İslam dini ilə təkamül nəzəriyyəsini uzlaşdırmağa çalışmaq aciz və bihudə cəhddir

Allah`ın varlığını və təkliyini, insanların Rəbbimizin qarşısındakı məsuliyyətini inkar edən darvinizm din əxlaqına zidd cərəyanların və materializmin təməlini təşkil edir. Elmin təkzib etdiyi bu nəzəriyyə varlığını ideoloji təbliğatlarla qoruyub saxlamağa çalışır. Əsas iddiaları kainatın və insanın təsadüflər nəticəsində meydana gəlməsi olan Darvinist-materialist cərəyanlar  “heyvandan törəyən” insanların arasında heyvani əlaqələrin labüdlüyünü irəli sürürlər. Bu azğın düşüncə insanlara eqoistliyi, mərhəmətsizliyi, savaşmağı, mübarizəni, öldürməyi təbliğ edir. Mərhəmət, sevgi, şəfqət, hörmət kimi hisslər isə təkamül prosesinin inkişafına maneçilik törədən məfhumlar hesab edilir. Darvinist təlqinlərlə sevgidən tamamilə uzaq, zalım, təcavüzkar, yalnız öz  mənfəətlərini güdən insanlar formalaşır.
 
Bəşəriyyətin xilası üçün insanların darvinizm təhlükəsindən xəbərdar edilməsi və bu ideologiyanın fikrən məğlub edilməsi həyati əhəmiyyət daşıyır. Darvinizm təhlükəsini dərk etməyən insanlar bu ideologiyaya qarşı aparılan elmi mübarizənin əhəmiyyətini də qavraya bilməzlər.
 
Bu insanlar darvinizm təhlükəsinə göz yumur və mübarizədən qaçmaq üçün müxtəlif yollara əl atırlar. Bəziləri isə darvinizmi ümumiyyətlə təhlükə hesab etmirlər. Dolayısı ilə, hər hansı elmi mübarizəyə ehtiyac olmadığına inanır və bu fikirləri cəmiyyətə təlqin edirlər. Bəziləri də əsassız və cəfəng fikirlər irəli sürərək İslam dini ilə təkamül nəzəriyyəsi arasında “körpü” yaratmağa çalışırlar. Darvinizmlə İslamiyyət arasında “uyğunluq” axtarmaq Quran əxlaqına ziddir. Heç bir səmimi müsəlman Allah`ı və yaradılışı inkar etmək üçün ortaya atılan bu nəzəriyyənin azğın fikirlərini qəbul etməz. Üstəlik, nə Quran ayələrində, nə də peyğəmbərimizin (s.ə.v) hədislərində təkamülə işarə edən məlumatlar mövcuddur.
 

Təkamül ideologiyasını elmi nəzəriyyə hesab edib müsəlmanlaşdırmağa çalışmaq böyük səhvdir

İnsanların əksəriyyəti elm tərəfindən təkzib edilən darvinizm nəzəriyyəsi qarşısında özlərini dəlilsiz və gücsüz  hesab edir və bu azğın ideologiya ilə mübarizəyə qoşulmaqdan çəkinirlər.  Təkamül nəzəriyyəsinin elmi dəlillərə əsaslandığını və bu dəlillər qarşısında çarəsiz olduqlarını düşünürlər.

Təkamül iddialarının elmi cəhətdən sübuta yetirildiyini, dolayısı ilə, bu iddialara cavab verməyin mümkün olmadığını zənn edən insanlar mübarizə aparmağın mənasız olduğunu, “məğlubiyyətin” mütləq olduğunu hesab edirlər.  

Halbuki, heç bir dəlilə əsaslanmayan bu nəzəriyyə geniş təbliğatlar nəticəsində “elmi” donu geyinməyə müvəffəq olmuşdur. Televiziya proqramlarında, qəzet və jurnallarda təkamül nəzəriyyəsindən elmi cəhətdən sübuta yetirilmiş və əks iddialara yer buraxmayan bir ideologiya kimi bəhs edilir. Nəticədə təkamül nəzəriyyəsinə qarşı çıxmağın elmə qarşı çıxmaq olduğu kimi əsassız fikir formalaşır.  Ancaq müasir elmi kəşflər bu nəzəriyyəni təkzib edir. Elm nəinki təkamülü dəstəkləyir, əksinə, bu nəzəriyyəni tamamilə qüvvədən salır. Təkamül nəzəriyyəsini ön planda tutan əsas  səbəb materializmin və dinsizliyin dayaq nöqtəsi olmasıdır. Başqa sözlə, təkamül təbliğatı elmi əsaslara deyil, ideoloji təsirə əsaslanır.

