hansı bir məlumata rast gəlinmir. Təkamülçülərin iddia etdikləri kimi canlıların mərhələ-mərhələ ortaya çıxdığını sübuta yetirən bir ayə belə mövcud deyil. Beləliklə, müsəlmanların təkamül nəzəriyyəsini dəstəkləməsi dinimizə zidd əxlaqdır. Bunun səbəbi isə savadsızlıqları, cahillikləri, təkamülçülərin saxtakarlıqlarını ifşa edən biliklərə yiyələnməmələri və nəticədə psixoloji məğlubiyyəti qəbul etmələri, çoxluq təşkil etdiyi üçün təkamülçülərin haqlı olduqlarını düşünmələridir.

Allah müxtəlif aləmlər yaratmışdır. Mələklər və hz. İsa (ə.s) dördüncü aləmdədir.

Adnan Oktarın 6 noyabr 2010-cu il tarixli Kocaeli TV və Aba TV reportajından 

Cinlər və şeytanlar da təkamüllə yaradılmamışdır

Mələklər kimi cinlər də insanlardan fərqli şəkildə yaradılmışdır. Allah ayələrində insanın palçıqdan, cinlərin isə oddan yaradıldığını bildirir:

“Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq. (Hicr surəsi, 26-27)

“O, insanı saxsı kimi quru gildən yaratdı, cinləri də təmiz oddan yaratdı.” (Rəhman surəsi, 14-15)

Quranda insanların və cinlərin yaradılış səbəbi belə bildirilir:

“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Zəriyət surəsi, 56)

Ayələrdən də aydın olur ki, insanlar və cinlər müxtəlif şəkildə, ancaq eyni məqsəd üçün yaradılmışdır: Allah`a ibadət etmək üçün!

Quranda cinlərin də mələklər kimi insanlardan daha əvvəl yaradıldığı bildirilir. Allah hz. Adəmi yaratdığı vaxt mələklərə və İblisə ona səcdə etməyi əmr etmişdir. Cinlərdən olan İblis isə hz. Adəmə səcdə etməkdən boyun qaçırır:

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (Kəhf surəsi, 50)

Nümunələrdən də aydın olur ki, Uca Allah`ın yaratmaq üçün heç bir mərhələyə ehtiyacı yoxdur. Göylərin və yerin Rəbbi olan Allah dilədiyi an bütün səbəbləri ortadan qaldırmağa qadirdir. Məsələn, Allah istəsə insanları ağciyərsiz yaradar, nəfəs almaq üçün havadakı oksigeni səbəb qılmazdı. Dolayısı ilə, Allah`ın bir ağciyəri uzun illər ərzində təkmilləşdirməyə və ya başqa bir orqana çevirməyə ehtiyacı yoxdur. Buna görə də, insanların Allah`ın böyüklüyünü və gücünü öz məhdud ağıllarına sığışdırmağa çalışmaları böyük səhvdir. İnsanlar ancaq Allah`ın dilədiyi qədər düşünə, hər hansı bir məlumata yiyələnə bilər, Onun elmindən yalnız Onun dilədiyi qədər qavraya bilərlər.

Onu da qeyd edək ki, Allah canlılarda müəyyən mərhələlər də yaradır. Məsələn, bitkini toxumdan cücərdir və ya insanı bir spermanın yumurta hüceyrəsi ilə birləşməsindən yaradır. Lakin bu mərhələlərin təkamüllə heç bir əlaqəsi yoxdur. Heç bir mərhələ bəxtə, təsadüfə, nizamsızlığa əsaslanmır. Təkamül nəzəriyyəsinin əsas iddiası isə hər şeyin şüursuz təsadüflər nəticəsində öz-özünə meydana gəlməsidir. Bir bitkinin əmələ gəlməsinin və ya bir hüceyrənin ən gözəl surətli insana çevrilməsinin hər mərhələsi mükəmməl sistemlər nəticəsində həyata keçir və özlüyündə Allah`ın sonsuz qüdrətini və elmini nümayiş etdirir.

Kainatdakı bütün qanunların yaradıcısı Allah`dır. Allah dilədiyi an dilədiyi hər şeyi yaratmağa qadirdir. Göylərdə və yerdəki hər şeyi sonsuz elmi və qüdrəti ilə əhatə edəndir. Bəzi insanlar isə Allah`ın gücünü qavraya bilmir, məhdud ağılları çərçivəsində dəyərləndirməyə çalışırlar. Quranda bu insanlar haqqında belə xəbər verilmişdir:

“Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 74)

Nəticə

Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəbə ehtiyac duymadan yoxdan yaradandır. Cinləri və mələkləri necə yaratdısa, insanı da təkamülsüz yoxdan yaratdı. Bu vəziyyət heyvanlara, bitkilərə, bir sözlə bütün canlılara da aiddir. Quran bizə yalnız bir həqiqəti bildirir: Allah bütün canlıları təkamül nəticəsində deyil, yəni bir növdən başqa növlər  təkmilləşdirərək deyil, yoxdan yaratmışdır.

Bu həqiqətləri nəzərə almayan insanlar “İslami təkamül” kimi Qurana zidd bir iddia ortaya ataraq böyük səhvə yol verirlər. Belə bir addımın altında savadsızlığın yatdığını dərk etmək lazımdır. Səmimi müsəlman səhv addım atdığını anladığı andan dərhal səhvini düzəltməli və doğru yola yönəlməlidir. 

2013-03-30 19:24:36

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."