Hz. Xızır xalq arasındadır

İslam alimərinin əksəriyyətinin fikirlərinə görə Xızır əleyhissəlam böyük ehtimalla peyğəmbər olan, hikmət və elm sahibi olan mübarək bir şəxsdir. "Elm-i lədün" elminə sahibdir. "Elmi-i lədün" başqa sözlə "elm-i batin" Allah`ın seçdiyi şəxslərə verdiyi xüsusi bir elmdir. Bu elmə sahib olan insanlar da Allah`ın verdiyi ilham ilə qeybin məlumatlarını bilən əhəmiyyətli insanlardır. Rəbbimizin təqdir etdiyi qədər hadisələrin gedişatını, gələcəkdəki nəticələrini əvvəlcədən bilir və ona uyğun hərəkət edirlər.
 
Kəhf surəsinin 65-ci ayəsində “Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (lədun elmi) qullarımızdan birinə...” şəklində bildirilən insanın hz. Xızır olması barədə bütün Əhl-i Sünnət alimləri həmfikirdirlər. Qurani-Kərimdə hz. Musanın hz. Xızır ilə görüşdüyü, onunla birlikdə səyahətə çıxdığı, Rəbbimizin hz. Xızıra vəhy etdiyi elmdən faydalanmaq istədiyi bildirilmişdir.
 
Hz. Xızırın hz. Musa ilə səyahətindən başqa, bir çox hədislərdə də hz. Xızır haqqında ötürülmüş səhih (doğru və etibarlı) məlumatlar mövcuddur. İslam tarixi boyunca hz. Xızır ilə əlaqəli ən çox müzakirə edilən mövzulardan biri hz. Xızırın həyatda olub olmamağıdır. Hədislərdəki məlumatlara və böyük İslam alimlərinin açıqlamalarına görə hz. Xızır həyatdadır. 
 
Hz. Xızırın həyatda olduğunu ifadə edən böyük müctəhid və hədis alimləri arasında 
 
• Məşhur hədis alimi, Şeyxülislam Takiyuddin Əbu Ömər İbn-üs Salah, 
 
• Böyük hədis hafizi, İbn-i Həcər Əsgəlani, 
 
• Böyük hədis alimi, Kamil Əl-Hafiz Əbu Cəfər Tahavi, 
 
• Məşhur hədis, təfsir və fiqh alimi və hafizi, İmam Cəlallədin Suyuti, 
 
• İmam Rəbbani, 
 
• Böyük təfsir alimi, İbn-i Kəsir, 
 
• Ruhul Bəyan Təfsiri yazıçısı, İsmayıl Haqqı Bursəvi, 
 
• Məşhur İslam alimi, Bədiüzzaman Səid Nursi 
 
kimi böyük şəxslər yer alır.
 
Nümunə olaraq, İbn-i Kəsir hz. Xızırın həyatda olduğunu belə ifadə edir:
 
Hz. Xızırın indi də həyatda olduğu barədə cumhur (alimlərin əksəriyyəti) həmfikirdirlər. Bu müzakirə ilə əlaqəli vaki olmuş (reallaşmış) bir çox xəbər və rəvayət, hədislər nəql edilərək şahid göstərilmişdir. (El-Bidaye Ve-n Nihaye, 1/328)
 
Quranda hz. Xızır bölməsi
 
Qurani-Kərimdə hz. Musa ilə hz. Xızırın səyahəti ətraflı şəkildə bildirilmişdir. Hz. Xızırın Allah`dan bir nemət olaraq sahib olduğu "Elmi-i lədün" və bu elmlə verdiyi hikmətli qərarlardan bəhs olunur. Mövzu ilə əlaqəli bir ayə belədir:
 
“Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (lədun elmi) qullarımızdan birinə rast gəldilər.” (Kəhf surəsi, 65)
 
Kəhf surəsinin bundan əvvəlki ayələrində hz. Musanın bir köməkçisi ilə birlikdə etdiyi səyahətdən bəhs olunur. Bu ayədə hz. Musa və köməkçisinin hz. Xızır ilə qarşılaşdıqları bildirilir. Hz. Xızır Allah`ın rəhmət bəxş etdiyi qullarından biridir. Uca Allah`ın Rəhman və Rəhim adı hz. Xızır üzərində təzahür edir. Allah hz. Xızıra öz qatından üstün bir elm vermiş və onu üstün qul etmişdir.
 
Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” (Kəhf surəsi, 66)
 
Ayələrdə bildirilənlərdən də görülür ki, hz. Musa görüşəcəyi bu mübarək insan haqqında əvvəlcədən vəhy vasitəsi ilə ətraflı məlumat almışdır (Allahu aləm). Bu vəziyyəti göstərən bir çox dəlil mövcuddur. Məsələn, hz. Musa görüşəcəyi yerdən olduqca uzaq olmasına baxmayaraq, ora çatmaq üçün səy göstərmişdi. Çünki orada görüşəcəyi insanın ona çox fayda verəcəyindən əmin idi. Bunun adi bir görüş olmadığını, çox əhəmiyyətli bir görüş olduğunu bilirdi. Bu səbəbdən hər cür çətinliyə səbir edib uzun bir yol qət etmişdi. 
 
Həmçinin, hz. Musa görüşən kimi qarşısındakı insanı dərhal tanımış, onun üstün əxlaqlı və elmli olduğunu anlamış və ona tabe olmuşdu. Bu da göstərir ki, ona əvvəlcədən qarşısındakı insanın elmli, mübarək bir insan olması bildirilmişdi. (Ən doğrusunu Allah bilər.) 
 
Görüşəcəyi bu insanın doğru yolda olan və doğru yola aparan biri olması, bu insana tabe olması və ondan elm öyrənməsi hz. Musaya vəhy yolu ilə bildirilə bilər (Ən doğrusunu Allah bilir). Ondan aldığı bu məlumat və elm vasitəsi ilə hz. Musanın doğru yola çatacağını bildiyi məlum olur. Bu səbəbdən də o şəxsi gördükdə ona tabe olmaq istədiyini dərhal söyləmişdi.
 
"Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən." (Kəhf surəsi, 67)
 
Ayələrdə bildirilənlərə görə hz. Xızır da hz. Musa haqqında ətraflı məlumata sahibdir (Allahu aləm). Söhbətlərindən məlum olur ki, hz. Xızır gələcəklə bağlı məlumatları Allah`ın bildirməsi ilə əldə edir.
 
Hz. Xızır hz. Musanın tələbini dinlədikdən sonra əvvəlcədən ona onunla birlikdə olmağa səbir göstərə bilməyəcəyini söyləmişdi. Hələ heç bir hadisə olmadan, hz. Musanın necə reaksiya göstərəcəyini bilmədən və görmədən hz. Xızırın belə bir fikir bildirməsi çox diqqətçəkici məqamdır. Bunun səbəbi də Rəbbimizin bir lütfü olaraq hz. Xızırın gələcəyi bilməsidir (Ən doğrusunu Allah bilir). 
 
Bu məlumatın hz. Xızır tərəfindən bilinməsi hər hadisənin Allah`ın diləməsi ilə həyata keçdiyini göstərən bir nümunədir. Çünki Allah gələcək haqqındakı məlumatı ancaq dilədiyi quluna dilədiyi qədər verir. Hz. Xızırın gələcəkdən xəbər verməsi də ancaq Allah`ın təqdiri ilə mümkündür. Quranın müxtəlif ayələrində bildirildiyi kimi, Allah qullarından dilədiyinə qeybin xəbərlərini verir.
 
Hz. Musanın qarşılaşacağı hadisələr çoxdan nəticələnmişdir və Allah qatında hər anı ilə birlikdə mövcuddur. Yaşayacağı hadisələr hz. Musanın qədərində yazılmışdır. Bu da insanın Allah`ın qədərində təqdir etdiyindən başqa heç bir şey yaşamayacağına dair aydın bir dəlildir. Möminlərin bu elmi qavramaları, Allah`a və qədərə təslim olmaları, təvəkküllü insanlar olmaları ayələrdə belə bildirilir:
 
De: “Allah’ın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”. (Yunus surəsi, 49)
 
“Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” (Kəhf surəsi, 68)
 
İnsanın gün ərzində başına bir çox hadisə gəlir. Çətinliklərlə, sıxıntılı vəziyyətlərlə, sevinc və xoşbəxtlik yaradan hadisələrlə qarşılaşır. Lakin insanların əksəriyyəti Allah`ın varlığını və hər hadisənin Allah qatında bir qədər üzrə müəyyən olunduğunu düşünmədikləri üçün başlarına gələn hadisələri şans və ya təsadüf kimi əsassız izahlarla açıqlamağa çalışırlar. Bu da baş verənlərə xeyir gözü ilə baxmalarına, yaşadıqlarından hikmətli nəticələr çıxara bilmələrinə mane olur. Bu səbəbdən də daima sıxıntılı, kədərli, bədbəxt ruh halında olurlar. Bu iman gətirənlərlə iman gətirməyənlər arasındakı çox böyük bir fərqdir. Çünki iman gətirənlər hər hadisənin Allah`ın diləməsi və çox böyük bir xeyir ilə yaradıldığının şüurundadırlar.
 