Geniş miqyaslı təbliğat nəticəsində bəzi müsəlmanlar darvinizmlə mübarizənin qeyri-mümkün olduğuna inanırlar. İnsanlarda heç bir elmi əsası olmadığı halda təkamülə qarşı çıxmağın elmə qarşı çıxmaq olduğu düşüncəsi formalaşır. Elmə qarşı çıxmamaq üçün də təkamül nəzəriyyəsi ilə İslamiyyət arasında orta məxrəcə gəlməyə çalışırlar. Əslində isə, bu, darvinizmlə fikri mübarizədən qaçmaq üçün bəhanədir.

Halbuki, darvinizmlə fikrən mübarizə aparmaqdan çəkinmək üçün heç bir bəhanə yoxdur. Təkamül nəzəriyyəsinin elmə əsaslandığını düşünənlərin darvinizmin təsir dairəsinə düşməkdən, nəticədə imanlarının zəifləməsindən və dünyagörüşlərinin dəyişməsindən qorxmaları yersizdir. Elm darvinizmi deyil, yaradılışı sübut edir. Darvinizmin irəli sürdüyü iddiaların hər biri yüzlərlə elmi dəlillə çürüdülmüşdür. Müsəlmanlar bu dəlillərdən istifadə edərək darvinizmi fikrən təsirsiz vəziyyətə gətirməlidirlər.

Bəzi müsəlmanlar ideoloji və spekulyativ (abstrakt) metodlarla həyata keçirilən təbliğatları gözlərində böyüdüb öhdəsindən gələ bilməyəcəklərini düşünür, şövq və həyəcanla elmi mübarizə aparmaq əvəzinə passiv və təslimiyyətli bir yol mənimsəyirlər.

Passiv və təslimiyyətli mövqenin ən gülünc nümunəsi isə darvinizmi müsəlmanlaşdırmaq cəhdidir. Şumer dövründən qalma bütpərəst etiqadları və alim hesab etdikləri insanların sözlərini əllərində bayraq tutaraq “kor-koranə qəbul etdiyiniz din budur” mesajını verməyə çalışırlar. Halbuki, bu, darvinizmlə fikri mübarizədən qaçmaq üçün bəhanədir,  passiv və təslimiyyətli mübarizənin çirkin metodudur.

Bu insanlar belə bir üsulla məğlubiyyəti qəti olan mübarizə aparırlar. Halbuki, Allah`a qəlbən inanan, Onun üstün gücünü təqdir edən bir müsəlman üçün bu mübarizə utandırıcıdır. Saleh bir müsəlmanın mübarizəsinin passiv olması mümkün deyil. “Biz də eyni şeyi dəstəkləyirik” məntiqi ilə darvinizmi çürütmək olmaz. Müsəlman yalnız hər şeyi Allah`ın yaratdığına iman gətirmişdir. Dolayısı ilə, səmimi bir müsəlmanın darvinistlərlə eyni ideologiyanı dəstəkləməsi absurd məsələdir. Müsəlman darvinizmə qarşı açıq, qalibanə, fikri mübarizə aparmalıdır. Allah`dan qorxan insanın darvinizm ideologiyasını dəstəkləməsi mümkün deyil.

Darvinizmin Allah inancına qarşı mübarizə apardığını dərk etməyən insanlar bu barədə  absurd fikirlər yürütməkdənsə susmağa üstünlük versələr daha yaxşı olar. Fikri mübarizədən çəkindikləri halda bixəbər olduqları mövzularda səhv və ağılsız fikirlər yürüdərək səmimi müsəlmanların mübarizəsinə maneçilik törədirlər. Darvinizmlə ciddi cəhdlə mübarizə aparmaq və necə böyük təhlükə olduğunu bütün dünyaya göstərmək lazımdır.  Bu böyük təhlükəni anlamadan darvinizmə qarşı aparılan mübarizəyə mane olmaq günah və Allah qarşısında böyük məsuliyyətdir.

