Flores adamı ilə bağlı son yeniliklər

Homo floresiensisin dövrümüzdə yaşayan insandan fərqli bir növ olduğu ilə bağlı təkamülçü iddia getdikcə yüksələn etirazlar qarşısında geriləməyə davam edir. İngiltərənin “The Times” və “The Sunday Times” qəzetlərinin internet nəşri olan “The Times Online” bu mövzudakı yenilikləri belə ifadə edirdi:

Son əsrin ən böyük antropoloji kəşfi kimi təqdim edilən tapıntı antropologiyanın ən böyük mübahisələrindən birinə çevrilmişdir. (1)

H. Floresiensisin Homo sapiensdən fərqli bir növ olaraq təqdim olunmasına  etiraz edən indoneziyalı alimlərin fikirlərini başqa  mütəxəssislərin dəstəkləməsi mübahisəni qızışdırdı. Bu siyahının başında avstraliyalı alim Maçiyej Heniberq (Maciej Henneberg), Alan Torne  (Alan Thorne) və Amerikadakı “Chicago Field Museum”dan olan tədqiqatçılar gəlir.

İndoneziyalı alimlərdə olduğu kimi, yeni etirazlar Flores adamının mikrosefaliya adlı nevroloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayır. Bu fikrə əsas dəstək 32 illik anatom və paleopatoloq Maçiyej Heniberqdən (Maciej Henneberg) gəldi. Avstraliyadakı Adelaide universitetinin Anatomiya Elmləri Departamentinin rəhbəri Heniberq əvvəlcə “Nature” jurnalının internet saytında nəşr olunan Flores adamının kəllə sümüyü ölçülərini tədqiq etdi. Həmin an alimin ağlına oxşar quruluşdakı başqa bir kəllə sümüyü gəldi. Həmin kəllə sümüyü Krit adasında tapılan 4000 illik Homo sapiens  örnəyi idi. Bu örnək H. Sapiens növünə aid olsa da, olduqca kiçik həcmli idi və kəllə sümüyünü tədqiq edən alimlər bu vəziyyəti daha əvvəl mikrosefaliya xəstəliyi ilə açıqlamışdılar.

Avstraliyalı alim 15 kəllə sümüyü ölçüsünə əsasən apardığı statistik müqayisələr nəticəsində bu iki kəllə sümüyü arasında “heç bir fərqin olmadığını” aşkar etdi. Etirazları ABŞ-ın məşhur “Science” jurnalında da çap olunan Heniberq Flores adamının kəllə sümüyü ölçülərinin mikrosefaliyadan qaynaqlandığı qənaətinə gəldi. Tədqiqatçı, həmçinin Flores adamının üz anatomiyasının H. sapiens limitləri  çərçivəsində olduğunu da qeyd etdi.

Heniberqin Flores adamı haqqında qeyri-adi nəticələr ortaya qoyan başqa bir tədqiqatı mağarada tapılan bir sait sümüyü (radius) ilə bağlı idi. Heniberq sümüyün 210 mm təyin edilən uzunluğunu nəzərə alaraq sümüyün sahibinin boyunun 151-162 sm arasında olduğunu hesabladı. Bu rəqəmlər Flores adamının boy uzunluğu olaraq tanıdılan 1 metrlik dəyərdən olduqca artıq idi və müasir insan üçün normal hesab edilənk ölçülər idi. Heniberq bütün bu analizlərinin nəticəsini belə açıqladı: 

“... ‘yeni növ’ olduğu iddia edilən [Flores adamının] başqa  skeletləri ortaya çıxarılana qədər həmin skeletin qeyri-adi görüntüsünün hər kəsə məlum olan bir patoloji vəziyyətdən (mikrosefaliyadan) qaynaqlandığı qənaətinə gəldim.” (3)

Avstraliya Milli Universitenin antropoloqu Alan Torne (Alan Thorne) isə Flores adamının yalnız “belə bir şeyin orada tapıldığını heç kimin təxmin edə bilməyəcəyini” göstərdiyini bildirdi və H. floresiensis’in ayrı bir növ olduğu yönündəki iddianın məcburiyyət olduğuna diqqət çəkdi. (4)

Flores adamı və Homo sapiensin həm kəllə ölçüsündə, həm də çənə quruluşundakı fərqliliklər mütəxəssislərin təsvir etdiyi kimi, mikrosefaliya ilə açıqlanır.

