İman həqiqətləri. Göyərçinlər necə qoxu qəbul edir, istiqamət tapır və insanları tanıyırlar?

Göyərçinlər insan üzlərini necə seçirlər?

Evə dönüş yollarını səhv etmədən tapa bilmələrində atmosferin hansı rolu var?

Qoxu alma duyğusunun göyərçinlər üçün əhəmiyyəti nədir?

www.kuslarinveucusunkokeni.imanisiteler.com

 

Göyərçinlərə təlim keçdikdə çox uğurlu nəticə əldə olunduğu və yüksək qavrayışa malik olduqları əvvəllər aparılan tədqiqatlar nəticəsində məlum olan həqiqətdir. Lakin yeni elmi kəşflər göyərçinlərin təlim keçmədən küçədə gördüyü üzləri seçə bilmə qabiliyyətinə malik olduqlarını göstərir.

 

Məskunlaşma ərazilərində yaşayan göyərçinlərin insanları üzlərindən ayırd edə bildikləri müəyyən edilib. Bununla bağlı təcrübə aparmaq üçün Paris şəhər parkında yaşayan göyərçinlər seçilib. Təcrübədə fiziki quruluş və dəri rənginə görə bir-birinə bənzəyən, lakin iki fərqli rəngdə laboratoriya önlüyü geyinən iki tədqiqatçı göyərçinləri yemləyib. Göyərçinlər yemləri yeyərkən biri onlara yemləri yeməsinə izin vermiş, lakin digəri onları qovmuşdu. Növbəti mövsümdə isə göyərçinləri qovlayan tədqiqatçı bu dəfə göyərçinləri narahat etməmişdi. Aparılan fəaliyyət nəticəsində ilk dəfə göyərçinləri narahat edən tədqiqatçı sonradan onlara heç müdaxilə etməsə də göyərçinlərin ondan uzaq durmağa və qaçmağa çalışdıqları müşahidə edilmişdi.

 

Tədqiqatçıların laboratoriya geyimlərini çıxarmaları nəticəni dəyişdirməmiş, göyərçinlər hələ də özlərinə ilk dəfə pis davranan insandan qaçmışdılar. Paris Universitetində təcrübəni aparan Dr. Dalila Bovet “Göyərçinlər üzləri ayırd edə bilirlər. Çünki hər iki tədqiqatçı da qadın idi, yaş, dəri rəngi və fiziki quruluş baxımından bir-birlərinə çox bənzəyirdilər. Maraqlı məqam odur ki, bu göyərçinlər təlimdən keçməsələr də bu iki bənzər insanı seçə bildilər. Bunu edərkən onların üzlərini əsas aldılar, çünki laboratoriya önlükləri tədqiqatçıların bütün bədənlərinin  90%-ni örtürdü. Sadəcə üzləri görünürdü” sözləri ilə bu canlıların sahib olduqları möcüzəvi xüsusiyyəti təəccüblə dilə gətirmişdi. Halbuki bu təəccüblü hal deyil. Çünki quşlar digər canlılar kimi, Allahın ilhamı ilə hərəkət edən varlıqlardır.

 

Ağıla və şüura sahib olan insanların bəzən oxşar insanları qarışdırmasına baxmayaraq, göyərçinlərin sadəcə bir dəfə qarşılaşdıqları birini aylar sonra yenə görüb tanıya bilmələri həqiqətən çox böyük möcüzədir. Daha da inanılmaz tərəfi isə yaxşı və pis davranışı ayırd edib bunu gördüyü insan ilə uyğunlaşdırması və quşun onu xatırlamasıdır. Təbii ki, bu vəziyyət Allahın qüsursuz yaratma sənətinə dair mükəmməl nümunədir. Ayədə belə buyurulur:

 

“Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür”.  (Mülk surəsi, 19)

Göyərçinlər evə dönüş yollarını qoxu hissləri ilə tapırlar

Göyərçinlərin evə dönüş yollarını necə tapdıqları hələ də müzakirə mövzusudur. Çünki onlar insanların istifadə etdiyi yol xəritələrinə sahib deyillər. Üstəlik səfər zamanı istiqamətlərini göstərən kompasları da yoxdur. Ancaq bu canlılar hər dəfə evlərini azmadan tapırlar. Çünki tədqiqatçılar göyərçinlərin atmosferdəki qoxu və küləkdən istifadə edərək evə dönüş yollarını tapmalarına kömək edən xəritələrinin olduğunu müəyyən edib.