İslamı təkamüllə əlaqələndirməyə cəhd edənlər 350 milyon fosilin təkamülü çürütdüyünü bilmirlər

Bəzi müsəlmanlar hələ də 1940-50-ci illərə aid elmi biliklərlə yaşayırlar. Təkamülün elmi nəzəriyyə olduğunu düşünərək “müsəlmanlar Darvindən əvvəl təkamülü kəşf etmişdi” kimi aciz və əsassız məntiqlə onu İslam dini ilə əlaqələndirməyə çalışırlar. Təbii ki, belə bir iddia bu insanların savadsızlığından xəbər verir.  

Birincisi, tarixdə təkamül məfhumunu dilə gətirən ilk insan Darvin deyil. Tarix boyu bütün materialistlər canlıların daşdan, torpaqdan öz-özünə yarandığını və bir-birindən törədiyini iddia etmişdir. Təkamül min illər əvvəl meydana gəlmiş bütpərəst dinidir. Şumerlər və misirlilər təkamülə inanan və dəstəkləyən cəmiyyətlər olmuşdur. Məsələn, misirlilər canlıların Nil çayının palçıqlı sularından öz-özünə yarandığına inanırdılar. Bunlar göstərir ki, təkamül Darvindən əvvəl ortaya çıxmışdı. “Müsəlmanlar Darvindən əvvəl təkamülü kəşf etmişdi” ifadəsi gülünc və əsassız iddiadır. Müsəlmanlar da, ilk yəhudilər də, ilk xristianlar da, şumerlər də, misirlilər də azğın ideologiya olan təkamüldən xəbərdar idilər. Ancaq müasir dövrdə olduğu kimi keçmişdə də ağıllı və vicdanlı insanlar təkamülün böyük saxtakarlıq olduğunu bilirdilər. Bəzi materialist və ateistlər isə bu saxtakarlığı qəbul edirdilər. İkincisi, canlıların müəyyən mərhələlərlə bir-birindən törədiyini sübuta yetirən elmi dəlillər mövcud deyil.  Əgər canlılar Darvinin və ya keçmişdə yaşamış təkamülçülərin iddia etdiyi kimi bir-birindən törəsəydi, fosil qeydlərində bunu mütləq görərdik. Bu günə qədər qazıntılar nəticəsində 350 milyondan çox fosil əldə edilmişdir. Bunların arasında bir canlının digərinə çevrildiyini, canlıların bir əcdada sahib olduğunu sübuta yetirən bir fosil nümunəsi belə yoxdur. 350 milyon fosilin istisnasız hamısı canlıların bütün xüsusiyyətləri bir anda ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını və yüz milyonlarla il heç bir dəyişikliyə məruz qalmadıqlarını, yəni təkamül keçirmədiklərini aydın şəkildə gözlər önünə sərir. 150 il ərzində dünyanın hər yerində qazıntılar aparılmış, lakin bir dənə belə ara növ fosili əldə edilməmişdir. Darvin özü ara növ fosili tapılmadığı təqdirdə nəzəriyyəsinin tənəzzülə uğrayacağını  qeyd etmişdi. Buna baxmayaraq, “atalarımız mikrob olub”, “quşların atası tapıldı”, “əcdadlarımız xurma olub” başlıqları altında nağıllar dərc etdirmək sadəcə insanları ələ salmaqdır.

Allah kainatı və canlıları təkamüllə yaratmamışdır

Allah Quranın bir çox ayəsində insanlara canlıların və kainatın yaradılışı ilə bağlı əhəmiyyətli məlumatlar verir. Lakin ayələrin heç birində canlıların təkamül keçirərək bir-birindən törədiklərinə işarə edilmir. Heç şübhəsiz, sonsuz qüdrət sahibi Allah diləsəydi canlıları təkamüllə yaradardı. Quranda bu məlumat insanlara bildirilərdi. Heç bir ayədə təkamülçülərin iddia etdikləri kimi mərhələ-mərhələ yaradılışa işarə edilmir. Quranda bu iddianın tamamilə tərsi, canlıların və kainatın Allah`ın “Ol” əmri ilə möcüzəvi şəkildə bir anda yaradıldığı bildirilir:

