Estetika və zəriflik müsəlmanın həyatında çox önəmlidir

İnsanlarla gün ərzində qurduğumuz münasibətlərdə narahatlıq verən bir çox hadisə ilə qarşılaşa bilərik. Bəzi insanların eqoizmindən, bəzilərinin anlayışsızlığından, israrçılığından, dinləməyi bilməməsindən narahat oluruq. Bir çoxumuzun bu ortaq narahatlığının təməlində, əslində bəlkə də bir çox insanın üzərində düşünmədiyi bir mövzu yatır: keyfiyyətsizlik...

İslamda keyfiyyət çox həyati mövzudur. Hazırda bir çox İslam ölkəsində sevgidən, anlayışdan, xoşgörüşdən, sənətdən, gözəllikdən və estetikadan uzaq həyat tərzi hakimdir. Bu vəziyyət Allah’ın Quranda bizə təsvir etdiyi gözəl və təmiz həyat tərzi ilə tamamilə ziddiyyət təşkil etməsinə baxmayaraq, yenə də bu cəmiyyətlər tərəfindən olduqca normal qarşılanır. Halbuki, keyfiyyətsiz həyat tərzi və estetikadan uzaq bir anlayış müsəlmana əsla yaraşmaz.

Keyfiyyətdən uzaq bu həyat tərzi insanın düşüncə tərzindən aldığı zövqlərə, hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, oturub qalxmasından danışığına, yemə-içməsinə qədər bütün həyatını əhatə edən çox geniş bir sahəyə yayılıb. Keyfiyyətə əhəmiyyət verilmədiyi, insanların həyatında estetik, gözəllik kimi anlayışlar olmadıqda isə dünya sanki cəhənnəm görünüşünə bürünür.

Bu kobud həyat tərzinin tam əksinə, keyfiyyət, təmizliyin əhəmiyyəti Quranda xüsusi olaraq  bildirilmişdir. Uca Allah bir ayəsində, "Geyimini təmizlə. Pislikdən çəkinib-uzaqlaş." (Muddəssir surəsi, 4-5) şəklində buyuraraq müsəlmanların bütün imkanlarından istifadə edərək tər-təmiz yaşamalarını bildirmişdir. Bu səbəbdən keyfiyyət, müsəlman cəmiyyətlərin ən əhəmiyyətli xüsusiyyətlərindəndir.

İslam aləmindəki ən böyük nöqsan keyfiyyət anlayışının olmamasıdır

Hazırda İslam aləminin ən böyük problemlərindən biri keyfiyyət çatışmazlığıdır. Əlbəttə ki, İslam əxlaqını ən doğru şəkildə qəbul edib yaşayan, keyfiyyətə, sənətə, gözəlliyə lazım olan əhəmiyyəti verən çox səmimi müsəlmanlar da var. Ancaq bəzən bilgisizlikdən, bəzən də islamı ənənələrdən öyrəndiklərinə görə, dünyanın bir çox yerində bu istiqamətdə geridə qalmış müsəlman cəmiyyətləri də var. Xüsusilə də müsəlmanlar əleyhinə təbliğat aparmaq istəyən mərkəzlər, ümumiyyətlə bu keyfiyyət əskikliyinin olduğu cəmiyyətləri, dünyaya “əsl müsəlman modeli” olaraq tanıtmağa çalışırlar. Bu səbəbdən televiziyalarda, qəzetlərdə, internetə yüklənən şəkil və videolarda müsəlmanlardakı keyfiyyət əskikliyini ortaya qoyan mənzərələrlə tez-tez qarşılaşırıq. İslamı yanlış şəkildə yaşayan müsəlmanlar bütün dünyanın İslamı səhv tanımasına səbəb olurlar.

İnsanların çoxu müsəlmanları qatı, sevgisiz, qəmgin, sənətdən anlamayan, zarafat anlayışı olmayan, gözəl və zövqlü geyinməyi bilməyən, müasirlikdən uzaq insanlar kimi təsvir edirlər. Musiqidən zövq almayan, şən insanlara müdaxilə edən, təmizliyə diqqət etməyən, nəzakətsiz, şəfqətsiz, qadınlara dəyər verməyən bir anlayış dünyanın bir çox yerində müsəlmanların əsas xüsusiyyəti kimi qəbul edilir. Bu da əlbəttə ki, dünyada böyük narahatlıq və reaksiyaya səbəb olur və insanları İslama qarşı olmağa yönəldir.

Bəzi müsəlman qardaşlarımız isə bu vəziyyətin əsl səbəbinin İslamı yanlış yaşayıb, dünyaya da səhv tanıdan müsəlmanlar olduğunun fərqinə varmayıb insanları "İslama qarşı olmaq və müsəlmanlara düşmən olmaqla" günahlandırırlar. Halbuki, insanlar əsl İslama deyil, gördükləri səhv modellər səbəbindən zehinlərində canlanan keyfiyyətsizliyə qarşıdırlar. Mənfi reaksiyanın ikinci bir səbəbi də gerçək İslamla əlaqəsi olmayan keyfiyyətsiz, çirkin, baxımsız quruluşu bəzi bilgisiz müsəlmanların müdafiə etmədəki qətiyyətidir.

