Darvinizm-kommunizm ittifaqının əsl üzü

Kommunist ideologiya 150 il müddətində  bütün dünyaya qan uddurdu. Ancaq bu zülmün əsasında bir çox insanın fikir vermədiyi başqa fikir dayanırdı. Kommunist ideologiyaların və rejimlərin ortaq fikir mənbəyi Darvinin təkamül nəzəriyyəsi idi. “Münaqişə təbiətin dəyişilməz qanunudur” deyən Darvin milyonlarla günahsız insanın ölümünə səbəb oldu...

21-ci əsrin əvvəlində  keçən əsr haqqında tez-tez eşitdiyimiz ifadələrdən biri də 20-ci əsrdə qarışıqlıq və müsibətlərin çox geniş yayılmasıdır. Bunun əsas səbəbi isə 19-cu əsrin  ikinci yarısından etibarən bütün dünyada yayılan, dünyanı qan gölünə çevirən ideologiyaların getdikcə yayılması və dünyaya hakim olması idi. Bu ideologiyaların əsasını isə materialist fəlsəfədən qaynaqlanan kommunizm təşkil edir.

Kommunizm Karl Marks və Fridrix Engels adlı iki alman filosof tərəfindən yaradıldı. Bu iki insan bəşəriyyətin ilk vaxtlarından bəri mövcud olan materialist zehniyyəti dialektik adlandırılan yeni üsulla açıqlamağa çalışdılar. Dialektik nəzəriyyəyə görə kainatdakı inkişaf münaqişə sayəsində olur. Marks və Engels bu nəzəriyyəyə əsaslanıb bütün dünya tarixini açıqlamağa cəhd etdilər. Marks bəşər tarixinin münaqişədən ibarət olduğunu, mövcud münaqişənin işçilər və kapitalistlər arasında baş verdiyini və tezliklə işçilərin ayağa qalxaraq kommunist bir inqilab edəcəklərini iddia edirdi. Marksa görə cəmiyyət  tarix boyunca müxtəlif mərhələlərdən keçirdi və bu mərhələləri müəyyən edən amil istehsal vasitələri ilə istehsal arasındakı münasibətlərin mübadiləsi idi. Bu anlayışa görə iqtisadiyyat digər hər şeyin müəyyənləşdiricisi idi. Cəmiyyət iqtisadi istiqamətdə inkişaf etmiş, quldar cəmiyyət feodal cəmiyyətə, feodal cəmiyyət də kapitalist cəmiyyətə çevrilmişdi. Axırda bir inqilab ilə  sosialist cəmiyyət qurulacaq və inkişaf edəcəkdi.

Amma Marksın və Engelsin mühüm çatışmazlıqları var idi. Daha böyük kütləni təsirləndirmək üçün ideologiyalarına elmi görüntü verməli idilər. Budur 20-ci əsrdə yaşanılan iztirablar və qarışıqlıqları yaradan ittifaq bununla yarandı.

Kommunizm elmi don geyinməyə çalışarkən Çarlz Darvin adlı həvəskar bioloq "Növlərin Mənşəyi” adlı kitab nəşr etdirdi. Kitabda irəli sürülənlər Marks və Engelsin axtardığı iddialar idi. “Növlərin Mənşəyi” sanki kommunizm və materializm üçün sifariş edilən bir kitab kimi idi. Çünki Darvinin fikrinə görə canlılar cansız maddələrdən təsadüfən yaranır və bütün canlılar həyat uğrunda mübarizə nəticəsində cəmiyyətdəki dialektik çaxnaşmanın və  mübarizənin təbiətdə tətbiq olunmuş bioloji versiyası idi.

Darvinin Marks və Engelsə  dəstək olduğu digər əhəmiyyətli şey isə Allah`a və dinə inancsızlıq və düşmənçilik idi. Marks və Engels hər materialist kimi Allah`ın varlığını inkar edərkən Darvin də nəzəriyyəsində yaradılışı inkar edirdi.

