< <
1 / total: 9

Birinci fəsil
İmanı asan dərk etmək

Möminlərin təvazökarlığı

Təvazökarlıq Quranda mühüm mömin xüsusiyyəti kimi bildirilir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allah`ın lovğa və azğınları sevmədiyi ayələrdə xəbər verilir.

Möminlər Allah`ın hər şeyi yaratdığını, hər şeyin tək sahibi olduğunu və insanlara bütün nemətləri verənin Allah olduğunu bilirlər. Ona görə də mömin Allah qarşısındakı acizliyini bildiyi üçün yersiz təkəbbür göstərməz. Nə qədər gözəl, zəngin, ağıllı, etibarlı olsa da, bunlara görə lovğalanmaz, çünki bu xüsusiyyətləri ona Allah`ın verdiyini bilir. Ona görə də möminlərə qarşı daima təvazökar olar. Öz xüsusiyyətlərini ön plana çıxarıb daima gözəl tərəflərini vurğulamağa çalışmaz. Çünki etdiyi hər şeyin əvəzini ancaq Allah`dan gözləyər.

Təvazökar möminlər inkarçılar kimi yer üzündə təkəbbür göstərməz, əksinə, sadəlik göstərər və bu təvazöləri xarici görünüşlərinə də təsir edər. Allah möminlərin təvazökar davranışına bir ayəsində belə diqqət çəkmişdir:

Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər. (Furqan surəsi, 63)

Bu əxlaqlarına görə Allah möminləri cənnətlə müjdələmişdir:

… Sizin tanrınız yalnız bir olan Allah`dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver! (Həcc surəsi, 34)

Boş və faydasız şeylərdən necə üz çevirmək olar?
Nələr boş və faydasızdır?

Boş və faydasız şeylərdən üz çevirmək insanın sadəcə Allah`ın rizasına uyğun davranması ilə mümkün olar. Mömin dünyada ona verilən müddəti çox yaxşı dəyərləndirməlidir. Çünki bu dünyada etdiyi əməllər nəticəsində axirətdə əbədiyyən qalacağı yer müəyyən olunacaqdır. Ona görə də gördüyü hər işlə axirəti üçün xeyir qazanmağa çalışar. Əlbəttə, hər insan kimi danışar, əylənər, yemək yeyər, gülər, düşünər, işləyər, amma bunları edərkən daima insanlara, dinə fayda verən xeyirli şeylər düşünər.

Bundan əlavə, hər hərəkətini bir məqsədlə edər. Daima ona Allah`ın razılığını ən çox qazandıran işə yönələr. Bunu belə bir misalla izah edə bilərik: avtomobil motorlarının gücü haqqında hər insan söhbət edə bilər. Ancaq mömin görülməli daha vacib işlər varsa, saatlarla bu məsələ haqqında danışmaz. Eyni şəkildə, mömin yanında Allah`ın dinini təbliğ edəcək bir insan varsa, onunla uzun müddət idman yarışlarında hansı tərəfin qalib gələcəyi haqqında danışmaz. Çünki o anda həmin insanın Allah`ın varlığını, böyüklüyünü, cənnətə layiq olmaq və cəhənnəmdən çəkinmək üçün nələr etməli olduğunu öyrənməsi daha vacibdir.

Qısaca desək, mömin dinin və müsəlmanların xeyrinə olmayan mövzularda nə uzun-uzun söhbət edər, nə də bu mövzulara lazım olduğundan artıq vaxt ayırar. Dünya ilə bağlı söhbət edərkən daha faydalı şeylər haqqında danışar, vaxtını yaxşı dəyərləndirər. Həmin anda nəyin mənasız iş, nəyin isə faydalı şey olduğunu vicdanı və ağlı vasitəsilə ayırd edər və bu əxlaqında qətiyyətli olar. Quranda boş sözlə qarşılaşdıqda möminin davranışı belə izah edilir:

Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər. (Qəsəs surəsi, 55)

 Quranda təmizlik anlayışı

Möminlər fiziki cəhətdən tərtəmiz insanlardır. Bədənləri, yeməkləri, paltarları, yaşadıqları yerlər həmişə təmizliyi və nizamı ilə nəzərə çarpır. Harada olsalar, oranı Quranda tərif edilən, tərtəmiz cənnət mühitinə bənzətməyə çalışırlar.