 

Göyərçinlərin evə dönüş yollarını necə tapmaları ilə bağlı qırx ildir araşdırma aparan elm adamları göyərçinlərin qoxu alma duyğuları zərər gördükdə və ya külək olmadıqda çaşğınlıq yaşadıqlarını müəyyən edib. Bu elm adamlarından Henz Volraf (Hans Wallraff) cənubi Almaniyanın Vyurzburq (Würzburg) yaxınlığında göyərçin yuvalarını əhatə edən 200 km-lik əraziyə aid 90 yerdən hava nümunələri toplamışdı. Alınan nümunələrdə fərqli nisbətlərdə “uçucu üzvi birləşmələrə”  (qoxu, ətir ya da iz qoxulu kimyəvi maddələr) rast gəlinirdi və bu birləşmələrin miqdarı fərqli istiqamətlərdə artıb azalırdı. (Birləşmələrin nisbətinin dəyişkənliyi qoxunu qəbul etmədəki dəyişkənliklə bağlıdır) Göyərçin evinin ətrafında küləklə qarşılaşdıqda birləşmənin azalan və ya çoxalan qoxusuna bağlı olaraq hansı istiqamətdə necə dəyişiklik olduğunu hesablayır və evinin yolunu tapır.

 

Şübhəsiz ki, göyərçini sonsuz ağıl və qüdrətlə yaradan, ona minlərlə kilometr uzaqlıqdakı yeri azmadan tapmasını təmin edən sistemləri verən Yaradıcı, aləmlərin Rəbbi olan uca Allahdır. Allah bir Quran ayəsində belə bildirir:

 

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir”.       (Furqan surəsi, 2)

 

Qoxulama duyğusunun göyərçinlər üçün əhəmiyyəti

 

Müxtəlif göyərçin növləri beyinlərində fərqli böyüklükdə qoxu alma mərkəzi və soğancıqlarına sahibdir. Eyni zamanda laboratoriyada aparılan təcrübələrdə hər quşun qoxulara fərqli nisbətdə reaksiya verdiyi müəyyən olunub. Uzaq məsafələrdən buraxılsalar da yuvalarına qayıdan göyərçinlər görmə duyğuları ilə bərabər qoxu duyğularından da istifadə edirlər. Burun dəlikləri tutularaq qoxu almalarının qarşısı alınan göyərçinlərin yuvalarına qayıda bilmədikləri dəfələrlə sübut olunub. Göyərçinlərin yuvalarına yaxın ərazilərdə çox vaxt gördükləri işarələri, tanımadıqları yerlərdə isə daha çox küləklərin daşıdığı qoxuları dəyərləndirdikləri düşünülür. Göyərçinlər həmçinin dünyanın maqnit sahəsindən istifadə edərək də (və ya qəbul edərək də) yollarını tapa bilirlər. Şübhəsiz, bu vəziyyət uca Allahın göyərçinə ilhamıdır. Ayədə belə buyurulur:

 

“Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi”.               (Bəqərə surəsi, 131)

www.Allahinsanati.imanisiteler.com

 

Seçim edə bilən göyərçinlər

 

“Qoza, yoxsa şam fıstığı”, “dost, yoxsa düşmən” kimi məlumatları şərh etmək insan üçün çox asandır. Çünki Allah insanlara şüur verərək onlara seçmə azadlığı bəxş edib. Ancaq Ayova (Iowa) Universitetinin psixologiya professoru Edvard Vassermanın (Edvard Wasserman) dediyi kimi, seçicilik və seçmək sadəcə insana xas davranış forması deyil. Çünki heyvanlar da həyatlarını davam etdirmək üçün təbiətdə nəyin qida, nəyin zəhərli, nəyin yırtıcı, nəyin zərərsiz heyvan olduğunu bilməlidirlər. Allahın ilhamı ilə hərəkət edərək özlərini qoruyan bu canlılardan biri də göyərçinlərdir.

 

Tədqiqatlar göyərçinlərin obyektlərin müvafiq xüsusiyyətlərini və ya xarakterlərini və bunları xüsusiyyətlərinə görə qruplaşdıra bildiklərini göstərmişdi. Bunun üçün quş ilk öncə obyektlə bağlı xüsusiyyətləri bilməli, daha sonra da buna müvafiq doğru hərəkət etməlidir.

