Bir tərəfli darvinist təhsilin təsirləri

Darvinist təhsil insanlara həyatlarının bir məqsədi olmadığı yalanını irəli sürərək onları hər cür ümid və sevincdən məhrum edib bədbin və cani xarakterli ruhi xəstələrə çevirir.

 

Bunun ən son nümunələrindən biri norveçli Anders Berinq Breyvikdir. Breyvik 22 iyun 2011-ci ildə Norveçdə baş vermiş iki terror hücumlarının icraçısı olduğunu etiraf etmişdir. Bu hücumlardan biri Oslodakı hökumət binasına edilən və səkkiz nəfərin ölümü ilə nəticələnən bombalı hücumdur. Digəri isə Utoya adasındakı İşçi partiyasının gənclər düşərgəsinə edilən hücumdur. Bu hücum nəticəsində 69 nəfər həyatını itirmişdir.

 

Breyvik hücumlarından əvvəl "Avropa Müstəqillik Bəyannaməsi" adlı kitabda fikirlərini dilə gətirmişdir. Kitabının 1518-ci səhifəsində isə özünü elmi dünyagörüşün və müasir biologiyanın çempionu olaraq gördüyünü ifadə edir. Ən «önəm verdiyi» kitablar arasında isə Çarlz Darvinin «Növlərin Mənşəyi» adlı kitabı gəlir.[1] Breyvikə görə, "qüsursuz Avropa" sosial darvinizmin qaydalarını əhatə etməlidir.[2]

Breyvik kitabının 1202-ci səhifəsində isə Princeton universitetindən darvinist bioloq Li Silverın yevgenikanın yenidən tətbiq edilməsini müdafiə etməsinə tamamilə qatıldığını bildirir. Silverin dünya əhalisinin sayının indikindən yarıdan daha aza ya da 3.8 milyarda endirilməsi üçün "gələcəkdə radikal siyasətlərin tətbiq edilməsinin məcburi olduğu" şəklindəki fikirlərinə də eynilə qoşulur.[3]  Eyni səhifədə Breyvikin Darvinin "soyqırım və təbii seleksiya... əl-ələ gedər" arqumentini nə qədər mənimsədiyini bu cümlələrdə açıq şəkildə görünür:


"ikinci və üçüncü dünya ölkələri" insan sayındakı artışı dayandırmasa, "təbiət baş verəcək qıtlıqla onların bu xətalarını düzəldəcək"[4]



Arqumentinin davamında Breyvik Qərb ölkələrinin bu təbii prosesə, yəni baş verən qıtlığa müdaxilə etməməli olduqlarını bu cümlələrlə müdafiə etmişdir:



“Əgər əhalinin sayına nəzarət qaydalarımıza əməl etməyən ölkələrdə qıtlıq olarsa, onlara hər hansı bir şəkildə yardım göndərmək və ya uğursuz liderlərinə arxa durmaq formasında dəstək olmamalıyıq."[5]


"Əhalinin sayının həddindən artıq çox olmasından ilk növbədə məsuliyyət daşıyan üçüncü dünya ölkələrinə qida yardımı dərhal durdurulmalıdır.”[6]



Breyvikin yazdığı bu sözlərdən açıq şəkildə görünür ki, aldığı darvinist təhsil səbəbindən əxlaqi dəyərlərdən tamamilə uzaqlaşmış və bunun nəticəsi olaraq onlarla insanın ölümünə səbəb olan terror hadisələrini soyuqqanlıqla həyata keçirmişdir.

 

Darvinist təhsilin səbəb olduğu əxlaqi degenerasiya və vəhşiliyin bir digər nümunəsi də ələ keçməzdən əvvəl 17 uşağı öldürən və meyidlərini yeyən amerikalı qatil Cefri Damerdir. Damer ölümündən öncə Dateline NBC kanalında verdiyi son müsahibəsində bu şəkildə bildirmişdi:



“Əgər bir insan Özünə qarşı məsul olduğu bir Yaradıcının var olduğunu düşünmürsə, o halda niyə müəyyən sərhədlərdə tutacaq şəkildə davranışlarınızı islah etməyə çalışasınız? Mən də bu şəkildə düşünürəm. Hər zaman təkamül nəzəriyyəsinin, yəni bizin (təsadüfən) təkcə palçıqdan gəldiyimiz tezisinin həqiqət olduğuna inanmışam. Öldüyümüz zaman hər şey bitir, artıq heç nə yoxdur.[7]



Darvinin kütlələri zəhərlədiyi batıl inanç insanları qatil edir, hətta onları insan əti yeyəcək qədər psixopatlığa gətirib çıxarır. İnsanlara Yaradıcıya qarşı məsul olmadıqları təlqinini verməyə çalışan, onları məqsədsiz, məsuliyyətsiz, başıboş varlıqlar olduğuna inandıran, insanı heyvan olaraq görən və ölümü son olaraq göstərərək insanları axirət gerçəyindən uzaqlaşdırmağa çalışan bu saxta dinin gətirdiyi nəticə budur.