Allah möminlərin təmizliyinin necə olmasına aşağıdakı ayələrdə diqqət çəkmişdir:

Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Müddəssir surəsi, 4-5)

Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! (Bəqərə surəsi, 172)

… Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə! (Həcc surəsi, 26)

şəlalə

Quranda mənəvi təmizlikdən də bəhs edilirmi?

Allah Quranda insanın ruhən təmiz olmasından bəhs edir. Nəfsindəki pisliklərdən uzaqlaşan, nəfsini təmizləyən insanların nicat tapacağına diqqət çəkir:

Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! (Şəms surəsi, 8-9)

İnsanın mənəvi cəhətdən təmiz olması, ayədə bildirildiyi kimi, nəfsinin əmr etdiyi pisliklərdən tamamilə uzaq durması ilə mümkün olar. Mənəvi cəhətdən təmiz olan insan səmimi imana, rahat əhvala malikdir. Gördüyü hər iş kimi düşüncələri də xeyirlidir. Qarşısına çıxan hər hadisədə Allah`dan razı olur, daxili ilə zahiri birdir. Bundan əlavə, Allah`dan gələn hər şeyin onun üçün mütləq xeyir olduğunu bilir.

Bu cür insanlar nəfslərindəki pisliklərdən təmizlənən insanlardır və Allah Quranda bu insanların sonunun gözəl olacağını xəbər vermişdir:

… Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları və namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs təmizlənsə, özü üçün təmizlənmiş olar. Axır dönüş ancaq Allah`adır! (Fatir surəsi, 18)

Təmizlənən kimsə isə nicat tapacaqdır. (Əla surəsi, 14)

Quran əxlaqında həsədin yeri

Həsəd Quranda qınanan davranışdır. Allah sınamaq məqsədilə insanların nəfsini həsədə meyilli yaratdığını, lakin möminlərin bundan çəkinmələrini Quranda bildirmişdir:

… Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz, şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)

Bəzi insanlardan qısqanc olub-olmadığını soruşduqda ya “bəli” cavabını verir, yaxud da bir az qısqanc olduğunu deyirlər. Ancaq bu cavabın ardında gizlənən mənanı hərtərəfli düşünmürlər. Halbuki, qısqanclıq insanın başqa birinin özündən hər hansı cəhəti ilə üstün olduğunu qəbul etməməsinin nəticəsi kimi üzə çıxır. Bu isə insanı Allah`a qarşı təkəbbür göstərməyə qədər apara bilər. Çünki insanlara sahib olduqları bütün xüsusiyyətləri Allah bəxş etmişdir. İstədiyinə istədiyini verir və bunun qarşısını kimsə ala bilməz.

Bundan əlavə, Quranda şeytanın həsəd apardığı üçün hz. Adəmə səcdə etməyərək Allah`a üsyan etməsindən bəhs edilir. Özünü hz. Adəmdən daha üstün gördüyü bildirilir. Bu təqdirdə, qarşımıza mühüm həqiqət çıxır: həsəd, qısqanclıq şeytana aid xüsusiyyətdir və Allah`dan qorxan insan bundan çəkinməlidir.

Allah Quranda möminlərə həsəd aparan insanların əlindən çıxan pisliklərdən qorunmaq üçün Ona sığınmalarını söyləyir:

De: “Pənah aparıram sübhün Rəbbinə! (Fələq surəsi, 1)

Və bir də paxıllığı tutanda paxılın şərindən! (Fələq surəsi, 2)

 Quranda istehza etmək haqqında nələr bildirilir?

İstehza etmək Allah`ın əsla bəyənmədiyi çirkin davranışdır. Dinsiz cəmiyyətdə insanlar bir çox şeylərə istehza edirlər. İnsanların çatışmayan cəhətləri və ya nöqsanlarına istehza etmək, onlara pis ləqəblər qoymaq buna misaldır. Allah bu çirkin əxlaqi xüsusiyyətə qarşı insanları belə xəbərdar edir:

(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)

Allah`ın Quranda diqqət çəkdiyi digər istehza forması isə inkarçıların inananları ələ salmasıdır. Qəflətdə olan, iman gətirənlərin doğru yolda olduğunu qavramayan bu insanlar özlərini inananlardan üstün görərək onlara istehza edirlər:

Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə gülürdülər. (Möminlərin) Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər. (Mutaffifin surəsi, 29-30)

Allah bu insanların nə qədər yanıldığını və onların sonunun nə qədər pis olduğunu belə bildirmişdir:

Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar. Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Mutaffifin surəsi, 34-36)