Keyfiyyətsiz insanların diqqətə çarpan xüsusiyyətlərindən biri, təzyiq və zorakılıqla öz həyat və inanclarını başqa insanların qəbul etmələrini istəmələridir. Halbuki, Allah Quranda təzyiqi haram etmişdir. Qurana görə müsəlman anlayışlı, mehriban olmalı, qarşısındakına doğrunu gözəl sözlə izah etməli, ancaq onun fikrinə və dəyərlərinə hörmət etməli, yalnız özü üçün deyil, bütün insanlar üçün ən gözəl mühiti təmin etməlidir.

Müsəlmanlar dünyanın ən keyfiyyətli, ən əsilzadə insanlarıdır

Din, sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, dinclik, mehribanlıq, kasıbları, yetimləri, möhtacları, yaşlıları, Allah'ın yaratdığı hər şeyi- insanları, bitkiləri, heyvanları, qısası, bütün varlıqları sevmək deməkdir. Belə üstün əxlaq anlayışı isə əlbəttə ki, həyatın hər sahəsinə, insanların bütün düşüncə və rəftarlarına keyfiyyət qazandırır. Bu səbəbdən Qurandakı bu əxlaqı yaşayan müsəlmanlar, dünyanın ən keyfiyyətli və əsilzadə insanlarıdırlar.

Bəzi müsəlman cəmiyyətlərin yaşadıqları keyfiyyətsiz həyat tərzindən xilas olmaları üçün isə əvvəlcə keyfiyyətin müsəlmanlığın önəmli bir xüsusiyyəti və Quran əxlaqının tələbi olduğunu çox yaxşı anlamaları və qəbul etmələri lazımdır.

Sənətdə, elmdə, estetikada, siyasətdə, qısası, hər sahədə və hər yerdə keyfiyyət olduqda, İslama qarşı olan insanlarda meydana gəlmiş mənfi dünyagörüşü də avtomatik olaraq ortadan qalxacaq. Qarşınızdakı adam dinsiz olsa belə, özünə "sevgi, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq, sosial ədalət, elmdə, sənətdə, estetikada inkişafı ehtiva edən xoş söhbət bir mühit" qarşısında nə düşünəcəyi soruşulsa, cavabı "tam razıyam" olacaq. Əsl İslam da belədir. Bütün bu xüsusiyyətlərin ən mükəmməl anlayışı İslam əxlaqında var.

Bəzi insanların keyfiyyət anlayışı Allah'ın Quranda diqqət çəkdiyi keyfiyyət anlayışından çox fərqlidir. Bu insanların keyfiyyət anlayışı bahalı avtomobil, markalı geyimlər, çox gözəl bir ev və yaxşı təhsillə məhdudlaşır. Əlbəttə ki, Allah'ın nemət olaraq verdiyi bu sayılanlar gözəl və estetik görünməyi təmin edə bilər. Lakin keyfiyyət əsas olaraq ruhda yaşanır.

Keyfiyyət həyatın ən vacib bəzəyidir. Keyfiyyət olmasa insanlar içinə qapanar, eqoistləşər, laqeydləşər, hətta dindən uzaqlaşarlar. Çoxu bəlkə ibadətlərini yerinə yetirir, amma keyfiyyətsizlik səbəbindən bədbəxt olurlar. Qaranlıq, soyuq evlər, estetikadan uzaq məkanlar, baxımsız yerlər insanlara xoşbəxtlik gətirmir. Baxımsız, üzündə sevgi ifadəsi olmayan, bezgin, əsəbi, mənfi danışan, gözəlliklərdən zövq almayan hətta bunları yox etməyə çalışan, qısası mənfiliklərini ətraflarına yayan insanlar cəmiyyətdə yayılır. Belə bir cəmiyyətdə isə qardaşlıq, gözəllik, sevgi, dinclik və rahatlıq yox olar. Hər kəs bir-birindən uzaqlaşar və hətta bir-birindən çəkinər, qorxar. Bu isə əlbəttə ki, heç kimin istəməyəcəyi bir vəziyyətdir.

Peyğəmbərimiz (səv) yaşadığı dövrün ən keyfiyyətli həyatını yaşamışdır

Peyğəmbərimiz (səv) yaşadığı dövrün imkanları çox məhdud olmasına baxmayaraq, keyfiyyətə, gözəlliyə çox əhəmiyyət vermişdir. Yaşadığı dövrün o çətin şəraitində, çöl mühitindəki evinin ətrafında gül yetişdirmişdir. Ən çətin şəraitdə belə ən gözəl, ən estetik, ən keyfiyyətli mühitləri meydana gətirməyə çalışmışdır. Peyğəmbərimizin (səv)  özü, paltarları, evi hər zaman tər-təmiz olmuşdur. O dövrün imkanları içində ən keyfiyyətli, ən gözəl qoxulu ətiri istifadə etmiş, ən keyfiyyətli, ən dəbdəbəli, ən yaraşan paltarları geymişdir. Xitabı, üslubu, seçdiyi cümlələr, danışıq üslubu çox keyfiyyətli və çox gözəldir. Yerişi, oturuşu, duruşu, yemək yeməsi çox nəzakətlidir. Hər halında və hər anında keyfiyyət hakimdir.

Bu səbəbdən müsəlmanlar da həyat tərzlərini və əxlaq anlayışlarını müəyyən edərkən Quran ayələrini və özündə müsəlmanlar üçün gözəl nümunələr olan Peyğəmbərimizin (səv) bu gözəl əxlaqını nümunə götürməlidirlər.

Adnan Oktarın Arab News-də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/news/589336

2014-06-27 00:48:07

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.