Bütün canlıları və əşya aləmini yaradan Allahdır

Kainatın hər bucağı Allahın yaratdığı saysız-hesabsız gözəlliklərlə doludur. Ətrafımıza nəzər salsaq, qarşılaşdığımız hər şey – yaşıl yarpaqlarla bəzənmiş budaqları göyə yüksələn ağaclar, rəngarəng çiçəklər, insanda şəfqət və mərhəmət hissi oyadan sevimli pişiklər, itlər, dovşanlar, sincablar, quş balaları, tutuquşuları, heybətləri ilə insanları heyran edən pələnglər, aslanlar, atlar, dadı, qoxusu və estetik görünüşləri ilə insanı cəlb edən meyvələr, tərəvəzlər, yeməklər, içkilər, mavi səmada süzən buludlar, Ay və Günəş, gecə parıldayan ulduzlar, ehtişamlı yüksək dağlar, yer üzünün çox hissəsini tutan dənizlər, okeanlar və saymaqla bitməyən hələ bir çox gözəllik… Hər biri Allahın möhtəşəm sənətinin bənzərsiz nümunəsidir.

Dənizdə sakitcə üzən tonlarla ağırlığı olan gəmilər, havada uçan təyyarələr, evlərimizdəki elektron alətlər və hər cür texnoloji vasitələr, televizorlar, musiqi mərkəzləri, kompyuterlər, işimizi asanlaşdıran cihazlar, yaşadığımız evlər, binalar, nəqliyyat yolları, avtomobillər… Bunların hamısı Allahın sonsuz ağlı və sənəti ilə yaratdığı və insanların xidmətinə verdiyi nemətlərdir.

Lakin insanların bir qismi canlıları və təbiət amillərini Allahın yaratdığını qəbul edir, insan əli ilə hazırlanan şeylərin, məsələn, körpülərin, göydələnlərin, motorlu qayıqların, paltarların, qısaca desək, əşyaların da Allah tərəfindən yaradılğını qavramır və bunları insanların – Allahı tənzih edirik – müstəqil gücləri ilə düzəltdiklərini düşünürlər. Halbuki heç bir varlığın öz müstəqil gücü yoxdur. Şəhərlər, sivilizasiyalar quran, təyyarələr istehsal edən, gəmilər, tankerlər düzəldən insanlar da Allahın yaratdığı aciz varlıqlardır və Allahın istəyi ilə hərəkət edir, Allah istədiyi üçün düşünüb dərk edir və məhsul hazırlaya bilirlər. Allah istəməsə, onlar da istəyə bilməz və heç nəyə gücləri çatmaz. Allah bir Quran ayəsində bu barədə belə buyurur:

 Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (İnsan surəsi, 30)

 Bu mövzu ilə bağlı başqa bir Quran ayəsində belə buyurulur:

 … Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur. (Ali-İmran surəsi, 47)

 Allah insanların isinməsi üçün istilik sistemlərini, isti su ilə təmin edilmələri üçün kombiləri, su qızdırıcılarını, gedəcəkləri yerə rahat getmələri üçün yolları, avtomobilləri, qatarları, su nəqliyyatını, yemək ehtiyaclarını təmin etmək üçün cürbəcür yeməkləri və bu yeməklərin bişirildiyi sobaları, plitələri, qazanları, tavaları yaradır, bir sözlə, insanların əmrinə verdiyi əşyalar vasitəsilə onların bu dünya həyatında rahat yaşamasını təmin edir. Eyni şəkildə, soyuqdan qoruyan qalın geyimləri, yayın qızmar günəşindən qoruyan nazik geyimləri yaradan və insanların rahatlığı üçün cürbəcür geyimləri onların xidmətinə verən də Allahdır. Bu geyimlər insanları həm soyuq və istidən qoruyur, həm də onlar üçün bəzəkdir. Allah geyim əşyalarını Özünün yaratdığını bir ayədə belə bildirir:

 Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik… (Əraf surəsi, 26)

 Başqa bir ayədə Allah insanlar üçün geyimlər yaratdığını belə bildirir:

 … Sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə itaət edəsiniz. (Nəhl surəsi, 81)

