Bir ayə bir açıqlama: "Həcc surəsi", 78

" ...O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı..."  (Həcc surəsi, 78)

Allah bir ayəsində, seçdiyi və qəlblərinə iman verdiyi qullarına heç bir çətinlik yükləmədiyini və İslamın, hz. İbrahim (ə.s)-ın dini kimi asan olduğunu bildirir.

Allah Hadidir, yəni hidayət verəndir. Rəbbimiz dilədiyi qulunu seçər və onu doğruya yönəldər.

Allahın insanlar üçün, yaradılışlarına ən uyğun olaraq seçdiyi din İslam dinidir və Quranda təsvir edilən əxlaq da insan fitrətinə ən uyğun həyat şəklidir. Allah qullarının nəfsini, ruhunu, yaşadıqlarının nə qədərinə güclərinin çatdığını ən yaxşı biləndir və insanlar üçün ən asan olanı endirmişdir.

Din əxlaqı, insanların üzərindəki bütün sıxıntını, məhdudlaşdırıcı, insanlara çətinlik gətirən ağırlıqları qaldırar. İnsanın yalnız sonsuz mərhəmətli, şəfqətli, bağışlayıcı, saleh qulları üçün hər şeyi xeyirlə yaradan, bütün gücün sahibi olan Allahın özü üçün təyin etdiyi qədərə təslim olmasını, hər şeydə yalnız Onun razılığını axtararaq Ona yönəlməsini bildirir.

Kainatdakı hər varlığın və reallaşan hər hadisənin sahibi olan Allaha güvənib təvəkkül etmək və Onu dost etmək, bir insanın həyatındakı bütün qorxuların, narahatlıqların, çətinliklərin də sonu deməkdir. Quran əxlaqını yaşayan bir insan üçün dinin gətirdiyi ən əhəmiyyətli asanlıq və gözəlliklərdən biri budur. Bunun xaricində Allah, bütün əmr və hökmlərini insanların fitrətlərinə ən uyğun şəkildə bildirmişdir və heç birində bir çətinlik yoxdur.

Din asandır, çünki dinin özü gözəl əxlaqlı olmaqdır. İnsan ruhu gözəl əxlaqdan zövq alar. Bütün insanlar dürüstlükdən, səmimiyyətdən, şəfqətdən, mərhəmətdən, gözəl sözdən və təvazökarlıqdan xoşlanar.

Din əxlaqından uzaq bir həyat, insanları böyük çətinlik və məhdudiyyətlərlə qarşı-qarşıya gətirər. Quran əxlaqının insanlara təqdim etdiyi həyat isə rahat, dinc və güvən doludur. Quran, cəmiyyətin və insanların bir nəfər üzərində qurduğu ağır təzyiqləri, qatı qaydaları və mənasız prinsipləri ortadan qaldırar və insanların dinclik içində yaşamalarını təmin edər.

Uca Allah, iman edən qullarının işlərini asanlaşdıracağını, "Biz sənə ən asan olan üçün müvəffəqiyyətli qılacağıq." (Əla surəsi, 8) ayəsi ilə xəbər verir.

 

2014-02-19 16:13:33

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net