“Sudan yaradılış təkamüllə yaradılışa işarə edir” iddiası əsassızdır

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.” (İnsan surəsi, 2)

Təkamül nəzəriyyəsini dəstəkləyən bir qrup insan Quran ayələrindəki “insanın sudan yaradılışı” ifadəsini bu ideologiyaya dəlil göstərməyə, bütün canlıların sudan təkamül keçirərək meydana gəldiyini sübut etməyə çalışırlar.İnsanın yaradılış mərhələlərindən bəhs edən başqa ayələrə də nəzər yetirdikdə Quranda təkamülə işarə edən heç bir məlumatın olmadığını aydın şəkildə görürük:

“Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.” (Həcc surəsi, 5)

Ayə insanın yaradılış mərhələlərindən bəhs edir:

Birinci mərhələni insan orqanizminin əsas mineral və elementlərini özündə ehtiva edən torpaq təşkil edir.

İkinci mərhələdə isə bu elementlər ana bətnindəki yumurtanı dölləndirmək üçün müvafiq quruluş və genetik məlumata sahib olan spermalardan ibarət və Quranda qarışdırılmış su kimi təsvir edilən mənidə toplanır. Bir sözlə, insanın xam maddəsi torpaqdır. Torpağın əsas elementləri insanın yaranmasına müvafiq şəkildə bir damla nütfədə toplanmışdır. Ayədə “su” mərhələsindən sonra ana bətnindəki inkişaf mərhələləri sadalanır. Halbuki, təkamül nəzəriyyəsi canlıların suda öz-özünə əmələ gəlməsi ilə insanın yaranması arasında milyonlarla fərziyyəvi mərhələ (ilkin hüceyrə, tək hüceyrəlilər, çox hüceyrəlilər, onurğasızlar, sürünənlər, məməlilər, primatlar və s. və bunların saysız mərhələləri) olduğunu iddia edir. Ayədə bəhsi keçən yaradılış mərhələlərinin ardıcıllığında isə belə bir məlumat yoxdur, insanın bir damla sudan ələqə (laxtalanmış qana) çevrildiyi bildirilir.

Beləliklə, Quranda insanın təkamül mərhələlərindən deyil, onun ana bətninə düşməzdən əvvəlki, ana bətnindəki və doğulduqdan sonra qocalıq dövrünə qədər davam edən yaradılış mərhələləri təsvir edilir.

Bəzi analitiklər Qurandakı “canlıların sudan yaradılması” ifadəsinin təkamül prosesinin izahatı olduğunu iddia edirlər. Lakin elmi cəhətdən bu iddia tamamilə əsassızdır. Ayələrdə sudan yaradılış ifadəsi bütün canlıların ilkin mərhələdə su formasında olduğuna işarə edir. Nəzərinizə çatdıraq ki, müasir biologiya elmi dünyadakı bütün canlı orqanizmlərinin əsas hissəsinin sudan təşkil olunduğunu sübuta yetirmişdir. İnsan bədəninin təxminən 70 faizini su təşkil edir. Bütün canlılar hüceyrədaxili, hüceyrəarası və toxumalar arasındakı əlaqələri bədənlərindəki su vasitəsilə həyata keçirirlər. Susuz həyat yoxdur. Bütün canlıların sudan yaradıldığını bildirən başqa ayələrdə də təkamül nəzəriyyəsinə təkan verən məlumat mövcud deyil. Aşağıdakı ayələrdən də bunu aydın görə bilərik:

“Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?” (Ənbiya surəsi, 30)

Başqa ayədə isə bir damla suyun nütfə (sperma) olduğu belə ifadə edilir:

“O, (insanlardan və heyvanlardan) biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –axıdılan bir nütfədən (min nütfətin iza tumna) . Təkrar diriltmək də Ona aiddir.” (Nəcm surəsi, 45-47)

Min: dan, dən

Nütfətin: sperma, bir damla su

İza: ərzində, müddətində

Tumna: məni (sperma) axıtmaq

“Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi? (nütfətən min məniyyin yumna)” (Qiyamə surəsi, 37)