 Yer üzündəki bütün parçaları və yunları yaradan, ipliyi, yunu əyirməyi və toxumağı, parçanı istehsal edib istifadə qaydasını insana öyrədən və bunun üçün bütün texnikanı yaradan Allahdır. Gözqamaşdırıcı rəngləri olan ipək, satin, atlas və bir çox parça növü və bu parçalardan hazırlanmış geyimlər insanın çox xoşuna gəlir. Bu parçalar və geyimlərlə bərabər dünya həyatındakı bütün əşyalar, eyni zamanda, insanın cənnəti təsəvvür etməsi üçün Allahın xüsusi yaratdığı gözəlliklərdir. Allah cənnətdə dünyada gördüyümüz bütün bu gözəlliklərin qat-qat üstününü yaradacaq. Çünki cənnət dünya ilə müqayisə belə edilməyəcək qədər mükəmməl və sonsuz gözəlliyə malik yerdir. Allah cənnəti və cənnətdəki bənzərsiz nemətləri bu dünya həyatında iman gətirib saleh əməl sahiblərinə nəsib edəcək.

 Gördüyümüz hər şey beynimizdə hiss kimi yaradılır

 Görmə prosesinin necə baş verdiyini məktəbdə öyrəndiklərimizi təkrarlayaraq xatırlaya bilərik: gördüyümüz cisimdən gələn işıq gözün ön hissəsindəki göz büllurundan keçərək tor qişaya düşür və buradakı sinir ucları vasitəsilə elektrik axınına çevrilərək beyindəki görmə mərkəzinə ötürülür. Beyin bu siqnalları şərh edir və görüntü kimi qavrayır. Başqa sözlə, insan gördüyü şeylərin əsli ilə təmasda ola bilmir, onların ancaq surətlərini beynində hiss edir. Bu, elmin sübut etdiyi faktdır.

Biz bir əşyaya, məsələn, soyuducuya baxdıqda onu ancaq beynimizin arxa tərəfindəki kiçik bölgədə görürük. İşıq gözümüzdəki tor qişaya çatır, tor qişada soyuducunun tərs, ikiölçülü görüntüsü əmələ gəlir, daha sonra bu görüntü elektrik axınına çevrilərək beynimizin arxasındakı görmə mərkəzinə ötürülür. Beləliklə, biz soyuducunun düz, üçölçülü, qüsursuz görüntüsünü beynimizdəki görmə mərkəzində görürük. Əslində isə biz soyuducunun əsli ilə deyil, ancaq surəti ilə təmasda oluruq.

Ona görə insan gündəlik həyatda qarşılaşdığı hər şeyin – küçələrin, xiyabanların, küçədə gəzən insanların, ətrafda qaçan uşaqların, arxalarında ağ iz qoyaraq uçan təyyarələrin, marketlərin, mağazaların, böyük ticarət mərkəzlərinin, villaların, iş yoldaşlarının, ailəsinin, dostlarının, evinin, evindəki bütün əşyaların, qarderobundakı bütün paltarların, bir sözlə, doğulduğu andan ölənə qədər: “Görürəm”, – dediyi şeylərin ancaq surətləri ilə təmasda olur. Bu açıq həqiqəti bir az düşünən insan Allahın yaratma sənətinin incəliklərini daha yaxşı anlayar. Allah kainatdakı gözəllikləri üstün ağıl və sənətlə yaradır, ancaq bütün bu gözəllikləri bizə beynimizdəki kiçik nöqtənin içində göstərir. Bu da Allahın ən böyük möcüzələrindən və möhtəşəm sənətinin açıq göstəricilərindən biridir.

Bu böyük və qəti həqiqətə əsasən, əşyaların mənbəyinin də insanlar olmadığı məlum olur. Əşyalar da, əşyaları istehsal edən insanlar da Allahın beynimizdə hiss kimi yaratdığı surət görüntülərindən başqa bir şey deyil. Əşya xarici aləmdə də mövcuddur, lakin biz xarici aləmdəki əşyalarla deyil, onların ancaq surətləri ilə təmasda oluruq. Əşyaları və ya canlılar aləmini bütün detalları ilə eyni yerdə – beynimizdə yaradan Allahdır.

2013-11-27 20:26:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com