Beynimizdə yaranan dünya həqiqəti darvinistləri narahat edir

Darvinistlərə ağır zərbə vuran "beynimizdəki dünya" nədir?
 
Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başıaşağı və ikiölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına çevirirlər.Elektrik axınları göz sinirləri vasitəsilə beynin arxa tərəfindəki mərcimək böyüklüyündəki görmə mərkəzinə ötürülür. Yəni bütün görüntü mərcimək boyda yerdə əmələ gəlir. Lakin burada bu görüntünü izləyən xüsusi bir göz vardır. Bu “göz”gələn elektrik siqnalını canlı, hərəkətli üçölçülü, rəngarəng və qüsursuz görür. Halbuki, elektrik siqnalının hərəkət trayektoriyası da, beynin görmə mərkəzi də, beynin içi də zülmət qaranlıqdır. Ancaq buradakı göz ən müasir texnologiyanın, heç bir televizorun görə bilmədiyi dəqiqlik və mükəmməlliklə canlı görüntü görür. Üstəlik, bu görüntüləri analiz edərək kədərlənir, sevinir, sevir, bəyənir, xatırlayır və nəticə çıxarır.
 
Buradakı möcüzəyə diqqət yetirək
 
Görmə qabiliyyətindən bixəbər şüursuz atomlar təsadüfən birləşərək beyində dünyanın ən inkişaf etmiş kamerasından daha effektli,  ən mükəmməl üçölçülü filmindən daha qüsursuz rəngli görüntü meydana gətirən görmə sistemi yarada bilməz.  
 
Eşitməyən şüursuz atomlar ən müasir aparatlardan daha mükəmməl olan, müxtəlif tezlikli bütün səsləri beynimizin içində aydın və qüsursuz yaradan eşitmə sistemini təsadüflər nəticəsində meydana gətirə bilməz.
 
Eyni zamanda şüursuz atomlartəsadüfən birləşərək ətirin, gülün qoxusunu duyaniybilmə sistemini yarada bilməz. İsti, soyuq, bərk yumşaq və s. hissləri bilməyən atomlar toxunma hissini meydana gətirə bilməzlər.
 
Beynimizdən xaricdəki dünyanı beynimizdə hərəkətli, rəngli və üçölçülü izləyən, bütün bunları görən göz ruhumuzdur. Ruh metafizik varlıqdır, maddə ilə izahı mümkün deyil. Məhz buna görə ruh mövcud olan hər şeyi maddə ilə izah etməyə çalşan materialist, ateist və darvinistlər üçün böyük problemdir. Uca Allah`ın insana bəxş etdiyi ruh darvinizmi və darvinistlərin müdafiə etdiyi fikirləri təməlindən çökdürür. Buna görə bütün darvinistlər bu həqiqətləri müzakirə etməkdən qaçır, mövzunu dərhal bağlamağa çalışırlar. Qaçmaqla bu məsələdən xilas olacaqlarını düşünürlər. Çünki beynimizin içində görən gözün mükəmməlliyi və Allah`ın yaratdığı insan ruhu qarşısında daim məğlub olacaqlar. 
 
 

2009-12-02 02:45:38

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com