Bundan əlavə, Allah Quranda dinə, Allah`ın ayələrinə istehza edənlərdən bəhs edir. Bu insanların Allah`dan gələn hər xəbərdarlığı, onları qorxutmaq üçün göndərilən elçiləri təkzib etdiklərini bildirir. Şübhəsiz, bu insanlar Allah`ın böyüklüyünü, gücünü haqqı ilə təqdir etməyən, axirətdə sorğu-sual olunacaqlarını nəzərə almayan şəxslərdir. Ancaq bu insanlar axirətdə çox təəccüblənəcək və dünyada etdikləri çirkin istehzanın əvəzində əbədi əzabla qarşılaşacaqlar. Quranda bu həqiqət açıq şəkildə bildirilmişdir:

Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz onlar üçün bir daş-tərəzi qurmayacağıq! Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi məsxərəyə qoyduqlarına görə budur onların cəzası – cəhənnəm! (Kəhf surəsi, 105-106)

Bir kəs: “Allah`a itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən istehza edirdim!” – deməsin. (Zumər surəsi, 56)

dəniz altı

İnsanlara çirkin ləqəblər qoymaq Quranda necə dəyərləndirilir?

Quran əxlaqına uyğun yaşamayanlar özlərini üstün göstərmək üçün insanlara cürbəcür pis ləqəblər qoyaraq istehza edirlər, beləliklə, qarşılarındakı insanları alçaltmağa çalışırlar. Möminlər isə əsla bu cür davranmazlar. Allah Quranda möminləri çox açıq şəkildə bu çirkin davranışdan çəkindirmiş, bu əmri yerinə yetirməyənlərin zalımlardan olacağını bildirmişdir:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hucurat surəsi, 11)

Quran əxlaqına tabe olan insanlar Allah`ın bəyənmədiyi bu davranışdan çəkinərlər. Bir-birlərini ən gözəl adlarla çağırmağa çalışar və bir-birlərinə Allah`ın səmimi qulu kimi hörmət edərlər.

Qeybətin Qurandakı yeri nədir?

Allah Quranda möminlərə bir-birlərinin arxasınca danışmalarını qadağan etmiş, bunun çirkin davranış olduğunu bildirmişdir:

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allah`dan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi, 12)

Allah`ın bu ayədəki əmrinə uyğun olaraq, Allah`ın dininə uyğun yaşayan, bir-birinə qardaş olan insanlar bu cür hərəkət etməkdən çəkinərlər. Əksinə, möminlər bir-birlərini həmişə xeyirlə yad edər, hər zaman möminlərin gözəl cəhətlərini üzə çıxarmağa çalışarlar, Allah`a təslim olmuş insanlarda qüsur, nöqsan axtarmazlar. Ona görə də dindən uzaq yaşayan insanlara böyük sıxıntı verən qeybət Allah`ın hədlərini qoruyan möminlərə xas olmayan mənfi əxlaqi xüsusiyyətdir. Əgər bir mömin digərində səhv davranış görərsə, bunu o möminin arxasınca başqaları ilə danışmaz. Möminlər birbaşa bir-birlərinə bu səhv davranışlarını düzəltmələri üçün nəsihət edərlər.

Hər hansı məsələdə ümidsizliyə qapılmaq nə üçün doğru davranış deyil?

Hər varlığı, hər hadisəni Allah`ın yaratdığını bilən, Onu tanıyıb gücünü təqdir edən insan hər hansı məsələdə ümidsizliyə qapılmaz. Çünki Allah hər çətinliyi aradan qaldıran, əfv edən, mərhəmət edən, sonsuz qüdrət və bilik sahibidir. Gündəlik həyatda ortaya çıxan hər cür çətinlik, ani surətdə çıxan problemlər, xəstəliklər, edilən səhvlər, qısaca desək, insanların ümidsizliyə düşmə səbəbi kimi gördükləri hər şey, əslində, tamamilə Allah`ın nəzarəti altında baş verir. Allah hər şeydən xəbərdar olan, hər şeyi biləndir. Sonsuz ağıl tərəfindən qədərinin təyin edildiyini bilmək bir insan üçün ən böyük rahatlıqdır. Bunu dərk edən insan əsla ümidsizliyə düşməz.

Bundan əlavə, mömin dünyada etdiyi hər səhvi düzəltməyin mümkün olduğunu bilir, ona görə də ümidsizliyə qapılmaz. Belə ki, Quranda insanlara Allah`ın rəhmətindən ümid kəsməmək əmr edilmişdir:

… Allah`ın mərhəmətindən ümidinizi kəsməyin. Allah`ın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)

De: “Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allah`ın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! ” (Zumər surəsi, 53)

Emosionallıq Quranda necə dəyərləndirilir?