“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.” (Bəqərə surəsi, 117)

Əgər həqiqətən də, hz. Adəmdən (ə.s) əvvəl yarı insan, yarı meymun canlılar yaşasaydı, canlıların yaradılmasında mutasiya və təbii seçmənin rolu olsaydı, Allah bunu bizə Qurani-Kərimdə aydın və asan dillə xəbər verərdi. Ancaq Quranın heç bir ayəsində belə məlumat mövcud deyil. Əksinə, bir çox ayədə insanın yoxdan, ən gözəl surətdə yaradıldığından bəhs edilir:

“Biz insanı ən gözəl surətdə yaratdıq!” (Tin surəsi, 4)

“O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır.” (Təğabun surəsi, 3)

Darvinizmi müsəlmanlaşdırmağa çalışanlar mələklərin və cinlərin yaradılışına izahat gətirə bilməzlər.

Üstün güc sahibi Rəbbimiz dilədiyi zaman yoxdan yaratmağa qadirdir. Allah bir şeyin olmasını istədikdə ona sadəcə “Olmağını” əmr edir:

“Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur.” (Nəhl surəsi, 40)

Bütün əskikliklərdən və nöqsanlardan münəzzəh Rəbbimiz heç bir şeyə ehtiyacı olmayandır. Bunu dərk edən insan Allahın yaratmaq üçün hər hansı səbəb, vasitə və ya mərhələyə ehtiyacı olmadığını da anlayır. Kainatdakı hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına əsaslanması insanları çaşdırmamalıdır. Bütün səbəblərin yaradıcısı olan Allah bunlardan tamamilə münəzzəhdir.

Bu həqiqətləri qulaq ardına vuranlar, təbii ki, Allah`ın sonsuz gücünü lazımınca dəyərləndirə bilməzlər. Darvinizmlə İslam dini arasında körpü yaratmaq cəhdi də məhz bundan qaynaqlanır. Allah`ın üstün yaratma gücünü, yaratma sənətindəki mükəmməlliyi təqdir edə bilmədikləri üçün “İslami təkamül” kimi əsassız fərziyyələr ortaya atırlar. “Bəs mələklər və cinlər necə yaradıldı?” sualına isə “Allah yoxdan yaratdı” deyirlər. Cinlərin və mələklərin yoxdan yaradıldığını qəbul etdikləri halda insanın da bir anda Allah`ın “Ol” əmri ilə yaradıldığına şübhə ilə yanaşmaqları olduqca maraqlı nüansdır. Təbii ki, belə ziddiyyətli fikir səsləndirmələri bu insanların səmimiyyətsizliyindən xəbər verir.   

Allah Quranda insanlardan fərqli olaraq cinləri oddan yaratdığını bildirir:

“O, insanı saxsı kimi quru gildən yaratdı. Cinləri də təmiz oddan yaratdı.” (Rəhman surəsi, 14-15)

Quranda mələklərin də yaradılışının insanın yaradılışından fərqləndiyi xəbər verilir. Ayələrdən birində mələklərin yaradılışı belə təsvir edilmişdir:

“Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.” (Fatir surəsi, 1)

Ayədən aydın olur ki, mələklər görünüşlərinə görə insanlardan çox fərqlənirlər. Eyni zamanda Quranda həm mələklərin, həm də cinlərin insanlardan əvvəl yaradıldığı bildirilir. Allah hz. Adəmi (ə.s) yaratmazdan əvvəl xəlq etdiyi mələklərə və İblisə hz. Adəmə (ə.s) səcdə etməyi əmr etmişdir:

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (Kəhf surəsi, 50)

Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəbə ehtiyac duymadan yoxdan yaradandır. Cinləri və mələkləri necə yaratdısa, insanı da təkamülsüz yoxdan yaratdı. Bu vəziyyət heyvanlar, bitkilər və digər bütün canlılara da şamil edilir. Quran bizə yalnız bir həqiqəti bildirir: Allah bütün canlıları təkamül nəticəsində deyil, yəni bir növdən başqa növlər  təkmilləşdirərək deyil, yoxdan yaratmışdır.