 

Son iki yüz ildir dünyaya müharibələri, qırğınları, zalımlığı, terroru, cinayətləri, kütləvi qırğınları, degenerasiya və hər cür bəlanı gətirən ən böyük azğın güc darvinizmdir. Cəmiyyətlərdə bir dövr yayılan dinsizliyin, irqçiliyin, kütlə qırğınlarının səbəbi olan faşizmin, kommunizmin və dünya müharibələrinin arxasında ÖTƏN ƏSRİN ƏN BÖYÜK YALANI VƏ ƏN BÖYÜK BƏLASI DARVİNİZM VAR.

 

Darvinin başlatdığı bu bəlanın cəmiyyətlər üzərindəki uğursuz təsiri dövrümüzə qədər davam etmişdir. Darvinizmin indiki ən güclü müdafiəçilərindən olan Riçard Doukinsin son kitabı da insanları Allah inancından uzaq, pessimizmə və ümidsizliyə salan təlqinlərdən bəhs edir. Bunun ən əhəmiyyətli nümunələrindən biri Amerikadakı Jesse Kilgore adlı 22 yaşlı tələbənin professoru tərəfindən ona tövsiyə edilən Doukinsin kitabının təsirindən intihar etməsi olmuşdur. [8]

 

Doukinsin darvinizmin qaranlıq ideologiyasına əsaslandırdığı qorxunc dünyagörüşünün təsiri bu nümunə ilə məhdud deyil. Doukins "Unweaving the Rainbow" kitabının müqəddiməsində bu həqiqəti özü də etiraf edir:

''Birinci kitabımın yayımcısı kitabı oxuduqdan sonra verdiyi soyuq və qəmli  mesajdan ürəyinin çox sıxıldığını və üç gecə yata bilmədiyini etiraf etdi. Bəziləri də mənə səhərlər oyanmağa necə tab gətirə bildiyimi soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə etiraz dolu bir məktub göndərdi. Məktubda eyni kitabı oxuyan tələbəsinin yanına göz yaşları içində gəldiyini və həyatın boş və məqsədsiz olduğu düşüncəsinin ona mənfi yöndə təsir etdiyini yazırdı. Müəllim digərlərinin də eyni «heçlik bədbinliyindən» təsirlənməmələri üçün tələbəsinə kitabı başqalarına göstərməməsini tövsiyə edib»

.''[9]

 

Bu qaranlıq bəla, yəni darvinizm insanları ölümə, cinayətə, bədbinliyə, heçlik hissinə, vəhşiliyə və dəhşətə gətirib çıxaran, insanlara təsadüfən var olmuş bir heyvandan başqa bir şey olmadığını təlqin edən azğın dindir. Bu dinin geridə qalmış bir neçə nümayəndəsi insanları Allah inancından uzaqlaşdıra bilmək üçün var gücləri ilə cəhd göstərməyə davam edirlər. Bu səbəbdən darvinizmin zəifliklərinin məktəblərdə oxudulmasına bütün gücləri ilə qarşı çıxır, yaradılışı isbat edən fosilləri gizlədir, zülalın təsadüfən meydana gələ bilməyəcəyini, 350 milyondan çox fosilin darvinizmi yerlə bir etdiyini etiraf edə bilmirlər. Ancaq bütün bu tədbirlərə baxmayaraq, 21-ci əsrdə insanlar artıq yalanlara aldanmırlar. Darvinizmin saxtakarlıq olduğu bütün dünyada ifşa edildikdən sonra darvinizmi yaşatmaq üçün göstərilən bütün cəhdlər puç olmuşdur.

_______________________

1-http://www.darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614
2- Anders Behring Breivik, A European Declaration of Independence, p.1386
3-http://www.darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614
4- Anders Behring Breivik, A European Declaration of Independence, p.1202
5- Anders Behring Breivik, A European Declaration of Independence, p.1202
6- Anders Behring Breivik, A European Declaration of Independence, p.1203
7- Kelly J. Coghlan, Houston Chronicle Sunday-15 February 2009
8- http://www.worldnetdaily.com/index.php?fa=PAGE.view&pageId=81459
9- Richard Dawkins, Unweaving The Rainbow New York: Houghton Mifflin Company, 1998, p. ix.

 

Adnan Oktarın «News Rescue»da dərc olunan məqaləsi:

http://newsrescue.com/the-effects-of-one-sided-darwinist-education/

 

2015-08-09 00:37:30

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top