Emosionallığın Quranda yeri yoxdur. Çünki Quranda ağıllı mömin olmaq vurğulanır. Allah Ondan qorxub çəkinənləri bir nemət olaraq ağıllı edər. Ağıllı olan möminlər isə hadisələri həmişə Allah`ın Quranda göstərdiyi mütləq doğrular çərçivəsində dəyərləndirirlər. Ağıl və vicdanlarına uyğun hərəkət edərək qərar verir və bu yolla hər məsələni asanlıqla həll edirlər. Halbuki, emosionallıq ağılı örtən ən mühüm amillərdən biridir. Hadisələrə ağılla deyil, hissləri ilə yanaşan insan doğru ilə yanlışı ayırd edə bilməz. Tərəfsiz qərar verə bilməz, ona görə də ədalətli davranmaz. İnsanların nə düşündüklərinə əhəmiyyət verdiyi üçün tez və ağıllı qərarlar verməz. Emosional xarakterə malik olan insan hadisələri Quranın ölçülərinə əsasən deyil, öz mühakimə dəyərlərinə uyğun qiymətləndirər.

atlar

 Quranda ixlas və səmimilik anlayışı

“İxlas” sözünün hərfi mənası saf deməkdir. Qurandakı ixlas anlayışı insanın təmiz niyyətlə, könüldən Allah`a iman gətirməsi, Ona qəlbən bağlanması deməkdir. İxlaslı mömin həyatı boyu hər şeyi Allah`ın razılığını qazanmaq üçün edər və əvəzini də yalnız Allah`dan gözləyər. Gördüyü işlərdə insanların düşüncələrinə görə hərəkət etmək, insanların gözünə girməyə çalışmaq kimi qeyri-səmimi niyyəti yoxdur. Ona görə, hər davranışı səmimidir və Allah`ın rizasına uyğundur.

Səmimi insan, əvvəla, Allah`a, daha sonra insanlara qarşı dürüst olar. Çünki Allah`ın hər şeyi görüb eşitdiyini, Onun qarşısında bir gün bütün etdiklərinə görə cavab verəcəyini və bütün fikirlərinə, sözlərinə, davranışlarına görə məsuliyyət daşıyacağını bilir. Buna görə də möminin dürüstlüyü və səmimiliyi onun dərin imanının ən mühüm göstəricilərindəndir.

Allah Quranda peyğəmbərlərin daima Allah`ın rizasını qazanmaq istəyən ixlaslı davranışlarını iman gətirənlərə nümunə göstərmişdir:

Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! (Sad surəsi, 45-47)

Habelə, Quranda Allah`a səmimi şəkildə üz tutan insanlar təriflənmiş və onların sonunun xeyirlə nəticələnəcəyi müjdələnmişdir:

… Allah`a üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! Onlar Allah`ın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 17-18)

 Möminlər baş verən hadisələrə görə kədərlənərlərmi?

Möminlər hadisələrə görə kədərlənməzlər. Çünki Allah`ın yaratdığı hər hadisə ilə onları sınadığını bilirlər. Uğursuz görünən hadisələrdə də təvəkküllü davranarlar və səbir edərlər. Allah`ın hər şeyi bir hikmətlə yaratdığını unutmazlar. Quranda bununla bağlı belə nümunə verilir:

Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!”… (Tövbə surəsi, 40)

Ayədən göründüyü kimi, Peyğəmbərimiz (s. ə. v) ən çətin şəraitdə belə dostuna kədərlənməməyi tövsiyə etmişdir. Möminlər üçün ən gözəl örnək peyğəmbərlərin əxlaqı olduğuna görə, onlar da çətin şəraitdə bu cür davranarlar.

Möminlərin kədərlənməməsinin ən əsas səbəblərindən biri də Allah`ın yaratdığı hər hadisənin onlar üçün xeyir olduğunu bilmələridir. Allah iman gətirənlərə dünyada gözəl həyat vəd etmişdir. Bu cür gözəl həyat sürən möminlər Allah`ın onları axirətdə də dünyadakından daha gözəl və əbədiyyən nemətlərin əsla əskilmədiyi həyata qovuşduracağına ümid edirlər. Şübhəsiz, bu, bir insan üçün ən böyük müjdələrdən biridir, eyni zamanda, ən böyük sevinc mənbəyidir. Ona görə də möminlər əsla kədərlənməzlər. Allah möminləri belə müjdələmişdir:

Həqiqətən də: “Rəbbimiz Allah`dır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyərlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. ” (Fussilət surəsi, 30-31)

Möminlər əsəbiləşərlərmi?