Unudulmamalıdır ki, Allah sonsuz, insan isə məhdud ağla sahibdir. İnsan ancaq hadisələrin görünən tərəfi ilə əlaqədə ola bilir və ancaq sahib olduğu anlayış ilə bu hadisələri dəyərləndirə bilir. Bəzi insanlar məhdud ağıl və anlayışları ilə bəzən xeyirli və gözəl hadisəni mənfi, pis bir hadisəni isə xeyirli və müsbət şəkildə xarakterizə edə bilir. Belə vəziyətdə doğruları görə bilmək üçün iman gətirən bir insan Allah`ın sonsuz ağlına və bildiklərinə təslim olmalı, hər hadisəyə xeyir gözü ilə baxmalıdır. Çünki mənfi hal kimi görünən hər hadisə də iman gətirən bir insan üçün əslində bir “qədər dərsi”dir. Allah bir Quran ayəsində belə bildirmişdir:
 
“...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” (Bəqərə surəsi, 216)
 
“Musa dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.” (Kəhf surəsi, 69)
 
Ayədə də göründüyü kimi hz. Musa hz. Xızırın dediyi sözlər qarşısında dərhal müsəlmanca bir rəftar göstərdi və “İnşaAllah”, yəni “əgər Allah diləyərsə” şəklində cavab verdi. Bu kəlmə möminlərin Allah`a olan təslimiyyətlərinin, qədərin hər an işlədiyini bildiklərinin, Allah diləmədikcə heç bir şeyi bacara bilməyəcəklərinin şüurunda olduqlarının bir ifadəsidir. 
 
Kəhf surəsinin 23 və 24-cü ayələrində bildirildiyi kimi heç bir şey üçün “Mən onu sabah edəcəyəm!” deməmək, “Əgər Allah istəsə! (İnşaAllah)” demək Allah`ın əmridir.
 
Allah hz. Musanın bu cavabı ilə müsəlmanların bir işə başlamadan, bir qərar vermədən, ertəsi gün üçün bir plan qurmadan əvvəl mütləq “İnşaAllah” demələrinin əhəmiyyətini bildirir. Çünki insana o işi həyata keçirmək üçün gücü və bacarığı verən də, uğurla nəticələndirən də sadəcə Allah`dır. 
 
Müsəlmanlar bu çox əhəmiyyətli həqiqəti bir an belə olsun ağıllarından çıxartmamalı, kainatdakı hər hadisənin hər şeydən xəbərdar olan Allah`ın idarəsində olduğunu unutmamalıdırlar.
 
Xızır dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”. (Kəhf surəsi, 70)
 
Hz. Musa və hz. Xızır bölməsi ilə peyğəmbərə və elçilərə tabe olmağın əhəmiyyətinə bir daha diqqət çəkilir. Möminlər peyğəmbər və elçiyə dərin hörmət göstərməyə əhəmiyyət verməlidirlər.
 
“Kim Peyğəmbərə itaət edərsə, Allah’a itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.” (Nisa surəsi, 80)
 
“Allah’a və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun.” (Ali İmran surəsi, 132)
 
Möminlər elçiyə itaət edərkən əslində Allah`a itaət etdiklərini bilməli, elçilərin aldıqları hər qərarı, etdikləri hər işi xeyir və hikmət gözü ilə dəyərləndirməli və onlara qəlbən tabe olmalıdırlar.
 
Hz. Musa və hz. Xızır bölməsindəki ayələrdə də elçinin lazım bildiyi vaxt etdiyi işlərin, aldığı qərarların və söylədiyi sözlərin hikmətini öyüdlə (nəsihətlə) izah edəcəyi bildirilir. Nümunə olaraq, Kəhf surəsinin bu ayəsində hz. Xızırın “özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma” dediyi qeyd olunaraq hz. Musaya qarşılaşdığı hadisələrin hikmətinin açıqlanacağı bildirilmişdir.
 
“Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün”.” (Kəhf surəsi, 71)
 
Kəhf surəsinin bu ayəsindən hz. Musanın hz. Xızır ilə olan səyahəti zamanı gənc dostunu da özü ilə birgə aparmadığı məlum olur. Bu seçiminin bir çox hikməti ola bilər. Ancaq bunlardan biri ikitərəfli təlimin əhəmiyyətinə işarə etməsidir (Allah’u aləm).
 
Həqiqətən də, ikitərəfli təlim ən yaxşı təlim növüdür. Çox insanların arasında ikən insanların diqqətlərinin dağıldığı, toplamaqda çətinlik çəkdikləri bilinən bir həqiqətdir. Üç nəfər olduqda belə insanın diqqətinin dağıldığı, öyrəndiyi mövzu ilə məşğul olarkən çətinlik çəkdiyi hər kəsə məlumdur. Elə bu səbəbdən Quranda təkə tək təlimə işarə edilir. Bu şəkildə insan çox rahat diqqətini cəmləyə və öyrədən tərəf ilə birbaşa əlaqədə olduğu üçün mövzuları daha sürətli qavraya bilir. Bütün dünyada etibarlı olan özəl dərs alma sisteminin əhəmiyyəti də bu təlimin müsbət tərəflərindən qaynaqlanır.
 
Ayədə bir mövzuya da toxunulur: Hz. Musa hz. Xızırın çox dəyərli bir insan olduğunu, xeyirlə vəzifələndirildiyini çox yaxşı bilir.
 
Ayədə bildirilən vəziyyət hz. Xızırın ilk dəfə qarşılaşanda ona səbir göstərə bilməyəcəyini söylədiyi hadisələrdən birinin qədərində gerçəkləşdiyi andır. Hz. Xızıra gələcəyə dair verilən məlumatın bir qismi beləcə həyata keçmişdi.
 
Xızır dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”(Kəhf surəsi, 72-73)
 
Kəhf surəsindəki bu ayələrdə hz. Xızırın danışığındakı qətiyyət diqqət çəkir. Hz. Xızır həyata heçəcək hadisələri bildirərkən çox əminliklə danışır. Hz. Musanın heç cür səbir edə bilməyəcəyini “qətiyyətlə” deyərək ifadə etmişdir. 73-cü ayədə isə hər şeyin Allah`ın əmri ilə həyata keçdiyinə yenidən işarə edilir. İnsanın öz idarəsi ilə ağzından tək bir kəlmə çıxması, ya da ağzından çıxacaq kəlmənin qarşısını alması qətiyyən mümkün deyil. Çünki insana nitqi verən və onu danışdıran Allah`dır. Allah canlı-cansız hər varlığa dilədiyini söylətməyə gücü çatandır. Quran ayələrində Allah`ın qiyamət günüdə insanların eşitmə, görmə duyğularına və dərilərinə nitq verdiyi bildirilir. Allah bu vəziyyət haqqında ayələrdə belə buyurur:
 
"Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. (Füssilət surəsi, 20-22)
 
Başqa ayələrdə də Allah izin vermədikcə heç bir varlığın danışa bilməyəcəyini Rəbbimiz belə bildirir:
 
"Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allah’ın hüzurunda bir söz deməyə qadir olmayacaqlar. Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allah’ın izn verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.” (Nəbə surəsi, 37-38)
 
Unutmağı və xatırlamağı Allah meydana gətirir. Allah keçmişdən bu günə kimi yaşamış bütün insanların zehni fəaliyyətlərinə tamamilə hakim olandır. Unutması da, sual verməsi də hz. Musanın qədərində anbaan yazılmışdır. Heç bir insanın unutqanlığına hakim çıxması və ya söyləyəcəyi sözə hakim olması qeyri-mümkündür. Allah dilədiyi an dilədiyi insana dilədiyi mövzunu unutdurur. Diləsə bütün hafizəsini bir anda əlindən alar, diləsə heç bilmədiyi mövzuları onun hafizəsində elm olaraq yaradar. Bunların hamısı Allah`ın diləməsi ilə həyata keçir. 
 
Hz. Musanın ayədə keçən “bu işimdə mənə çətinlik yaratma” şəklindəki sözlərindən isə hz. Xızırla olan təliminin kəsilməsini istəmədiyi məlum olur.
 
“Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun.”” (Kəhf surəsi, 74)
 
Hər insana canını verən və verdiyi canı alan sadəcə Allah`dır. Allah diləmədikcə bir insanın digərini öldürməsi qeyri-mümkündür. Allah Ənfal surəsində bu vəziyyəti belə bildirir:
 
“Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir.” (Ənfal surəsi, 17)
 
Hz. Xızır da Allah`ın əmri və diləməsi ilə hərəkət edən saleh bir quldur. Etdiyi hər hərəkət, söylədiyi hər söz ancaq Allah`ın əmri ilə reallaşır. Üstəlik bu ölümün bir cana qarşılıq olub olmadığını Allah diləmədikcə kiminsə bilməsi qeyri-mümkündür. Eyni şəkildə, öldürülən uşağın “tər-təmiz bir can” olub olmadığını da Allah bildirmədikcə kimsə bilə bilməz. 
 
Xızır dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən? Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın.” (Kəhf surəsi, 75-76)
 
Qullarına dilədiyi zaman səbir göstərmə gücünü verən, dilədiyi zaman da bu gücü ondan geri alan Allah`dır. Quranda möminlərin bu gözəl xüsusiyyətləri bir çox ayədə qeyd edilir və səbri verənin ancaq Allah olduğu vurğulanır. Məsələn, Bəqərə surəsində Talutun ordusunun savaş əsnasında səbri Allah`dan dilədikləri bildirilir:
 
“Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”” (Bəqərə surəsi, 250)
 
Kəhf surəsinin 76-cı ayəsində isə hz. Musanın meydana gələn bu vəziyyətdən hz. Xızırın narahat olduğunu anladığı müəyyən olunur. Hz. Xızırın etdiyi xəbərdarlıqlara və səbir göstərə bilməyəcəyini qətiyyətlə ifadə etdiyi söhbətlərə baxmayaraq? hz. Musa səbir göstərəcəyini ifadə etmiş, ancaq iki hadisədən sonra bir həll yolu tapmağa qərar vermişdir. Buna görə də hz. Xızırı bu təlimindən əl çəkməməyə razı salmaq üçün yeni bir yoldan istifadə etmişdir.
 
Hz. Musanın istəyi hz. Xızıra güvən və zəmanət verərək onun bu dərsdən əl çəkməsinin qarşısını almaqdır. Hz. Musa təlimin mümkün olduğu qədər davam etməsini və hz. Xızır kimi xüsusi elm verilmiş mübarək bir quldan bacardığı qədər yararlana bilməyi istəmişdi. Bunun üçün də onu razı salacaq bir şərt qoşmağı həll yolu olaraq görmüşdü. 
 
“Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın.”” (Kəhf surəsi, 77)
 
Yollarına davam edən hz. Musa və hz. Xızır daxil olduqları qəsəbədə xoşməramla qarşılanmamışdılar. Bu qarşılanmadan etdikləri səyahətin çətinliklərlə dolu olduğu görülür. Çünki qəsəbə əhli onları qonaq etmir, hətta onlara yemək belə vermir. 
 
Bu ayədə Allah doğrunu və faydalı elmi əldə etmək üçün hər cür çətinliyə razı olmanın məqbul olduğuna işarə edilir (Allah’u aləm). Hz. Musa da hz. Xızır ilə birlikdə ola bilmək, onun elmindən istifadə edə bilmək və nəsihətlərindən faydalana bilmək üçün hər cür çətinliyə razı idi. Bu, bütün inanalar üçün də nəsihət xarakterlidir. Müsəlmanlar da buna bənzər bir vəziyyətlə qarşılaşanda eyni qərarlılığı və gözəl əxlaqı göstərməlidirlər.
 
Ayədə eyni zamanda, hz. Xızırın olduqca bacarıqlı, qabiliyyətli, məharətli və cəld birisi olduğuna işarə edilir. Bu həm daha əvvəl gəmini içərisindəkilərə hiss etdirmədən zədələməsindən, həm də divarı cəld şəkildə inşa etməsindən məlum olur. Allah Quranda “dərhal onu inşa etdi” deyə bildirərək bu cəldliyə və təcrübəyə işarə edilir. Həmçinin, hz. Xızır gəmini dələrkən də çox böyük bir hünər göstərmişdir. Gəmini zədələməmiş, sadəcə bir neçə kiçik zərərlə qarşı tərəfin bəyənməyəcəyi bir hala gətirmişdir. Buradan da hz. Xızırın gəminin və divarın hazırlandığı məmulata qarşı tam bir hakimiyyəti oduğu görünür.
 