Nütfətən: nütfə (sperma), bir damla su

Min: dan, dən

Məniyyin: məni

Yumna: atılıb tökülən

“Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır. (Xuliqa min main dafikın) Bu (maye) bel və köks sümükləri arasından çıxır.” (Tariq surəsi, 5-7)

Xuliqa: yaradıldı

Min: dan, dən

Main:su

Dafikın: qəflətən boşalan, tökülən, axıdılan

Əvvəlcə torpaqdan, sonra bir damla sudan yaradılışın təkamüllə yaradılışa dəlil olduğu səhvi

“...Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən?” (Kəhf surəsi, 37)

Ömər Nəsuhi Bilmən bu ayəni belə təfsir etmişdir:

...  Əcdadın hz. Adəmi (torpaqdan) yaradan, sonra da səni (nütfədən), vücuduna ən yaxın maddə olan bir damla mənidən (yaradan, sonra da səni kişi qiyafəsinə salan), mütəaddit ətvari həyatiyə ( bəzi həyati vəziyyətlər) nəticəsində səni tam, baliğ (yetkin) bir insan kimi yetişdirən Xaliqi-Kərimi (inkarmı edirsən), çünki axirət həyatını inkar etmək onun zahir olacağını xəbər verən və ona qadir ola Allah Təalayı inkar etməkdir...

Ayələrdəki “torpaqdan yaradılış” ifadəsi hz. Adəmin yaradılışını, sudan yaradılış isə  yetkin insanın spermadan başlayan inkişaf dövrünü açıqlayır. Allah ilk bəşəri palçıqdan yaratdığını bildirilir. Hz. Adəmin yaradılışından xəbər verən ayədə yalnız bir mərhələdən bəhs edilir:

“Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)

Qurandakı yaradılış mərhələlərini, ardıcıllıqla izah edilən prosesləri diqqətlə nəzərdən keçirdikdə təkamülə işarə edən heç bir məlumat olmadığı dərhal anlaşılır.

Quranda hz. Adəmin təkamüllə yaradılmadığını bildirən bir çox ayə mövcuddur ki, bunlardan birində belə buyurulur:

“Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.” (Ali İmran surəsi, 59)

Bu ayədə hz. Adəmlə hz. İsanın yaradılışındakı bənzərlik qeyd olunur. Daha əvvəl də qeyd etdiyimiz kimi, hz. Adəm ata-anasız torpaqdan, hz. İsa da eyni tərzdə, atasız, Allah`ın diləməsi ilə, “Ol” əmri ilə dünyaya gəlmişdir.

Torpaq və sudan yaradılışı bildirən digər ayələrdə də, yuxarıda qeyd etdiyimiz kimi, insan yaradılışının ana bətninə düşməzdən əvvəlki, ana bətnindəki və doğumdan sonrakı mərhələləri təsvir edilir:

“Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.” (Həcc surəsi, 5)

Quranda təkamül prosesinə işarə yoxdur

Həqiqətən də, insanın üzərindən hələ özü xatırlanmağa layiq bir şey deyilkən uzun zamanlardan (dəhr) bir müddət (hin) ötüb keçmişdir” (İnsan surəsi, 1)

Təkamülçülər İnsan surəsinin birinci ayəsini də saxta nağıllarına dəlil göstərməyə çalışır, “özü xatırlanmağa layiq bir şey deyilkən” ifadəsinin insanın formalaşmazdan əvvəlki dövrlərini təsvir etdiyini iddia edirlər. Müasir elm bu fərziyyələrin əsassızlığını sübuta yetirir. 

Yuxarıdakı ifadəni ərəbcə nəzərdən keçirək:

"Ləm yəkun şey'ən məzkurən"

Ləm yəkun: deyildi

Şeyən: bir şey

Məzkurən: zikr edilən, adı çəkilən

Ayənin İslam alimləri tərəfindən təfsirində təkamül prosesindən bəhs edilmir. Məsələn, Elmalılı Hamdi Yazır ayədəki zaman məfhumunu belə təfsir edir:

“Başlanğıcda ilk maddələri olan element və metallar, sonra onlardan mərhələ-mərhələ yaradılan bitki və heyvan mənşəli qidalar “palçıq cövhəri” (Muminun surəsi, 12) sonra yavaş-yavaş, müəyyən mərhələlərlə onlardan süzülən, məniyə bənzər bir şey olmuş, ancaq insan olmamışdı. Həqiqətən, insanın cinsi əzəli deyil, sonradan yaranmadır. Dəhrin (aləm, təbiət) başlanğıcından, dünyanın yaradılışından çox sonra yaranmışdır.”