“Chicago Field Museum”dan primatoloq Robert Martin və arxeoloq Ceyms Filips (James Phillips) də Flores adamının kiçik beyin həcmi haqqında mikrosefaliya fikrini dəstəkləyərək bu açıqlamanı vermişdir:

[Floresdəki mağaradan çıxan] yeganə kəllə sümüyü mikrosefaliya xəstəliyinə tutulan bir qadına aiddir, bu nadir görülən xəstəlik kiçik beyin və kəllə quruluşuna səbəb olur. Mikrosefaliya üzün normal ölçüdə böyüməsinə icazə verir, lakin kəllənin inkişafına mane olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar  maili bir alına sahib olurlar və çənələri olmur, eynilə hobitlərdə olduğu kimi.” (5) [Hobit: Flores adamına “Üzüklərin hökmdarı” filmindən təsirlənərək qoyulan ad)

Bu izahlar qarşısında Flores adamını H. sapiensdən ayrı bir növ olaraq xarakterizə etməyin əsassızlığı bir daha ortaya çıxmış oldu. Şübhəsiz ki, Heniberqin analizləri bunda ən böyük pay sahibi idi: 4000 illik  H. sapiens fərdi mikrosefaliya ilə açıqlandığı halda, ondan fərqsiz kəllə sümüyü ölçülərinə malik olan Flores Adamı niyə başqa növ olaraq təqdim olunurdu?

Flores adamı ilə bağlı bu müzakirələri, bəlkə də, ən diqqət çəkən şəkildə şərh edən şəxs İngiltərənin “The Telegraph” qəzetinin təcrübəli yazıçısı Robert Mathyuz (Robert Matthews) oldu. Mikrosefaliya fikrini dəstəkləyən Mathyuz Flores adamının ayrı növ olaraq təqdim etmək həvəsini tənqid etdi və bunun nə qədər əsasssız olduğunu göstərməkdə paleoantropologiya tarixinin ən böyük qalmaqalları arasında yer alan Nebraska adamı hadisəsini nümunə göstərdi.  Mathyuz  " Böyük iddialar, qeyri-kafi sübutlar: paleontologiya dünyasına xoş gəlmişsiniz” başlıqlı yazısında bunları yazdı:

“Daha bir həftə keçdi və alimlər arasındakı bəzi qədim sümüklər üzərində edilən mübahisələr ilə yeni və fərqli bir insan növü tapıldığı iddiaları arasındayıq.  Bu dəfə mübahisə İndoneziyanın Flores adasında tapılan və 1 metr hündürlüyündə olan bir insana aid olduğu müəyyən edilən 18.000 illik sümüklər üzərində cəmlənir.

… Alimlər “Nature” jurnalında bir yazı nəşr edərək bunların yeni bir insan növü olduğunu iddia etmiş və latınca təmtəraqlı  bir ad da qomuşdular: “Homo floresiensis

Daha sonra çoxdandır yayılan bir ənənənin təkrarı olaraq, başqa alimlər bu iddialara etiraz etdilər. Paleoanatomiya sahəsində bir mütəxəssis “Science” jurnalına qreypfurt ölçülərindəki 18.000 illik kəllə sümüyünün Kritdə tapılmış 4.000 illik kəllə sümüyünə bənzədiyini və Homo sapiensə aid sözügedən kəllə sümüyü nümunəsinin qeyri-normal dərəcədə kiçik kəllə sümüyü ilə xarakterizə edilən mikrosefaliya xəstəliyindən təsirləndiyini söylədi.

... Sekonder mikrosefaliya  hamiləlik zamanı keçirilmiş virus infeksiyasından tutmuş doğuşdan sonra travma və düzgün qidalanmamağa qədər bir çox səbəbdən ortaya çıxa bilər. Nümunələr bir adadakı mağarada tapılmışdır. 18.000 il əvvəl bu adada bu vəziyyətə səbəb ola biləcək bir virus epidemiyası yaşanmadığını kim söyləyə bilər? Yaxud bəlkə də, burada tapılan şəxslər İndoneziya arxipelağının başqa yerlərində bu xəstəliyə tutulublar və bu qəribə görünüşlərinə görə Floresə sürgün ediliblər.

Sekonder mikrosefaliyasına tutulan insanların həyatda qalmalarının və hətta çoxalmalarının da başa düşülməyəcək yönü yoxdur: bu xəstəlik hər zaman zəka geriliyi yaradacaq deyə bir qayda yoxdur. Əslində, beyinin ölçüsünün kiçik olmasının da təklikdə heç bir mənası yoxdur, ən mühüm amil beyindəki boz maddənin miqdarınıın çox olmasıdır. Fosil qeydlərində də buna dair heç bir şey olmadığından bu “hobitlərin” normal, zəkalı və ya duyğusuz olub-olmadığını bilmirik. Burada açıq olan yeganə şey paleontoloqların qeyri-kafi dəlillər üzərində böyük iddialar qurmaqda narahatedici dərəcədə həvəsli olmalarıdır. 1922-ci ildə amerikalı fosil mütəxəssisi Henri Feəfild Osbön (Henry Fairfield Osborn) “Hesperopithecus” (“Axşam Günəşi Torpaqlarından gələn Meymun”) adlandırdığı fosilin Amerikada tapılmış ilk “antropoid” (insana bənzəyən) meymun olduğunu elan etmişdi.

London Universitetindən olan məşhur anatom prof. Qrafton Eliot Smis (Grafton Elliot Smith) daha da irəli gedərək Hesperopithecusun “bəşər ailəsinin indiyə qədər kəşf edilmiş ən qədim və ən ibtidai nümayəndəsi” olduğunu iddia etmişdi. Bəs bu qeyri-adi iddianın təməli nəyə əsaslanırdı? Nebraskada tapılmış tək bir fosilləşmiş dişə.