Marks və Engelsin Darvinə  olan heyranlıqları.

Kommunizmə görə Darvinizm o qədər əhəmiyyətli idi ki, Engels, Darvinin kitabı nəşr edilən kimi Marksa belə yazdı:

“Hal-hazırda kitabını oxuduğum Darvin bir sözlə möhtəşəmdir. (Conway Zirkle, Evolution, Marxian Biology and the Social Scene, Philadelphia; the University of Pennsylvania Press, 1959, s.527)

Marks isə 19 dekabr 1860-cı ildə Engelsə yazdığı cavabında belə deyirdi: “ Bizim fikirlərimizin təbii tarixi əsasını təşkil edən kitab bax budur”

Marks başqa bir sosialist dostu Lasalleyə 1861-ci ilin 16 yanvarında yazdığı məktubunda ise belə yazırdı: "Darvinin yaratdığı abidə böyük abidədir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini təşkil edir." (Marks Engels Mektuplar, cilt 2, s.126)

Marksın Darvinə olan rəğbətini əsəri “Das Kapital”ı Darvinə həsr edərək sübut etmişdi. Kitabın almanca nəşrində əl yazısı ilə belə yazmışdı :

“ Çarlz Darvinə həqiqətən heyran olan Karl Marksdan.”

Engelsin bu barədəki başqa sözü isə Darvinə qarşı olan heyranlığını belə ifadə edirdi:

“Təbiət metafizik qanunlarla deyil, dialektik qanunlarla hərəkət edir. Bununla əlaqədar hamıdan əvvəl Çarzl Darvinin adı yad edilməlidir.” (Friedrich Engels, Ütopik Sosyalizm-Bilimsel Sosyalizm, Sol Yayınları, 1990, s.85)

Engels Darvini Marks ilə eyni tutur və tərifləyirdi və “ Darvin necə təbiətdəki təkamül qanununu kəşf etdisə, Marks da bəşər tarixində təkamül proseslərini kəşf etdi”- deyirdi. . (Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, London: Chatto & Windus, 1959, s. 348)

Engels başqa əsərində isə belə deyirdi:

"Darvin bütün mikro varlıqların, bitkilərin, heyvanların və insanın özünün milyon illik təkamülün məhsulu olduğunu sübut edərək metafizik təbiət fikrinə ən ağır zərbəni endirdi." (Marx-Engels, Seçme Yapıtlar 3, Sol Yayınları, s. 156)

Bundan başqa, Engels “Meymundan insana keçiddə əməyin rolu” adlı kitabını nəşr edərək Darvin nəzəriyyəsini dərhal mənimsədiyini göstərmişdi. Engels bunlara əlavə olaraq, təbiət elmini inkişaf etdirən üç mühüm əsasdan  biri kimi Darvinizmi göstərir:

"1859-cu ildə Çarlz Darvin “Növlərin Mənşəyi” əsərini nəşr etdirib. Bu əsər bir əsrdən çox davam edən təkamül fikrinin inkişafını tamamlamış və müasir biologiyanın əsasını qoymuşdur. Bu fikirlərin fəlsəfi əhəmiyyəti odur ki, təbii inkişafın dialektika xüsusiyyətini köklü şəkildə ortaya qoyur." (Friedrich Engels, Doğanın Diyalektiği, Sol Yayınları, 1996, səh. 8)

Amerikalı botanik Konvey Zökl (Conway Zirckle) isə kommunizmin qurucularının Darvinizmi niyə belə təkidlə mənimsədiklərini belə izah edir:

