< <
1 / total: 8

Giriş: Arilarin Həyati

... Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
(Yasin surəsi, 73)

Balarısı

Vətəndaş müharibələri, kütləvi qırğınlar, gözünü qırpmadan adam öldürən insanlar, küçələrdə yatan uşaqlar, ev-eşiyi olmadığı üçün soyuqdan donan insanlar, uşaq yaşda cinayət törədənlər, ailə daxilində yaşanan problemlər, gənc xuliqan dəstələr, sui-istifadələr, …

Gündəlik həyatın bir parçası halına gələn bu kimi ictimai problemlər düşünüldüyündə hamısının təməlində ortaq bir əskikliyin olduğu görünər. Bütün bu problemlərin ortaya çıxmasına səbəb olan ədalətsizlik, fırıldaqçılıq, saxtakarlıq, mərhəmətsizlik kimi pis əxlaq xüsusiyyətlərinin təməlində duran da yenə bu əskiklikdir.

Bu əhəmiyyətli əskiklik insanların düşünməmələri və buna görə həqiqətləri görə bilməmələridir. Bu kimi kəslər üçün ön planda olan öz mənfəətləri, öz həyatlarıdır. Ətraflarında yaşananlar onları maraqlandırmaz. Arada bir düşündükləri məhdud mövzular da yenə özləri ilə bağlıdır. Bu səbəblə, öz doğru və səhvlərinin məhdudiyyəti içində yaşayarlar. Gündəlik həyatın axışında etdiklərini kafi görən bu kəslər dünyada mövcud olma məqsədləri kimi vacib əhəmiyyətli mövzuları ağıllarına belə gətirməzlər.

Balarısı

Ətraflarındakı canlıların xüsusiyyətlərini, belə qüsursuz bir müxtəlifliyin necə ortaya çıxdığını, öz bədənlərini, səmadakı tarazlıqları qısacası, heç bir şeyi düşünməzlər. Buna görə də bunların Allah tərəfindən "hazırlanmış", yəni "yaradılmış" olduğunu hiss edə bilməzlər. Bütün kainatın Yaradıcısı olan üstün güc sahibi Allahı lazımı kimi təqdir edə bilməzlər. Niyə yaradılmış olduqlarının və Allaha qarşı məsul olduqlarının şüurunda olmazlar. Halbuki, Quranda düşünmənin əhəmiyyətini, ancaq düşünən kəslərin öyüd alacağını vurğulayan bir çox ayə var. Ayələrdə düşünən və bunun nəticəsində Allahın qüdrətinin fərqinə varan kəslərdən belə bəhs edilir:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)

"Bal arısı möcüzəsi" kitabının məqsədi də Allahın yaradışındakı möcüzələrdən birini də tanıdaraq bu düşüncə tənbəlliyini qırmaqdır. Bununla yanaşı, bal arısının kitab kimi seçilməsinin çox əhəmiyyətli bir səbəbi vardır. Bal arıları Quranda Allahın diqqət çəkdiyi canlılardandır. Allah Nəhl surəsində arıların Öz vəhyi ilə hərəkət edən canlılar olduqlarını belə bildirir:

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Göründüyü kimi ayələrdə özünə ev hörən, meyvələrdən yeyən və bal çıxaran arılara diqqət çəkilir. Kitabın növbəti hissələrində də görünəcəyi kimi pətəkdəki arılarla bağlı bənzər işlərin hamısı işçi arılar tərəfindən edilir. Bir arı pətəyində işçi arılar, ana arı və erkək arılar olur. Demək olar ki, pətəkdəki hər cür işlə vəzifəli olan işçi arılardır. Bununla yanaşı, ana arıların, pətəyin davamlılığını təmin etmək kimi son dərəcə əhəmiyyətli bir vəzifəsi var. Erkək arılarınsa pətəkdəki tək funksiyaları ana arını mayalandırmaqdır. Qısa ömürləri ərzində bu vəzifələrini yerinə yetirərlər və dərhal sonra ölərlər.

Arıların xüsusiyyətlərinin təfərrüatlı olaraq araşdırılacağı bu kitabda həmçinin arıların aralarında necə razılaşdıqları, pətəkdəki on minlərlə arının problemsiz bir şəkildə necə yaşadıqları, istiqamətlərini necə tapdıqları, necə bal çıxardıqları kimi daha bir çox mövzu ayələrlə birlikdə izah ediləcəkdir. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi nə təbiətdə, nə də arıların həyatında özbaşına və təsadüfi bir "həyat mübarizəsi" olmadığını da növbəti hissələrdə bir daha görəcəyik.

Ağilli Dizayn Yəni Yaradiliş

Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur.

Kitabın içində istifadə edilən “dizayn” ifadəsinin düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəl plan hazırladığı, daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda baş verir. Allah bu cür əskikliklərdən münəzzəhdir.

Allahın, bir şeyin ya da bir işin olmasını diləyəndə, onun olması üçün yalnız "Ol!" deməsi kifayətdir. Ayələrdə belə buyrulur:

Bir şeyi dilədiyi zaman, Onun əmri yalnız: "Ol" deməsidir; o da dərhal olar. (Yasin surəsi, 82)

Göyləri və yeri (nümunəsiz) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)

1 / total 8
"Harun Yəhyanın Bal Arısı Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top