Möminlər hər insan kimi müxtəlif hadisələrə görə əsəbiləşə bilərlər. Lakin möminlərin üstün əxlaqının ən mühüm göstəricilərindən biri əsəblərini cilovlamalarıdır. Əsəbiləşməyin onlara fayda verməyəcəyini, əksinə, əsəbiləşdikdə ağıllı davranmayacaqlarını, ədalətdən uzaqlaşacaqlarını bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verən səhv qərarlar verməkdən çəkinərlər. Buna görə də möminlər səbirli və mərhəmətli davranarlar. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləmişdir:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran surəsi, 134)

Ancaq əsəbini cilovlamaq dedikdə passiv, susqun, hər şeyi qəbul edən davranış nəzərdə tutulmur. Əlbəttə, möminlər hadisələrə reaksiya verər, mənfi hərəkət, iman gətirənlərə ziyan vuracaq mühit varsa, buna dərhal mane olarlar. Lakin bunu edərkən hisslərinə qapılmaz, əksinə, ağıllı davranaraq həll yolu tapar, qarşı tərəfi düşdüyü vəziyyətdən çıxarmaq, ona doğru yolu göstərmək, zərərli mühiti dəyişdirmək üçün çalışarlar.

gül

Möminlər səhv edərlərmi?

Quranda bildirildiyi kimi, möminlər səhv edə bilər. Ancaq Allah`dan qorxub çəkindikləri və Ona qarşı səmimi olduqları üçün səhvlərini israrla təkrarlamaz, dərhal düzəltməyə çalışarlar. Allah`dan bağışlanma diləyər və özlərini islah edərək bir daha bu xətanı etməməyə diqqət edərlər. Dünyanın tərbiyə yeri olduğunu bilər və etdikləri səhvlərdən nəticə çıxararaq ibrət alar, özlərini kamilləşdirirlər. Allah möminlərin bu gözəl əxlaqını bir çox ayədə tərifləmiş, onları mütləq bağışlayacağını müjdələmişdir:

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allah`ı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allah`dan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar. (Ali-İmran surəsi, 135)

 Quranda möminlərə əmr edilən ədalət anlayışı necədir?

Allah möminlərə hadisələri həmişə ən ədalətli yolla, Quranda bildirilən hədlərə uyğun olaraq dəyərləndirməyi əmr etmişdir. İnsanlar arasında hökm etdikdə mütləq ən ədalətli qərarı verməyi və haqlı olanın tərəfində olmağı bildirmişdir.

Möminlər şahidlik etdikdə də doğru və ədalətli davranarlar. İnsanın bəzən verdiyi bir qərar, edəcəyi şahidlik öz əleyhinə ola bilər və ya yaxınlarının mənfəətinə zidd ola bilər. Ancaq Allah`dan qorxan insan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Çünki möminlərin işlərində ölçü Allah rizasıdır. Allah`ın razı olmadığı şahidliyi etmək və ya qərar vermək, bəlkə, zahirən həmin anda insana xeyir gətirdiyini düşünmək olar. Ancaq Allah razı olmadıqdan sonra əldə edəcəyi dünyəvi mənfəət möminlərə rahatlıq və xoşbəxtlik gətirməz.

Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda, Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)

İnsanların ədalətli qərar verməsinə mane olan digər təhlükə insanlara qarşı olan qəzəbdir. Əgər bir insan başqa birinə qəzəblənibsə və ya ona qarşı kini varsa, ona mənfəət vermək, onun xeyrinə hərəkət etmək istəməz. Ancaq möminlər belə vəziyyətdə də Allah`ın rizasını düşünər və qarşılarındakı insanın kimliyindən asılı olmayaraq, ədalətli davranarlar. Çünki Allah iman gətirənlərə “…Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır…” (Maidə surəsi, 8) şəklində əmr etmişdir.

çiçək


Allah necə zikr edilir?