"Marks və Engels təkamül nəzəriyyəsini Darvinin “Növlərin Mənşəyi” adlı kitabı nəşr olunan kimi mənimsədilər. Təkamül, kommunizmin banilərinə görə fövqəladə gücün müdaxiləsi olmadan bəşəriyyətin necə yaranması sualına cavab idi və beləliklə, müdafiə etdikləri materialist fəlsəfənin əsasını dəstəkləmək üçün istifadə edilə bilərdi. Həmçinin Darvinin təkamülü açıqlaması, yəni təkamülün təbii seleksiya ilə inkişafı nəzəriyyəsi - onlara o ana qədər hakim olan teoloji düşüncələrə etiraz etmək fürsəti verirdi. Təbii seleksiya nəzəriyyəsi sayəsində alimlər dünyanı materialist  terminologiya ilə açıqlamaq imkanı qazandılar." (Conway Zirkle, Evolution, Marxian Biology and the Social Scene, Philadelphia; the University of Pennsylvania Press, 1959, səh. 85-86)

Tom Besel (Tom Bethell) isə Marks ilə Darvin arasındakı əlaqənin əsl səbəblərini belə açıqlayır:

"Marks Darvinin kitabına sadəcə iqtisadi yönlərinə görə heyran qalmamışdır. Marksın Darvinin kitabına heyranlığının ən əsas səbəbi Darvinin kainat barədə materialist fikirdə olması idi. Bu mövzuda Darvin və Marks əsl dost idilər." (Tom Bethell, "Burning Darvin to Sova Marx", Harper's Magazine, December 1978, səh. 31-38)

Bu ifadələrdən də aydın olduğu kimi, Marks və Engels Darvinin təkamül nəzəriyyəsinin öz ateist düşüncələrinə elmi dəstək verdiyini zənn edərək seviniblər. Lakin belə tez sevinməklə tələsiblər. Çünki təkamül nəzəriyyəsi 19-cu əsrdə elm ibtidai formada olduğu üçün qəbul edilmişdi. Əslində, heç bir elmi dəlili olmayan yanlış nəzəriyyədir. 20-ci əsrin ikinci yarısında elmin inkişafı ilə təkamül nəzəriyyəsinin etibarsızlığı ortaya çıxdı. Bu darvinizmin, materializmin və kommunizmin süqutu demək idi.

Bolşeviklerin Darvinə heyranlığı

Marks və Engelsin ardıcılları da eyni səhvi təkrarlayaraq təkamül nəzəriyyəsini böyük həvəs və maraqla mənimsədilər. Marksın və Engelsin fikirləri, xüsusilə, ölümlərindən sonra təsirli oldu. Marksın xəyal etdiyi kommunist inqilab layihəsini həyata keçirən şəxs Lenin idi. Rusiyadakı kommunist bolşevik hərəkatının lideri olan Lenin ölkədəki Çar rejimini silahla devirməyi hədəf aldı. I Dünya Müharibəsinin nəticəsi bolşeviklərə axtardıqları fürsəti verdi. Leninin liderliyi ilə kommunistlər 1917-ci ilin oktyabrında iqtidarı silah gücü ilə ələ keçirdilər. Rusiya inqilabın ardınca kommunistlər və Çar tərəfdarları arasında olan üç illik qanlı vətəndaş müharibəsinə şahid oldu.

Lenin də Marks və Engels kimi qatı təkamülçü idi. O, darvinist nəzəriyyənin əsasının, müdafiə etdiyi dialektik materialist fəlsəfə olduğunu tez-tez vurğulayırdı. Bolşevik inqilabının Lenindən sonrakı ən böyük memarı sayılan Leon Trotsky (Troçki) də Darvinə olan heyranlığını bu sözlərlə ifadə edib:

"Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın böyük zəfəri oldu". (Alan Woods-Ted Grant, "Marxism and Darwinism", Reason en Revolt: Marxism and Modern Science, London:1993)

1924-cü ildə Leninin ölümündən sonra  Kommunist Partiyanın başına dünyanın ən qanlı diktatoru sayılan Stalin keçdi. Stalin 30 il davam edən hakimiyyəti boyu sanki kommunizmin necə mərhəmətsiz sistem olduğunun sübutu kimi  qırğınlar və işgəncələrlə dolu dövrə imza atdı.

