Çarlz Darvinin təkamül nəzəriyyəsi nə üçün dinlə ziddiyyət təşkil edir?

İndiki vaxtda bəzi çevrələr Çarlz Darvinin təkamül nəzəriyyəsinin dinlə ziddiyət təşkil etmədiyini, təkamül nəzəriyyəsinə qarşı çıxmağın isə gərəksiz olduğu fikrinə sahibdirlər. Bu, bir çox baxımdan yanlışlıqlarla dolu bir düşüncədir və darvinizmin əsl iddiasını və ortaya qoyduğu son dərəcə təhlükəli dünya görüşünü hiss edə bilməməkdən qaynaqlanır. Bu səbəblə, Allahın varlığına və bütün canlıların yaradıcısı olduğuna iman edən, ancaq "Allah canlıları təkamül yolu ilə yaratmışdır" iddiasını müdafiə edənlərin əvvəlcə bu nəzəriyyənin təməl iddialarını nəzərdən keçirmələrində fayda vardır. Bu yazıda bu yanlışlığı müdafiə edən inanc sahiblərini xəbərdar etmək məqsədiylə, təkamül nəzəriyyəsinin İslamla və İslamın bizlərə öyrətdiyi Yaradılış həqiqəti ilə niyə uyğunlaşa bilməyəcəyinin elmi izahlarına yer veriləcək. Darvinizmin təməl iddiası həyatın təsadüflər nəticəsində öz-özünə meydana gəldiyidir. Bu fikir Yaradılış inancı ilə tamamilə ziddir.

Təkamül nəzəriyyəsinin Yaradılış ilə ziddiyyət təşkil etmədiyini irəli sürənlərin ən əhəmiyyətli yanlışığı təkamül nəzəriyyəsinin təməl iddiasının “canlıların bir-birlərindən inkişaf edərək ortaya çıxdığı mövzusu olduğunu sanmalarıdır. Bu yanılma içində də, "Allah canlıları bir-birlərindən təkamülləşdirərək yaratmış ola bilər, bunda qarşı çıxacaq nə var?" deyə düşünürlər. Halbuki, gözardı etdikləri əhəmiyyətli bir həqiqət vardır: Təkamülü müdafiə edənlər ilə yaradılışı müdafiə edənlər arasında əsas fərqlilik, "canlılar ayrı-ayrımı ortaya çıxdılar, yoxsa bir-birlərindən inkişaf edərəkmi ortaya çıxdılar" sualı deyil. Əsl mövzu, "canlılar təsadüflərlə və təbiət hadisələriylə, yoxsa şüurlu bir şəkildə yarandılar?" sualıdır. Bilindiyi kimi təkamül nəzəriyyəsi, cansız maddələrin təsadüflər nəticəsində bir yerə gələrək, yenə təsadüfən inkişaf edən təbiət hadisələri nəticəsində canlılığın quruluşlarını və nəhayət canlılığı meydana gətirdiyini iddia edirlər. Nəticədə, bu iddianın təməlində zaman, cansız maddələr və təsadüflər yaradıcı güclər olaraq qəbul edilir. Təkamül nəzəriyyəsini bir az oxuyan biri belə təkamülçülərin iddialarının təməlini bu görüşün meydana gətirdiyini bilir. Belə ki, təkamülçü bir elm adamı olmasına baxmayaraq, təkamül nəzəriyyəsinin məntiq olmayacağını etiraf etməkdən çəkinməyən Pierre Paul Grassé, təsadüf anlayışının təkamül baxımından nə məna ifadə etdiyini bu sözləriylə vurğulayır:

"Təsadüf, ateizm görünüşü altında özünə gizlicə sitayiş olunan bir növ ilah halına gəlmişdir" (Pierre Paul Grassé, Evolution of Living Organisms, New York, Academic Press, 1977, səh.107)

Canlıların zaman+maddə+təsadüf birləşməsinin məhsulu olduğu iddiası isə, Allahın varlığına və bütün canlıların tək Yaradıcısı olduğuna inanan insanların qətiliklə qəbul edə bilməyəcəkləri cəfəngiyyatdan başqa bir şey deyil.

"Nəzəriyyəni (təkamülü) sübut etməyə çalışarkən qarşıda duran ən böyük maneə həmişə fosillər olmuşdur ... Bu qeydlər heç bir zaman Darvinin fərz etdiyi ara formaların izlərini ortaya qoymamışdır. Növlər bir anda meydana gələr və yenə bir anda məhv olarlar və bu gözlənilməz vəziyyət növlərin Allah tərəfindən yaradıldığını müdafiə edən yaradılışçı düşüncəni dəstəkləyir." (Mark Czarnecki, "The Revival of the Creationist Crusade", MacLean səh. 19 yanvar 1981, səh. 56)

 

Nəticə 

Allaha iman edən insanların Allaha və dinə qarşı mübarizə aparan fikir sistemlərinə qarşı ayıq və diqqətli olmaları son dərəcə əhəmiyyətlidir. Darvinizm 150 ildir faşizm, kommunizm və imperializm kimi din əleyhdarı və insanlığa böyük bəlalar gətirən bütün ideologiyalara saxta elmi bir dəstək vermiş və bu fəlsəfələri mənimsəyənlər mərhəmətsiz tətbiqlərinə qanunilik qazandırmışdır. Belə bir nəzəriyyənin iç üzünü, əsl mahiyyətini görməməzlikdən gəlmək doğru bir davranış olmaz. Vicdan sahibi hər müsəlman üçün dinə qarşı gələn, Allahın varlığını inkar edən hər fikri, fikri mübarizə ilə təkzib edib, haqdan istifadə edərək batili yox etmək və insanları xəbərdar etmək əhəmiyyətli bir məsuliyyətdir. 