Möminlər Allah`ın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allah`ın yaratdığını bilirlər. Ona görə, Allah`ı heç vaxt unutmurlar. Həyatlarının hər anında həm qəlbən Allah`ı düşünür, həm də digər möminlərlə söhbət etdikdə Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını, sənətini zikr edirlər. Möminlərin hər an Allah`ı zikr etməsi Quranda belə bildirilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! ” (Ali-İmran surəsi, 191)

Allah`ı zikr etmək hər şeyi, baş verən hər hadisəni Allah`ın yaratdığını bilmək, “Allah mənə bununla nə göstərmək istəyir?” şəklində düşünmək, Allah`ın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Allah`ın ucalığını qavramaq üçün səy göstərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Məsələn, kənardan baxdıqda çətin kimi görünən bir hadisə ilə qarşılaşdıqda təvəkküllü davranan və səbir edən insan o an Allah`ı zikr etdiyi üçün bu şəkildə davrana bilir. Allah`ı zikr edən insan Allah`ı və Onun gücünü heç vaxt unutmaz və daima ağıllı davranar.

Qiyamət günü Quranda necə tərif edilir?

Quranda bildirildiyi kimi, “O saat (qiyamət saatı) mütləq gələcəkdir…” (Taha surəsi, 15) və o gün gəldikdə dünyadakı bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar, qısaca desək, göylərdə və yerdə nə varsa, hamısı məhv olacaq. Quranda qiyamət günü baş verəcək hadisələr belə bildirilir:

Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 16)

Ulduzlar səpələnəcəyi zaman. (Təkvir surəsi, 2)

Günəşlə ay birləşəcəyi zaman. (Qiyamət surəsi, 9)

Dənizlər od tutub yanacağı zaman. (Təkvir surəsi, 6)

O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcəkdir. (Müzzəmmil surəsi, 14)

Dağlar isə didilmiş yun kimi olacaqdır! (Qarisə surəsi, 5)

Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq. (Fəcr surəsi, 21)

Yer öz yükünü çıxardıb atacağı zaman. (Zəlzələ surəsi, 2)

Bunlar qiyamət günü baş verəcək dəhşətli hadisələrin bəzisidir. Həmin gün insanın dünyada dəyər verdiyi hər şey məhv olacaq, hamı Allah`ın rizası üçün edilən saleh əməllərdən başqa heç nəyin qiymətinin olmadığını anlayacaq.

Qiyamət günü inkar edənlərin vəziyyəti necə olacaq?

Qiyamət günü insan üçün ən dəhşətli, qorxulu gündür. O gün inkarçılar onlara vəd edildiyi halda, heç düşünmədikləri həqiqəti açıq-aşkar görəcəklər. Lakin artıq insanların dünyada etdikləri səhvləri düzəltmək üçün geriyə dönüş imkanları olmayacaq. O gün inkar edənlər qorxu içində ölümün, əslində, yox olmaq deyil, əksinə, əbədi davam edəcək əzabın başlanğıcı olduğunu anlayacaqlar. Allah Quranda o gün insanların keçirdiyi qorxudan bir növ sərxoşa çevriləcəklərini bildirmişdir:

… İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)

Qiyamət günü inkarçıların dəhşətdən bütün dəyər mühakimələri dəyişəcək. Ən çox dəyər verdikləri mallar, övladları bir anda bütün əhəmiyyətini itirəcəkdir. Allah Quranda insanların o gün ancaq özlərini xilas etməyə çalışacaqlarını və bir-birlərindən qaçacaqlarını xəbər vermişdir:

O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə surəsi, 34-37)

O gün insanların düşdüyü vəziyyət ayələrdə belə bildirilir:

… Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir… (Ənbiya surəsi, 97)

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allah`ın əzabı çox şiddətlidir! (Həcc surəsi, 2)

Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?! (Müzzəmmil surəsi, 17)

şəlalə

 

Möminlər sayca çoxdurmu?

Allah bir çox ayədə həqiqi iman gətirən qullarının sayının çox az olacağını bildirir. Ona görə, tarix boyu iman gətirənlərin sayı daima az olmuş və inkarçılar çoxluq təşkil etmişlər. Bu vəziyyət möminlərin səviyyə, dəyər və üstünlüyünün göstəricisidir. Allah`ın insanların çoxunun inanmayacağı ilə bağlı ayələrindən biri belədir:

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusif surəsi, 103)

Ona görə də bir insanın çoxluğu özünə nümunə götürməsi, çoxluq nəyə inanırsa, ona inanması böyük itkidir. Bu insanlar çoxluq təşkil etsə də, axirətdə də kütləvi şəkildə cəhənnəmə girəcəklər.

1 / total 9
"Harun Yəhyanın İmanın Əsasları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARININ DURUŞMALARIN İLK HAFTASINDAKİ...
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.