Ayənin davamında hz. Musa üçüncü və son dəfə hz. Xızıra bir sual verir. Halbuki hz. Xızır onsuz da Allah`ın ona verdiyi elmlə ödəniş alıb almayacağını yaxşı bilir.
 
Bir insanın gördüyü iş qarşılığında ödəniş almasının bir zərurəti yoxdur. Bəzi vəziyyətlərdə ödəniş alınarkən, bəzilərində alınmaya bilər. Bu vəziyyətə və şərtlərə görə dəyişə bilər. Mömin bütün etdiklərini sırf Allah rizası üçün edər. Etdiyi hər hansı bir iş ödənişli ola bildiyi kimi, ödənişsiz də ola bilir. Ödənişli olduğunda da alınan qarşılıq yenə sadəcə Allah rizası üçün istifadə edilir.
 
Xızır dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.” (Kəhf surəsi, 78)
 
Hz. Musanın verdiyi bu sual ayrılma vaxtlarının gəldiyinə işarə edə bilən xüsusiyyətdədir. Onsuz da Allah ayrılma səbəbini hz. Musaya söylətmiş, tək bir sual soruşsa ayrılacaqlarına dair özü söz vermişdir. Səbəbi isə hz. Xızır açıqlamışdır. Bu ayədə hz. Xızırın hz. Musaya "izah edilmədiyi üçün səbir edə bilmədin" deyərək nəsihətlə izah edəcəyi bildirilir. Bu sözləri ilə bütün bunların hikmətləri açıqlansa, səbir etməyə dəyər şeylər olduğunu ifadə etmişdir.
 
Hz. Xızır və hz. Musanın yol boyunca yaşadıqları ikisinin də qədərində müəyyən olunmuş və Allah qatında yazılmışdır. Bunların qətiyyən fərqli şəkildə yaşanma ehtimalı yoxdur. İkisinin ayrılma anı eynilə görüşmə anı və məkanı kimi Allah qatında bəllidir. Allah ikisinin də qədərlərində bu anlarını sonsuz əvvəldə müəyyən etmişdir.
 
“Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.” (Kəhf surəsi, 79)
 
Bu ayədən ayrılma qərarını verdikdən sonra hz. Xızırın hadisələrin xeyir və hikmətlərini bir-bir açıqlamağa başladığı görülür. Birinci hadisədə hz. Xızır bir gəmini deşmişdi. Ancaq bu gəmini deşməsinin çox əhəmiyyətli bir neçə səbəbi var. 
 
Hz. Xızırın bu davranışının hikmətlərinin bildirməsindən əvvəl onun mərhəmətli xarakteri üzərində dayanmaq lazımdır. Hz. Xızır dərhal yoxsullara yardım üçün hərəkətə keçmiş, onların sıxıntıya düşmələrinə, zorba insanlar tərəfindən zülmə məruz qalmalarına mane olmaq istəmişdi. Bu hərəkəti onun yoxsulluq və ehtiyac içərisində olanlara qarşı duyduğu anlayışa, şəfqətli və mərhəmətli xarakterə sahib olduğunun göstəricisidir. Allah`ın üstün elmə sahib qullarından biri olan hz. Xızır da bütün elçilər kimi şəfqətli və mərhəmətli, Allah`ın qatından rəhmət bəxş etdiyi bir insandır. Bu səbəbdən də yoxsulluq və ehtiyac içində olan bu insanlara kömək etmək üçün dərhal gəmilərində bir dəlik açmış və beləcə, gəmini köhnə və problemli göstərərək zalımların ələ keçirməsindən qorumuşdur.
 
Hz. Xızır gəmini dələrkən oradakı çox böyük bir ağıl, fərasət və bəsirət dərhal diqqəti çəkir. Çünki gəmini müəyyən ölçülərdə, yenidən təmir etdikdə rahatlıqla istifadə etməyə imkan yaradacaq şəkildə zədələmişdi. Beləcə, gəmini görən birisi qüsurlu zənn edəcək və ələ keçirmək fikrindən daşınacaqdı. Gəmi sahibləri zorba insanların mallarını qəsb etmə təhlükəsi aradan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib, istifadə edə biləcək hala gətirəcəkdilər.
 
Ayədə işarə edilən digər əhəmiyyətli mövzu isə yoxsul xalqın olduğu bölgədə zorba bir rejimin mövcud olmasıdır. Edilən tətbiqlərdən aydın olduğu qədəri ilə bu bir diktator rejimi ola bilər. Bu bölgədəki despot rəhbərlik iman gətirənlərin mallarını bir səbəb göstərmədən qəsb etmə siyasəti yeridə bilərlər. Bu səbəbdən də möminlər çətinlik içərisində yaşaya və bu vəziyyətdən xilas olmaqda çətinlik çəkə bilərlər (Allah’u aləm).
 