Stalinin ilk işi Rusiya əhalisinin 80%-ni təşkil edən kəndlilərin tarlalarını dövlət adı ilə ələ keçirmək oldu. "Kollektivləşdirmə" adı altında xüsusi mülkiyyəti yox etmək məqsədilə rus kəndlilərinin bütün məhsulları silahlı şəxslər tərəfindən toplandı. Bunun nəticəsində dəhşətli aclıq başladı. Yeməyə bir şey tapmayan milyonlarla qadın, uşaq və yaşlı insan aclıqdan həyatını itirdi. Qazaxıstan əhalisinin 20%-i aclıqdan öldü. Qafqazdakı ölü sayı bir milyona çatdı.

Stalin bu siyasətinə müqavimət göstərməyə çalışan yüz minlərlə insanı Sibirə sürgünə göndərdi. Məhbusların çox ağır şərtlərdə işlədildikləri bu düşərgələr çoxuna məzar oldu. Digər tərəfdən, on minlərlə insan Stalinin gizli polisi tərəfindən edam edildi. Aralarında Krım və Türkistan türklərinin də olduğu milyonlarla insan Rusiyanın ucqar bölgələrinə zorla köçürüldü.

Stalin bütün bu qanlı siyasəti nəticəsində təxminən 20 milyon insanı qətl etdi. Tarixçilərin bildirdiyinə görə Stalin bu vəhşilikdən xüsusi həzz alırdı. Kremlindəki iş masasına oturub, toplama düşərgələrində öldürülən və ya edam edilən insanların sayından ibarət siyahıları araşdırmaqdan böyük zövq alırdı.

Stalini bu cür mərhəmətsiz qatilə çevirən faktor öz psixoloji vəziyyəti ilə yanaşı, inandığı materialist fəlsəfə idi. Bu fəlsəfənin ən fundamental dayağı isə Stalinin öz ifadəsi ilə Darvinin təkamül nəzəriyyəsi idi. Bu mövzu barəsindəki fikrini belə açıqlayırdı:

"Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimlərini." (Kent Hovind, The Falsa Religion of Evolution)

Stalin hələ yaşayarkən, haqqında nəşr olunan kitabda ateist olmasının səbəbinin Darvin olduğu belə açıqlanırdı:

"Kiçik yaşında  xristian kilsəsində şagird ikən cənab Stalin tənqidi məntiq və inqilabçı duyğusunu inkişaf etdirdi. Darvinin əsərlərini oxumağa başladı və ateist oldu." (E. Yaroslavsky, Landmarks en the Life of Stalin, (1940) s. 8 )

Yəni bu qəddar qatili yaradan ən böyük fikri amil darvinizm idi...

Bolşeviklər təkamülçülük uğrunda genetikanı belə rədd etdilər.

Stalin rejiminin təkamül nəzəriyyəsinə kor-koranə bağlılığının mühüm nümunəsi o dövrdə sovet təhsil sisteminin Mendelin genetik qanunlarını rədd etməsi idi. 20-ci əsrin əvvəlindən etibarən bütün elm dünyası tərəfindən qəbul edilən bu qanunlar Lamarkın ortaya atdığı "qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi" iddiasını etibarsız edirdi. Bunun təkamül nəzəriyyəsinə böyük zərbə olduğunu görən Lysenko adlı rus alimi düşüncələrini Stalinə açdı. Lysenkonun fikirlərindən təsirlənən Stalin onu rəsmi elm təşkilatlarının başına gətirdi və genetika elmi Stalinin ölümünə qədər SSRİ-nin elmi təşkilatında və ya məktəbində qəbul olunmadı.

Çin kommunizminin əsas mənbəyi də Darvin idi...