Dəyərli İslam alimlərimizin də ifadə etdiyi kimi Quranın heç bir ayəsində təkamüllə yaradılışa işarə edilmir. Quranda yalnız Rəbbimizin “Ol “ əmri ilə həyata keçən yaradılışdan bəhs edilir.

Hz. Adəmin ilk insan olmadığına dair səhv iddialar

 “Təkamüllə yaradılış” ideologiyasına əsaslanan digər iddia isə hz. Adəmin ilk insan, hətta insan olmamağıdır (hz. Adəmi tənzih edirik). İddiaya “dəlil” kimi aşağıdakı ayə göstərilir:

“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”” (Bəqərə surəsi, 30)

Bu fikrin sahibləri ayədəki “canişin bərqərar edəcəyəm” ifadəsindəki “cəalə” felini “təyin etmək” kimi tərcümə edirlər. Yəni hz. Adəmin ilk insan olmadığını, bir çox insan arasından seçilərək xəlifə “təyin edildiyini” deyirlər. Halbuki, “cəalə” sözü Quranda müxtəlif mənalarda istifadə edilmişdir:

Cəalə: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq, qılmaq

“Cəalə” felindən istifadə edilən ayələrdən bəziləri:

“Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı (cəalə). O sizdən ötrü səkkiz cüt heyvan endirdi...” (Zumər surəsi, 6)
“De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən (cəalə) Odur. Necə də az şükür edirsiniz!”” (Mülk surəsi, 23)

Gördüyümüz kimi, yuxarıdakı ayələrdə “cəalə” feli yaratmaq və vermək mənalarında istifadə edilmişdir. Eyni zamanda digər bir çox ayədə də hz. Adəmin torpaqdan yaradıldığı bildirilir. Bu ayələrin hamısından hz. Adəmin digər insanlar kimi olmadığını, xüsusi və fərqli şəkildə yaradıldığını anlayırıq.

 “Hz. Adəm yer üzündə yaradıldı” fikri Qurana ziddir

Quranda hz. Adəmin ilk insan olduğunu sübuta yetirən digər əhəmiyyətli məlumat səhvə yol verdikləri üçün (həyat) yoldaşı ilə birlikdə cənnətdən çıxarılmalarıdır. Ayələrdə belə buyurulur:

“Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.” (Əraf surəsi, 27)
“Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”. (Bəqərə surəsi, 35-36)

Bu ayələr başa düşülən və aydın şəkildə ifadə olunmuşdur. Allah hz. Adəmi bütün insanlardan fərqli yaratmışdır. Ayələrdən də aydın olur ki, hz. Adəm əvvəlcə cənnətdə yaradılmış, daha sonra oradan çıxarılmışdır. Ancaq təkamül yalanına inanan bəzi müsəlmanlar aydın ifadə olunan bu həqiqətləri qulaq ardına vuraraq ayələrdəki “cənnət” sözünün axirətdəki cənnətə deyil, dünyadakı gözəl məkanlara işarə etdiyini deyirlər. Halbuki, hz. Adəmin yaradıldığı cənnət Quranda geniş şəkildə təsvir edilir. Burada mələklərin və şeytanların olduğu, hətta mələklərin Allah`la danışdığı bildirilir. Ayələr bu qədər aydın ifadə edildiyi halda Quranda təkamül nəzəriyyəsinə dəlil axtarmaq həm çox səmimiyyətsiz, həm də yanlış hərəkətdir.

Bütün insanların hz. Adəmdən törədiyini, yəni hz. Adəmin ilk insan olduğunu xəbər verən ayələrdən bəzilərinə nəzər yetirək:

“Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu ona görədir) ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.” (Əraf surəsi, 172-173)
2013-09-19 13:52:19

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."