Bu qədər az sübuta əsaslandığına görə iddiasına şübhə ilə yanaşanlara Prof. Smisin cavabı Floresin Hobit adamlarının ixtiraçılarının verdiyi cavabla oxşarlıq təşkil edir: “Əgər bu mövzularda amerikalı alimlərin nüfuzu mübahisəsiz olmasaydı”, - deyə açıqlayır prof. Smis “Belə ciddi bir nəticəni bəziləri şübhə ilə qarşılaya bilərdi.”

Lakin bu təlaş Amerika Təbiət Tarixi Muzeyinin daha çox sübut axtarmasının qarşısını ala bilmədi. Nebraskada tapılanlar Hesperopithecusun nəsli kəsilmiş donuzdan başqa bir şey olmadığını ortaya qoydu. Prof. Smis daha sonra Neandertalların məşhur “barmaq oynağı üzərində yeriyən degenerat” (Knucle grazing moron) təsvirini yaratması ilə seçildi, digər tərəfdən isə İngiltərədə 1912-ci ildə tapılan kəllə sümüyü hissələrinin Homo sapiensin bilinən ən qədim əcdadına aid olduğu yönündəki iddiaları dəstəklədi. Ancaq daha sonra ortaya çıxdı ki, Smisin “tipik” Neandertalı artrit səbəbindən donqarlaşmış və qətiyyən tipik olmayan bir kişi idi. Kəllə sümüyü hissələrinin isə Piltdown kimi tanınan Sasseksdəki bir karxanadan gəldiyi ortaya çıxdı, artıq sözə ehtiyac varmı?

Bunların heç birinin paleontoloqların insanın soy ağacına yeni “növ”lər əlavə etmək həvəsinin kiçik bir hissəsinin azalmasına səbəb olmadığı görünür. Təkcə ehtiyacınız olan qeyri-adi bir neçə sümük hissəsi və yaxşı Latın dilində lüğət; sonra paleontologiya tarixində yeriniz hazırdır.

Elə görünür ki, yeganə meyar tapılan sümüklərin hərhansı bir növün limitləri xaricində yer alacaq qədər “qeyri-adi” sayılıb-sayılmadığıdır. İnsan bu paleontoloqların müasir dövr cırtdanının sümüyü ilə teksaslı neft işçisinin sümüklərini müqayisə etdikdə hansı nəticələr çıxara biləcəklərini düşündükcə lərzəyə gəlir.” (6)

Nəticə:

Həm Flores adamı ilə bağlı elmi nailiyyətlərin, həm də Mathyuzun ibrətamiz tarix dərsinin ortaya qoyduğu həqiqət budur: Təkamülçü alimlər və media tapılan yeni fosilləri yeni bir növ olaraq təqdim etməkdə böyük bir həvəsi bölüşürlər. Bunun nəticəsində, demək olar ki, hər yeni fosil tapıntısı böyük bir media səs-küyü və sensasiya ilə insanlara çatdırılır, lakin daha sonra bu iddialar səssizcə təkzib edilir.

“Discovering Archeology” jurnalınıın redaktoru Robert Lokun (Robert Lock) paleontologiya sahəsindəki işlər haqqında dediyi bu sözlər sanki bu sahədəki işlərdə olan qeyri-müəyyənlik və ifrat təbliğatı təsvir edir:

“Bəlkə də, elmin heç bir sahəsi insanın mənşəyini tapmaq cəhdlərindən daha mübahisəli deyil. Məşhur paleontoloqlar insanın soy ağacının ən təməl xətləri üzərində belə anlaşmazlıq içindədirlər. Yeni budaqlar böyük səs-küy ilə meydana gətirilir, lakin yeni fosil tapıntıları qarşısında etibarlılığını itirib yox olurlar.” (7)

Lakin təbliğat, demaqogiya, təhrif etmə və hətta saxtakarlıqla davam etdirilən insanın təkamülü ssenarisi müasir elmin tapıntıları qarşısında yox olmağa məhkumdur. Çünki konkret elmi tapıntılar həyatın təsadüflərlə meydana gəlməyəcək qədər kompleks olduğunu, təsadüfi mutasiya və təbii seleksiya mexanizmlərinin də növlərin DNT-sindəki genetik məlumatın varlığını açıqlaya bilmədiyini ortaya qoyur. Təkamül iddialarının, demək olar ki, gündəlik aşkar edilən tapıntılar qarşısında müdafiə imkanı qalmır. Buna görə də sümüklərin bir-birinə bənzərliyindən keçmişə dair xəyali nağıllar danışmağı elm zənn edənlərin cəhdlərinin boşa çıxacağı aydındır.

İnsan Allah’ın qüsursuz sistemlərlə yaratdığı bir varlıqdır. Allah bu həqiqəti Quranın Səcdə surəsində belə bildirmişdir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. (Səcdə surəsi, 7-9)

 

2014-07-23 00:35:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."