Stalinin qəddar rejimi davam edərkən, digər tərəfdə də darvinizmi özünə elmi dayaq sayan başqa bir  kommunist rejim də Çində quruldu. Mao Tse Tunqun liderliyi ilə kommunistlər uzun vətəndaş müharibəsi nəticəsində 1949-cu ildə iqtidara gəldilər. Mao özünə böyük dəstək verən müttəfiqi Stalin kimi qəddar rejim qurdu. Çin saysız-hesabsız siyasi edama şahid oldu. Sonrakı illərdə isə Maonun "Qırmızı gözətçilər" adlandırdığı gənc xadimlər ölkədə qanlı terror törətdilər.

Mao qurduğu bu nizamın fəlsəfi dayağını isə "Çin sosializminin təməli Darvin və təkamül nəzəriyyəsidir" deyərək açıqca ifadə edib. (k. Mehnert, Kampf um Mao's Erbe., Deutsche Verlags-Anstalt, 1977)

Çin kommunistləri 1950-ci illərdə iqtidara gələndə təkamül nəzəriyyəsini ideologiyalarının əsası kimi qəbul edirdilər. Hətta çinli ziyalılar təkamül nəzəriyyəsini bir əsr əvvəl qəbul etmişdilər:

"19-cu əsrdə Qərb Çini təcrid olan və köhnə ənənələri davam etdirən “yatan nəhəng” olaraq görürdü. Çox az avropalı çinli ziyalıların Darvinin təkamül nəzəriyyəsini həvəslə mənimsədiklərini və dəyişmək üçün ümid vəd etdiyini qavradıqlarını anladı. Çinli yazıçı Hu Şihə görə 1898-ci ildə Tomas Huxleyin “Təkamül və Etika” kitabı nümayiş ediləndə çinli ziyalılar tərəfindən tezliklə təsdiqləndi. Varlı şəxslər ucuz Çin nümayişlərinə sponsorluq etdilər, beləcə kütlələrə geniş şəkildə yayıldı." (Robert Milner, Encyclopedia of Evolution (1990) s. 81)

Elə ölkədə kommunizmə sahib çıxan və kommunist inqilaba liderlik edən şəxslər darvinist fikirləri "həvəslə mənimsəyən" bu ziyalılar oldu.

Darvinizm-kommunizm ittifaqının əsası: Din düşmənçiliyi

Kommunizm bir çox ölkədə partizan mübarizələrinə, qanlı terrorlara və vətəndaş müharibələrinə səbəb olub. Bu ölkələrin arasında Türkiyə də var. 1960-70-ci illərdə Türkiyədə kommunist inqilab etmək arzusu ilə dövlətə qarşı çıxan təşkilatlar ölkəni qaranlıq terrora sürüklədilər. Kommunist terror 1980-ci ildən sonra isə bölücülük axını ilə birləşdi və on minlərlə vətəndaşımızın ölümünə, polis və əsgərimizin şəhid olmasına səbəb oldu.

150 ildir dünyanı bu cür qana bulayan kommunist ideologiya hər zaman darvinizmlə iç-içə olub. Bu gün də darvinizmin ən kəskin müdafiəçiləri kommunistlər və ateistlərdir. Hər ölkədə təkamül nəzəriyyəsini kəskin müdafiə edən tərəfdarlara baxdıqda, marksistlərin həmişə ən ön sırada olduğunu görmək olar.