İnsanların mallarının bu şəkildə bir səbəb göstərilmədən qəsb edilməsi köhnə dövrlərdəki despot dərəbəylik, monarxiya rejimində və ya dövrümüzdəki faşist və kommunist rejimlərdə tez-tez görülən bir üsuldur. Bəhsi gedən totalitar rəhbərliklər müdafiəsiz xalqların mallarına əl qoyaraq onları aclıq və yoxsulluq içində buraxmışdılar. Verilmiş bu nümunə zorba rəhbərlik anlayışının tarixin ən qədim dövrlərindən bəri gələn bir düşüncə olduğunun da sübutudur.
 
"Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq."(Kəhf surəsi, 80)
 
Ayədə uşağın ailəsinin möminlərdən ibarət olduğu bildirilir. Bu məlumat ilə o dövrdə də haqq dinin mövcud olduğuna işarə edilir.
 
Hz. Xızırın uşağın canını alması ilə əlaqəli ayələri açıqlayarkən diqqət edilməli olan digər bir mövzu da uşağın ölümünün Allah`ın təqdiri olmasıdır. Allah o uşağın ölümünün zamanını və yerini qədərində yazmışdır. Allah “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.” (Ənam surəsi, 2) ayəsi ilə insanlara bu həqiqəti xatırladır. Quranda da bildirildiyi kimi, hər insanın canını mələklər alır. Allah Ənfal surəsində bu həqiqəti belə bildirir:
 
Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını! (Ənfal surəsi, 50)
 
Lakin mələklərin canı alması bir səbəbdir. Əslində isə canı alan yalnız Allah`dır.
 
Allah bu uşağın canının alınmasını hz. Xızırın əli ilə təqdir etmişdir. Hz. Xızır olmasaydı, başqa birisi də bu ölümə vəsilə ola bilərdi. Bir qəza nəticəsində, ürəyinin durması səbəbi ilə və ya yıxılıb başını yaralayaraq bir anda həyatını itirə bilərdi. Allah`ın “...Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər." (Nəhl surəsi, 61) ayəsi ilə bildirdiyi kimi bir insanın əcəli gəldiyi zaman bu tarixə kiminsə mane olması və ya vaxtından daha tez həyata keçməsi qeyri-mümkündür. Eyni zamanda Allah bu hadisədə ölüm mələklərini görünməyən səbəb kimi, hz. Xızırın uşağın canını aldığı səhnəni isə görünən səbəb kimi yaratmışdır. Əslində isə hz. Xızır vəhy ilə hərəkət edən bir quldur və Allah`ın əmrindən əsla çıxa bilməz. Allah diləmədikcə öz iradəsi ilə bir qərar verməsi qeyri-mümkündür. Allah bu uşağın canını almaq üçün onu vəsilə etmişdir.
 
Hz. Xızır isə gələcəkdə iman gətirməyəcəyinə dair dəqiq məlumata sahib olduğu üçün o uşağı Allah`ın əmri ilə öldürmüşdür. O uşağın həm ailəsinə, həm də ətrafındakılara zərər yetirməsinə, həm də gələcəkdə günahlar qazanmasına mane olmaq istəmişdi. Buna görə də Allah`ın izni ilə əvvəlcədən tədbir almışdır.  
 
"Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin."(Kəhf surəsi, 81) 
 
İnsanların böyük əksəriyyəti ölüm, yaxınlarını itirmək kimi hadisələrin xeyirli və hikmətli tərəfini görməkdə çətinlik çəkirlər. Halbuki bütün dünyada baş verən hər hadisədə olduğu kimi ölüm hadisəsində də bir çox böyük xeyir və hikmətlər gizlidir. Bu hikmətlərdən biri ayədə “Allah`ın daha gözəlini və təmizini vermək” istədiyi şəklində bildirilir.
 
“Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”(Kəhf surəsi, 82)
 
Hz. Xızırın izah etdiyi sonuncu hikmət isə kimsəsiz uşaqlara aid olan divarı inşa etməsi ilə əlaqəli idi.
 
