Allah Qorxusu
GirişHal-hazırda içində olduğunuz otaqda tək deyilsiniz. Onsuz da özünüzü ən tək sandığınız zamanlarda belə siz heç bir zaman tək olmadınız. Allahın vəzifələndirdiyi yazıçı mələklər davamlı sizi izləyirlər. Ağzınızdan bir söz çıxmasın, dərhal yazırlar. Hər addımınızı, hər düşüncənizi, hər etdiyinizi, etməniz lazım olub da sonraya saxladığınızı, hamısını əskiksiz yazırlar. Kiçik-böyük heç bir şeyi ayırd etmirlər. Siz yatırsınız, onlar yenə yanınızdadırlar. Unutmaları ya da yanılmaları mümkün deyil, özlərinə buyrulanları qüsursuzca edirlər. Digər tərəfdən sizə vəkil qılınan ölüm mələkləri də gözləyirlər. Nəyi? Sizə verilmiş olan müddətin dolmasını. Sizin üçün təyin edilən əcəl gəldiyində canınızı onlar təslim alacaqlar. Bu arada, heç nəzərə almadığınız, hətta bəlkə də ağlınızdan belə keçirmədiyiniz gizli şahidləriniz də var: Əlləriniz, dəriniz, eşitmə və görmə duyğularınız. Hesab günü gəlib, bütün şahidlər bir yerə toplandığında Allahın diləməsiylə onlar da danışacaqlar. Əgər Allahdan qorxub çəkinənlərdən deyilsinizsə, sizin əleyhinizə şahidlik edəcəklər. Qısacası, böyük bir fövqəladəlikdən bəhs edilir, amma bütün bunlar böyük bir səssizlik içində davam edib gedir. Məhz dünyadaykən sizi bir an olsun tək buraxmayan bu kimi şahidlərin hamısı, hesab günü sizin üçün şahidlik etmək üzrə bir yerə gələcəklər. İnsan Allaha qul olsun deyə yaradılmışdır və imtahan edilir. Çox deyil, orta hesabla 60 il kimi bir müddət dünyada qalacaq və sonra Allahın hüzurunda həyatının hər anından hesaba çəkiləcək. Hər kəsin öz qazandıqlarını öyrənməsinin, yəni şahidlərin dindirilməsinin və kitabının əlinə verilməsinin ardından, sonsuz həyatı üçün Allah hökm verəcəkdir. Əgər kitabı sağ yanından verilsə, artıq o adam əbədi olaraq xilas olmuşdur. Amma kitabı sol yanından verilənlər isə o zaman belə deyəcək: …“Kaş ki, kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ki, ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi”. (Haqqə surəsi, 25-29) Artıq bundan sonra tutularaq, üzüstə süründürülərək bir daha heç çıxmamaq üzrə cəhənnəmə aparılacaqdır. İnsanın bu pis sonluğa düşməsinin ardındakı səbəb, etdiklərinin hər an yazıldığını, bunların bir gün özünə bildiriləcəyini və hesab verəcəyini ümid etmədiyi üçün, Allahdan və Onun təhdidindən qorxub çəkinmədən həyatını bitirməsidir. Bu insan, axirətə, haqq-hesab gününə və cəhənnəm kimi dəhşət verici bir əbədi cəza yerinə qəti bir şəkildə iman etmədiyi üçün, etdiyi pis işlərdən ötəri qorxub çəkinməz və Allahın sərhədlərini tapdalamaqda bir qorxu görməz. Məhz Allah qorxusu, bir insan üçün həm imanının çox iti bir göstəricisi, həm də onun əbədi həyatını təyin edən çox əhəmiyyətli bir xüsusiyyətdir. İnsan, ancaq və ancaq Allahdan qorxub çəkinsə qurtulacaqdır.Hesab günü yaşanacaq hadisələri düşünərək qorxuya qapılmamaq isə mümkün deyil. Lakin bu qorxu yalnız iman edənlərə xas bir qorxudur. Çünki Allahın bir çox ayəsində təsvir etdiyi imtahan mühitinin, yazıçı mələklərin, şahidlərin və hər kəsin bir yerə gətirilib toplanacağı hesab gününün qəti bir həqiqət olduğuna ancaq möminlər qeyd-şərtsiz inanırlar və pis bir sonla qarşılaşmaqdan qorxurlar. Sizin də etdiyiniz hər şey, anbaan qeydə alınır; bunları oxuduğunuz an da buna daxildir. Sürətlə Allaha hesab verəcəyiniz günə doğru gedirsiniz. Gəlin siz də Allahdan qorxun və Allahın məmnuniyyətini qazananlardan olun: ... Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!. (Bəqərə surəsi, 197)
|