Peyğəmbərimizin (səv) axırzaman müjdələrinə qarşı ülfətin yaranmaması niyə vacibdir?

  • Ülfətin insana zərəri nədir?
  • Ülfətdən necə yaxa qurtarmaq olar?

Peyğəmbərimizin (səv) müjdələdiyi axırzaman hadisələrinə ülfətlə baxmaqla İslam aləmi nə itirir?

Ülfət bir çox insanın fərqində olmadığı və həyatlarına mənfi təsir göstərən haldır. Çox vaxt insanı gözəlliklərdən məhrum edir. Məsələn, Peyğəmbərimizin (səv) axırzamanla bağlı söylədiyi hədislərin bir-birinin ardınca reallaşması heyrət doğuran möcüzələrdir. Çünki dünyanın sonunun yaxınlaşdığını, hz. Mehdi (əs) və hz. İsa (əs) vasitəsilə İslam əxlaqının  hakim olacağı müqəddəs dövrü bizə müjdələyir. Ancaq bu möcüzələrə bəzi insanlar laqeyd yanaşırlar.

Ülfət sözünün vərdiş, yaxınlıq, dostluq, məhəbbət və s. kimi mənaları var. İnsanın əşya və hadisələrlə əlaqəsi və nəticədə bunlara qarşı münasibəti vaxt keçdikcə vərdişə çevrilir.

Ülfətin yol açdığı təsirlərdən ən böyüyü hal-hazırki dövrdə-yaşadığımız axırzamanda görünür. Peyğəmbərimiz hz. Məhəmmədin (səv) təxminən 1400 il əvvəl xəbər verdiyi axırzaman əlamətləri bir-birinin ardınca reallaşarkən bu möcüzəvi hadisələrə qarşı laqeyd yanaşılır.

Allah’ın yaratdığı nemətlərə qarşı qəlblərində ülfət yaradanlar axırzaman möcüzələrinə də laqeyd yanaşırlar

İnsan vicdanından istifadə etmədikdə gördüyü hər şeyə tez öyrəşən varlıqdır. Allah imtahana uyğun olaraq insan ruhunu təlqindən təsirlənəcək halda yaratmışdır. Buna görə də bəzi insanlar çox tez şeytanın təsirinə girir və ətrafındakı möcüzələrə qarşı laqeydlik göstərirlər. Belə ki, Peyğəmbərimizin (səv) mehdiyyətlə bağlı xəbər verdiyi bütün hadisələr son 30 il ərzində bir-birinin ardınca reallaşmasına baxmayaraq, bu möcüzələri görmək istəməyənlər ülfətlə özlərini görməməzliyə vururlar. Bu insanlar qəlblərini bürümüş ülfət ucbatından mehdiyyət dövründə olduğumuza dair şübhə doğurmayan yüzlərlə açıq-aydın dəlilə göz yumurlar. Bəziləri hədislərdə və İslam alimlərinin sözlərində heç bir dəlil olmadığı halda hz. Mehdinin (əs) 100 il, 500 il, hətta bəziləri minlərlə il sonra gələcəyini söyləyirlər. Bədiüzzaman Səid Nursi hz. Mehdinin (əs) insan cildində gələcəyini Risaleyi nurda ətraflı izah etməyinə baxmayaraq, bəziləri hz. Mehdinin (əs) mənəvi şəxs olacağını iddia edirlər. Bəziləri də görünməz Mehdi olacağını söyləyərək, Peyğəmbərimizin (səv) xəbər verdiyindən fərqli və batil inanc irəli sürərək mehdiyyəti ört-basdır etməyə çalışırlar.

Halbuki, insanların qarşılaşdıqları təbiət hadisələri və siyasi proseslərin hər birinin əhəmiyyətli  bir səbəbi vardır. Bunlar  mehdiyyətin xəbərçisidir. Vicdanla diqqət yetirdikdə bu məsələlərə vərdişlə yanaşmaq qeyri-mümkündür.

Məsələn, göydən daş yağması, zəlzələlərin çoxalması, böyük sellərin, ildırımların artması,  quyruqlu ulduzun (Lulin kometası) görünməsi, kosmosda insan əli formasında görüntü, ay və günəş tutulmaları və s. kimi Peyğəmbərimizn (səv) hədislərində bildirdiyi hadisələr bir-birinin ardınca reallaşmışdır.