David Corafski “Sovet Marksizmi və Təbiət Elmi” adlı kitabında bu əlaqəni belə açıqlayır:

"Elmi çatışmazlığa baxmayaraq, təkamülün irəli sürdüyü elmi xarakter Allah`a qarşı olan hər cür sistem və tətbiqləri haqlı çıxarmaq üçün istifadə edildi. İndiyə kimi bunlardan ən müvəffəqiyyətlisi kommunizm kimi görünür və bütün dünyadakı tərəfdarları kommunizmin əsasının  təkamül olduğu deyilərək aldadılıblar." (David Jorafsky, “Soviet Marxism and Natural Science”, (1961) s. 4)

Marksizm-darvinizm əlaqəsi bu gün hər kəs tərəfindən qəbul edilən həqiqətdir. Karl Marksın həyatını izah edən kitablarda da bu əlaqədən bəhs edilir. Məsələn, marksist kitabları nəşr edən “Qabaqcıl nəşriyyat” tərəfindən çıxardılan bir bioqrafiyada bu əlaqə belə təsvir edilir:

"Darvinizm marksist fəlsəfəni dəstəkləyən, həqiqəti sübut edən və inkişaf etdirən silsiləni təqdim etdi. Darvinist təkamülçü fikirlərin yayılması cəmiyyətdə bütövlükdə marksist düşüncələrin işçi xalq tərəfindən qavranılması üçün əlverişli zəmin yaratdı… Marks, Engels və Lenin Darvinin düşüncələrinə böyük dəyər verdilər və bunların daşıdığı böyük elmi əhəmiyyətə işarə etdilər, beləliklə, bu düşüncələrin yayılması sürətləndi." (Karl Marx Biyografi, Öncü Yayınevi, səh. 368)

Təkamül nəzəriyyəsinin 19-cu əsrə aid köhnə fikirlərlə meydana gələn,  elmdən kənar iddia olmasına baxmayaraq, bütün dünyanı təsiri altına alacaq qədər uğur əldə etməsinin tək səbəbi kommunizm kimi bəzi ideologiyaları dəstəkləməsi və bu ideologiyaların tətbiqinə şərait yaratmasıdır.

Darvinizm  bataqlığının qurudulması şərtdir

Müharibələr, zülümlər, qırğınlar, münaqişələr tarix boyu həmişə olub. Lakin keçən əsrdə bunların sayının və törətdiyi fəlakətlərin bu qədər böyük olmasının səbəbi darvinizmin bu qırğınlara və münaqişələrə qanuni don geyindirməsidir. Darvinizmin təbiət haqqındakı yalanları bu ideologiya ilə paralel olduğu üçün qatillər, diktatorlar, fanatik ideoloqlar etdikləri üçün "təbiət qanunu cəmiyyətdə də işləyir" deyərək özlərini haqlı və günahsız göstərməyə çalışıblar.

Hələ də təkamül nəzəriyyəsi fəlsəfi və ideoloji məqsədlərlə müdafiə olunur. 19-cu əsrin təkamül nəzəriyyəsi ilə şiddətlənən müstəmləkəçiliyi, Nasist Almaniyası və ya SSRİ dağılıb, lakin bunların təməlində dayanan materialist fəlsəfə hələ bəzi qruplar tərəfindən müdafiə olunur və bu fəlsəfənin dağıdıcı təsirləri dünyanın hər yerində davam edir. Yalnız Şərqi Türkistanda baş verənlər və ya Türkiyədə darvinizmin təsiri ilə yaranan kommunist  terror bunun təəccüblü nümunəsidir.

Qanunlar və ya fiziki tədbirlər isə yaranın yalnız üzərini örtür. Konkret çıxış yolu yaranın elmi və mədəni istiqamətdən müalicəsi ilə mümkündür. Darvinizmin mədəni və elmi mənada çökməsi onunla güclənən fəlsəfələri də yox edəcək. Bu isə dünyadan zülmün aradan qalxması deməkdir.

Buna görə də milli və mənəvi dəyərlərə, vicdan və imana sahib olan insanlar mühüm məsuliyyət daşıyırlar. Darvinizmin dünyaya yaydığı faciələrə laqeyd yanaşmaq düzgün deyil. Bu mövzunun ciddiliyini qavrayan hər insan mədəniyyət və elm istiqamətində mübarizə apararaq 150 ildir davam edən bu səhvə son qoymalıdır.
2014-07-23 17:34:19

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top