Darvinin saxta hekayəsinin sonu

Mənşəyi qədim Yunanıstana qədər gedib çıxan təkamül yalanı 19-cu əsrdə geniş yayılmağa başladı. Nəzəriyyənin elm aləmində yayılmasına  ən böyük səbəb Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allah tərəfindən ayrı-ayrı yaradıldığını inkar edirdi. Darvinə görə bütün növlər eyni əcdaddan yaranıb zaman keçdikcə kiçik dəyişikliklərə məruz qaldıqları üçün fərqliləşmişdilər.
 
Darvinin nəzəriyyəsi heç bir elmi dəlilə əsaslanmırdı. Hətta  kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı hissədə etiraf etdiyi kimi, nəzəriyyə  bir çox sual qarşısında aciz qalırdı.
 
Darvin, nəzəriyyəsinin elm inkişaf etdikcə, yeni elmi nəaliyyətlər əldə etdikdən sonra güclənəcəyinə ümid edirdi. Amma bunun tam əksi oldu. Elm inkişaf etdikcə aydın oldu ki, nəzəriyyənin bütün iddiaları yanlışdır. Belə ki, təkamül nəzəriyyəsi bu gün lehinə edilən bütün cəhdlərə baxmayaraq , avstaliyalı məşhur molekulyar  bioloq Maykl Dentonun  “A Theory in Crisis” adlı kitabında vurğuladığı kimi: “Böhran içində nəzəriyyə”dir.
 
Darvinin elm qarşısındakı məğlubiyyətini 3 başlıqda göstərə bilərik:
  1. Nəzəriyyə həyatın ilk dəfə yer üzündə necə yarandığını açıqlaya bilmir  
  2. Nəzəriyyənin iddia etdiyi təkmül mexanizmlərinin  təkamülə təsiri yoxdur
  3. Fosillər, təkamül nəzəriyyəsinin bütün iddialarının yanlış olduğunu sübut edir
Həyat təsadüfən yarandığı iddiasının əsassızlığı
 
Darvin nəzəriyyəsini 1800-cü illərin ortasında  təkmilləşdirmişdi. O dövrün ən əlamətdar xüsusiyyəti isə  elmin bu günki ilə müqayisə edilə bilməyəcək dərəcədə geridə olmağı idi. Nə Darvinin, nə də nəzəriyyəni müdafiə edən digərlərinin canlıların necə törədikləri, necə biokimyaya sahib olduqları, irsiyyətin necə meydana gəldiyi kimi mövzularda heç bir məlumatları yoxdur. Canlılara aid ətraflı məlumat olmadığı üçün həyatın təsadüfən yaranıb, təsadüflərlə də inkişaf etdiyini rahat şəkildə iddia edə bilirdilər. Halbuki, 20-ci əsrdə elmin inkişafı, canlılar haqqında daha ətraflı məlumat əldə edilməsi üçün şərait yaratdı. Beləliklə, canlıların Darvinin iddia etdiyi kimi sadə deyil, çox mürəkkəb və kompleks quruluşa malik olduqlarını üzə çıxardı. Darvin və tərəftarları “bir hüceyrənin əmələ gəlməsi üçün lazımlı olan kimyəvi maddələri qarışdırıb gözləmək kifayətdir” deyirdilər. Halbuki, 20-ci əsrin ikinci yarısında müasir elektron mikroskoplarla canlı hüceyrələri araşdırıldıqdan sonra nəzəriyyəni tamamilə təkzib edən həqiqətlər üzə çıxdı. Hüceyrədə o qədər qarışıq dizayn var idi ki, bu quruluşun təsadüfən yaranması, məşhur ingilis astronom və riyaziyyatçı Fred Hoylenin ifadəsi ilə desək “qasırğa nəticəsində dəmir-dümür parçalarının bir yerə toplaşıb Boinq 747 təyyarəsini yaratması” qədər mümkün deyildi. (Fred Hoyle, Nature, 12 noyabr 1981)
 
Hətta, bu bənzədilmə belə kifayət etməz, çünki insanlar əldə etdikləri texnologiya ilə Boinq 747 istehsal edə bilmişdi, amma hələ də heç bir laborotoriyada canlı hüceyrəsini belə sintez edilə bilmədi.
 
Bəs bu bizə nəyi göstərir? Bu qədər mürəkkəb sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüfən yarana bilməz. Necə ki saat, çarxların təsadüfən yaranması ilə meydana gəlmir və onu düzəldən saatsazın olduğunu sübut edirsə, hüceyrə və canlıların bütün digər hissələri onları yaradan üstün bir Yaradanın, yəni Allah`ın varlığını sübut edir.
 
Bu gün təkamül nəzəriyyəsini böhrana salan ən böyük həqiqətlərdən biri budur. Beləliklə, heç bir təkamülçü canlıların təsadüflərlə necə yarandığı sualına cavab tapa bilmir.
 