Yaşadığı hər anın və sahib olduğu hər şeyin Allah`ın lütfü olduğunu dərk edən müsəlman baş verən bu təbiət hadisələrinə ülfətsiz baxsa, Peyğəmbərimizin (səv) xəbər verdiyi hadisələrin yaşadığımız dövrdə reallaşdığını dərhal hiss edər. Baş verən bu yüzlərlə əlamətə baxmayaraq, "eyni əlamətlər bir dəfə də təkrarlansın" demək məntiqli deyil. Səmimi müsəlmana görə, Peyğəmbərimizin (səv) bildirdiyi bu əlamətlərin reallaşdığını bir dəfə görmək hz. Mehdinin (əs) zühuruna inanması üçün kifayətdir.

Digər tərəfdən, Suriyada yaşanan hadisələr, PKK-nın bayrağı və geyimlərinin hədisdəki kimi boz rəngdə olması, dünyanın hər yerini qarışıqlıqların bürüməsi, qadınlar və günahsız uşaqların qətl edilməsi, iqtisadi böhran, müsəlmanlara qarşı təzyiqin artması, məscidlərin dağıdılması, İran-İraq müharibəsi, Əfqanıstanın işğalı, Fərat çayının suyunun kəsilməsi kimi siyasi hadisələr də Peyğəmbərimizin (səv) xəbər verdiyi hz. Mehdinin (əs) çıxış əlamətlərindən bəziləridir. Müqəddəs kitablarda və Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin zühuru ilə bağlı siyasi hadisələr də sanki muncuq dənələrinin ard-arda düzülməsi kimi reallaşmışdır.

Bəziləri tərəfindən ört-basdır edilməsinə baxmayaraq, şübhəsiz ki, bu çox həyəcan və heyranlıq doğuran bir hadisədir. Peyğəmbərimizin (səv) möcüzələrinin reallaşdığını görmək, peyğəmbərlərin xəbər verdiyi hz. Mehdi (əs) dövründə yaşamaq, hz. İsanın (əs) zühuruna və İslam əxlaqının bütün dünyaya hakim olacağına şahid olmaq Allah`ın bu dövrün müsəlmanlarına və bütün insanlara lütf etdiyi böyük nemətdir. Hz. Mehdinin (əs) zühuru sevgi və sülh şəraitində rahat yaşamağımız, sevincli və xoşbəxt olmağımız və bunları bizə lütf edən Rəbbimizə yönəlib şükür etməyimiz üçün bir vəsilədir. Buna görə də bu böyük nemətə göz yummaq, Peyğəmbərimizin (səv) hədislərində ətraflı təsvir etdiyi hadisələrin gələcək zamanda təkrar zühur edəcəyini iddia etmək bu insanların vicdanlarını örtən ülfəti göstərir. Bu insanlar televizor, radio və qəzetlərdən dərhal fürsət düşən kimi öz məntiqləri ilə hz. Mehdinin (əs) gəlməyəcəyini sübut etməyə çalışırlar. Halbuki, bütün əlamətlər tək-tək zühur etdiyi və etməyə davam etdiyi halda bu əlamətlərə adi hadisə kimi baxmaq İslam aləminə çox böyük zərərlər verər. Çünki:

  • Hz. Mehdi (əs) fərqli inancdakı insanları sevgi və qardaşlıqla bir damla qan belə axıtmadan   İslam birliyi adı ilə  birləşdirəcək yeganə şəxsdir.
  • Hz. Mehdi (əs) Allah`ın diləməsilə Quran əxlaqını əsas götürərək hər düşüncədən, hər inancdan və hər millətdən olan insana qarşı şəfqətlə yaxınlaşan, hər kəsin haqqını qoruyan və insanları rahatlığa qovuşduran sülh birliyi yaradacaq.
  • Hz. Mehdi (əs) vəsiləsilə İslam birliyi adı altında bütün qarşıdurmalara, terror və anarxiyaya tamamilə son qoyulacaq və bu birliyin qurulması ilə bütün fitnələr başa çatacaqdır.
  • Bu gözəl birliyin təsis edilməsilə yəhudilər və xristianlar da təhlükəsiz şəraitdə ibadət edəcək, istədikləri şəkildə ticarətlə məşğul olacaq və  istədikləri yerdə tam rahatlıqla məskunlaşa biləcəklər.
  • Hz. Mehdi (əs) bu birliyin yaradılması ərzində bir damla qan tökməyəcək, müsəlmanları sevgi ilə bir yerə toplayacaq, gözəl sözlə, şəfqətlə, ağıllı və hikmətli danışıqlarla dostluq əlaqələrini möhkəmlədəcəkdir.
  • Onun dövründə bütün dünyanı bolluq, bərəkət və gözəllik bürüyəcək, aclıqdan ölən, soyuqdan donan bir tək  insan belə qalmayacaq.