 

Elm adamları göyərçinin bu xüsusiyyətini təsbit etmək üçün təcrübə keçirmiş və toxunma ekran üzərində kompyuterdə ulduz, spiral və şarlar kimi 2 sədd halında 4 meydana gətirmişdilər. Beləcə, Vasserman və qrupu göyərçinlərin toxunma ekranı dimdikləyərək nəyi təyin edib, nəyə toxunduqlarını müşahidə edə bilmişdilər. Araşdırmada göyərçinlərin iki sədd arasında fərq qoyacağı gözlənilirdi. Məsələn, bir səddə ulduz olduğu halda, digər səddə şar şəkilləri vardı. Göyərçinlər eynilə insanlar kimi şəkillərin xüsusiyyətlərini görüb buna görə təsnif etmiş və əşyaları seçərək doğru qruplara qoymuşdular. Bu nümunə Allahın yaratmasındakı üstünlük və nizamın qüsursuzluğundan xəbər verən önəmli dəlildir. Kainatın başlanğıcından dövrümüzə qədər keçən milyardlarla il ərzində mövcud olan hər şey Allahın elmi və hakimiyyəti ilə yaradılıb. Rəbbimizin yaratma elmi Quranda belə bildirilir:

 

“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Mülk surəsi, 3-4)

 

Əlaqə qurmaq üçün təlim keçən göyərçinlər

 

Çin ordusu baş verəcək müharibə şəraitində müasir texnologiyanın imkanları istifadə edilməz hala gələrsə, ənənəvi əlaqə bazasını işə salmaq məqsədi ilə 10 min göyərçinə təlim keçməyə başlayıb. Bu göyərçinlər Çinin quru və okean sərhədlərində yerləşdirilmiş birliklərlə Himalay dağlarının ətəklərindəki uzaq və dağlıq sahələrdə olan bazalar arasındakı ünsiyyəti təmin edəcəklər. Saatda 120 km sürətlə uça bilən bu göyərçinlər təxminən 100 qr ağırlığında yükü daşıya biləcək şəkildə təlim keçirlər.

 

Göyərçinlər bu gün olduğu kimi keçmişdə də hərbi məqsədlər üçün istifadə edilmişdi. 1937-ci ildə ildə ABŞ Hava Qüvvələrindən təqaüdçü olan Polkovnik Şennolt (Chennault) Yaponiyanın işğalına qarşı müharibədə istifadə etmək üçün Çinə yüzlərlə göyərçin gətirmiş və Çin ordusunun ilk göyərçin birliyini meydana gətirmişdi.

 

İkinci Dünya Müharibəsinin gedişatını dəyişdirən Normandiya əməliyyatında da simsiz rabitə vasitələrinin nasistlər tərəfindən blok ediləcəyindən narahat olan ingilis əsgərləri ilə rabitə qurmaq üçün yüzlərlə göyərçindən istifadə olunmuşdu. Əməliyyatın müvəffəqiyyətlə sona çatması xəbərini də Londona bir göyərçin çatdırmışdı. Allahın göyərçinlərə bəxş etdiyi istiqaməti müəyyən etmə qabiliyyətindən hərbi sahədə istifadə olunur.

 

Göyərçinlərin üst dimdiyini örtən dəridə duyğu sinirlərinə gedən incə liflərdə (dendritlərdə) tərkibində dəmir olan maqemit və maqnetit zərrəciklər var. Yerin xarici maqnit sahəsinə həssas olan, xüsusi yaradılmış bu reseptorlar üçölçülü mürəkkəb quruluşa malikdir. Yerin maqnit sahəsi ilə əlaqə quran maqnetitli hüceyrələr əldə etdiyi məlumatları sinirlərə ötürür, sinirlər isə onları elektrik impulsuna çevirərək şərh olunması üçün beyinə göndərir.

 

Göyərçin bədənindəki qüsursuz sistemlərin mükəmməl uyğunluğu sayəsində min kilometrlərlə uzaqlıqdakı yeri müəyyən edə bilir və heç vaxt səhv etmir.

 

 2015-02-09 01:34:58 

2016-04-16 21:19:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARININ DURUŞMALARIN İLK HAFTASINDAKİ...
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.