 

Elm təkamül nəzəriyyəsinin təsadüf iddiasını rədd edir

Bu mövzuda nəzərə alınmalı olan çox əhəmiyyətli bir həqiqət var: Elmi tapıntılar da təkamülçülərin "canlılar təsadüflərlə və təbii faktorlarla meydana gəldi" ididialarını qəti olaraq rədd edir. Çünki tək bir canlı hüceyrəsi belə, "təsadüf" anlayışını tamamilə etibarsız edən böyük bir dizayn möcüzəsidir. Canlılardakı sözü gedən üstün dizayn və plan, əlbəttə ki, bütün canlıları yaradan üstün ağıl və məlumat sahibi Allahın varlığının dəlillərindəndir. Təkamülçülərin həyatın və canlı sistemlərin mənşəyini təsadüflərlə izah etmə səyi XX əsr elmi ilə rədd edilmiş, bu gün XXI əsrdə çatdığımız nöqtədə isə qəti olaraq məğlubiyyətlə nəticələnmişdir. Necə ki, təkamülçülər şəxsən özləri də bu həqiqəti tez-tez etiraf edirlər. (Bax. Harun Yahya, Təkamülçülərin etirafları, Vural nəşriyyat) Ancaq bu həqiqəti görmələrinə baxmayaraq, Yaradılışı inkar etmələrinin səbəbi, dinsizliyi kor-koranə mənimsəmiş olmalarıdır.

 

Allah canlıları təkamül prosesi ilə yaratmayıb

Yaradılışın, yəni şüurlu bir dizaynın varlığı açıq-aşkar olduğuna görə geriyə canlıların hansı vaxt ərzində yaradıldıqları sualı qalır. Məhz bəzi inanclı insanların yanlışlığı bu nöqtədə başlayır. "Canlılar bir-birlərindən təkamül keçirərək yaradılmış ola bilərlər" şəklindəki səhv məntiq də yaradılışın reallaşdığı prosesin necə olduğu mövzusuyla bağlıdır. Söz gedən çevrələrin ifadə etdiyi kimi, əgər Allah istəsəydi canlıları təkamül prosesi ilə də yoxdan var edə bilərdi və əgər elm canlıların təkamül keçirərək bir-birlərindən törədiklərini isbat etmiş olsaydı, biz də "Allah həyatı təkamül prosesindən istifadə edərək yaratmışdır" deyə bilərdik.

Məsələn, quşların sürünənlərdən təkamül keçirərək meydana gəldiyinə dair bir dəlil olsaydı, "Allah, 'Ol' əmri ilə, sürünənləri bir quşa çevirmişdir" deyərdik. Çünki nəticədə hər iki canlı da təsadüflərlə açıqlanmayacaq qədər qüsursuz dizaynlarla dolu bədənlərə malikdir. Bu dizaynların bir-birinə çevrilməsi də-əgər belə bir şey olsaydı-ancaq bir başqa yaradılış dəlili olardı. Ancaq vəziyyət belə deyil. Yəni elmi məlumatlar (xüsusilə fosillər və müqayisəli anatomiya) bunun əksini göstərir; dünya üzərində təkamül prosesinin yaşandığına dair heç bir dəlil yoxdur. Fosillər müxtəlif canlı siniflərinin kiçik addımlarla bir-birlərindən təkamül keçirərək ortaya çıxdıqlarını deyil, əksinə çox fərqli canlı siniflərinin özlərinə bənzər heç bir əcdadları olmadan bir anda və özünəməxsus quruluşları ilə ortaya çıxdıqlarını göstərir. Nə sürünənlər quşlara çevrilmiş, nə də balıqlar quruda yaşayan canlı halına gəlmişdir. Hər canlı sinfi öz xüsusiyyətləriylə ayrı-ayrı yaradılmışdır. Ən məşhur təkamülçülər belə bu elmi həqiqəti qəbul etmək və bunun Yaradılışın bir dəlili olduğunu etiraf etmək məcburiyyətində qalmışlar. Məsələn, təkamülçü paleontoloq Mark Czarnecki belə bir etiraf edir: Xüsusilə son 50 ildir paleontologiya, mikrobiologiya, genetika, müqayisəli anatomiya kimi elm sahələrində meydana gələn inkişaf və yeni kəşflər, təkamül nəzəriyyəsinin doğru olmadığını, canlıların bu günki fərqli və mükəmməl formalarıyla birdən ortaya çıxdıqlarını açıqlamışdır. Bu səbəbdən, Allahın yaradılışda təkamül prosesindən istifadə etdiyini iddia etmək üçün ortada heç bir səbəb də yoxdur. Allah hər canlını ayrı-ayrı və bir anda, "Ol" əmri ilə yaratmışdır. Bu qəti və açıq bir həqiqətdir.

2014-02-20 20:05:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top