Bütün dünyaya estetika və keyfiyyət hakim olacaq.

Axırzaman möcüzələrinə qarşı ülfətdən qurtulmağın yolu dərin düşünməkdir

Axırzaman möcüzələrinə qarşı ülfətdən xilas olmaq üçün insanlar vərdiş etdiyi düşüncə tərzini dəyişməli və bir-birinin ardınca reallaşan hadisələri diqqətlə dəyərləndirməlidirlər. İnsanlar ancaq bu yolla hadisələrin hikmətlərini qavraya bilərlər. Bu hadisələri təqdir edə bilmək isə ülfəti yox edəcək və insana həyatın gözəlliklərinə qarşı zövq və dərinlik qazandıracaq.

Dərin düşünən insan möcüzələri gizlədən və ya adi hadisələr kimi dəyərləndirənlərin düşüncələrini hiss edə bilir. Mənfi düşüncələrə qarşı dura bilir və müqəddəs bir dövrdə yaşadığının fərqindədir. Dərin imanla Qurana baxan insan Allah`ın hz. Mehdiyə (əs) işarə etdiyini dərhal anlayar. Fərasət və bəsirət sahibi olan hər kəs mehdiyyətin Quranın ümumi mövzusunu əhatə etdiyini görəcək. Allah Quranda İslam əxlaqının dünyaya hakim olacağını müjdələmişdir. İslam əxlaqının hz. Mehdi (əs) vəsiləsi ilə bütün dünyaya bu əsrdə hakim olacağı  hədislərdə açıqlanmışdır. Allah hz. İsanın (əs) yenidən dünyaya gələcəyini və bütün kitab əhlinin hz. İsa (əs) vəsiləsi ilə müsəlman olacağını Quranda bildirmişdir. Bütün dünyaya İslam əxlaqının hakim olduğu bu dövrdə hədislərdə xəbər verildiyi kimi, hz. İsa (əs) hz. Mehdinin (əs) vəziri olacaq. Buna görə də hz. İsanın (əs) gəlişini müjdələyən ayələr, eyni zamanda İslamın hakimiyyətini və mehdiyyəti də müjdələyir.

Axırzamanda dəccaliyət və mehdiyyət arasında böyük mübarizə gedəcək. Buna görə də bu mübarizəni izah edən hər ayədə də mehdiyyətdən işarələr vardır. Süleyman və Zülqərneyn qissəsində, Yusif və Kəhf surəsində dünya hakimiyyəti ilə bağlı ayələrdə və hürufu müqəddatda (surələrin əvvəlində kəsik-kəsik, iki-üçü birləşmiş və ya tək halda yazılmış hərflər. Bu hərflər oxunarkən də tək-tək oxunur, bir söz kimi oxunmur) mehdiyyətə işarə edilmişdir.

Allah`ın mehdiyyətin gizli saxlaması lədün elmlərindəndir. Lakin dərin imana sahib insanlar bu gizli elmləri qəlb gözü ilə aça bilər. Quranda oxuduqlarına və Peyğəmbərimizin (səv) hədislərinə qəlb gözü ilə baxan insan dünyada yaşanan hadisələri adi hadisələr kimi dəyərləndirməz. Hər birini Allah`ın yaratdığı xüsusi hadisələr kimi görər. Peyğəmbərimizin (səv) dövründə yaşayan səhabələrin həyəcanla gözlədikləri hz. Mehdinin (əs) yaşadığımız dövrdə zühur etməsinin Uca Rəbbimizin böyük neməti olduğunu Allah`ın izni ilə anlayar və ülfət xəstəliyinə tutulub nemətlərin fərqində olamayan vəziyyətə əsla düşməz.

2014-07-23 00:29:05

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
DAVAMIZ METAFİZİKTİR
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.