Saxta tüklü dinozavr Concavenator Corcovatus (Konkvenator korkovatus) və darvinistlərin bitib-tükənməyən cəfəng fərziyyələri...

Darvinist təxəyyülün məhsulu olan tüklü dinozavrlar, yarı meymun, yarı insan canlılar, sudan quruya  keçən varlıqlar, illərlə  tapılmayan “itmiş” halqalar, həqiqətən də, güclü təbliğ olunan təkamül saxtakarlıqlarıdır. Hər dəfə cəfəng nəzəriyyələri təsir gücünü itirdikdə və ya əsassızlığı ifşa edildikdə darvinistlər yeni saxtakarlıqlara əl atır, xəyali ara keçid formaları “kəşf edirlər”. Məsələn, təkamülçülər öz təxəyyüllərinə əsaslanaraq hər hansı fosil üzərindəki 1,5 mm-lik çıxıntını insanlara təkamül keçirən üzgəc, yeni formalaşan tük və ya funksiyalarını itirmiş barmaq kimi təqdim edə bilərlər. Lakin indiyə qədər heç bir təkamül fərziyyəsi elmlə sübuta yetirilməmişdir. Bu gün dünyada darvinizm nəzəriyyəsinin söykəndiyi tək dayaq yalnız və yalnız demaqogiya və uydurduqları saxtakarlıqların güclü təbliğidir. Təbliğatlarını isə bəzi KİV-lərin köməyi ilə həyata keçirirlər.
 

Saxta tüklü dinozavr Concavenator Corcovatus (Konkvenator korkovatus) və darvinistlərin bitib-tükənməyən cəfəng fərziyyələri...

 
Qısa müddətdə darvinistlər Concavenator corcovatus (Konkvenator korkovatus) adlandırdıqları saxta tüklü dinozavr şəkli çəkdilər. Şəkildə canlının ön ayaqları tüklü təsvir edildi.  Fosil qeydlərində izi-tozu da olmayan bu tüklər insanları aldatmaq üçün sonradan əlavə edilmişdi.
 
Artıq təkamülçülər özləri də təbliğatlarının heç bir nəticə vermədiyini anlayırlar. Darvinistlər cəfəng nəzəriyyələrinin elmlə çürüdüləcəyini, bütün dünyada rəzil olacaqlarını, saxtakarlıqlarının ifşa ediləcəyini nəzərə almamışdılar.
 
Bütün bunlara baxmayaraq, “tüklü dinozavr tapdıq” deyə yenidən ortaya çıxmaları, həqiqətən də, nə qədər çarəsiz olduqlarını göstərir. Aydındır ki, darvinizm nəzəriyyəsi tamamilə demaqogiyaya əsaslanır. Bütün yalan və saxtakarlıqları ifşa edildiyi halda hələ də klassik təbliğ metodlarında təkid etmələri bu çarəsizliyin nə qədər böyük olduğunu göstərir.
 

Concavenator corcovatus təkamül nağılına necə dəlil göstərildi?

 
130 milyon illik dinozavr fosili çarəsiz təkamülçülərin bihudə cəhdlərinə qurban seçildi. İnsanları təngə gətirən “tüklü dinozavr nağılı” bu fosillə yenidən dilə gətirildi. Utanmaq hissindən məhrum olan bu insanlar rəzil olacaqlarını bilə-bilə yeni saxtakarlıqlarını darvinist mətbuat vasitəsilə dünyaya çatdırdılar.
 
Təkamülçülər bu fosilin tüklü bir dinozavra aid olduğunu iddia etdilər. Fosilin qabaq qollarındakı kiçik çıxıntıları isə iddialarına dəlil kimi təqdim etməyə çalışdılar. Yeni bir darvinist nağıl uyduruldu və bu çıxıntıların “tüklərlə əlaqəli olduğu” irəli sürüldü. Ən maraqlısı isə, ortada nə tük, nə tükə bənzər bir quruluş, nə də tük qalığı vardı. Miniatür quruluşa malik olan bu çıxıntıların “tüklərin gövdəsi” kimi şərh edilməsi yalnız təkamülçü demaqogiyanın məhsulu idi. Onu da qeyd etmək lazımdır ki, fosil üzərində bu çıxıntılar çox diqqət cəlb etməsə də, şəkil və rekonstruksiyalarda çox qabarıq şəkildə təsvir edilmişdi. 
 
Təbii ki, bu saxtakarlıqlar təkamül nəzəriyyəsinin acınacaqlı vəziyyətindən xəbər verir. Darvinistlər fosillərdəki hər hansı çıxıntını istədikləri kimi, qol, tük, qanad adlandırmaqda mahirdirlər. Fosillərdə nəzəriyyələrinə uyğun hesab etdikləri detalları seçib üzərində fərziyyələr yürüdür, ssenarilər yazırlar. Belə məşhur ssenarilərdən biri də elmi dəlillərlə ən qədim uçan quş olduğu təsdiqlənmiş protoavis üzərində qurulmuşdur. Darvinistlər protoavis fosilindəki çıxıntıların adi tük olduğunu qəbul etməkdə xeyli çətinlik çəkdilər. Lakin 130 milyon illik dinozavr fosilindəki kiçik miniatür çıxıntıları özlərinə sərf etdiyi üçün cəfəng nəzəriyyələrinə dəlil kimi dəyərləndirdilər. Burada darvinistlərin heç cür qəbul edə bilmədiyi, nəzəriyyələrini yerlə bir edən çox əhəmiyyətli dəlili yenidən xatırlatmaq yerində olardı: Concavenator corcovatus fosilindən 20 milyon il əvvəl mükəmməl tüklərə sahib uçan quş arxeopteriks yaşamışdır. 150 milyon il yaşı olan arxeopteriks fosili darvinistlərin bütün iddialarını çürüdür. Lakin bildiyimiz kimi, darvinizmin nəfəsi demaqogiyadır. Buna görə də utanmadan saxtakarlıqlarını təbliğ etməyə davam edirlər.
 
Yürüdülən fərziyyələr faydasızdır, darvinizm elmi dəlillərlə məğlub edilmişdir.
 
Darvinistlər saxtakarlıqlarını bəzi təkamülçü KİV-lərin köməyi ilə dünyaya böyük “kəşf” kimi təqdim edirlər. Lakin artıq bütün dünyada təkamül iddialarının elmlə çürüdüldüyün məlumdur və hər yeni saxtakarlıq yalnız gülüş obyektinə çevrilir. Darvinizmin əsri artıq bitib, özləri də bunu bilirlər. Heç bir elmi dəlili olmayan bu nəzəriyyəni xilas etmək mümkün deyil. XXI əsr, Allah`ın izni ilə, bütün batil dinlərin, etiqadların, fikir və ideologiyaların məhv ediləcəyi müqəddəs bir əsrdir.
2013-12-01 21:57:13

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top