Bir ayə bir açıqlama: "Zəriyət surəsi", 58

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zəriyət surəsi, 58)

Ayədə Allahın Rəzzaq, Mətin və Kavi adları xəbər verilir. Allah Rəzzaq olandır; yəni bütün qullarına saysız-hesabsız ruzi verəndir. Mülkün sahibi olan Allah Rəzzaq sifətiylə bütün canlılara ruzi verir, onlara nemətlər bağışlayır. İnsan, həyatda yaşaya bilməsini təmin edəcək saysız nemətlə birlikdə qüsursuz bir şəkildə yaradılmışdır. İnsanı və onun əhatə edən bütün gözəllikləri, fərqində olduğu və ya olmadığı bütün nemətləri, bu nemətlərin ən kiçiyini və ən böyüyünü davamlı olaraq yaradan və bunların hər birində heyranlıq oyandıran təfərrüatları var edən Uca Allahdır.

Qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah insanları içində sayıla bilməyəcək qədər çox nemətlə dolu olan torpaqlarda yaşadar. Belə ki, bəzən insan torpağı əkib-biçməklə belə torpaq yamyaşıl məhsullar və sünbüllər verər. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvələr və tərəvəzlər çıxar. Gömgöy dənizlərin içi isə yenə minlərlə növdə və ləzzətli balıqlarla doludur. Bütün bunlarla yanaşı Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşun ətini yedirər, heyvanların içindən tərtəmiz süd çıxarar və arılara bal hazırladar.

Ayədə də bildirildiyi kimi bütün bunları insanlara Mətin və Kavi olan, yəni çox möhkəm, qüvvət və güc sahibi olan Allah bağışlayır. Allah diləsə torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraq olar. Lakin Allah Rəhman və Rəhmlidir, Rəbbimizin insanlara Qatından bağışladığı ruziləri saymaqla bitirmək mümkün deyil. Cənnətdə isə möminlər üçün çox daha gözəli vardır. Quranda, "Artıq heç kəs etdiklərinə qarşılıq olmaq üzrə özləri üçün gözlər işıqlığı olaraq nələrin (saysız nemətlərin) saxlandığını bilməz" (Səcdə surəsi, 17) şəklində buyrularaq, cənnətdəki nemətlərin üstünlüyü xəbər verilmişdir.

2014-02-19 16:30:17

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top