Bu ayədə də saleh möminlərin kimsəsiz və yetim uşaqları qorumağına diqqət çəkilir. Allah yetimlər haqqından Bəqərə surəsində belə buyurur:
 
“...Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.” (Bəqərə surəsi, 220)
 
Ayədə də bildirildiyi kimi, iman gətirənlər yetimlərin haqqını qorumaqda, onların əxlaqını gözəlləşdirməkdə diqqətli olmalıdırlar. Bu onların gözəl əxlaqlarının, Allah`ın əmr və tövsiyələrini yerinə yetirməkdə göstərdikləri məsuliyyətlərinin bir nəticəsidir. Müsəlmanlar “Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.””(Bəqərə surəsi, 215) ayəsində bildirildiyi kimi, yetimlər üçün infaq edərlər. “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər”(İnsan surəsi, 8) ayəsində isə özləri ehtiyac içərisində olsalar belə, əvvəlcə onları qoruyub himayə etdikləri bildirilir.
 
Hz Xızır da İslam əxlaqına görə yetim uşaqların gələcəyini düşünmüş və onlar üçün olduqca əhəmiyyətli sərmayə qoymuşdur. Əgər hz. Xızır divarı təmir etməsəydi, divar uçacaq və yetim uşaqların atalarına aid xəzinə ortaya çıxacaqdı. Beləcə də, uşaqların malları zalım insanlar tərəfindən ələ keçiriləcəkdi. Elə bu səbəbdən də hz. Xızır uşaqlar yetkinlik vaxtına çatana qədər xəzinənin qorunub gizlədilməsi məqsədilə onların gələcəkləri üçün əhəmiyyətli bir tədbir almışdır.
 
Hz. Xızırın yoxsullara və yetimlərə göstərdiyi bu şəfqət və mərhəmət daha əvvəl də qeyd etdiyimiz kimi, Allah`ın Rəhim (sonsuz mərhəmət sahibi) isminin bir təzahürüdür. Hz. Xızırın bu divarı möhkəm inşa etməsi ilə uşaqların mallarını qorumaq üçün güclü bir tədbir almasının əhəmiyyətinə işarə edilir. Hz. Xızır Allah`a təvəkkül etmiş və buna görə də uşaqlar üçün çox  möhkəm, Allah qatında müəyyən olunmuş zamana qədər zərər görməyən bir divar inşa etmişdi.
 
Eyni zamanda bir divarın çökməsi başda oradan keçən insanlar olmaqla, ətrafındakı bitkilərə, divarın yaxınlığında olan heyvanlara çox böyük zərər yetirib, ölümə və yaralanmalara səbəb ola bilər. Bu ayədə də çökmüş divarları yenidən bərpa edərkən möhkəm inşa edilməli olduğuna işarə edilə bilər (Allah’u aləm).
 
Ayədə eyni zamanda hz. Xızırın “Bunları mən öz işim (şəxsi fikrim) olaraq etmədim” dediyi də bildirilir. Bu daha əvvəl də vurğuladığımız kimi, hz. Xızırın hər şeyi edənin Allah olduğunu, hər şeyin qədərdə olub bitdiyini göstərən bir ifadədir. Hz. Xızır heç bir qərarı öz iradəsi ilə vermədiyini ən gözəl şəkildə ifadə edir. 
 
Göründüyü kimi hz. Musa hz. Xızır ilə görüşündə Allah`ın izni ilə çox əhəmiyyətli və hikmətli bir təlim almış, hz. Xızırın Rəbbimizin diləməsi ilə bəzi qeyb məlumatlarına sahib olan əhəmiyyətli bir insan oduğuna şahid olmuşdur. Hadisələrdəki məlumatlara, İslam alimlərinin müxtəlif izahlarına və İslam tarixi qaynaqlarına görə hz. Xızır müəyyən dövrlərdə peyğəmbərlərə və Allah`ın saleh qullarına yardım etmiş, dəstək olmuşdur.
 
Nəticə
 
Bu yazıda “...Allah’ın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın...”(Bəqərə surəsi, 231) ayəsində bildirilən hökmlə hz. Musa və hz. Xızır bölməsinin bəzi hikmətlərinə diqqət çəkilib. Ayələrdə bildirilən bu hikmətləri anlamağa və hər an yaşamağa çalışmaq, eyni zamanda, insanlara da çatdırmaq bütün müsəlmanlar üçün bir məsuliyyətdir. Allah Quranda belə buyurur:
 
“Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.”(Yusuf surəsi, 111)
 
2014-11-12 23:22:18

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."