Parisin Champ-Elisees prospektində Harun Yəhya elanları: “Allah var”

 Cənab Adnan Oktarın (Harun Yəhya) “Yaradılış atlası” kitablar seriyasını, fransız dilindəki əsərlərini və internet saytını təqdim edən afişalar Parisin mərkəzi küçələrində bir ay nümayiş etdiriləcək.

Bundan əvvəl İngiltərənin paytaxtı Londondakı avtobuslarda və Hollandiyanın Rotterdam şəhərindəki tramvaylarda verilən bu elanlarda “ALLAH VAR” cümləsi ilə bərabər Harun Yəhya əsərləri ilə bağlı İpad, İphone və Andreoid proqramlarının reklamı da vardı.

Xatırladaq ki, 2007-ci ildə Fransanın bütün qabaqcıl şəxslərinə göndərilən “Yaradılış atlası” çox böyük əks-səda doğurmuş, qəzetlərdə günlərlə bu böyük əsərin təsirindən bəhs edilmişdi.

18-22 yanvar tarixində Harun Yəhyanın Paris və Rouendə yeni konfransları keçiriləcək. Konfransın mövzuları aşağıdakılardır:

  1. Ateizmin sonu, 2012: inanc əsrinin başlanğıcı
  2. Quran möcüzələri
  3. Kainatın yaradılışı
  4. Darvinizmin molekulyar səviyyədə süqutu
  5. İslam sülh dinidir

Konfranslara giriş pulsuzdur.

 

2013-11-27 22:19:21

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top