Xəyali mexanizmlər
 
Canlıların təsadüfən yaranması qeyri-mümkündür. Eləcə də, bir –birlərindən törəyə də bilməzlər, bu mümkün deyil. Çünki təbiətdə belə güc yoxdur. Təbiət adlandırdığımız məfhum əslində daşı, torpağı, suyu təşkil edən şüursuz  atomların cəmidir. Bu cansız maddə yığınının soxulcanı balığa çevirən, sonra onu quruya çıxararaq sürünən edən, daha sonra da quşa çevirib uçuran və ən sonda da insana çevirən gücə sahib deyil. Bunun əksini iddia edən Darvin təkamül mexanizmi olaraq bir anlayış irəli sürdü: “təbii seleksiya”. Təbii seleksiya təbii seçmə deməkdir. Bu düşüncəyə görə güclülər və yaşadıqları şəraitə uyğunlaşa bilənlər həyatda qala bilər. Məsələn, şirlərin hücumuna məruz qalan zebra sürüsündə daha sürətli qaça bilən zebralar həyatda qalır. Amma əlbətdə ki, bu mexanizm ilə zebralar təkamül keçirmir, başqa canlı növünə, məsələn, filə çevrilmir.
 
O cümlədən, təbii seleksiyanın canlıları təkamülləşdirdiyinə aid heç bir sübut yoxdur. Məşhur təkamülçü, ingilis paleontoloq Kolin Paterson bu həqiqəti belə etiraf edir:
 
“Heç kim təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Heç kim belə bir şeyə qismən də olsa, nail ola bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur” (Colin Patterson, "Cladistics", Brian Leek ile Röportaj, Peter Franz, 4 Mart 1982, BBC)
 
Təbbi seleksiyanın təkamülləşdirici təsirinin olmadığını görən təkamülçülər 20-ci əsrdə iddialarına mutasiya terminini də əlavə etdilər. Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar. Təkamülçülər bu pozulmalarıın  canlıları təkamülləşdirdiyini iddia edirlər. Elmi dəlillər bu iddiaları təkzib edir. Çünki araşdırılan bütün mutasiyaların hamısı zərərlidir. Mutasiya nəticəsində insanlarda monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq, oraqvari hüceyrə anemiyası kimi əqli və ya fiziki pozuntulara, ya da xərçəng xəstəliyinə səbəb olur.
 
Bu günə qədər canlıların genetik məlumatında müsbət dəyişiklik yaradan mutasiyaya rast gəlinməyib. Bu səbəbdən Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri Pier Paul Qrasse təkamülçü olmağına baxmayaraq, belə etiraf edir:
 
“sayı nə qədər çox olsa da, mutasiyalar təkamülə səbəb ola bilməzlər.” (Pierre-Paul Grasse, Evolution of Living Organisms, Academic Press, New York, 1977, s. 88)
 
Təkamülün çökmə səbəbi: fosillər
 
Təkamül nəzəriyyəsi digər böyük məğlubiyyətini 20-ci əsrdə fosil tapıntılarına görə yaşadı. Təkamülün canlıların ibtidai növlərdən ali növlərə mərhələlərlə təkamülləşdiyini göstərməsinə baxmayaraq, gözlənilən "ara keçid formalarına" (məsələn yarı balıq-yarı quşlara, ya da yarı sürünən-yarı məməlilərə) heç cür rast gəlinmədi. Əgər həqiqətən də, bu cür canlılar keçmişdə yaşasaydılar onda onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalı idi və bunların fosilləri tapılmalı idi. Təkamülçülər 19-cu əsrdən bu günə qədər dayanmadan bu ara-keçid formalarını tapmaq üçün fosil axtardılar, amma bir dənə də olsun fosil tapa bilmədilər. Məşhur ingilis paleontoloq (fosil alimi) Dereq W.Ager təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:
 
Problemimiz budur: fosil izlərini ətraflı müşahidə etdikdə, növ, ya da siniflərdə həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələlərlə deil, bir anda yaranan qruplar görürük.” (Dereq. A. Ager. “ The Nature of the Fossil Record”. Proceedings of the British Geological Association, vol. 87, nö.2, s.133 )
 
Tədqiqatlar göstərir ki, canlılar təkamülçülərin dediklərinin əksinə yer üzündə bir anda, əksiksiz və qüsursuz şəkildə var olmuşdur. Bu isə  Allah tərəfindən yaradıldıqlarının sübutudur.
 
Nəticə
 
Bütün tapıntılar 20-ci əsrin sonunda təkamül nəzəriyyəsini qəti şəkildə etibarsız etmişdir. Ancaq bu həqiqəti dünyanın çox ölkəsində ictimaiyyətdən gizlədərək insanları təkamül nağılları ilə aldatmağa davam edirlər. Təkamül doqmatik israrla müdafiə edilir. Bunun tək səbəbi isə bəzilərinin yaradılışı və bu səbəbdən də  Allah`ın varlığını ideologiya və fəlsəfi səbəblərlə qəbul etmək istəməməkləridir. Yaradılış qarşısındakı tək alternativ təkamül olduğu üçün də israrla bu elmdənkənar əfsanəni yaşatmaq istəyirlər. Halbuki, ağlı və vicdanı olan insanlar bilir ki, bütün canlılar, göylərin və yerin Rəbbi Allah tərəfindən üstün və qüsursuz şəkildə yaradılmışdır. Özünə qarşı məsul olduğumuz tək varlıq bizi yoxdan yaradan Allah`dır.
2014-07-23 17:56:53

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top