Təkamülü dəstəkləyən müsəlmanlar hz. Musanın (ə.s) əsasının ilana çevrilməsinə, hz. İsanın üfürdüyü palçığın quş olub uçmasına izahat gətirə bilməzlər.

Quranda hz. Musanın (ə.s) əsasını yerə atdığı zaman Allah`ın diləməsi ilə canlı ilana çevrildiyi, yenidən əlinə aldıqda isə cansız ağac parçasına çevrildiyi bildirilir. Yəni cansız bir maddə canlanır, sonra ölür, sonra yenə canlanır. Beləliklə, saysız-hesabsız möcüzələrdən biri olan bu hadisə ilə Allah yaratma sənətini bizə nümayiş etdirir:

“(Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Allah) buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.” (Taha surəsi, 20-21)

“Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz.” (Taha surəsi, 69)

“Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.” (Nəml surəsi, 10)

Hz. Musanın (ə.s) əlindəki əsa Allah`ın lütfü ilə sürətlə hərəkət edən, sehrbazların atdıqlarını udan, yəni həzm sistemi olan canlı varlığa çevrilmişdir. Beləliklə, Allah insanlara canlıları necə yoxdan yaratdığının bir nümunəsini göstərmişdir. Cansız bir maddə yalnız Allah`ın diləməsi ilə, yəni “Ol” əmri ilə canlanır: Allah`ın hz. Musaya (ə.s) lütf etdiyi bu möcüzə qədim misirlilərin batil təkamül etiqadlarını da bir anda yerlə bir etmişdir. Hz. Musaya (ə.s) düşmən olan insanlar belə dərhal batil inanclarından üz çevirərək Allah`a iman gətirmişlər.

Hz. İsa (ə.s) da bütpərəst ideologiyaya inananlara və təhrif olunmuş Yəhudiliyə qarşı mübarizə aparmış, doğru və haqq yolu göstərmiş və yaradılışı sübuta yetirmişdir. Quranda hz. İsanın (ə.s) palçıqdan quşabənzər bir şey düzəltdiyi, sonra üfürdüyü zaman Allah`ın diləməsi ilə quşun canlandığı bildirilir:

“Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu...” (Maidə surəsi, 110)

Səbəblərdən münəzzəh olaraq palçıqdan düzəldilmiş quş Allah`ın diləməsi ilə canlanmışdır. Cansız maddədən bir anda canlı quşun yaranması Uca Allah`ın bənzərsiz, səbəbsiz və üstün yaradılış nümunələrdən yalnız biridir. Hz. İsa (ə.s) da Allah`ın lütf etdiyi bu möcüzə ilə təkamülün tamamilə məntiqsiz və saxta ideologiya olduğunu sübuta yetirmişdir.

İslam dini ilə təkamül nəzəriyyəsi arasında əlaqə yaratmağa çalışanlar isə Rəbbimizin bu möcüzələrini izah edə bilməzlər.

Nəticə: Darvinizm çökmüşdür, son cəhdlər bihudədir

Elm təkamül nəzəriyyəsinin cəfəngiyyat və nağıldan ibarət olduğunu sübuta yetirir. Bu həqiqəti əks etdirən əsərlər, sənədli filmlər, konfranslar, sərgilər sayəsində xalq maariflənmiş, təkamül nəzəriyyəsinin saxtakarlıqlarından agah olmuşdur. Günəş artıq doğmuşdur, bəzi insanlar təbliğat və nağıllarla günəşin doğuşunu gizlətməyə çalışsalar da buna nail olmayacaqlar. Xalqımız restoranlar, əczaxanalar, ticarət mərkəzləri kimi müxtəlif ictimai yerlərdə fosillərlə yaxından tanış olur, heç bir təkamül prosesinin olmadığına şahid olurlar. Darvinistlər istədikləri qədər nağıl danışa bilər, fasiləsiz təbliğatlar apara bilər və təzyiqlər göstərə bilərlər, lakin darvinizm nəzəriyyəsini artıq yaşada bilməzlər. Darvinizm nəzəriyyəsi tamamilə tənəzzülə uğramışdır. Bunu bütün darvinistlər qəbul etməlidir, çünki bu nəzəriyyənin tamamilə qüvvədən düşdüyün elm sübut edir.

2013-10-02 18:06:57

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."